Sahib sailov zəkanın gücü (1954-2013) Bakı



Yüklə 2,16 Mb.
Pdf görüntüsü
səhifə89/103
tarix29.01.2018
ölçüsü2,16 Mb.
#22631
1   ...   85   86   87   88   89   90   91   92   ...   103

bütün dünyanın görkəmli xadimlərindən iqtibaslar gətirib.

Maraqlı  məqamlardan  biri  C.Nehru  ilə  M.  Kazım  bəyin

daban-dabana zidd olan fikirlərinin verilməsidir.

Kitabda maraqlı məqamlardan biri K.Marksın, F.Engelsin,

V.İ.Leninin  və  İ.V.Stalinin  bu  vaxta  kimi  geniş  oxucu

kütləsinə  məlum  olmayan  qüsurlu  cəhətlərinin  obyektiv

təhlilinin verilməsidir. Həqiqətən Sovet Hökuməti və Kom-

munist Partiyası tarixi şəxsiyyətlərin mənfi xüsusiyyətlərini

məxfi saxlayırdı.

Hitler, Stalin və ya Neron kimi adamlar hər əsrdə olur,

ancaq  onların  hakimiyyəti  qəsb  etməsinə,  xalqı  fəlakətə

sürükləməsinə imkan vermək lazım deyildir. Yeri gəlmişkən

qeyd etmək lazımdır ki, Stalin, Beriya və Bağırovun xalqlara

etdiyi zülm yerdə qalmamış, öz haqlı cəzalarını almışlar. 

Kitabda  "Gənclik,  Ailə,  Düşüncələr"  bölməsində  çox

dəyərli fikirlər öz əksini tapmışdır.

Nəsihətamiz kəlamlar gənc ailələr üçün istiqamətverici

əhəmiyyət daşıyır.

Müəllif dərin elmi araşdırmalar, nəzəri təhlillər aparmış,

böyük maraq doğuran tədqiqat əsəri hazırlamışdır.

İrşad İbrahimovun yazdığı bu əsər xırda iradları nəzərə al-

masaq, ciddi nailiyyətdir. Bu yolda ona müvəffəqiyyət arzu

edirəm.

***

Mən  2005-ci  il  tarixdə  Məşhəd  ziyarətində  oldum.

Məşhəd ziyarətində olarkən İran dövləti haqqında lazım

olan bütün sənədlərlə tanış oldum və o ölkənin Möcüzələr

ölkəsi olduğu qənaətinə gəldim.

Zəkanın gücü

337



MÖCÜZƏLƏR ÖLKƏSİ

İran İslam Respublikasına səfərimin məqsədi bu ölkə ilə

tanışlıq, İslam dövlətinin nəyə qadir olduğunu gözlərimlə

görmək  idi.  Bu,  mənim  çoxdankı  arzum  idi.  Bu  ölkədə

səfərdə olmuş pedaqoji elmlər doktoru Əjdər Ağayevin bu

ölkə haqqında təəssüratları arzumun reallaşmasını artırdı.

Əjdər müəllim Respublikamızda 13 ildən artıq bir dövrdə

fəaliyyət göstərən İmam Xomeyni adına "İmdad" Cəmiyyə -

tinə, bu işlə məşğul olan Məşhədi Tahirə müraciət etməyi

məsləhət gördü.

Məşhədi Tahir kiçik cüssəli, ağ saqqallı, çevik, gülər üzlü,

mehriban bir insandır. Öz işinə məsuliyyətlə yanaşan, geniş

dünyagörüşünə malik təmkinli, savadlı insan təsiri bağışlayır.

Söhbət zamanı mən ona Azərbaycan Respublikası Elmlər

Akademiyasının müxbir üzvü Ramiz Qurbanovun salamını

yetirdim. O, bu tanışlıqdan xoşhal oldu. Təəssüf etdi ki, keçən

il üzrlü səbəbdən Ramiz müəllimin səfəri baş tutmadı. "Onun

bu  səfərə  getməsi  mümkün  deyil,  səhhəti  imkan  vermir"

dedim.

Beləliklə, o, lazımi olan sənədləri hazırladı, tərtib etdi,



xaricə getmək üçün pasport alıb, ona təqdim etdim.

Avqustun  17-də  "İmdad"  Cəmiyyətinin  sədri  Bəhram



Kazımzadə bizi qəbul etdi. Çox mehriban, yüksək intellektə

malik olan bu şəxs səfərin əsas məqsəd və məramını açıqladı.

Növbəti  görüşün  vaxtını  müəyyən  etdi  və  İran  İslam

Respublikasının səfiri cənab Əşrəf Süleymaninin bizi qəbul

edəcəyini söylədi.

Sahib Sailov

338



Üç  gün  sonra  biz  İran  İslam  Respublikasının  Azər-

baycandakı səfiri Əşrəf Süleymaninin qəbulunda olduq.

Əşrəf Süleymani bu cəmiyyətin 13 ildən artıq fəaliyyət

göstərdiyini, respublikada 60 min üzvü olduğunu bildirdi.

Dedi ki, cəmiyyət respublika ictimaiyyəti içərisində böyük

nüfuza malikdir və bu işdə Ağa Bəhram Kazımzadənin əməyi

xüsusi  qeyd  olunmalıdır.  "İmdad"  Cəmiyyəti  çox  böyük

xeyriyyəçilik missiyasını həyata keçirir.

Səfir  alimlər  qrupunun  göndərilməsini  yüksək  qiymət -

ləndirdi. O, öz çıxışında bir çox mühüm məsələlərə toxundu.

O  dedi:  "Dövlətlərimiz  arasında  iqtisadi,  siyasi,  mədəni

əlaqələr  getdikcə  artır.  Ölkə  prezidentlərinin  səfərləri,

genişlənən iqtisadi əlaqələr iki ölkənin inkişafına xidmət edir.

Bu bir həqiqətdir ki, 1994-cü ildə ilk dəfə Heydər Əliyevin

dəvətilə, İran İslam Respublikasının prezidenti Rəfsənca ninin

ölkəmizə rəsmi səfəri və bir çox müqavilələrin bağlanması

iqtisadi əlaqələrin təməlini qoydusa, son illərdə İran İslam

Respublikasının prezidenti, islahatçı kimi tanınan Məhəm -

məd Hatəminin ölkəmizə, Azərbaycan prezidenti – İlham

Əliyevin  İran  İslam  Respublikasına  qarşılıqlı  səfərləri  bu

əlaqələrin genişlənməsinə yol açdı. Sədr öz çıxışında bildirdi

ki, hərbi-strateji məsələlərlə əlaqədar bağlanan müqavilələr,

hər  iki  ölkənin  hərbi  nazirlərinin  qarışılıqlı  səfərləri

beynəlxalq aləmdə böyük əks səda doğurmuşdur.

Cənab  səfir  Əşrəf  Süleymani  öz  çıxışında  mədəni

əlaqələrin, mədəniyyət, incəsənət, idman və digər sahələrin

gələcəkdə  inkişaf  etdirilməsinə  xüsusi  yer  ayırdığını,    bu

baxımdan  kollektiv  səfərlər,  xüsusən  də  alimlərin  səfəri,



Zəkanın gücü

339


onların ölkənin iqtisadi, siyasi, mədəni, ictimai həyatında baş

verən bütün sahələri öz gözləri ilə görmələri bizim üçün çox

əhəmiyyətlidir,  dedi.  Hər  bir  ölkənin  xalqlarının  adət-

ənənələri var. Ölkələrimizin xalqları bir çox cəhətləriylə bir-

birinə yaxındır. Odur ki, bu oxşarlıq bir-birimizi daha böyük

amallara  səsləyir.  İncəsənət  və  ədəbi  əlaqələr  getdikcə

genişlənir. Bu həm kollektiv, həm də fərdi xarakter daşıyır.

Xüsusilə incəsənət xadimlərinin fərdi və kollektiv səfərlərini

genişləndirməli və cəmiyyət gələcəkdə bu sahəyə daha çox

fikir verməlidir.

Cənab səfir yarı ciddi,yarı zarafatla dedi ki, gördüyünüz

çatışmayan  cəhətləri  də  qeyd  edərsiniz.  Əlbəttə,  hər  bir

ölkənin və onun xalqlarının özünə məxsus adət-ənənələri var.

Bizim  xalqların  adət-ənənələri  biri  birinə  çox  oxşayır.

Xüsusilə  azərbaycanlıların  yaşadığı  Təbriz  və  onun  ətraf

rayonlarında xalqın yaşayış tərzi, adət-ənənələri biri-birinə

çox yaxındır.

İran dövlətinin keçmişini araşdırsaq, aşağıdakı xüsusiy -

yətlər mütləq nəzərə alınmalıdır. Bizim nümayəndə heyətinin

ayrı-ayrı üzvləri arasında dövlət haqqında olan fikirlər də

fərqli idi. Biz bir-birimizlə fikir mübadiləsi etdikdə, aydın

oldu ki, bu səfər bütün alimlərimizin fərqliliyinin səbəbinə

aydınlıq  gətirəcək.  Etiraf  etmək  lazımdır  ki,  İranın  son

dövrdəki  mütərrəqi  inkişafını  vaxtilə  orada  elmi  ezamiy -

yətlərdə  olan,  müxtəlif  sahələrdə  işləyən  iki  nəfər  alimin

yəqinliklə  təsdiq  etdikləri  kimi  etiraf  etmək  lazımdır.

Cəmiyyət çox düzgün olaraq, elmi əlaqələri genişləndirmək

tərəfdarıdır. Şəksiz bunun böyük əhəmiyyəti var.



Sahib Sailov

340


Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə