Sahib sailov zəkanın gücü (1954-2013) Bakı



Yüklə 2,16 Mb.
Pdf görüntüsü
səhifə87/103
tarix29.01.2018
ölçüsü2,16 Mb.
#22631
1   ...   83   84   85   86   87   88   89   90   ...   103

lakin həmən qanunlar kağız üzərində qalıb. Belə olan şəkildə

hansı irəliləyişdən, inkişafdan söz açmaq olar? Yenidənqurma

gəldikdə isə, altı ildi o, heç nəyi yenidən qurmayıb. Əksinə,

ölkənin piramidasını kərpic-kərpic sökür.

– Sahib müəllim, Siz doqquz il məhbəsdə yatmısınız. Əgər

gizli deyilsə, bunun səbəbi və həyatınızın həmin çətin illəri

barədə nəyi demək istərdiniz?

– Bu sual tamam ayrıca bir söhbətin mövzusudur. Odur ki,

ətraflı məlumat vermək mənim fikrimcə hələlik tezdir. Sağlıq

olsun. Gələcəkdə həmin məsələni bütün incəliklə riylə qəzetin

oxucularına çatdırarıq. 

– Təki sağlam olun…



Sahib Sailov

330


"TARİXİN OLAYLARINDA"

KİTABI HAQQINDA

1

Bu kitab haqqında Akif Muxtarovun "Təhsil və za-man"

qəzetində yazısını oxudum. Müəllifin bütün fikirləri qənaəte -

dicidir.  O,  kitabı  məlumat  və  müdirlik  xəzinəsi  adlandır -

mışdır. Kitab çox böyük tarixi araşdırmaların məhsuludur.

Müəllif Azərbaycan  Dövlət  Neft Akademiyasının  dosenti

İrşad  İbrahimovdur.  Kitaba  redaktorluq  edən  filologiya

elmləri doktoru, professor Elməddin Əlibəyzadənin, rəyçilər

tarix elmləri doktoru, professor Şövkət Tağıyevanın, tarix

elmləri doktoru, professor Elmira Muradəliyevanın zəhmət -

lərini  qiymətləndirmək  lazımdır.  Mötəbər  alimlərin  tarixi

araşdırmalara nüfuz etməsi kitab haqqında qəti fikir söylə -

məyə imkan verir.

E. Əlibəyzadə oxucuları əmin edir ki, onlar bu kitabdan

çox şey öyrənə biləcəklər. "Ön söz"də maraq doğuran cəhət

XX  əsrin  təlatümlərinin,  müharibələrinin,  inqilablarının,

çaxnaşmalarının verilməsi, I və II Dünya müharibələrinin

xüsusiyyətləri, dünyanı təlatümə gətirən qlobal terrorizmin

kökləri və s. aktual problemlərə aşkarlıq gətirməsidir.

Kitabda maraq doğuran cəhətlərdən biri görkəmli şəxsiy -

yətlər A. A. Bakıxanov (1794-1846), M. F. Axundov (1812-

1878), Həsən bəy Zərdabi (1842-1907), Məhəmməd Hadi

(1879-1920),  Əli  bəy  Hüseynzadə  (1864-1940),  Üzeyir

Hacıbəyov (1885-1948), Xəlil Rza Ulutürk (1932-1994)

dünyasının  bəyanı  və  bu  görkəmli  şəxsiyyətlərin  rolunun

düzgün qiymətləndirilməsidir.

Zəkanın gücü

331

                                                      

"Təhsil və zaman" qəzeti. 2005-c- il, 28 iyul.  



Müəllif 1918-ci ildə Şərqdə ilk demokratik quruluşu yara -

dan şəxsiyyətlərin ideyalarını, 1990-cı illərdə mili azadlıq

mübarizəsini, müstəqil Azərbaycan Respublikasının yaradıl -

ması  uğrunda  mübarizlərin  fədakar  əməllərini  ehtirasla

qələmə  alır.  Kövrək  addımlarını  atan  dövlətimiz  xalqda,

millətdə ümid yaradır, lakin etiraf etməliyik ki, xalqımızın,

millətimizin əleyhinə aparılan təbliğat son 200 ildə torpaq -

larımızın  itirilməsinə,  ən  nəhayət  erməni  təcavüzü  nəti -

cəsində  torpaqlarımızın  20  faizinin  işğal  olunmasına,  1

mil yona yaxın qaçqın-köçkünün yaranmasına səbəb olmuş -

dur. Azərbaycanın başı nələr çəkmişdir. Bu millətin zülmü

ərşə dayanmışdır.

Müəllif kitabın Azərbaycan bölməsində diqqət çəkən bir

məqama  da  toxunmuşdur.  Bu,  Qafqazın,  o  cümlədən

Azərbay canın Rusiya imperiyası üçün necə əhəmiyyət kəsb

etməsi məsələsidir. Yaxşı olardı ki, müəllif elə buradaca əsrin

müqaviləsi haqqında qısa da olsa məlumat verəydi. Artıq

reallığa  çevrilən  Bakı-Tbilisi-Ceyhan  neft  ixrac  kəməri

dünyanı heyran qoymuşdur. Bundan başqa, Bakı-Batumi-

Ərzurum qaz kəmərinin çəkilməsi reallaşır. Türkiyə ilə iqti-

sadi  əlaqələr  inkişaf  edir.  Yeri  gəlmişkən  qeyd  edək  ki,

Türkiyənin baş naziri Rəcəb Tayyib Ər Doğan bu günlərdə

ABŞ-ın prezidenti C. Buşla Vaşinqtonda danışıqlar apararkən

dedi: "Türkiyə-Azərbaycan bir dövlət, bir millətdir. Odur ki,

Ermənistanla sərhədlərin açılmasından söhbət gedə bilməz.

Türkiyə ilə Azərbay-canın iqtisadi inkişafı artıq inkar edilməz

faktora çevrilmişdir".

Azərbaycanın  tarixi  mərkəzi  İzurtu  şəhəri  olan  Manna

dövlətindən başlayır. Manna dövləti eradan əvvəl IX əsrdə

təşəkkül tapıb. Müəllif eradan əvvəl VI əsrin 90-cı illərindən



Sahib Sailov

332


başlayaraq Midiya dövləti, Əhəməni imperiyası, Atropatan

dövləti, Albaniya dövləti, Sasanilər imperiyası, Ərəb xilafəti,

Sacilər dövləti, Şirvanşahlar, Qaraqoyunlular, Ağqoyunlular,

Səfəvilər dövləti haqqında məlumat verir.

Ümumiyyətlə, Manna dövlətindən (eramızdan əvvəl X-VI

əsrin 90-cı illərindən), Azərbaycan Res-publikasının 1991-ci

ilə qədər  tarixlərdə 29 Azərbaycan dövləti və Azərbaycan

dövlətçiliyinə  təsiri  olmuş  dövlətlərin  mövcudluğu  əks

olunmuşdur. 

Müəllif bir çox erməni tarixçisinin əsərlərinə istinad edir.

Məsələn R. A. Açaryan (1876-1953) ermənilərin satqın, iki

üzlü, qəddar, əxlaqsız, işğalçı olmasını göstərmişdir. Müəllif

B. Petrosyandan iqtibas gətirərək belə deyir: "… erməni tari -

xi sanki satqınlıqsız ola bilməz".

1993-cü ildə ermənilər Şuşa, Ağdam, Ağdərə, Xankəndi,

Kəlbəcər,  Laçın,  Qubadlı,  Xocavənd,  Füzuli,  Ağbulaq,

Cəbrayıl,  Zəngilan  torpaqlarını  tutmuşdur.  Müəllif  zəbt

olunmuş torpaqların aydın xəritəsini verməklə oxucuda əyani

yaddaşı  təzələyir.  Xalqlar  arasında  nifaq  salmaq,  bütün

dünyada terrorizmə rəvac vermək millətin xislətindən irəli

gəlir. Düzdür, müəllif kitabda Qarabağ problemindən danışır.

Fikrimizcə,  bu  məsələnin  dərin  kökləri  daha  ciddi

araşdırmalar tələb edir. Göründüyü kimi, ermənilər həmişə

rus ordusuna arxalanmışlar.

Müəllif  Gürcüstan  Respublikası  haqqında  yazar-kən

"Yaxşı  dost  qardaşdan  irəlidir"  misalı  ilə  başlayır.  Gürcü

xalqının  dost,  qardaş  kimi  bizimlə  bütün  prinsipial

məsələlərdə  həmrəy  olduğunu  qeyd  edir.  Kitabda  Rusiya

haqqında  çox  da  geniş  olmayan  yazı  qaneedici  deyildir.

Fikrimizcə, Rusiya bizim şimal qonşumuz olmaqla, onlarla



Zəkanın gücü

333


Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə