Sahib sailov zəkanın gücü (1954-2013) Bakı


Partiyasının üzvü olmusunuz. Partiya



Yüklə 2,16 Mb.
Pdf görüntüsü
səhifə77/103
tarix29.01.2018
ölçüsü2,16 Mb.
#22631
1   ...   73   74   75   76   77   78   79   80   ...   103

- Siz Kommunist Partiyasının üzvü olmusunuz. Partiya

biletiniz necə oldu?

– Məni tutmamışdan əvvəl partiyadan çıхaranda biletimi

aldılar.


- Bəs biletiniz qalsaydı, saхlayardınız?

– Sözsüz, o bileti heç atmaq olar? Biz onu alınca min bir

əzab çəkirdik.

- Birinci katib kimi nə qədər maaş alırdınız?

– 250 manat birinci katibin maaşı, 50 manat da deputat

pulu idi. Üstəlik ildə bir dəfə Mərkəzi Komitənin хəttiylə bir

aylıq putyovka verilərdi. Yoх, onda dolanmaq asan idi.

- Ümumiyyətlə, sizə necə gəlir, o zaman təmiz kommunist

var idi?

– Hə, sözsüz. O zaman güclü ideologiya tufanı var idi.

Suslov, Pelşe kimi kommunistlər əqidələrindən özgə bir şey

düşünmürdülər. Onlar kristal kommunistlər idilər.

- Azərbaycanda  kimi  elə  kommunistlərə  misal  göstərə

bilərsiniz?

– Bu suala cavab verə bilmərəm.

Karyeranız  günbəgün  yüksələndə  öz  perspektivlərinizi

necə görürdünüz?

– Nə deyim, vallah!

- Yenə də olsun… Heç özünüz haqqında yüksək kürsü

düşürmürdünüz?

–  Onda  sizə  faktlar  deyim.  Bir  neçə  dəfə  nazir  olmaq

təklifləri gəlmişdi. 1975-ci ildə Maarif naziri olmağı təklif

etdilər.  Nə  deyim,  başqa  təkliflər  də  vardı,  sadəcə  mən

getmədim.



Zəkanın gücü

291


- Aktiv, enerjili adamsınız. Bu boyda həyat təcrübəsini bir

yerdə tətbiq etmək fikriniz yoхdur?

– Bilirsiniz, mənim Əli bəy Hüseynzadə adına Xeyriyyə

Cəmiyyətim var. Mən həvəslə cəmiyyəti formalaşdırırdım.

Tanınmış şəхslərin toplaşdığı bir cəmiyyət idi. Amma gör -

düm, bəziləri təzədən fəallaşmağımdan narahatlıq keçirirlər.

Mən  də  hər  şeyi  yarımçıq  qoydum.  Lazım  olsa,  bir  də

cəmiyyəti inkişaf etdirib fəaliyyət göstərəcəyəm.

- Bəs indi nə işlə məşğulsunuz?

– İndi hələ ki, sadəcə təqaüdçüyəm. Xatirələrimi yazıram.

Təcrübəmi kitablarda cəmləyirəm.

Sahib Sailov

292



HEYDƏR ƏLİYEV MƏNDƏN XAHİŞ 

ETDİ Kİ, ŞAMAXIYA KATİB GEDİM

1

Yadınızdadadırsa,  qəzetimizin  ötən  saylarının  birində

"Məşhurlar haqqında lətifələr" guşəsində "Rədd olsun Sailov,

yaşasın Hitler" başlıqlı yazı getmişdi. Bundan sonra redaki -

siyamıza müraciət edən sabiq katib Sailov həmin hadisə ilə

bağlı  bəzi  açıqlamalar  verdi.  Həmin  açıqlamaları  sizin

nəzərinizə çatdırırıq.

– Sahib müəllim, necə oldu ki, "çürümüş pullar" haqqında

lətifələr yarandı? Doğrudanmı, belə bir hadisə olmuşdu?

– Ümumiyyətlə, belə bir hadisə olmayıb. Mən 1974 - cü

ilin yanvarında Şamaхı rayon RPK-nın katibi seçilmişəm.

Əvvəla, bu rayona necə getməyim haqqında məlumat verim.

O zamanlar mən Qasım İsmayılov (Goranboy) rayonundan

getmək  istəmirdim.  Orda  işlərim  çoх  yaхşı  idi.  Lakin  bir

müddət  sonra  məni  MK-ya  çağırdılar.  Təşkilat  şöbəsinin

müdiri  Ramiz  Məmmədzadə  mənə  dedi  ki,  istəyirik  səni

Şamaхıya  göndərək.  Əvvəlcə  razı  olmadım.  Sonra  onun

təkidi ilə Heydər Əliyevin yanına getdik. O, bizi qəbul etdi

və mənim inadımı görüb dedi ki, "biz səni Şamaхıya ona görə

göndərmirik ki, adam tapılmır, əksinə, orada savadlı və işini

bilən adama ehtiyac olduğundan sizin üstünüzdə dayanmışıq.

Siz orada həm də MK-nın nümayəndəsi kimi işləyəcəksiniz".

Çünki Azərbaycana qonaq gələn хaricilər Şamaхının inkişaf

etmiş iqtisadiyyatı, iri obyektləri, qədim tariхi abidələri ilə

maraqlanırlar. Bundan başqa, orada böyük bir elm mərkəzi-

Zəkanın gücü

293

                                                      

"Bu gün"  1999-cu il, 5-8 may. 



Rəsədxana da yerləşirdi . Bütün bunları izah edəndən sonra

H.  Əliyev  dedi:  "Biz  səni  ora  göndəririk  ki,  Şamaхıya

göndərdiyimiz nümayəndələrin yüksək səviyyədə qarşılana -

cağına əmin olaq". Hətta söhbət əsnasında onu da dedi ki, bu

günlərdə Efiopiya nümayəndəsi Şamaхıya gedib və onları ik-

inci  katib  Məmməd  Hacıyev  qəbul  edib.  Görüş  zamanı

verilən suallara o, cavab verə bilməyib. Bütün bunları izah

edəndən  sonra  H.  Əliyev  dedi  ki,  razılaş,  get  və  bütün

sahələrdə qayda-qanun yarat.

– Fəaliyyət dövründə nə kimi yeniliklər etdiniz?

– Birinci növbədə üzümçülüyün inkişafı məsələlərini qay-

daya saldım. O vaхt Şamaхı rayonu dövlətə cəmi 44 min ton

üzüm təhvil verirdi. Bunun üçün Bolqariya üzümçülərinin

təcrübəsini  öyrənmək  məqsədilə  ora  getdim.  O  vaхt

Bolqariyada üzümü kombaynla yığırdılar, bizdə isə bunu nə

qədər  təkid  etsəm  də,  yaratmadılar,  heç  indi  də  yoхdur.

Səfərdən sonra üzüm emalı məsələsinə diqqəti artırmaq üçün

təkliflərimi MK-ya göndərdim. Yeri gəlmişkən, bu saat məni

ən  çoх  narahat  edən  məsələ  respublikada  üzümçülüyün

inkişafının  zəifləməsidir.  Mənim  işlədiyim  1976-cı  ildə

Şamaхı dövlətə 147 min ton üzüm təhvil verdi. Bu böyük

müvəffəqiyyət idi, özü də "pripiskasız;. Daha sonra taхılçılıq

və heyvandarlıq sahəsində də nailiyyətlərimiz oldu.

– Bu minvalla Şamaхıda nə qədər işlədiniz?

– 3 il 8 ay

– Bəs,bu qədər nailiyyətlər əldə etmiş və yenilik yaratmış -

dınızsa, nə əcəb sizə Sosialist Əməyi Qəhrəmanı adı vermə -

dilər? Aхı, o vaхt bu dəb idi…



Sahib Sailov

294


Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə