Sahib sailov zəkanın gücü (1954-2013) Bakı



Yüklə 2,16 Mb.
Pdf görüntüsü
səhifə92/103
tarix29.01.2018
ölçüsü2,16 Mb.
#22631
1   ...   88   89   90   91   92   93   94   95   ...   103

oldu. Bu məqbərədə Şah İsmayılın ulu babası, özü və arvadı

dəfn edilib. Şah İsmayıl Xətai çox gənc-uşaq yaşlarında haki -

miyyətə gəlib. Onun hakimiyyətə gəlməsi türk dünyasında

Azərbaycan dövlətinin tərəqqisi kimi tarixdə özünəməxsus

yer  tutur.  Onun  məqbərəsi  Rus-  İran  müharibəsi  zamanı

dağıdılmış, onun şəxsi geyimini, hərbi silah-sursatını, qab-

qacaq, geyim əşyalarının bir hissəsini qarət edib aparıblar.

Bələdçinin və Leninqradın Ermitajında olanların söylədik -

lərinə görə, qarət olunanlar Ermitajda saxlanılır.

Hazırda  məqbərədə  bərpa  işləri  davam  etdirilir.  Ümid

etmək olar ki, onun adına layiq məqbərə bərpa ediləcək. Biz

muzeyin  ətrafında  aparılan  abadlıq  işlərinin  qənaətedici

olmadığını da gördük.

Nümayəndə heyəti Ərdəbildən Astaraya yola düşdü. Yol

boyu  uzanan  meşələr,  yaşıl  yamaclar  göz  oxşayır.  Yeni

çəkilən avtomobil magistralları müasir standartlara uyğun

aparılmışdır.  Artıq  saat  2  radələrində  biz  Astaraya  daxil

olduq. Bizi Astara otelində, orada fəaliyyət göstərən İmam

Xomeyni adına "İmdad" cəmiyyətinin rəhbərləri və fəalları

qarşıladılar. Astaranın füsunkar gözəlliklərinin şahidi olduq.

Dağ  yamacının  yaşıl  meşələri,  çəltik  plantasiyaları

diqqətimizi  çəkməyə  bilməzdi.  Nahar  yeməyindən  sonra

Gömrük buraxılış məntəqəsinə gəldik. Son bir həftədə bizi

müşayiət  edən Ağayi  Mehdi  və  onun  köməkçiləri  böyük

səmimiyyətlə ayrılıb, geri qayıtdılar.

Biz Vətənə yola düşdük. Demokratik Azərbaycan Dövlə -

tinin 350 kv. metrlik yolunu qət edib, Bakı şəhərinə gəldik.

Nümayəndə heyəti zəngin təəssüratla vətənə qayıtdı.



Zəkanın gücü

349


Oxucu marağı üçün İran dövləti haqqında bəzi fikirlərimi

bölüşmək istəyirəm. İran dövlətinin ərazisi 1 milyon 648 min

kv. metrdir, əhalisi 70 milyondan artıqdır. İran çoxmillətli

dövlətdir. Burada azərbay-canlılar, farslar, türklər, puştular,

ermənilər, kürdlər, ərəblər və bir çox millətlərin nümayən -

dələri yaşayır. Dövlət dili fars dilidir. İnkşaf etmiş böyük

islam dövləti, böyük neft ölkəsidir, zəngin təbii yataqları (daş,

mərmər, uran, dəmir filizi, daş kömür, mis, qurğuşun, duz və

müxtəlif filizlər) vardır. Avtomobil sənayesi sürətlə inkişaf

edr. Bu ilin sonunda Avropa standartlarına uyğun bir milyon

minik maşınları buraxılacaqdır. Avtomobil sənayesilə bərabər

k/t  maşınları  da  buraxılır.  Ölkə  nəhəng  tikinti  meydanına

bənzəyir. 

Maraq  kəsb  edən  cəhətlərdən  biri  təhsilə  xüsusi  fikir

verilməsidir. Artıq bu ölkə təhsil sahəsində yetişdirdiyi kadr-

lar  özünün  yüksək  elmi  potensialına  görə  inkişaf  etmiş

Avropa ölkələri ilə rəqabət aparır. Ölkənin səhiyyəsi, xüsusilə

ürək cərrahiyyəsi və böyrəyin dəişdirilməsi sahəsində dünya

göstəriciləri sırasında öncül yerlərdən birini tutur.

Əlbəttə, bu nailiyyətlərin əldə edilməsində İmam Xomeyni

adına "İmdad" cəmiyyətinin xüsusi rolu vardır. Bu yolda ona

uğurlar arzu edirəm.



Sahib Sailov

350


"ÖMRÜN KİTABI" ŞƏRƏFLİ

ÖMÜR KİTABIMDIR

1

Elə yazıçılar var ki, bütün ömrü boyu bir və ya bir neçə

kitab yazır və tarixdə özünə daimyazarlıq ömrü qazanır. Bu

günlərdə oxuduğum Əlövsət Bəşirlinin "Ömrümün kitabı"

mənə ciddi təsir bağışlayan əsərlərdəndir. Əlövsət Bəşirli

ömrü  boyu  gördüklərini,  duyduqlarını,  hiss  etdiklərini,

yaxşılıq,  pislik,  insanların  fərdi  münasibətlərini,  həyatın

bütün  məziyyətlərini  ürək  boxçasına  yığıb.  Ürəyin  tam

dolduğunu,  hisslərinin  həddə  çatdığını,  artıq  coşub-daşan

ürəyi boşaltmaq vaxtını hiss edib, həyatı boyu yığdıqlarını

kağız üzərinə köçürməklə "Ömrümün kitabı"nı ərsəyə gətirib.

Bu kitabda çox böyük mətləblər açılır. O, fikirlərini böyük

ustalıqla, incə duyğular üzrərində köklənmiş sazın simləri

üzərində gəzən mizrab kimi həzin-həzin oxuculara çatdırır.

Kitabda əvvəldən axıra kimi qırmızı xətlə keçən ana qayğısı,

ana məhəbbəti, ana sızıltısı, bütün övladları üçün ömrünü

şam  kimi  fəda  edən  qadınlarımızın  püxtələşmiş  obrazını

məha-rətlə  qələmə  almışdır.  Onun  ana  haqqında  yazdığı

fəlsəfi  fikirləri,  həyatın  bütün  sınaqlarından  məharətlə,

cəsarətlə çıxan qadın obrazı, bütöv bir nəslin təbii tablosudur.

O, öz anasının obrazı ilə bərabər ömür-gün yoldaşı Dilarə

xanımın ana və tərbiyəçi obrazını yaratmışdır. Bu kitabın

bütün bölmələri dövrümüzün görkəmli yazıçı və şairlərinin

sözləri ilə başlayır.

"Kürün səsi" bölməsini müəllifin böyük şairimiz Səməd

Zəkanın gücü

351

                                                      

“Təhsil və zaman” qəzeti. 2005-ci il, 15 noyabr.  



Vurğunun sözləri ilə başlaması təsadüfi deyil. Kür haqqında

çox yazılıb, nəğmələr qoşulub. Lakin Vurğun kimi heç kim

Kürü dolğun mənalandırmayıb. 

Kiçik bir damladır yer üzündə Kür

Baxsan bu dünyanın xəritəsinə

Bəs niyə qəlbimdə ümman döyünür

Mən qulaq asdıqca Kürün səsinə?!

Müəllif Kürün haqqında olduqca maraqlı fikirlər söyləyir.

Kürün suyu bərəkətli torpaqları cana gətirməsəydi, balığı

olmasaydı,  insanlar  İkinci  Dünya  müharibəsi  zamanı  çox

çətinliklərlə üzləşərdilər.

Müəllifin Kürə mehriban, sərtdir,-deməsi oxucunu tama -

milə razı salır.

Kitabın  növbəti  bölmələrindən  biri  "Çörək"  adlanır.

Müəllif  çörəklə  olan  fikirlərini  şair  Əliağa  Kürçaylının

misraları  ilə  yada  salır:  yaddaş  kitabında  dərin  iz  salan

çörəklə bağlanan xatirələrdir.

***

Müharibə  illərində  çörək  çətinliyi  bütün  ailələrin

ömründən keçib. Müəllif bu fəsildə çörəklə bağlı xatirələrini

ürək ağrısı ilə qələmə almaqla, insanları dərindən düşünməyə

çörəyin qədrini bilməyə sövq edir. "Zəhmət itmir"bölməsində

müəllifin insanı yaşadan zəhmətdir, – deməsi təsadüfi deyil.

O, bütün ömrünü zəhmətlə, əziyyətlə yaşayıb, – desək səhv

etmərik. Uşaqlıqda gücü çatmayan işin qulpundan yapışıb

köməksiz, tənha anasına kömək etməsi, təsərrüfatda çalış -

Sahib Sailov

352



Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   ...   88   89   90   91   92   93   94   95   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə