Sahib sailov zəkanın gücü (1954-2013) Bakı



Yüklə 2,16 Mb.
Pdf görüntüsü
səhifə88/103
tarix29.01.2018
ölçüsü2,16 Mb.
#22631
1   ...   84   85   86   87   88   89   90   91   ...   103

bağlılığımız daha böyükdür. Ümumiyyətlə, kitabda oxucu

rus-azərbaycan xalqlarının dostluğunu sübut edən real fakt-

larla az təmasda olur.

Kitabda  İran  haqqında  yazı  görkəmli  şair  Məhəm-

mədhüseyn Şəhriyarın aşağıdakı misrası ilə başlayır.

"Bütün dünya bilir sənin qüdrətinlə, dövlətinlə

Abid olub, azad olub mülki-İran, Azərbaycan"

Məhəmmədhüseyn Şəhriyarın şeirindən iqtibas gətirən

müəllif  sübut  etmək  istəyir  ki,  bizimlə  qonşu  olan

Ermənistan, Türkiyə və Rusiyadan ən önəmlisi İran dövlə -

tidir. İranla bizim torpaq və din eyniliyimiz tarixi köklərə

bağlıdır. Müəllif tarixi mənbələrə istinad edərək göstərir ki,

İran dilləri silsiləsinə puştu, talış, kürd, həmçinin fars dili

daxildir. İndi isə İranda fars dili heqomonluq edir. Azərbay -

can alimi Məmmədtağı Zentabi "İran türklərinin əski tarixi"

kitabında  yazır  ki,  türklər  İranda  6  min  il  əvvəl  yaşamış

əhalinin əksəriyyətini təşkil edirdi. Bu gün də belədir.

Fikrimzcə, müəllif Rza Şah Pəhləvinin hakimiyyəti barədə

ətraflı məlumat versəydi, oxucuların marağını təmin etmiş

olardı. Müəllif İran şahlarının var-dövlət yığmaq həvəskarı

olduğunu göstərir. Bu tarix xəstəliyidir. Müasir dövrdə də

kor rupsiyaya qurşanmış məmurlar vardövlət yığmaqdan doy-

murlar.


Kitabda  1905-1911-ci  illərdə  Səttarxanın  başçılığı  ilə

başlayan inqilabi hərəkat, 1918-1920-ci illərdə Şeyx Məhəm -

məd  Xiyabaninin  mübarizəsi  öz  əksini  tapır. Azərbaycan

Demokratik firqəsi 1920-ci ilin 23 iyununda Təbrizdə Milli

hökumət  yaratmaq  qərarına  gəldi.  Fikrimizcə,  müəllif  bu

böyük  inqilabi  hərəkatların  geniş  verilməsinə  səy  etsəydi

yaxşı olardı. 13 sentyabr 1945-ci ildə S. C. Pişəvərinin rəh -

Sahib Sailov

334



bərliyi ilə Azərbaycan Demokratik Firqəsinin təsis konfransı

keçirildi. Milli Məclis çox ciddi qərarlar qəbul etdi. Təbrizdə

karxanalar bərpa edildi. 1 milyon kəndliyə 480 min hektar

torpaq verildi. Əhalinin savadsızlığını aradan qaldırmaq üçün

Milli hökumət büdcəsinin 4- %-ni təhsilə yönəltdi. Təbrizdə

3 fakültəsi, 12 şöbəsi olan universitet açıldı.

Milli  hökuməti  məhv  etmək  üçün  İ.  V.  Stalinin  işə

qarışması kifayət etdi. O vaxt 30 min fədai qətlə yetirildi, 200

min  sürgün  edildi.  Onun  əmrilə  1946-cı  ilin  24  martında

Sovet qoşunları İrandan çıxarıldı. İranın irtica qüvvələri Milli

hökuməti  məhv  etdilər.  İnqilabçı  demokratlar  zindanlara

salındı və onlara divan tutuldu. İ. V. Stalinin azarbaycanlılara

qarşı tətbiq etdiyi deportasiya, 18 noyabr 1938-ci ildə ilk dəfə

kütləvi şəkildə Muğanda (Salyan, Əli-Bayramlı) 145 ailənin

Sibirə-Qazaxıstan çöllərinə sürgün edilməsi tarixin yadda -

şından silinməyib. Sürgün edilən ailələrin tərkibində 3 yaşlı

körpədən tutmuş 80 yaşlı ahıl kişi-qadınlar açıq taxta vaqon-

larda  soyuq,  aclıq  dəhşətlərinə  tab  gətirməyib  dünyasını

dəyişmişlər. Sürgün olunanların az bir hissəsi təyin olunan

yerlərə çatmışdır. Uzun əsrlərin tarixini təhlil etdikdə aydın

olur ki, xalqımızın başı nə qədər bəlalar çəkmişdir.

Müəllif  kitabın  VI  bölməsini  Türkiyə  dövlətinə  həsr

etmişdir. Bu fəsli Atatürkün aşağıdakı fikri ilə başlayır. "Biz

Milli  varlığın  təməlini  Milli  şürada  və  Milli  birlikdə

görürük". Müasir türk dövlətinin yaradıcısı və memarı olan

Atatürk qüdrətli bir dövlət yaradıb xalqına bəxş etmişdir.

1923-cü il oktyabrın 29-da Türkiyə Respublika elan edildi.

1927-ci ildə 6 gün ərzində Mustafa Kamal Paşa dövlətin idarə

olunma  tezislərini  elan  etdi.  1934-cü  ildə  Milli  Məclis

Mustafa Kamal Paşaya "Atatürk" soyadını verdi. Qədirbilən



Zəkanın gücü

335


türk  xalqı  "Atatürkün"  yaratdığı  dövləti  qoruyur  və

möhkəmlədir.  Müəllif  bu  bölmədə  sultanların,  paşaların,

səlcuqların,  qazilərin,  Murad,  Məhəmməd  və  Fatehlərin

hakimiyyət  uğrunda  çəkişmələrinə  genş  yer  vermişdir.

Müəllifin şair, alim, memar, xəttat, musiqişünas və böyük

sərkərdə II Murad haqqında dedikləri diqqəti çəkir. 1451-ci

ildə  47  yaşında  vəfat  edən  Sultan  II  Murad  vəsiyyətində

özünə Türbə tikilməsini qadağan etmişdir.

Müəllif dövlət başçılarının təvazökar olması lüzumuna

işarə  edir.  Kitabda  insanın  ruhi  aləminə  kiçik  səyahət,

xristianlıq və İslam dini haqqında, Babilik, Vəhabilik, Krişna

cəmiyyəti  haqqında,  gənclik,  ailə,  düşüncələr,  müxtəlif

fikirlər, ibrətamiz hadisələr, xalqın tənqidinin arxasında nə

gizlənir, Stalin və Hitler, kommunizm və faşizm ideyaları və

idioloqları haqqında fikirlər şərh edilmişdir.

Şəxsiyyət  bioloji  varlıq  olmaqla,  həm  də  tərbiyənin

məhsuludur. Rəhbərin fəaliyyəti əxlaq dəyərlərini az da olsa

saxlamalıdır. N. Nərimanov kommunist rəhbərləri haqqında

İ.V.Stalinə göndərdiyi məktubda "Xalqda simasizlıq, tənbəl -

lik, ələbaxımlılıq, xəbərçilik, satqınlıq, yalançılıq, oğurluq,

rüşvətxorluq  və  korrupsiya  kimi  mənfi  xüsusiyyətlər

müşahidə  olunduğunu"  göstərmişdir.  Mövcud  olan  mənfi

əxlaqi  xüsusiyyətləri  müəyyən  zaman  kəsiyində  aradan

qaldırmaq  olar.  Bu  mənfi  xüsusiyyətlərdən  biri,  geniş

yayılmış  korrupsiya  ölkənin  və  xalqın  məhvinə  gətirib

çıxarar.  Bu  bəladan  qurtarmaq  üçün,  gəlir  haqqında  dek-

lorosiya  qəbul  olunmalıdır  və  digər  üsullardan  istifadə

edilməlidir.

Müəllifin dini fəriqətlər, xüsusilə xristianlıq və islam dini

haqqındakı mülahizələri maraq doğurur. Burada din haqqında



Sahib Sailov

336


Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   ...   84   85   86   87   88   89   90   91   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə