Sahib sailov zəkanın gücü (1954-2013) Bakı



Yüklə 2,16 Mb.
Pdf görüntüsü
səhifə71/103
tarix29.01.2018
ölçüsü2,16 Mb.
#22631
1   ...   67   68   69   70   71   72   73   74   ...   103

Vaxtında tədarük edilmiş 10 min ton mineral və 5 min ton

üzvi  gübrə  bağlara  daşınıb  verilmişdir.  Gərgəaralarının

şumlanması, tənək diblərinin bellənməsi də qısa müddətdə

başa çatdırılmışdır. İndi quru budama davam etdirilir. Bütün

bu tədbirlər yüksək aqrotexniki qaydalarda aparılır. İlk par-

tiya təşkilatları görülən işləri gündəlik nəzarət altına almışlar.

Beşilliyin ikinci ilində əməkçilərimiz plana görə üzüm

istehsalını 91 min tona, taxıl istehsalını 42.5 min tona, ət

istehsalını 2,9 min tona, süd istehsalını 308 tona, yumurta

istehsalını isə 7,4 milyon ədədə çatdırmağı nəzərdə tutmuşlar.

Göründüyü kimi, planlarımız böyükdür. Söz yox ki, onların

yerinə yetirilməsi üçün rayonun partiya təşkilatları səmərəli

və gərgin fəaliyyət göstərməli olacaqlar.

- Onuncu beşilliyin konkret vəzifələri nədən ibarətdir?



-  1975-1980-cı  illərdə  tarla  qəhrəmanlarımız,  üzüm

ustalarımız 222,5 min ton taxıl və 584,9 min ton üzüm is-

tehsal etməli, heyvandarlarımız ət istehsalını 15,2 min

tona, süd istehsalını 44,5 min tona, yun istehsalını 1,5 min

tona, yumurta istehsalını 38,2 milyon ədədə çatdırma -

lıdırlar.

- Rayonun gələcək inkişafı naminə Sizi narahat edən hansı

problemlərin həll olunmasını istərdiniz?

-  Sov.  İKP  MK-nın  Baş  katibi  L.İ.Brejnev  yoldaş

kolxozçuların  III  Ümumittifaq  qurultayında  demişdir:

"Aqrar-sənaye birliklərinin, şübhəsiz, böyük gələcəyi vardır.

Bunlar nəinki yeni təşkilat forması, habelə mühüm ictimai

iqtisadi hadisədir. Biz bu işə əməli surətdə girişməli, lakin

səhvlərə  və  kifayət  qədər  düşünülməmiş  tələsik  qərarlar

Sahib Sailov

266



qəbul edilməsinə yol verməməliyik". Bu istiqamətdə rayon-

umuzda əməli addımlar atılmalıdır.

12 təsərrüfatda sovxoz emal müəssisələri ilə birgə işləyir.

Sovxoz-zavodlar bütün iqtisadi göstəriciləri üzrə özlərinin

böyük üstünlüyünü göstərir. Aqrar sənaye kompleksi qəbula

gələn  və  emal  olunan  məhsulun  keyfiyyətinə  məsuliyyəti

artırır.  Hər  iki  tərəfə  vahid  rəhbərlik  cavabdehliyi  dəqiq -

ləşdirir.  Bizcə,  rayonda  üzümçülük  üzrə  aqrar-sənaye

birlikləri təşkilinin vaxtı çatmışdır.

Respublika təşkilatları həmçinin rayonda şərab kombinat -

larının yaradılmasına da qayğı göstərməlidirlər. Emal edilmiş

şərabın  elə  buradaca  butulkalara  doldurulub  istehlakçıya

göndərilməsi məhsulun keyfiyyətinin qorunmasına, daşıma -

nın  asanlaşmasına  imkan  yaradırdı.  Konyak  zavodunun

tikilməsi də zəruridir.

Üzümçülük  sahəsində  məhsuldarlığın  sabit  artımına,

şərabçılığın intensiv inkişafına nail olmaq üçün Zoğalvayçay

su dəryaçasının dərinləşdirilməsi, suvarma şəbəkəsinin yara -

dıl ması, Pirsaatçay və Qozluçay üzərində yeni sututarların

tikilməsi  kimi  perspektiv  problemlər  də  böyük  kapital

qoyuluşu hesabına həyata keçirilməlidir. 

Heyvandarlığın sürətlə inkişafı üçün təsərrüfatlar arası in-

tensiv kökəltmə birlikləri, südçülük kompleksi yaradılması,

qarışıq yem sexləri tikilməsi də zamanın tələbidir.



Zəkanın gücü

267


***

Oxucuları daha çox maraqlandıran Şamaxı hadisələridir.

Məlumat  üçün  deyim  ki,  Şamaxı  “sindromu”  haqqında

(“Saxta hökm. Həyat davam edir”) yazdığım kitab fundamen-

tal bir əsər olmaqla bərabər, o dövrün prokurorluq, məhkəmə,

istintaq orqanlarında və islah-əmək koloniyalarında baş verən

hadisələri dəlil sübutlarla, mövcud sənədlərlə şərh edən bir

məxəzdir. 

İndi də 10 ildən sonar baş verən hadisələr haqqında 2000-

ci  ildə  “Avropa”  qəzetinin  suallarına  verdiyim  cavablarla

tanış olun.

Sahib Sailov

268



SAHİB SAİLOV

ÖTƏNLƏRİ NECƏ XATIRLAYIR?

1

Əliyevin  birinci  katib  dönəmlərində  9  il,  9  ay,  28  gün

məhbəs  həyatı  yaşamış  Şamaxının  keçmiş  birinci  katibi

ötənlərə nəzər salarkən adları indi də bəlli simaları sadaladı.

–  Sahib  Sailov  nədən  "xırda  burjua  şəhəri"  Lənkərana

katib getmədi? – Şamaxının birinci şəxsi doğrudanmı rüşvət

almışdı? – Şükür Rzayevin istintaq qrupu nələr tapmışdı? –

Çürük pullar haqqında əfsanə necə yarandı? – Abbas Za-

manovla  ədavət  nədən  yaranmışdı?  –  Heydər  Əliyev  öz

kabinetində Sailova nələr demişdi? – Şuşa həbsxanasında

keçmiş katib nələr gördü?

Şamaxıya katib getməyimi Heydər Əliyev təkid etdi.

9 il, 9 ay, 28 gün həbsxanada yatan Şamaxının keçmiş bir-

inci katibi Sahib Sailov bütün həyatını bu günə danışdı.

– O dövrün partiya işçilərinin bütün həyat kodları eyni

cümlə ilə başlayırdı. "Zəhmətkeş, kəndli ailəsində doğulub".

Bir  dəfə  köhnə  kişilərdən  biri  dedi  ki,  sovetin  dövründə

qabağa çəkilən adamların hamısını DTK əvvəlcədən diqqətdə

saxlayırdı…

6. Mən o fikirdə deyiləm. Hələ ali məktəbdə oxuyanda

komsomol işində idim. 1950-ci ildə APİ-nin tarix fakültəsinə

daxil oldum. Elə ilk ildən də komsomol işində olmuşam.

1954-cü ildə ali məktəbi bitirib Salyana döndüm. Oxuduğum

iki nömrəli şəhər orta məktəbində tarix müəllimi işlədim. İki



Zəkanın gücü

269

                                                      

"Bu gün" qəzeti, 1999-cu il, 5-8 may.  1999-cu ilin may ayında “Bu gün” qəzetinə verilən

müsahibənin mətni (5, 6, 7, 8 may tarixində dərc edilmişdir).




Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə