MUĞANIN ÖVLADLARI
1
"Muğanın övladları"nın ikinci kitabı işığa çıxmaq ərəfə -
sindədir. İstər birinci, istərsə də, eyni adlı kitabın tərtibçisi və
yazarı Muğanın qüdrətli övladı, parlaq şəxsiyyətilə, alim
zəkasıyla öyündüyümüz tarix elmləri namizədi Sahib Sailov,
ön söz müəllifi pedaqoji elmlər doktoru, professor Əjdər
Ağayevdir. Çox ağır elmi filoloji, tarixi əməyin məhsulu kimi
ərsəyə gələn bu kitabda qədim Muğan torpağının müxtəlif
sahələrində şərəfli həyat yolu keçən övladları haqqında
məlumatlanmaq mümkündür. XIX yüzilliyin axırlarından XX
əsrin sonuna kimi yüz illərdən artıq tarixi anlarda yaşayıb
yaratmış, müasirlərimizə kimi parlaq şəxsiyyətlər toplusunun
davamıdır "Muğanın övladarı!"
İlk Qafqaz şeyxülislamı Əbdülsalam Axundzadə,
Muğan da ilk ədəbi dərnəyin yaradıcısı Miskin Nağı, Tofiq,
Fətulla, Baxış, Şahbaz qardaşları kimi övladlar bəxş eləmiş
Rüstəmbəyovlar sülaləsi barədə məlumat əldə etmək
mümkün olur. Bu qardaşlardan Azərbaycanda ilk caz
musiqisi yaradıcısı sayılan, 29 yaşında qətlə yetirilən Pərviz
bəy Rüstəmbəyov haqqında geniş yazılar gedir. Biz birinci
kitabda akademik Ramiz Qurbanov haqqında oxumuşuqsa,
ikinci kitabda "xalq düşməni" ata - 37 qaraguruhunun qurbanı
Seyfulla Qurbanov haqqında məlumat əldə edirik.
Maraqlısı budur ki, Salyanda məhşur Muradxanovlar
ailəsinin daha bir neçə nümayəndəsi haqqında II kitabda
gedən məlumat bu nəslin görkəmli övladları barədə
Zəkanın gücü
303
1 "Qələbə " qəzeti. 1995-ci il, 16 iyun.
təsəvvürümüzü zənginləşdirir. Texnika elmləri doktoru pro-
fessor Hüseynağa Muradxanovla yanaşı, onun qızı,
Azərbaycanın ilk memar qadını, Çexoslavakiyada bu sahədə
doktorluq dissertasiyası müdafiə etməyə imkanı olmuş Turan
xanım Muradxanova barədə qənaətləndirici, maraqlı
məlumat verilmiş, Salyanda mərdlik, mərdanəlik səhifəsində
kişi anlayışını doğrultmuş, yumruğu boyda möhürləri
kəlpeyserlərin başında sındıran, bəzən yumruğu açılanda
beşqanad yabaya oxşayan Rəhim Rəhimov, uzun illər
Muğanda məsul işlərdə işləmiş tarix elmləri namizədi
Qəzənfər Hümmətov, hələ əlinin istisi əlimizdən getməmiş
milis polkovniki Pirverdi Məhərrəmov, hüquqşünas Sabir
Rəzzəqov, Sovet İttifaqı Qəhrəmanı Məhərrəm Dadaşov,
Vətən müharibəsi qəhrəmanı Təbriz Xəlilbəyli, 20 yanvar
şəhidi Elçin İmanov bu kitabda göynək yerimizdir.
Birinci kitabda Azərbaycan hərbi sənətinə qüdrətli övlad-
lar vermiş Hüseynovlar ailəsinin görkəmli nümayəndəsi,
hazırda respublika hərbi komissarı vəzifəsində işləyən
Əlnağı Hüseynov kimi vətən övladı haqqında məlumatla
yetinirdiksə, bu kitabda bu nəslin daha görkəmli nümayən -
dələri Əlnağı, Hamlet, Etibar Hüseynovlar kimi hərbi
xadimlərlə tanış oluruq. Bu qəbildən yüksək hərbi rütbəli
zabitlərdən Elbrus, Elxan, Elman, Telman Orucov
qardaşları haqqında gedən yazılar müharibə vəziyyətində
olan ölkəmizin indiki çağlarında oxucuda rəğbət doğurur.
Hələ işıq üzü görməyən, yalnız qaranquş nüsxəsilə, ilk
korrekturasıyla görüşdüyümüz çox böyük zəhmətin məhsulu
kimi ərsəyə gələn bu "gözəlin" eybini deməzdən əvvəl belə
Sahib Sailov
304
deyək ki, "Muğanın övladları"nın ikinci kitabı tarix elmləri
namizədi Sahib Sailovun doktorluq işi qədər şərəfli elmi
əməyin məhsuludur. Kitabın redaktorları professor Əjdər
Ağayev və cəsur naşirimiz Əlsəmid Kürdür. Kitabın
rəyçiləri akademik Ramiz Qurbanov, tarix elmləri doktoru
Fəridə xanım Məmmədova və bu sətirlərin yazarıdır.
Güman edirəm ki, Novruz bayramına kimi Muğanın
övladlarının II kitabı dərdli günlərini yaşayan, qazsız, işıqsız
bölgəmizə və ölkəmizə mənəvi işıq, yaraşıq gətirəcək!
***
Artıq «Muğanın övladları» kitabının II-III hissələri
çap olunub oxucuların ixtiyarına verilmişdir. Bu kitabları
seçilmiş əsərlər IV-V cilidlərdə oxuya bilərsiniz.
Zəkanın gücü
305
HÖRMƏTLİ SAHİB MÜƏLLİM!
Yazdığınız "Saxta hökm" kitabını tamam oxudum, Sizi və
adlarını çəkdiyiniz adamların çoxunu bir daha yadıma
saldım, çox sağ olun, sizdən razı qaldım. Sizin kimi mən də
(Sizdən 2 yaş böyüyəm) müharibə illərində çox əziyyətlər
çəkmişəm, ancaq ona baxmayaraq məktəbi və istitutu əla
qiymətlərlə bitirərək dövlətimizə, xalqımıza vicdanla qulluq
etmişəm. Əfsuslar olsun ki, bu yaşımızda bizi yada salan yox-
dur.
Mən tikinti materiallarını, kənd təsərrüfatı məhsullarını
daşıyan birliklərin baş direktoru olmuşam. Respublikanın 35
rayonunda avtobaza, avtovağzal, yaşayış evi, yük avtomobili
stansiyası, o cümlədən Salyanda 2709 №-li yeni yük avtoba -
zası tikdirib, istifadəyə vermişəm, şəhərdə və kəndlərdə
yüzlərlə avtobus marşrutları açmış, Salyanda 7 km uzunlu -
ğunda bənd çəkmişik.
Sahib müəllim, mən bütün ömrüm boyu, elə indi də gənc,
bacarıqlı azərbaycanlı ziyalılarla fəxr etmişəm. İşimlə
əlaqədar çox rayonların I katiblərini tanıyırdım.
Siz Salyan Rayon Komsomol Komitəsinin, Astara, Qasım
İsmayılov və Şamaxı Rayon Partiya komitələrinin birinci kat-
ibi işləmirsiniz. Sonralar rəhmətlik qardaşım Müzəffər
Həsənov Salyan rayonunda 10 il prokuror işləyəndə Sizin
haqqınızda ancaq yaxşı sözlər eşitmişəm.
Sizin səviyyəniz, əhatəli çıxışlarınız, savadınız, kənd təsər -
rüfatının bütün sahələrini yaxşı bilməyiniz, müvəffəqiy yət -
ləriniz həmişə məni cəlb edib və məmnuniyyətlə çıxışlarınıza
Sahib Sailov
306
Dostları ilə paylaş: |