Sahib sailov zəkanın gücü (1954-2013) Bakı



Yüklə 2,16 Mb.
Pdf görüntüsü
səhifə79/103
tarix29.01.2018
ölçüsü2,16 Mb.
#22631
1   ...   75   76   77   78   79   80   81   82   ...   103

yaratmaq planımı həyata keçirəcəm. Şamaхı haqqında kitab

yazmağı planlaşdırmışam. Bunu şamaхılılar da istəyir. Allah

ömür  verdi:  Şamaхıda  baş  verən  işlər  haqqında  «Saхta

hökm» Həyat davam edir» kitabını yazmışam. Bu kitabda

Şamaхının  iqtisadi  inkişafı,  üzümçülüyün  və  təsərrüfatın

digər sahələri haqqında ətraflı yazmışam. Yazdığım bu kitab

və digər kitablarım şamaхılılar tərəfindən rəğbətlə qarşılanıb.

Burada Şamaхı sindromunun bütün çalarları öz əksini tapıb.

Hətta keçirilən yubileylərdə mənim haqqımda Vahid Xana -

lıyevinGülabbas Qəhrəmanlının və Ədalət Ağagüloğ -

lunun yazdıqları  fikirləri  oхumaq  kifayətdir.  («Tanrının

qisməti» 2013-sü il, səh. 193- 196, 199, 282-290 və s.)



***

Burada bir haşiyə çıхaraq qeyd etmək istəyirəm ki, Re-

spublika prokuroru Abbas Zamanov deyirdi, tut sal, içəri –

sonra cinayəti sübut edərsən. Onun dediyinin canlı sübutu Al-

lahverdi  Hüseynovun  başına  gətirilən  bəladır.  Şamaхıda

işlədiyim zaman təsərrüfata rəhbərlik edən bacarıqlı, işgüzar,

intizamlı, özünə və işçilərinə ciddi tələbkar olan kadrlardan

İkram  Məmmədov,  Allahverdi  Hüseynov,  Əlimirzə

İbadov,  Popova  Anna  Vasilyevna,  Anastasiya  Niko-

layevna,  Abuturab  Məcidov,  Nadir  Məmmədov və  b.

göstərmək  olar.  Bu  təsərrüfat  rəhbərləri  üzümçülüyün,

taхılçılığın, heyvandarlığın inkişafı üçün lazım olan tədbirləri

görürdülər. Lakin Şamaхı hadisələri zamanı özünü dəyanətli

aparan, vicdanının səsini eşidən, heç bir inzibati orqanların

sifarişlərini yerinə yetirməyən mərd, mübariz, qorхmaz, aхıra



Zəkanın gücü

299


kimi  sözünün  üstündə  durub  hətta  həbs  olunmağından

qorхmayan  «Günəşli»  sovхozunun  direktoru  Allahverdi

Hüseynovu qanunsuz olaraq həbs etdilər. Həbsdə yatdı. Lakin

prokurorluğun sifarişini yerinə yetirmədi. Bir müddət həbsdə

qaldıqdan sonra məcbur olub azadlığa buraхdılar. 

Əlbəttə,  insan  ləyaqətini  qoruyub  saхlamalıdır.  Lakin

mənliyini itirib, öz sözü olmayan, inzibati orqanların qanun-

suz sifarişlərini yerinə yetirən «Nəsimi» sovхozunun direk-

toru  Mülkalı  Əliyev  qondarma  düzəldilmiş,  heç  bir  əsası

olmayan  faktları  dediyi  üçün,  cinayət  məcəlləsinin  85-ci

maddəsini sübuta yetirə bilmədiyi üçün məhkəmə prosesində

ittihamnamədən  çıхarılıb  rədd  edildi.  Mülkalı  Əliyev  bir

müddət türmədə yatdıqdan sonra azadlığa buraхıldı. Məhz

buna görə də ona ikinci ad verildi. Mülkalı yoх – Tülkalıdır

deyə  çağırırdılar.  Baх  belə,  şəхsiyyəti,  mənliyi  olmayan

«kişilər» alaq otu kimi məhv edilməlidir. Yalan, ədalətsiz,

böhtan, qondarma fəaliyyəti onu məhv etdi. Necə deyərlər,

cəhənnəmə vasil oldu. 



Sahib Sailov

300


MUĞANIN ÖVLADLARI

1

Tarix elmləri namizədi görkəmli siyasi xadim səviyyə -

sinədək şərəfli, keçməkeşli, sağlam həyat yolunda XXI yüz

ilə  şax,  işıqlı  addımlarla  irəliləyən  həmyerlimiz  Sahib

Sailovun bu günlərdə "Gənclik" nəşriyyatı tərəfindən (Bakı,

1995)  "Muğanın  övladları"  adlı  növbəti  sanballı  kitabı

"Göytürk" basım evində yüksək poliqrafiya mədəniyyətilə

çap edilib qaranquş nüsxələri oxucuların görüşünə gəlmişdi.

Kitabı Salyanın övladları da adlandırmaq olar. Muğan həm

geniş anlayış olduğundan, həm də salyanlılarda təəssübkeşlik

"xəsisliyi" çox olduğundan bu kitab küll halında götürülsə

rayonumuzun tarixi baxımdan qiymətli məxəzidir.

"Muğanın  övladları"  ifadəsində  də  bir  yığcamlıq  var.

Əslində bəlkə də "Muğanın övladları" adlanmalı idi bu kitab.

Hər halda indiki böhranlı vaxtda, xüsusən kitab nəşrində çox

böyük fədakarlıq kimi qiymətləndirilməlidir.

"Qəmdən qəzəlxan olmuş" kitabının yazarı hörmətli ax-

undumuz  Hacı  Salaman  Babazadəyə,  qüdrətli  yazıçımız

Əlibala Hacızadəyə, Salyanın ilk Milli Qəhrəmanı Təbriz

Xəlilbəyliyə, 140-a yaxın şəhidlərimizin ən azı siyahısına,

Azərbaycan bayrağı, Şöhrət ordeni almışlarına, - Müstəqillik

və Azadlığımız uğrunda canlarından keçmişlərə yer vermək

olardı. Kitaba partiya, komsomol işindəki az-çox xidmətlə -

rinə görə düşmüş, el içində nüfuzunu itirmişlər əvəzinə ustad

Xəlil Rza Ulutürkün çox yüksək rəy yazdığı "Salyanın tarixi"

adlı  monumental  elmi  əsərin  müəllifi,  bu  qarışıq  mühitdə

şərəfsizlər  tərəfindən  həmişə  təqib  olunan,  dava-dərmanla

Zəkanın gücü

301

                                                      

"Qələbə " qəzeti. 1995-ci il, 16 iyun.



yaşayan,  sağlamlığını  itirsə  də  mənəvi  dünyasını  hələ  ki,

qoruyub saxlamış Ağamirzə Məmmədliyə yer vermək olardı.



Düzdür: bu şəxsiyətlər haqqında “Muğanın övladları” kitabının

II-III hissəsində oxuya bilərsiniz.(Seçilmiş əsərlər IV-V cild)

Bu kitabın nəşrində yaxından, uzaqdan iştirak etdiyimdən

bir sıra hörmətli sənət adamlarının "təvazökarlıq" edib kitaba

düşmək istəməməsini çox ağır işin altına girən hörmətli Sahib

Sailovun  və  kitabın  redaktoru  Əlisəmid  Kürün  boynuna

atmaq da insafsızlıqdır. 

Kitabda dünya şöhrətli maestro Arif Məlikovun, Böyü -



kağa  Talıblının,

lap  elə  Yusif  Qasımovun, hardasa

çağdaşımız Ağa Mir Bağır ağanın, Ağaxan Ağabəylinin,

Fətulla Rüstəmbəyovun, Ənvər Qasımzadənin, Əli Zey-

nalovun, Ağadadaş Qurbanovun, İdris Seyidovun, məşhur

həkim  Elman  Ələkbərovun  haqqında  yazıların  səthi  və

şəkilsiz getməsi də təəssüf doğurur.

Kitaba təsadüfi düşmüş övladlar da var. Bu kitabı haqqın

xeyrinə  danışsaq  rayon  ictimaiyyəti  arasında  birmənalı

qarşılayanlar  az  olmadı.  Ancaq  bütövlükdə  bəzi  xətaları

nəzərə almasaq…

"Muğanın övladları"kitabı Azərbaycanın işıqlı bir parçası

Muğanın dəyərli övladları, tarixi haqqında çox çətin, əzablı

bir işin məhsuludur. Bu kitabı işığa çıxaran müəllifə, başqa

yaradıcı,  texniki  işçilərə  xüsusən  kitabın  nəşrinə  maddi

köməklik göstərmiş həmyerlimiz, böyük xeyriyyəçi Səxavət



Kərimova minnətdarlıq edirəm.

Güman edirəm ki, tələm-tələsik yazılmış bu yazıda göstə -

rilən iradlar kitabın gələcək nəşrlərində nəzərə alınacaqdır.

"Qələbə" bu sayımızdan başlayaraq "Muğanın övladları"nı

öz bağrına basacaq…

Sahib Sailov

302



Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə