qulaq asmışam, gələcəyinizə böyük ümidlər bəsləmişəm.
Əlbəttə, Sizin bacarığınız İmam Mustafayev, Vəli Axun-
dov və Heydər Əliyev kimi katiblərin və görkəmli şəxsiyyət -
lərin nəzərindən yayınmazdı.
Siz respublikada sayılıb seçilən katiblərdən idiniz. Özüm
şahidəm: 1976-cı ildə Şamaxıda, Mədəniyyət sarayında 300
nəfərin iştirakı ilə keçirilən iclasda Azərbaycan KP MK-nın
birinci katibi Heydər Əliyev sizin və rayon zəhmətkeşlərinin
ünvanına nə qədər xoş sözlər söylədi. Siz Heydər Əliyevin
tam rəğbətini qazanmışdınız.
Sahib müəllim, sizin kitabı oxuduqca keçmiş həyatım
yadıma düşür və bu qənaətə gəlirəm ki, paxıllıq, gözü
götürməzlik hər sahədə var imiş.
Mən sizi, Şamaxıda işlədiyiniz zaman daha yaxından
tanıdım, bacarığınızı, dostluğunuzu və insanpərvəliyinizi
gördüm: üzüm yığımının qızğın vaxtı idi və onu daşımaq
üçün 200-300 maşın tələb etmişdiniz. Bizim maşınların
işindən narazı idiniz, MK-ya da şikayət etmişdiniz. Nazirimiz
M. Babayev məni çağırıb dedi ki, MK-nın birinci katibi H.
Əliyev Şamaxıya gedəcək, sən get, o maşınlara rəhbərlik et
və gör Sahib müəllimi razı sala bilərsənmi ki, bizdən çox
şikayət etməsin ( çox sağ olun ki, şikayət də etmədiniz).
Siz məni çox yaxşı qəbul etdiniz və dediniz ki, 10-15 gün
qalım, maşınlar yaxşı işləsin.
Heydər Əliyev gəldi, sahələri gəzdiniz, sonra iclas keçir-
diniz. Siz çox əhatəli çıxış etdiniz və yadımdadır, deyəndə
ki, yoldaş Əliyev, Şamaxıya gəlişiniz münasibətilə yeni
öhdəlik götürüb əlavə 15 min ton üzüm verəcəyik, hamı
Zəkanın gücü
307
ayağa qalxıb alqışladı. Heydər Əliyev çıxış edərək razılığını
bildirdi.
Heydər Əliyevin apardığı bir çox iclaslarda, rayon-larda
keçirdiyi büro iclaslarında (Bərdə, Kürdəmir, Cə-lilabad,
Sabirabad və s.) iştirak etmişəm. Dünyagörüşü yüksək olan,
tələbkar və hər şeyi yaxşı ayırd edən bir rəhbər idi. Mən onun
iş metodundan çox faydalanmışam.
Kitabda adlarını çəkib haqqında danışdığınız adamların
bir çoxu ilə mən də tanış idim. İ.Mustafayev və V. Axundovla
görüşlərimiz olub. Sonralar V. Axundovla o direktor işlədiyi
mikrobiologiya institutunda görüşüb söhbət etmişəm. Çox
mədəni, savadlı adam idi.
Professor M. Muradxanov (mənə dərs demişdi), həkim
Fər rux İsmayılov, polkovnik Hamlet Hüseynov, Əlağa
Hüseynov…
Dəyərli insanları xatırladığınız və yüksək qiymətlən dir -
diyiniz üçün çox sağ olun. Sağ olun ki, mənim də gəncliyimi,
o əlçatmaz günləri yadıma saldınız.
Sahib müəllim, yenə də deyirəm çox sağ olun, Siz mənim
də cavanlığımı, həyatımı yadıma saldınız. Sizə minnətdaram.
Kitabda yaxşı adamları yada salmısınız və onları yaxşı qiy -
mət ləndirmisiniz.
Allahdan Sizə uzun ömür, övladlarınıza xoşbəxtlik istə -
yirəm.
Böyük hörmətlə:
Baxış Əli oğlu Həsənov
May, 2004-cü il
Sahib Sailov
308
AĞCƏBƏDİ RAYONUNDAN
ƏHMƏD MƏMMƏDOVUN YAZDIĞI
MARAQLI BİR MƏKTUBU OXUCU
MARAĞI ÜÇÜN VERMƏYİ
MƏSLƏHƏT BİLDİM
Pirverdiyev öz ifadəsində göstərir ki, Məmmədov Əhmə -
din qızı Məmmədova Mahirənin məktəbə qəbul olunması
üçün tapşırmışam. Bununla əlaqədar olaraq Məmmədov
Əhməd Bayram oğlunun mənə ünvanladığı məktubu olduğu
kimi verirəm.
"Savadının, biliyinin, fərasətinin, yüksək qabiliyyətinin,
zirəkliyinin, dövrəsində hamıdan çox-çox üstün olan ağlının
qurbanı olan, vurğunu olduğum, başı bəlalar çəkmiş Sahib
müəllimə salam.
Biz bir yerdə işləməmişik, yaxından dostluğumuz da
olmayıb, ancaq mən sizin azarkeşiniz olmuşam. Sizin bütün
ölkəyə (SSRİ) səs salan işiniz, əməyiniz, ad- sanınızla
fərəhlənir, fəxr edirdim. Mənim sizə qarşı olan istəklərimdən
sizin xəbəriniz yox idi. Sadəcə olaraq mən Sizə respublikada
olan birinci katiblərin ulduzu kimi balet edirdim.
Respublikada hamıdan savadlı və bacarıqlı bildiyim böyük
bir şəxsiyyətlə zaman məni məhkəmə zalında üz-üzə
əyləşdirdi.
O vaxt şok halına düşdüm, sarsıldım, insanlara inamım
azaldı. Sizi müttəhim kürsüsündə görəndə zal başıma fırlandı,
sandım ki, dünyanın sonudur.
Zəkanın gücü
309
İçimdə saysız-hesabsız suallar yarandı.
1. Bu niyə belə oldu?
2. Sailov müttəhimlər kürsüsündə oturandan sonra davam
edəcəkmi?
3. Sailova niyə heyifləri gəlmədi?
4. Bu boyda haqsızlığı, bu boyda ədalətsizliyi, bu boyda
günahı niyə tutdular?
5. Ziyanı, nuru niyə söndürmək istəyirlər?
6. Sailovu özlərinə güclü rərib hesab edənlər Allahdan niyə
qorxmurlar?.... (Sualların sayı çoxdur, cavablar da “Ömrün
səhifələri”ndə).
Mənə bagışladığınız "Ömrün səhifələri" əsərində dar
günün dostu olan insanlardan yazmısınız, əhsən bu cür dost-
lara və belə dostları qazanan Sizə.
Adını çəkdiyim tarixi əsərinizi göz yaşı tökmədən oxumaq
mümkün deyil.
Qondarma məhkəmə zalında söylədiyiniz son söz elm
ocaqlarında araşdırmalı böyük bir əsərdir.
İnanmıram ki, o vaxt məhkəmə zalındakı hakimlər,
ittihamçılar belə məntiqi, dərin mənalı, tutarlı, mən deyərdim
ki, rəqiblərə, bədxahlara, sifarişçilərə öldürücü zərbə olan bu
söyləmədən baş açaydılar. Bu elə qüvvəli bir deyimdir ki,
ancaq Sailov kimilərinin beyninin məhsulu ola bilər.
Qismən də olsa içimdə bir rahatlıq hiss edirəm. Niyə?
İşlədiyim Ağdam rayonunun yemçilik müəssisəsi yerləşən
"Ergi" ərazisində mərhum Vəliyəddin Məmmədov (unudul-
maz əziz insan) rəis olduğu islah əmək düşərgəsində, sizin
üzünüzə durub yalan ifadələr verən Ceyhun Pirverdiyev də
(Pir ona qənim olsun) cəza çəkirdi. İçimdə olan yanğıya görə,
Sahib Sailov
310
Dostları ilə paylaş: |