Sahib sailov zəkanın gücü (1954-2013) Bakı



Yüklə 2,16 Mb.
Pdf görüntüsü
səhifə91/103
tarix29.01.2018
ölçüsü2,16 Mb.
#22631
1   ...   87   88   89   90   91   92   93   94   ...   103

ni üçün yeni tikilən məqbərə ilə tanış oldu.

Ucaldılan möhtəşəm məqbərənin anoloqu yoxdur. Lakin

tikinti  yarımçıqdı,  davam  etdirilmir.  Maraqlı  orasıdır  ki,

məqbərəyə verilən nəzirlər külli miqdardadır. Məqbərənin

mərkəzində yerləşən məzarın bütün ətrafı pul vahidləri ilə

örtülmüşdü.  Demək  olar  ki,  yığılan  nəzirlər  "İmdad"

cəmiyyətinin fəaliyyətinə sərf olunur.

Səfalı yerləri ilə tanış olduq,  çox maraqlı söhbətlər oldu.

Bu  yaxınlarda  Venesuela  prezidentinin  səfəri  haqqında

maraqlı söhbəti eşitdik. O deyib ki, İmam Xomeyni adına

"İmdad"  cəmiyyətini  bizim  ölkədə  təşkil  etmək  üçün

mütəxəssislər verin, bizim ölkədə də belə bir təşkilat yaradaq.

Maraqlı fikirdir.

Yeri gəlmişkən qeyd edək ki, "İmdad" cəmiyyəti dünyanın

6  ölkəsində  fəaliyyət  göstərir.  Bir  xarakterik  xüsusiyyəti

göstərmək  lazımdır  ki,  cəmiyyət  Əfqanıstan,  İraq,  Livan,

Suriya, Qırğızıstan və Azərbaycan kimi dövlətlərdə fəaliy -

yətini genişləndirir. Bu dövlətlərin hamısında daxili çəkiş -

mələr çox ciddidir. Əlbəttə, belə ölkələrdə iş aparmaq xeyli

çətinlik yaradır. 

Nümayəndə heyəti İmam Xomeyninin fəaliyyət göstər -

diyi,  yaşadığı  evdə,  qəbul  otaqlarında  oldu.  Orada  İmam

Xomeyninin məşhur "Kəlimati Tisarə", hikmətli və nəsihətli

sözlər kitabını bizə hədiyyə etdilər. Kitab çox böyük əhəmiy -

yəti ona görə kəsb edir ki, kitabda onun şəxsi fikirləri, fəlsəfi,

quruculuq, Allaha bağlılıq, insanlara inam ideyaları veril -

mişdir. Kitab şəkillə dərc olunmuşdur. Onun islam dünyası

haqqında ideyaları, imamların, peyğəmbərlərin, din xadim -



Zəkanın gücü

345


lərinin fikirlərinə münasibəti və mühüm nəzəri, iqtisadi, icti-

mai  ideyalar  toplusu  müasir  islam  ədəbiyyatının  məğzini

təşkil edir.

İmam Xomeyninin yaşadığı yer - mənzil, iş otağı adamda

öz sadəliyi ilə ciddi təsir yaradır. İstər-istəməz fikirləşirsən

ki, indiki rəhbərlər nə üçün belə yaşayıb işləməyirlər. Onlarda

var-dövlət  toplamaq,  bahalı  maşınlarda  gəzmək,  zəngin

saraylarda  yaşamaq  arzusu  haradan  peyda  olub.  Belə  bir

qənaətə gəlirəm ki, insanın tamahı, acgözlülüyü ona qalib

gəlir.  Allah  yolundan  çıxması,  islamı,  dini,  Allahı  dərk

etməməsi onu bu yola dəvət edir. Əlbəttə, bütün bunlar icti-

mai cəmiyyətin gec-tez cınağına çevriləcəkdir.

Tehranla tanışlıq İranın şimal-şərqində yerləşən, yeni inşa

edilən Məqbərədə, İmam Xomeyninin şəhid oğlu da orada

onunla bir yerdə dəfn olunmuşdur. Nümayəndə heyəti Qum

şəhərindən qayıdanda yolda nahar edb, yolumuzu davam et-

dirdik. Həzrəti Məsumənin məqbərəsi ilə tanışlıqdan sonra

12-ci  İmam  Sahibi  Zaman,  zamanın  Sahibi  İmamın

məqbərəsində olduq. Zamanın Sahibi üçün möhtəşəm ibadət

məscidi inşa olunur. Bu yerdə Sahibi Əzzamanın zühr et-

diyini  və qeybə çıxdığını eşitdik. 12-ci imam Sahibi Əzza -

man  insanların  inam  yeridir.  İnsanlar  ora  axın-axın  gəlir,

namaz  qılır,  dua  edir,  nəzir  verir.  Mənim  orada  etdiyim

niyyətin şahidləri Məşhədi Sərdar və Məşhədi Tahirdir. Bu

niyyəti mən 7 ildən sonra həyata keçirməliyəm. Yəni həmin

qızın 20 yaşı olanda. Sahibi Əzzamanın məqbərəsində çox

qəribə, diqqəti cəlb edən insanların gələcək arzularını bir

kağız  parçasına  yazıb,  dərin,  bağlı  bir  quyuya  atmasıdır.



Sahib Sailov

346


İnsanların  çox  böyük  arzularının  həyata  keçməsi Allahın

qüdrətindən asılıdır. Onun mövcudluğunu zaman göstərəcək.

Tehran  şəhərilə  tanışlıqdan,  bütün  dini,  tarixi  yerləri

gördükdən  sonra  27  avqust  2005-ci  il  tarixdə  Tehrandan

Təbrizə  Boinq  hava  gəmisiylə  yola  düşdük.  Həmin  günü

şəhərlə tanışlığa "İmam Xomeyni” prospektindən başladıq.

Axşam  dörd  ulduzlu  mehmanxanada  Təbriz  şəhərində

fəaliyyət  göstərən  “İmdad"  cəmiyyətinin  rəhbərliyi  ilə

görüşlər  keçirildi.  Şam  yeməyindən  sonra  təşkil  edilən

dəyirmi masa arxasındakı söhbət çox maraqlı oldu. Onlar

bizə cəmiyyətin geniş fəaliyyəti haqqında məlumat verdilər.

Səhəri  günü  28  avqust  tarixdə  Təbriz  şəhərinin  tarixinin

qədimliyini əks etdirən Etnoqrafiya Arxeologiya Muzeyində

olduq, muzeydə 12-ci əsrdən bəri şəhərin, xalqın tarixini əks

etdirən zəngin tarixi materiallar haqqında bələdçinin ətraflı

məlumatını dinlədik. Muzeyin zirzəmisində xalqın mübari -

zəsini əks etdirən heykəllər silsiləsinin yaradılma tarixi çox

maraqlıdır. Bir nəfər heykəltəraş bu heykəl ansamblını 5 il

müddətində yaratmışdır.

Heykəltəraş-rəssamın  məharət  və  ustalığı  onda  idi  ki,

insanların daş dövründən başlayaraq, bütün əsrlərdə döyüş

silahları ilə yanaşı müasir dövrün raket texnikası və digər

müasir silahlar da göstərilmişdir.

Təbriz şəhərinin mərkəzində yerləşən Göy məsçidlə də

tanış olduq. Bu möhtəşəm dini məbəd 30 ilə tikilib, 5 ildən

artıq vaxta isə nəqqaş-naxış işləri aparılıb. Məbədin sahəsi

600 kv. metrdir. Ölkədə baş vermiş zəlzələ bu dini məbəddən

də yan keçməyib. Zəlzələ nəticəsində dağılan və zədələnən



Zəkanın gücü

347


hissələrin bərpasına başlanıb və davam etdirilir.

Həmin günü axşam Təbriz şəhərində fəaliyyət göstərən

"İmdad" cəmiyyətin rəhbərliyi və fəalları ilə görüşdük.

28  avqust  2005-ci  il  tarixdə Təbriz  şəhərinin  görkəmli

yerlərindən biri olan "Şəhriyarın məqbərəsi"ndə olduq. Bu

möhtəşəm məqbərənin tikintisi davam etdirilirdi. Böyük bir

ərazini əhatə edən bu məqbərə möhtəşəm bir qalaya bənzəyir.

Bu  məqbərədə  dəfn  olunan  Şəhriyar  ideyaçıları  xalqının

arzularını öz kitablarında vəsf etmişlər.

Şəhriyar muzeyində "Heydər Babaya salam" əsərini öz

səsi ilə ifa etdiyi şeirlər toplusunun kassetini əldə etdim.

Axşam bizi Şah gölünə, (indi El gölü) adlanan möhtəşəm

bir gölün tikintisinə, abadlığına, ecazkar təbiətinə tamaşa

etmək  üçün  gəzintiyə  apardılar.  Elə  oradaca  axşam  şəhər

rəhbərliyinin, Azərbaycan səfirliyi nümayəndəliyinin iştirakı

ilə  şam  yeməyi  verildi.  Dəyirmi  masa  arxasında  maraqlı

söhbətlərə, mülahizələrə, nitqlərə qulaq asdıq. Gecədən xeyli

keçmişdi, Otelə qayıtdıq. Səhər saat 5-də Təbrizdən Bakıya

yola  düşdük.  Təbriz-  Bakı  magistral  yolu  boyu  bir  çox

rayonların,  şəhərlərin  ərazisindən  keçdik.  O  cümlədən,

Bostanabad,  Sərab,  Ərdəbil, Astara  rayon  və  şəhərlərinin

ərazisindən  keçdik.  Bu  ərazidə  əsasən,  kənd  təsərrüfatı

məhsulları yetişdirilir. Diqqət çəkən əsas məsələ növbəti əkin

sisteminə keçmək, mütərəqqi metodların tətbiq edilməsidir.

Yol boyu növbəli əkin sistemi, k/t məhsullarının bolluğu

əhalinin gözəranının yaxşılaşmasından xəbər verir. Cənubi

Azərbaycan  ölkənin  taxıl  anbarıdır.  Nümayəndə  heyəti

Ərdəbil şəhərində Şah İsmayıl Xətainin məqbərəsi ilə tanış



Sahib Sailov

348


Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   ...   87   88   89   90   91   92   93   94   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə