Sahib sailov zəkanın gücü (1954-2013) Bakı



Yüklə 2,16 Mb.
Pdf görüntüsü
səhifə90/103
tarix29.01.2018
ölçüsü2,16 Mb.
#22631
1   ...   86   87   88   89   90   91   92   93   ...   103

21 avqust 2005-ci il tarixdə bizim nümayəndə heyəti İmam

Xomeyni adına "İmdad" Cəmiyyətinin iqamətgahından yola

düşdü. Axşam saat 5 tamamda ulu öndərimiz H. Əliyev adına

Bakı Beynəlxalq Təyyarə Limanında İngiltərə dövlətində is-

tehsal  olunmuş,  sonradan  modernləşdirilmiş  "Fakel"

təyyarəsi ilə İranın paytaxtı Tehran şəhərinə uçduq. Düz bir

saatdan  sonra  təyyarə  Hava  Limanında  yerə  endi.  İlk

baxışdan Beynəlxalq Hava Limanı çox gözəl təsir bağışlayır.

Biz Tehran şəhərində olan "Tiara" otelində şam yeməyindən

sonra, İL 154 təyyarəsi ilə Məşhəd şəhərinə uçduq. Məşhəd

şəhərində dörd ulduzlu mehmanxanada qaldıq. Səhəri gün

İmam Rzanın məqbərəsini ziyarət etdik.

Xorasan Ostanının başçısı ağayi Qasımi bizimlə ətraflı

söhbət etdi. Xorasan Ostanlığı 6 vilayəti özündə birləşdirir.

Əhalisinin ümumi sayı 6 milyon nəfərdir. Ağayi Qasımi öz

çıxışında İmam Xomeyninin bu cəmiyyəti təşkil etməkdə

məqsəd və məramını dedi: ilk olaraq bu cəmiyyətin bünövrəsi

İmamın öz şəxsi vəsaiti hesabına qoyulmuşdur. 

Bu  cəmiyyətin  ümumi  büdcəsi  1  milyard  200  mil-yon

manatdır. Bu vəsaitin 80 faizi dövlət tərəfindən ayrılır. Qalan

20 faizi toplanan ianələr, din xadimlərinin köməyi hesabına

olur. Bu ostanda 480.000 imkansız ailə var. Onların hamısına

yardım və kömək edilir.

Bu cəmiyyətin məqsədi, məramı insanlara onların şəxsiy -

yə tini alçatmaqla yox, uca tutmaqla hərtərəfli yardım etmək -

dir. Xorasan ostanında İmam Xomeyninin şəxsi təşəbbüsü ilə

yardımdan tutmuş, ilk təhsil, ali təhsil, ailə həyatnın qurul -

ması üçün (oğlan və qız) lazım olan bütün köməkliklər edilir.



Zəkanın gücü

341


Xorasanın 30 ostanının hamısında iş aparılır.

Əsas iş xalqlar arasında dostluq, ürək arzularının yerinə

yetirilməsidir.  Ostanların  hamısında  tikinti  abadlıq  işləri

görülür  və  k/t  -nın  bütün  sahələrində  məhsul  yetişdirilir.

Böyük  imkanı  olan  bu  Ostanda  təşkil  olunmuş  xüsusi

məktəblərdə 660 adda sənət öyrədilir.

Bismillahir-rəhmanir-rəhim

Həzrəti İmam Rza Ələyhisalamın ziyarətində olmaq insan

üçün böyük şərəfdir. İmam Rza səkkizinci peyğəmbərdi. Onu

ziyarət edən insanlar paklaşır, mənən təmkinlilik, səbr və

dözüm tapır. İnsan özünü Allaha yaxın hesab edir. İmam Rza

Ələyhissalam səkkizinci höcət və peyğəmbərin canişini vəsisi

zicədə  ayının  11-də  148  hicri  qəməri  ilində  Mədinədə

Teyyibə şəhərində doğulmuşdur.

İmam  Rza  Məşhəd  şəhərində  dəfn  olunub.  Hər  bir

müsəlman imamları ziyarət etməyə borcludur. Lakin İmam

Rzanı  ziyarət  etmək  üçün  dəvət  almalısan,  yəni  ziyarətə

yolun açıq olmalıdı. Tarixi təcrübə göstərir ki, getmək istəyən

bir çox adamlara bu qismət olmur. İnsan İmam Rzanın ziyarət

şərtlərinə  əməl  etməlidir  və  ona  borcludur.  O  kəslər  ki,

imamları ziyarət edr, qiyamət günü şəfa tapmalarına ümid

edə bilər.

Xorasan vilayəti İranın şimal-şərqində yerləşir. Xorasan

vilayətinin mərkəzi Məşhəd şəhəridir. Bu vilayətdə 6 milyon

əhali  yaşayır.    Sahəsi  313340  kv.  m-dir.  Xorasan  vilayəti

Xəzər  dənizi,  Türkmənistanla  həmsərhəddir,  Məşhəd,

Məzhəbi şəhər, ticarət mərkəzi və turizm mərkəzidir.

"Məşhəd"in lüğəti mənası "şəhadət yeri”dir, ona görə ki,



Sahib Sailov

342


dünya şiyələrinin 8-ci İmamı Rza (ə) bu yerdə şəhid olub və

dəfn olunub.

İmam  Rzanın  məqbərəsi  dünyanın  ən  incə  memarlıq

abidələrindən biridir. Məqbərəni gecə-gündüz minlərlə in-

sanlar ziyarət edir. Namaz qılır, dua edir, nəzir verir. Məşhəd

şəhərindən 14 km aralıda İranın böyük saray şairlərindən olan

Firdovsinin məqbərəsi yerləşir. Onun məşhur “Şahnamə”si

30 il ərzində yazılıb. Məqbərə Tus şəhərində səfalı bir bağda

yerləşir. Muzeyin divarlarını kitablarından iqtibaslar bəzəyir.

"İmdad" Cəmiyyətinin xəttilə evlənənlərin, nigah kəsdi -

rənlərin yalnız 1%-nin nigahının pozulmasına təsadüf edilir.

Bütün evlənmə xərclərini İmdad cəmiyyəti özü yerinə yetirir. 

Cəmiyyətin ehtiyacı olan üzvlərinə uzun və qısa müddətli

kredit verilir. Həmin pulların düzgün xərclənməsi üçün ciddi

nəzarət edilir.

Ümumiyyətlə, İmam Xomeyni adına "İmdad" Cəmiyyə -

tinin 6 milyon üzvü vardır. Cəmiyyət 35 sahədə fəaliyyət

göstərir.

Bu  cəmiyyət  tərəfindən  hamilik  göstərilən  adamların

bütün həyatı (anadan olandan ölənə kimi) proqramlaşdırılır.

Cəmiyyət tərəfindən oxumağa qəbul olunmuş vətəndaşların

bütün xərclərini cəmiyyət verir. Bir çox şəhərlərdə hazırlanan

nadir mütəxəssislər dünyada keçirilən müxtəlif müsabiqə -

lərdə iştirak edir, böyük uğurlar qazanırlar.

Ümumiyyətlə, İran İslam Respublikasında səhiyyə dünya -

nın qabaqcıl ölkələri ilə (ABŞ, İngiltərə, Fransa, Almaniya

və Avropanın digər ölkələri ilə) müqayisə ediləcək dərəcədə

inkişaf edib. 24 avqust 2005-ci il tarixdə Məşhəd ziyarətini



Zəkanın gücü

343


başa vurduqdan sonra yenidən Tehrana qayıtdıq.

Bizim  nümayəndə  heyəti Tehranın  tarixi  muzeylərində

oldu.  Rza  Şah  Pəhləvinin  dəbdəbəli  sarayları  ilə  tanışlıq

zəngin təsir bağışladı. O,uzun illər (1925-1979-cu illər) İran

dövlətinə başçılıq edib. Xüsusilə onun təyyarənin şturvalı

arxasında oturub idarə etməsi, hərbi xadim kimi fəaliyyəti

diqqətəlayiqdir. Şahın Avropaya bağlılığı, həyat yoldaşı Fərəh

xanımın gözəlliyi qarşısında səcdə etməsi nəzər diqqəti cəlb

edir.  Lakin  şahların  zülmü,  xalqına  biganəliyi  də  yaddan

çıxmamalıdır. Onun dövründə insanların zindanlara salın -

ması, dar ağacından asılması, zülmün ərşə qalxması, xüsusilə

kəndlilərin ağır həyat tərzi diqqətdən yayınmır.

26 avqust tarixində, cümə günü duaların qəbul olunması

zamanı biz İmam Rzanın, Həzrəti Məsumənin məqbərəsini

ziyarət edərək nəzir verdik, dualar etdik, arzu və diləkləri -

mizin həyata keçməsini Allahdan arzu etdik. Mənim xəstə

nəvəmə Həzrəti Məsumənin kömək etməsini arzu etdim. Əhd

etdim ki, 7 ildən sonra xəstə uşağı onun ziyarətinə aparım.

Biz Qum şəhərinə yola düşərkən, ətrafda salınan meşə

massivləri diqqəti cəlb etdi. Yol boyunca salınan meşələr,

yaşıllıq hamını heyran edirdi. Yollarda nəzarətçilər demək

olar ki, yox idi. Bütün günü 500-600 km. yolda cəmi bir nəza -

rətçiyə rast gəldik. Maşınların sürəti kompyuter-disketlərlə

nizam lanır. Hər 50 km-dən bir disketlərin yoxlama məntə -

qələrində  sürücülərin  qayda-qanunlara  necə  əməl  etməsi

ciddi yoxlanılır. Bu nəzarət yoxlamaları təhlükəsizliyi təmin

edir.

Nümayəndə heyəti Qum şəhərinə gedərkən İmam Xomey -



Sahib Sailov

344


Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   ...   86   87   88   89   90   91   92   93   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə