Sahib sailov zəkanın gücü (1954-2013) Bakı



Yüklə 2,16 Mb.
Pdf görüntüsü
səhifə94/103
tarix29.01.2018
ölçüsü2,16 Mb.
#22631
1   ...   90   91   92   93   94   95   96   97   ...   103

həyatdır-hər biri örnək, nümunə olan bir yaşantıdır.

Sahib Sailov bəlağətli, təmtəraqlı cümləpərdazlıq yolunu

tutmamış,  sadə  xalq  deyimli  təhkiyə  üslubunu  seçmiş  və

maraqla oxunan bir toplu hazırlaya bilmişdir. Burada artıq

özünü çoxdan təsdiqləyənlərlə yanaşı, uğurlu fəaliyyət işar -

tıları görünən gənclər də vardır. Gələcək böyük nailiy yətlə -

rinə inam hissi onları təqdim etmək haqqı qazandırmışdır.

Lakin elə görkəmli şəxslər də vardır ki, onların haqqında

lazımi  material  əldə  olunmadığından  bu  kitabda  əks

olunmamışlar. Əlbəttə, bu da təbiidir, çünki yazılan nə varsa

mövcud  olanlardan  parçalardır.  Tamlıq,  bütövlük  Böyük

Aləmə, qüdrətli yaradanın yaratdığına məxsusdur. Biz ondan

yalnız görə, duya bildiyimizi, aşkarladığımızı əxz edir, əks

etdiririk…



Əjdər AĞAYEV,

Əməkdar müəllim, pedoqoji elmlər doktoru,

professor, fundamental tədqiqatların müəllifi, 

Təhsil Problemləri İnsitutunun Şöbə Müdiri, 

çox saylı monoqrafiyaların, kitab və 

dərsliklərin müəllifi, 

"Təhsil və Zaman" qəzetinin baş redaktoru.

Zəkanın gücü

357


Rəylər

Tarix elmləri namizədi S. A. Sailovun

"Muğanın övladları" kitabının əlyazmasına rəy

Kitab  makinada  yazılaraq  yüzdən  artıq  portret-oçerki

əhatə  edən  materiallar  toplusundan  ibarətdir.  Oçerklərlə

tanışlıqdan aydın olur ki, müəllif qarşısına çox gərəkli bir

məqsəd qoymuş və ona nail olmaq üçün gərgin axtarışlar

aparmış, böyük zəhmət çəkmişdir. Hər bir oçerkdə insanlara

örnək, nümunə olası fəaliyyət, xidmət, tale, qismət, həyat

yolu  təqdim  olunur.  Bu  cür  fədakar  insanların  həyatı  ilə

tanışlıq oxucunun qəlbini milli iftixar hissi ilə doldurur, onu

qurmağa, yaratmağa, müstəqil Azərbaycanımız üçün əlindən

gələni əsirgəməməyə səsləyir.

Kitabda cəsur əmək adamları, ixtiraçı alimlər, partiya və

dövlət vəzifəsində çalışmış xadimlər, ədiblər, ömrünü Vətən

yolunda  qurban  vermiş  şəhidlər,  ömründən  ömürlərə  pay

verən  həkimlər  və  digər  görkəmli  şəxsiyyətlər  haqqında

yığcam, lakin məzmunlu məlumat verilir, xalq və vətən üçün

yaşanmış mənalı ömürlər dəyərləndirilir, qiymətləndirilir. Bir

zamanlar  repressiya  əzabına  qatlaşmış  bu  cür  adamlar

haqqında oxuyub, öyrəndikcə özün də mənən zənginləşir, öz

xidmətlərinin də dəyərsiz qalmayacağına əmin olursan, belə

bir kitabı hazırlayan müəllifə çox sağ ol deyirsən.

Azərbaycanda  neft  sənayesinin  inkişafında  hələ  ötən

əsrdən başlayaraq bu günümüzə qədər gəlib çıxan əvəzsiz

Sahib Sailov

358



xidmətləri olan Rüstəmbəyovlar haqqında oxuduqca riqqətə

gəlirsən, Böyük Ağayev, Əyyub Bəşirov, Hüseynağa Mu-

radxanov və b. haqqında verilən məlumatlardan Azərbaycan

elmini dünya meridianlarında görüb fəxr edirsən.

Kitabda verilmiş oçerklər aydın, səlis, canlı dildə yazılıb.

Maraqla oxunur. Hər bir oçerkin həsr edildiyi şəxsin şəklinin

də toplanıb, kitaba daxıil edilməsi məqsədəmüvafiqdir.

Kitabdakı oçerklərin müəyyən qismi gənclərə həsr olunsa

da,  əksəriyyəti  yaşlı  nəslin  nümayəndələridir.  Keçmişini

tanımayan, gələcəyini də görə bilməz demişlər. Bu baxımdan

da kitab mənəvi təkamülə rəvac verə bilən dəyərli mənbədir.

"Muğanın övladları" kitabının əlyazmasının nəşr olunaraq

toplu  halında  buraxılması,  oxuculara  tezliklə  çatdırılması

faydalı bir iş olardı. Elə bilirəm ki, vətən-sevər, insansevər,

qədirbilən insanlar bu dəyərli kitabı oxuculara çatdırmağı

özlərinin şərəf işi biləcəklər.



Ramiz QURBANOV,

Azərbaycan MEA-nın müxbir üzvü.

Texnika elmləri doktoru, professor,

7 yanvar 1998-ci il

Zəkanın gücü

359


"Muğanın övladları" kitabının

əlyazmasına rəy

Kitabın əlyazması makina ilə yazılmış, səliqə ilə bir yerə

toplanmış  ayrı-ayrı  oçerklərdən  ibarətdir.  Burada  Salyan,

Sabirabad, Saatlı, Əli Bayramlı, Neftçala, Biləsuvar rayon və

şəhərləri haqqında yığcam məlumat verilir. Sonra isə həmin

ərazidə doğulub, müxtəlif fəaliyyət sahələrində xidmətlər

göstərmiş  adamların  keçdikləri  həyat  yolundan,  vətənə

xidmət amallarından bəhs olunur.

Kitab yalnız publisistik baxımdan deyil, tarixi baxımdan

da diqqəti cəlb edir. Bir əsrdən artıq dövrü əhatə edən bu

kitabda  zəngin  tarixi  faktlar,  hadisələr  əhatə  olunmuşdur.

Xüsusilə,  Axund  Əbdülsəlam  Axundzadə,  Məşədi  Nağı

Miskin,  İsmayıl  Lütfəlibəyov  Seyidəli  Ağazadə  kimi

adamların  həyatı  və  fəaliyyəti  artıq  tarixə  çevrilmişdir.

Kitabda  mühəndislərin,  hərbçilərin,  əmək  adamlarının,

istehsalatçıların, alimlərin, şəhidlərin və digər Azərbaycan

üçün  fədakarlıq  göstərmiş  sənət  sahiblərinin  portret-

oçerklərlə verilmiş həyat yolu yaşanmış və yaşanan tarixi-

mizin unudulmaz səhifələrini təşkil edir.

Əlyazması  maraqla  oxunur.  Hər  bir  oçerkdə  həyatilik,

təbiilik, faktlar zənginliyi diqqəti cəlb edir, oxucunu razı salır.

Kitaba  daxil  edilmiş  oçerklərin  hər  birisində  örnək,

nümunə  olası,  öyrənilməli  həyat  faktları  vardır.  Belə  bir

kitabın hazırlanması gərgin əmək tələb etsə də, xeyirxahlıq

və vətəndaşlıq işidir. Xidmətləri ilə, əzablı ömrü ilə yurda

faydalı olanların qiymətləndirilməsi, tarixi salnamədə əks



Sahib Sailov

360


Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   ...   90   91   92   93   94   95   96   97   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə