Sahib sailov zəkanın gücü (1954-2013) Bakı



Yüklə 2,16 Mb.
Pdf görüntüsü
səhifə74/103
tarix29.01.2018
ölçüsü2,16 Mb.
#22631
1   ...   70   71   72   73   74   75   76   77   ...   103

ərizə  çıxıb.  Ərizə  də  bir  nəfərin  pedaqoji  texnikumdan

şikayətindən ibarət idi. Mən məsələni aydınlaşdırmaq üçün

prokurorun üstünə yazmışdım. Bu ərizənin "xətti ilə" Sabir

adına  Pedaqoji  Texnikumda  yoxlama  aparıblar.  Sonra  da

texnikumun  direktoru  Ceyhun  Pirverdiyevin  və  rayonun

prokuroru Yəhya Ələkbərovu həbs etmişdilər. Ümumiyyətlə,

prokuror Abbas  Zamanovun  əvvəlcədən  münaqişələri  var

imiş.


Axı  cinayətin  istintaq  qrupu  tərəfindən  sübuta  yetiril -

məyən adamı tutmaq olmaz.

-  Sovet  ictimai  quruluşunda  səlahiyyət  sahibi  istənilən

adamı tutdura bilərdi. Həm də bizim prokurorluq sistemində

Abbas Zamanovdan bir xatirə qaldı. "Əvvəl tut dama sal,

sonra  cinayətini  sübut  edərsən". Bilirsiniz,  həbsxanaya

düşəndən  sonra  adamın  boynuna  hər  şeyi  qoymaq  çox

asandır.  İkinci  bir  tərəfdən  onların  rayon  prokurorunu

tutmağa heç bir haqları yox idi. Ən azı qanun buna yol ver-

mirdi.  Prokurorun  həbs  olunması  üçün  büronun  razılığı

olmalıdı.

Bəs o zaman sizi kim əvəz edirdi?

- Murad Qədirli. 

Onun da xəbəri olmamışdı?

- Yox, dediyim kimi, o komissiya mənə qarşı birləşənlər

tərəfindən göndərilmişdi. Onlar nə isə tapmalı idilər.

- O zaman çox adam tutublar?

- Hə. O vaxt mənimlə bir yerdə on bir nəfər tutmuşdular.

Əslində onların heç birinin günahı yox idi. Şükür Rzayev

cinayət işinə bir çox adamları günahsız olaraq cəlb eləmişdi.



Sahib Sailov

278


On bir nəfər adam iki ildən on beş ilə qədər müxtəlif cəzalar

aldılar. Onların əksəriyyətini psixoloji təzyiq altında zorla

ifadə verməyə təhrik edirdilər. 

-  Deməli,  Çexoslavakiyadan  dönüb  gördünüz  ki,  lələ

köçüb, yurdu qalıb.

- Elə aeroportda düşən kimi xəbər verdilər. Rayona gəlib

üç gün məsələni aydınlaşdırdım. 1977 - ci il mayın 4 -də

Heydər Əliyevin qəbuluna getdim. Mən ona dəfən- dəfən

xatırlatdım ki, bizim heç bir günahımız yoxdur. Dedi: "Get

başını sal aşağı, işlə". 

- Belə demək mümkünsə, sizi arxayın saldı.

- Hə, mən ona arxayın idim. Amma xahiş etdim ki, rayona

komissiya göndərib mənim işimi obyektiv yoxlatdırsın. O da

üç gün sonra Mərkəzi Komitənin inzibati şöbəsinin müdiri



Cəfər Vəliyevin rəhbərliyi ilə komissiya göndərdi. Komis-

siya  da  yoxlama  aparıb  arayış  yazdı  ki,  Sailovun

texnikumda baş verən proseslərə heç bir dəxli yoxdur. O

vaxt deyirdilər ki, guya mən texnikumun direktoru Cey-

hun Pirverdiyevlə yoldaşlıq edirəm. Onun qəbul vaxtı

aldığı pulları bölürük.

- Sahib müəllim, sizin ölkənin yüksək çinli məmurları ilə

konfliktiniz nə əcəb Heydər Əliyevin gözündən yayınmışdı?

- Yox,  yayınmamışdı.  Heydər  Əliyev  bir  dəfə  məndən

sorşudu:

"  Baş  prokuror  niyə  səninlə  yola  getmir?"  Mən  də

dedim, bilmirəm. İstəmədim ki, xırdalığa gedim. Amma

gərək mən də onlar kimi xırdaçılığa gedəydim.

Deyərdim ki, sənin qohumun Fəridə İsgəndərova sizə



Zəkanın gücü

279


arxayın olub dövlətin külli miqdarda əmlakını mənimsədiyi

üçün vəzifədən çıxarılıb, partiyadan xaric edilib. Əsas səbəb

bu idi. Bu işin haqsızlığını sübut etmək üçün mən tutulandan

sonra o vəzifəsinə bərpa edilib, partiyadan xaric edilməsi

haqqında RPK-nin qərarı ləğv edilib, partiyaya və işə bərpa

edilib.  Bunu  edən  «Qara  vəzir»  bu  işin  başında  duran



Canməmməd  Rəhimov və  Fəridə  İsgəngərovadan

aldıqları nın əvəzində edib. Əgər deyilənlərə inansaq bütün

şamaxı lılar–  xüsusilə  Göylər  kənd  camaatı  Sailovun

vəzifədən getməsi üçün 8 kq qızıl verib. Əgər koxozçuların

dediyini nəzərə alsaq ki, Canməmməd bu qızılları, 30 ildən

çox kolxoz sədri – sovxoz direktoru işlədiyi vaxt xalqın qanı

hesabına  qazandığı  haram  pulları  verib  rüşvətxorlara!

Məsələnin  əsas  məğzi  bundadır.  O  ki,  qaldı  respublika

prokuroru Abbas Zamanovun mövqeyinə … aydındır.

Baxmayaraq ki, o vaxtdan 35 ildən çox keçib, bu günlərdə

görüşdüyüm şəxsiyyətlərdən biri, uzun illər məhkəmə orqan -

larında, xüsusilə Gəncə şəhərində məhkəmə sədri, Ali məhkə -

mədə, respublika prokurorluğunda rəhbər vəzifələrdə işləmiş

Ə. Dedi: Sizin o qondarma işlə əlaqədar respublika prokuroru

Abbas  Zamanovla  söhbət  etdim,  bildiyimiz  kimi  o  işdə

cinayət tərkibi yoxdu. Ona kömək etmək lazımdı sözümə

cavabı belə oldu: gös təriş verilib, o məhv olmalıdı. Bax, belə

qədirbilən  şəxsiy yət  var,  olub,  bundan  sonra  da  olacaq.

Mənim haqqımda olan xahişi eşitdim və ona mənnətdarlığımı

bildirdim.

Aqillər deyib: Sirr qalmır bir halda ki, o işlə çox adamlar

məşğul olmuşdu. Sirr yalnız bir və ya iki adam arasında olur.



Sahib Sailov

280


Əgər üç və daha çox adam o işi bilirsə buna preskonferensiya

deyirlər. 

- Dediniz, Şükür Rzayev istintaqa rəhbərlik edirdi.

- Hə, respublika prokurorluğunun şöbə rəisi Şükür Rza-

yevin rəhbərliyi altında komissiya yoxlama apardı. Düzgün

olmayanı sübut etmək üçün dəridən-qabıqdan çıxan Şükür

Rzayev,  Mustafa  Əliyev,  İsgəndərov  və  qeyriləri  İsmayıl

Əsgərovun, Abbas Zamanovun, Vitali Krasilnikovun sifari -

şini  yerinə  yetirmək  üçün  nə  istədilərsə,  onu  da  etdilər.

Ədalətli  hüquqşunaslar  o  zaman  deyirdilər  ki,  bu  iş

Biləcəridən o yana keçməyəcək.

- Nəhayət, sizi işdən çıxardılar.

- Hə, avqustun 8-də məni Mərkəzi Komitənin bürosuna

çağırdılar. Nə üçün çağırıldığımı doğrudan da bilmirdim. Bir

də  büroya  girəndə  dedilər  ki,  sizin  məsələyə  baxılacaq.

Büroda da "işimdə olan qüsurlara görə" azad etdilər.

Yenə də soruşuram, bütün bu yoxlamalar büroya çağırıl -

mağınız sizə nəsə demirdi, şübhə yaratmırdı?



Zəkanın gücü

281


Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə