Sahib sailov zəkanın gücü (1954-2013) Bakı



Yüklə 2,16 Mb.
Pdf görüntüsü
səhifə75/103
tarix29.01.2018
ölçüsü2,16 Mb.
#22631
1   ...   71   72   73   74   75   76   77   78   ...   103

HEYDƏR ƏLİYEV DEYİB Kİ, 

SAİLOVU İTİRDİK

1

9 il, 9ay, 28 gün həbsxanada yatan Şamaxının keçmiş bir-

inci katibi Sahib Sailov bütün həyatını "Bu gün"ə danışdı.

-  Yenə  də  soruşuram,  bütün  bu  yoxlamalar,  büroya

çağırılmağınız Sizə heç nə demirdi, şübhə yaratmırdı?

- Yox, heç nə hiss etmirdim. Dediyim kimi birinci katib,

"get başını aşağı sal, işlə" demişdi. Amma avqustun 4-də

Cəlilabadda üzümçülərin Ümumrespublika müşavirəsində

MK-nın  kənd  təsərrüfat  məsələləri  üzrə  katibi  Hacıağa

İbrahimov Əliyevə şikayətləndi ki, Sailov bizdən xəbərsiz öz

öhdəliklərini "Selskaya jizn" qəzeti vasitəsilə ümumittifaq

miqyasında  yayır.  İnsafən  Əliyev  onda  reaksiya  vermədi.

Amma ikinci dəfə bir də şikayət etdilər. Onda bildim, məni

gözaltına alıblar.

- İşdən çıxarıldınız. Həmin vaxt deputat səlahiyyətləriniz

də əlinizdən alınmışdı?

-  Yox,  mən  işdən  çıxarılandan  sonra  deputat  səlahiy -

yətlərim və plenum üzvlüyüm hələ qalırdı. Bir də dekabrın

26-da  bu  səlahiyyətlərimi  əlimdən  alıb  məni  partiyadan

çıxardılar. Onda artıq bildim ki, məni tutacaqdır. İki gündən

sonra da Respublika Prokurorluğuna ifadə verməyə çağırıb,

məni həbs etdilər.

- Onların əlində sizin əleyhinizə ifadələr var idi?

-  Hə.  Bilirsiniz,  ifadə  verən  adamların  hamısı  tutulub

həbsxanaya salınmışdı. İnsanları dama saldırandan sonra on-

Sahib Sailov

282

                                                      

"Bu gün"  1999-cu il, 5-8 may. 



lara istənilən tərzdə ifadə verdirmək olar. Hələ büroda mənə

dedilər  ki,  Ceyhun  Pirverdiyev  (Şamaxıdakı  Pedaqoji

texnikumun həbs edilən direktoru) sənin əleyhinə ifadə verib.

- Bəs işdən çıxarılandan sonra Heydər Əliyevlə görüşməyə

cəhd göstərdiniz?

-  İşdən  çıxarılandan  sonra  mən  MK-nın  birinci  katibi

Heydər Əliyevin qəbulunda olmaq üçün çox səy göstərdim.

Lakin  bu  işlərin  başında  duran  İsmayıl  Əsgərov  imkan

vermədi ki, mən Əliyevlə görüşüm və lazım olan faktları ona

çatdırım. Deputat səlahiyyətlərim olduğu halda, məni MK-

nın  binasına  buraxmırdılar.  İsmayıl  Əsgərov  belə  əmr

vermişdi.

- Danışılanlara görə, işdən çıxarılana qədər Siz Heydər

Əliyevin hətta, ailə ziyafətlərində də iştirak edənlərdən biri

olmusunuz…

– Belə şey olmayıb.

-  Bir  söz-söhbət  də  var.  Deyirlər  ki,  Heydər  Əliyev  o

zaman təəssüflə bildirib ki, bu məsələ mənlik deyil…

–  Səhv  deyirlər.  Siz  özünüz  düşünün.  Əliyev  elə  söz

deyərdi? O, respublikanın birinci şəxsi idi. Sadəcə olaraq

mənə qarşı təzyiqlər kampaniya şəklini almışdı. Heç vaxt

Heydər  Əliyev  bir  rayonun  katibini Abbas  Zamanovdan,

İsmayıl Əsgərovdan, Vitali Krasilnikovdan və başqalarından

üstün tuta bilməzdi.

Amma razılaşın ki, istəsəydi Sizi bu girdabdan qurtara

bilərdi…


–  İstəsəydi  məsələni  yoluna  qoyardı,  görünür  istəmədi

də…


Zəkanın gücü

283


-  Sizin  tutulmağınız  bəlkə  bir  "dərs"  idi.  Kimi  isə  o

birilərinə görk etmək istəyirdilər?

– Bəlkə də. Hələ o vaxt Abbas Zamanov Puşkinin ( indiki

Biləsuvar  rayonunun)  birinci  katibi  Dəmir  Nəbiyevin

kabinetində demişdi: "Gördün, mən Sailov kimi birinci katibi

tutdum. Deməli, səni bir anda yox edərəm".

- Amma deyirlər ki, Siz Heydər Əliyevin başının üstündən

Moskva ilə əlaqə yaratmısınız. O da bunu duyub…

–  Yalan  sözdür.  Məni  o  zaman  işdən  özgə  bir  şey

düşündürmürdü.

- Bəs Sizin Arbatovla əlaqələriniz?

–  Arbatovu  yaxşı  tanıyıram.  Deputatımız  idi.  Mənim

onunla yalnız salam-sağolum var idi. O, mütəmadi rayona

gəlib camaatla görüşürdü. Hətta, həmişə Hedər Əliyev özü

zəng edərdi ki, Arbatov gəlir, onu qarşıla.

- Deməli, Sizi dekabrın 28-də həbs etdilər. Yenə də Heydər

Əliyevdən heç bir mesaj gəlmədi?

– Yox, dediyim kimi mənim konfliktimə "əjdaha" adamlar

düşmüşdü. İsmayıl Əsgərovun "kəsdiyi başa" sorğu-sual yox

idi. Abbas Zamanov da uzun müddət DTK-da onun müavini

işləmişdi.  Hər  halda  məndən  çox  ona  inanırdı.  Amma

eşitmişəm ki, Əliyev Yevlaxda və Sabirabadda pambıqçıların

Ümumrespublika müşavirəsində tutulmağımı çox təəssüflə

qeyd edib. Deyib ki, biz Sailovu itirdik.

- Sizcə, bu söz qeyri-səmimi alınmırdı?

– Yox. Hər halda mənim işdən çıxıb evdə oturduğum 5 ay

müddətində yaxın ətrafı onu inandırmışdı.

- Amma mən bir söhbət də eşitmişdim. Deyirlər, o vaxt



Sahib Sailov

284


ittifaqın xəttilə taxılla maraqlanmaq üçün bir ərəb mütəxəssisi

gəlib. O rayonları gəzəndə, ya ümumi müşavirədə Sizin də

çıxışınızı dinləyib. Və çox məmnuniyyətlə Heydər Əliyevə

deyib ki, bu adamın böyük gələcəyi var. İkinci dəfə onun

gəlişinin şahidi olan bir adam danışdı ki, Bakıya çatan kimi

ərəb Sizi soruşub. Cavab veriblər ki, Sailov həbsxanadadır.

Ərəb də başının işarəsiylə yuxarını göstərərək kinayəli gülüb.

– Eşitmişəm. Çox sözləri xalq özü yaradıb.



Xüsusi  qeyd:  Ərəb  adınan  deyilən  sözü  o  vaxtı  ölkə

rəhbərlərindən biri demişdir.

- Qayıdaq istintaqa və Sizin həbsxana həyatınıza. İstintaq

qurtaran kimi məhkəmə başladı?

–  Yox.  İstintaq  qurtardı.  Məni  vəkilimlə  birgə  istintaq

materialları ilə tanış etdilər. Mənə qarşı sürülən ittihamları

rədd  etdiyimi  yazdım.  Bir  müddət  keçdi,  məhkəmə

başlamadı. Bir ay, iki ay, üç ay… Məhkəmədən söhbət get-

mir. Ərizə yazdım ki, baş prokuror Abbas Zamanov məni

qəbul etsin. Bir-iki gündən sonra məni həbsxanadan çıxarıb

baş prokurorun qəbuluna gətirdilər. Soruşdu: "Şikayətiniz

nədir?" Dedim? "Birinci, istintaqın belə aparılması ilə razı

deyiləm.  İkinci,  niyə  məhkəməni  keçirmirsiniz?  Cəza

müddətini  verin,  gedim  çəkim.  Hirslə  qışqırdı:  "Onu  biz

bilərik". Dedim: "Sən də, mən də bu ölkənin vətəndaşlarıyıq.

Hamımız  da  bir  qanuna  tabeyik.  "Cinayət  Məcəlləsini

seyfindən çıxarıb mənə göstərdi. Hirslə baxıb dedi  ki, sənə

ölüm hökmü verdirəcəyəm. Söhbətmizin canlı şahidi Şükür

Rzayevdir.  Bilirdim  ki,  cinayətim  təsdiqlənsə  belə,  mənə

ölüm hökmü düşmür, sadəcə, psixoloji təsir etmək istəyirdi



Zəkanın gücü

285


Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə