Sahib sailov zəkanın gücü (1954-2013) Bakı



Yüklə 2,16 Mb.
Pdf görüntüsü
səhifə82/103
tarix29.01.2018
ölçüsü2,16 Mb.
#22631
1   ...   78   79   80   81   82   83   84   85   ...   103

insanlıqdan kənar iş olsa da, orada ona çox əzablar, əziyyətlər

verdim,  onun  başına  cürbəcür  oyunlar  açdım  və  açırdım.

Namərd adamın incidilməsi məncə günah deyil.

Sizə verilmiş cəzanın doğru olmadığını, bu işin qərəzli və

sifarişlə olduğunu milyonlarla insan bilir.

Sailovun  pak  adını  insanların  qəlbində  kirləndirmək

olmaz! Saf bulaq suyu ləkə götürməz! Ədalətə, kinə, qərəzə,

yerliçiyə, qısasçılığa, haqsızlığa, namərdliyə ar olsun!

"Ömrün səhifələri" əsərinizdə öz adım əvəzinə 1941-1945-

ci il müharibəsində 24 yaşında həlak olmuş atam Bayramın

adının getməsi məni çox sevindirdi. Düzünü deyim ki, Sizin

kimi şəxsiyyətin kitabına adımın düşməsinə sevinərdim. Bu

cür daha da yaxşı: 24 yaşlı atanın 3 yaşlı yetimi qalmışam.

Atamı  xatırlama-dığıma  heyifsilənirəm.  Atamın  adının

yaşamaçı mənim üçün daha sevindiricidir.

Allahdan arzu edirəm sağlam olun, çox yaşayın, yazın,

yaradın, əsərlərinizdə adımızı oxuyaq.

Orada olanda Sizi qonaq dəvət etdim. Təbiidir ki, söhbəti

öz evimdə söyləmişəm. Uşaqlarımın (üzr istəyi-rəm) sonun-

cusu olan qızım Aidə təşvişlə dedi:

Elə böyük insanı biz necə qonaq edəcəyik, ona layiq süfrə

aça biləcəyikmi?

Bəlkə…

Dedim… firavan yaşamırıqsa da, yaraşıqlı, isti evimiz ol-



masa da isti qəlbimiz, istəyən ürəyimiz, halal çörəyimiz var.

Yolunuzu səbirsizliklə gözləyirik.



Dərin hörmətlə:

Əhməd Məmmədov

09/11- 2002

Zəkanın gücü

311


***

Mən bu məktubu oxuduqdan sonra mütləq Ağcabədiyə

qonaq getməyi özümə borc bildim. Günlərin birində Ağca -

bədiyə getdim. Məni xalqımıza xas olan çox yüksək səviy -

yədə qonaqpərvərliklə, mentalitetimizə uyğun olaraq qar şı  -

la dılar.  Bütün  qohum-əqrəbası  görüşə  gəldi,  qurbanlar

kəsildi.  Mehriban  insanların  qayğısını  heç  vaxt  unutma -

yacağam. 



***

10 ildən sonra eşitdiyim bir faktı bəyan etmək istəyirəm.

Mən  türmədən  çıxdıqdan  sonra  Qasım  İsmayılovdan  çox

adamlar məni görməyə gəlmişdilər. Onlardan biri də Jdanov

koxozunun  sədri  işləmiş  Manya  İsayeva  idi.  O,  çəkinə-

çəkinə: xəcalət çəkirəm, deyib sözə başladı. Sizin üstünüzdə

mənə zülm etdilər, aylarla xəstə yatmışam. Məni prokuror

Şükür Rzayev çağırıb dindirdi. Mənə aid olmayan yersiz su-

allara  cavab  verməyi  təkid  etdi.  Qarşıma  kağız  qoyub,

Sailovla olan münasibətinizi yazmağı tələb etdi. Mən buna

etiraz etdim və dedim mənim Sailovla münasibətim ancaq

rəsmi rəhbər işçiyə uyğun olub. Başqa heç bir münasibətdən

danışmaq olmaz. O, kabinetdə var-gəl edirdi. Birdən qəflətən

məni vurdu. Mən zərbədən huşumu itirib yıxıldım. Evə necə

gətirilməyimdən xəbərim olmayıb. Bu minvalla bir aydan

çox  xəstə  yatdım.  Əlbəttə,  100  kq-dan  çox  çəkisi  olan,

cüssəli, zorba, yeyib harınlamış adamın zərbəsinə dözmək

çətindi. Budur, bizim istintaq işçilərinin iş metodu. Qorxut-

maq, döymək, şər atmaq, böhtan, yalan danışmağa məcbur

Sahib Sailov

312



etmək respublika prokurorluğunun iş metodu idi. Abbas Za-

manov deyirdi: Həbs et, türmədə ağıllandır. Sonra cinayətini

sübut edərsən. Mən Manya müəlliməyə dedim: evinizdə 4

kişi var, (3 oğlu və əri) birinin cəsarəti çatmadı ki, Sizi vurana

cavab versin. Cavab belə oldu: düz deyirsiniz, oğlanlarımın

biri prokuroru güllələsəydi çox yaxşı olardı. Həqiqət öz yerini

tapardı. Təəssüf.

Zəkanın gücü

313



13 İLDƏN SONRA 

BAŞ TUTAN MÜSAHİBƏ

1

Onunla axırıncı dəfə 1977-ci ilin aprelində görüşmüşdük,

Bakı Ali Partiya məktəbinin dəhlizində. İctimai- siyasi jurnal

üçün söhbət hazırlamalı idik, ancaq alınmadı. Dedi ki, qalsın

Karlovı  Varıdan  qayıdana.  İstirahətə  hazırlaşdığına  görə

üstünü  vura  bilmədik.  Eşiyə  bir  çıxdıq.  Xudahafizləşib

ayrıldıq.  Xeyli  ona  tamaşa  elədik.  İti  yerişi,  diri  baxışı,

hərarətli nitqi xəyalımızda həkk olub qaldı. Bir ifadəsi isə

indi də qulaqlarımızda səslənir: 

– Papağı günə yandırmamışam, deməyə sözüm var!

"Çərxi-fələk"  ayrı  cür  dövr  elədi.  O,  heç  istirahətdən

qayıtmamış respublikaya söz yayıldı ki, Şamaxı Rayon Par-

tiya  Komitəsinin  birinci  katibi  Sahib  Sailovun  işini

korlayıblar, məsələ yaxşı qurtarmayacaq. İnanılası deyildi.

H.Ə.  Əliyevin  şəxsi  rəğbətini  qazanmış  bu  cavan  partiya

işçisinin mötəbər dairələrdə xüsusi mövqeyi olduğu hamıya

bəlli idi. Ona görə də vəziyyətin birdən -birə kəskin şəkildə

dəyişməsi çoxlarına inandırıcı görünmürdü. "El ağzı fal ağzı"

imiş.  Sonrakı  aylar  qəzetlər  ara-sıra  Sailovun  barəsində

yalnız bəd xəbərlər dərc etdilər. İlin axırında, 77-nin 78-lə

qovuşacağında isə mətbuat Azərbaycan KP MK plenumunun

Sailov  barəsindəki  qərarını  çap  etdi.  Onu  Sov.  İKP

sıralarından, MK üzvlüyündən çıxartdılar, az sonra isə həbsə

aldılar. Özü də 15 il müddətinə. Bəs bu odlu -alovlu, perspek-

tivli  kadrın  partiya  üfüqlərindəki  işıqlı  ulduzu  nəyə  görə

Sahib Sailov

314

                                                      

“Yeddi gün” qəzeti. 1991-ci il, 2-9 fevral. 



Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə