Sahib sailov zəkanın gücü (1954-2013) Bakı



Yüklə 2,16 Mb.
Pdf görüntüsü
səhifə93/103
tarix29.01.2018
ölçüsü2,16 Mb.
#22631
1   ...   89   90   91   92   93   94   95   96   ...   103

ması, lap uşaqlıqdan əməyə qatılması, belə ki, bostan uru

olanda oradan ur yığması, sarı inəyi çörək ağacı bilib ona qul-

luq etməsi, qatıq, süd məhsullarının satılmasını təşkil etməsi,

balıq tutması, bağın yetişmiş məhsulunu yığması, digər ev

işlərində anasına kömək etməsi onu əsl kişi kimi böyüdüb,

zəhmətə alışdırıb. Orta məktəbi qızıl medalla qurtarmaq, ali

məktəbi fərqlənmə ilə bitirmək, gecəni-gündüzə qatıb, tutarlı

publisist yazıları ilə özünə yol açmaq yalnız zəhmətin bəhrəsi

olmuşdur. Əlövsətin xəmiri sözün həqiqi mənasında zəhmətlə

yoğrulub.

Müəllifin haqsızlıqla barışmaması, mübarizliyi, həmişə

haq qın tərəfində olması, xeyirxahlığı, insanlara dayaq dur -

ması, əl tutması, özünün dediyi kimi, maraqlı bir məqamı

xatırladır: O, Lev Nikolayeviç Tolstoyun bir fikrini iqtibas

gətirir: "İnsan ötüb keçənləri xatırlayanda həyatının ən un-

udulmaz çağları sanki dumana bürünür". Bu xatirələrim göz

yaşlarımdır,- yazır. Elə bil xatirələr onu yaşadan canlı insan

kimi kövrəlir. Mən ömür kitabımı vərəq-vərəq çevirdikcə,

bunu  aşkar  hiss  edirəm…  Budur  Əlövsətin  amalı-qayəsi.

Onun Allaha inamı bir çox məqamlarda təsdiqini tapır. "Allah

səbirli bəndəsini sevir, zəhmətini itirmir. Bunu aldığım qızıl

medal bir daha sübut edir. Qızıl medala təqdim olununların,

kimsəlilərin,  güclü  adamı  və  pulu  olanların  təqdimatı  geri

qayıtdı. Mənim isə Cəfər Cabbarlının "Almas" dramı haqqın -

da yazım "Azərbaycan məktəbi" jurnalının "Azərbaycan dili

və ədəbiyyatının tədrisi metodikası" məcmuəsində çap olundu. 

O, yazır ki, bəxtimdən istər orta, istərsə də ali məktəbdə

yaxşı müəllimlərim olub.

Ali məktəbdə ona dərs demiş akademiklər Həmid Araslı,

Zəkanın gücü

353



Cəfər Cəfərov, professorlardan Mir Cəlal, Səlim Cəfərov,

Yusif Seyidov, Hadı Mirzəzadə, jurnalistika kafedrasının

müdiri Həsən Şahgəldiyev, tanınmış jurnalistlər Nurəddin



Babayev, Şirməmməd Hüseynov, Nəriman Zeynalov kimi

müəllimlərini ehtiramla xatırlayır.

Kitabın "Qoşa qanad" bölməsində Əlövsətin Dilarə ilə ailə

həyatının qurulmasından bəhs olunur.

Müəllif  dostu  İlyas Adıgözəllinin  "Əzizim  Vətən  yaxşı"

kitabından gətirdiyi iqtibası oxuyanda İlyasın bir dost kimi

göstərdiyi yolun düzgünlüyünü təsdiq etməyə bilməzsən. Bu

düzgün yolu həyat özü sübut edib. Lakin insan həyatının acı

faciəli günləri də olur. Onların hər ikisinin bu faciəli günü Ata-

nur  1970-ci  ildə  dünyasını  dəyişəndə  olub.  Məhz  həmin

vaxtdan  Dilarənin  qara-şəvə  saçlarına  dən  düşüb.  Bu  da

qismətdir. Qaçılmaz olan fəlakət ailənin ilk sevincini alt-üst etsə

də, Züleyxanın, Aynurun, Səmədin, Pakizənin yeni dünyası,

üstü qaysaqlanmamış yaralarına məlhəm oldu. Artıq bu ailənin

sevinci-nailiyyətləri sərhədləri, dənizləri, okeanları keçdi.

Kitabın növbəti bölmələrindən biri "Yaxşılıq" adlanır. Bu,

təsadüfi  bir  deyim  deyildir,  iyirmi  il  rayonlarda  redaktor,

raykom katibi işləyən Əlövsət 1989-cu ildə yenidən Bakıya

qayıdır. O, əvvəl respublika Jurnalistlər İttifaqının "Açıq Söz"

jurnalında baş redaktorun müavini, "Bilik" cəmiyyətinin şöbə

müdiri, Qızlar Seminariyasında prorektor, "Mədəni maarif"

jurnalının baş redaktoru vəzifələrində işləyir.

Hamıya "Anamın sirri" bölməsində anaların sirr saxlamaq

qabiliyyətini maraqlı faktlarla şərh edir.

Salyan torpağının yetirdiyi şairlər Əliağa Kürçaylı, Ağa -

cavad Əlizadə, Xəlil Rza Ulutürk, Oktay Rza və başqalarını



Sahib Sailov

354


özünə  müəllim  hesab  edən  müəllif  çox  incəliklə  şair

Əliağanın xeyirxahlığını qələmə almışdır.

Lakin  yaddan  çıxarmadığı  Yusif  Səmədoğlu,  Fərman

Kərimzadə, Əlibala Hacızadə, Nahid Hacızadə kimi qəlb

sahiblərinə yer verilməsi kitabın ziynətini artırır.

Müəllif demək olar bir qələm sahiblərinin adını kitaba yaz-

maqla onlara olan məhəbbətini israr etmişdir.

Kitabın "Xəzinə" adlanan bölməsində müəllifin və onun

ailə üzvlərinin topladığı kitablardan təşkil olunmuş kitabx-

anadan bəhs olunur.

Bu xəzinənin davamçıları Züleyxa, Səməd, Aidə, Rövşən,

Pakizə və ailənin digər üzvləri valideyn xəzinəsini zəngiləş -

dirirlər.

Müəllif  "Oxunmamış  nəğmələr"  fəslini  respublikanın

əməkdar  jurnalisti,  "Qızıl  qələm"  mükafatı  laureatı  Vaqif

Əliyevin xatirəsinə həsr etmişdir.

Kitabın maraqlı bir məqamı "Qitələrin, mədəniyyətlərin

qovşağında" bölməsidir. Burada Səməd Bəşirlinin Türkiyədə

təhsil almasından, Türkiyənin, Atatürk parkının, Mərmərə

dənizindəki bütün fəsillərin gözəlliyindən, əsrarəngiz, təkrar -

sız maddi və mənəvi nemətləri qorumaq hissindən yazır.

Müəllif "Ömrümün kitabı"nı məncə, tamamlamayıb, onun

ürəyində qalan sözü çoxdur. Onu da kitaba çevirməyi arzu

edirəm.

Artıq bu arzu yerinə yetirilib. Dilarə Vəkilova və Əlövsət



Bəşirlinin “Bizim dünya” adlı kitabı 2012-ci ildə Mütərcim

nəşriyyatında  nəfis  şəkildə  çap  olunub.  Kitab  haqqında

fikirlərimi təqdimat mərasimində demişəm.

Zəkanın gücü

355



ÖN SÖZ

Bəşəriyyətin yaratdığı maddi-mənəvi sərvətlər dünənimizi

öyrənməkdə,  bu  günümüzü  tanımaqda  və  gələcəyimizi

düzgün müəyyənləşdirməkdə mühüm əhəmiyyət daşıyır. Bu

baxımdan kitab xüsusi mövqeyə malik fikir dəyərlərindəndir.

Bütün zamanlarda fəal, fikri fəaliyyətdə olan yaradıcı in-

sanlar öz dövrünün salnaməsini yazmağa çalışmış, yaxud

mövcud  olanları  bir  sıraya  düzüb,  tərtib  etməklə  tarix

yaratmışlar.  Burada  əsas  məqsəd  müasirlərə  və  gələcək

nəsillərə örnək olan nümunələrlə, fakt və hadisələrlə, fikir və

düşüncələrlə, sağlam ideyalarla mənəvi, elmi-mədəni, sosial

inkişafa təkan verməkdir.

Tarix  elmləri  namizədi  Sahib  Sailovun  "Muğanın

övladları" kitabı məhz belə bir mənəvi vəzifədən, xeyirxah

niyyətdən meydana çıxıb. Müəllif daha yaxşı bələd olduğu

bir  regionda  dünyaya  göz  açan  insanlardan  bir  qrupunun

həyatını,  fəaliyyətini  öyrənmiş,  örnək  olası  ömür  yolu

keçənlər  haqqında  portret-oçerklər  yazıb,  küll  halında

oxucularına  təqdim  etmişdir.  Beləliklə,  bu  kitablar

yaranmışdır (Kitabın 1 hissəsi 1995-ci ildə nəşr edilmişdir).

Kitaba  toplanmış  hər  bir  portret-oçerkdə  bir  tale,  bir

qismət, bir həyat yolu nümunəsi vardır. İstər görkəmli elm,

sənət  xadimi,  istər  rəhbər  vəzifə  sahibi  olmuş,  istərsə  də

təsərrüfat fəaliyyəti ilə ad-san qazanmış bu adamların hər biri

yaşanmış  və  yaşanan  bir  ömrün  şərəfli  daşıyıcılarıdır.

Dəyərlilik  burasındadır  ki,  bu  ömür  zəhmətlə,  əzablarla,

qurub-yaratmaqla,  kəşf  və  ixtiralarla  keçən  bir  parça

Sahib Sailov

356



Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   ...   89   90   91   92   93   94   95   96   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə