partiya fəalları təsərrüfatlara göndərildi. Kommunistlərin və
təcrübəli üzümçülərin köməyi ilə nöqsanlar qısa müddətdə
aradan qaldırıldı. Becərmə işlərinin keyfiyyəti yaxşılaşdırıldı.
Rayon partiya komitəsi və ilk partiya təşkilatları üzümçü -
lük sahəsində irəli sürülən hər hansı təşəbbüsü, səmərələş -
dirici təklifi vaxtında müdafiə edir, onun istehsalatda
yayılmasına çalışırlar. "Günəşli" sovxozunun kommunistləri
Sov. İKP XXVqurultayının yekunlarını müzakirə edərkən
məhsuldarlığı artırmaq yolu ilə dövlətə 6.600 ton əvəzinə 9.
000 ton üzüm təhvil vermək barədə yüksək öhdəlik
götürmüşdülər. Rayon partiya komitəsinin bürosu "Günəşli"
sovxozu üzümçülərin bu təşəbbüsü yüksək qiymətləndirdi və
onun bütün təsərrüfatlarda yayılmasını qərara aldı. Tezliklə
"Günəşli" sovxozu üzümçülərinin təşəbbüsünə yüzlərlə
üzümçü və şərab zavodlarının fəhləsi qoşuldu. "Günəşli"
sovxozunun üzümçüləri vəd verməklə kifayətlənmədilər.
Onlar üzümlüklərə aqrotexniki tədbirlər əsasında qulluq
etdilər. Nəticə gözlənildiyindən də yaxşı oldu. Üzümçülər
6.600 ton əvəzinə 12 min tondan çox üzüm istehsal etdilər.
İstehsalat qabaqcıllarının sayı əvvəlki illərə nibətən xeyli
çoxaldı. Əli Bayramovun, Əbdülhəsən Abdullayevin, Paşa
Əyyubovun briqadaları indi 1977-ci ilin hesabına işləyirlər.
"Şərəf nişanı" ordenli A.İ.Lenin adına sovxozun kollektivi
(direktoru Nadir Məmmədov, partiya komitəsinin katibi
Rəfiqə Səmədova) onuncu beşilliyin ilk ilində daha böyük
əmək qələbəsi qazanmışdır. Sovxozda 12.150 ton əvəzinə 25
min tondan çox keyfiyyətli üzüm istehsal edilərək iki ilin
planı artıqlaması ilə ödənilmişdir. Üzüm bağlarının hər
hektarından orta hesabla 195 sentner məhsul götürülmüşdür.
Sahib Sailov
252
Sadıq Nəsirovun, respublika Dövlət mükafatı laureatı Dilavər
Yolçiyevin, Şirinağa Şirinovun, Əhəd Teymurovun, Qasım
Zamanovun, Fikrət Kərimovun briqadalarının hər biri 1.000
tondan çox məhsul istehsal etmişdir. Yarəli Şıxalıyevin,
Azərbaycan KP MK üzvlüyünə namizəd Zəminə Məmməd -
kəri movanın, Mövsüm Yəhyayevin, Ağaməmməd
Məmişovun briqadalarında məhsuldarlıq daha yüksək
olmuşdur. Beləliklə, sovxozun kollektivi dövlətə üzüm
təhvilinə dair beşillik planı üç ildə yerinə yetirməyə söz
vermişdir. Bütün bu müvəffəqiyyətlər onun nəticəsidir ki,
sovxozda üzümçülərin sosializm yarışı düzgün qurulmuş,
mütəşəkkillik artırılmış, qabaqcıl təcrübənin, mütərəqqi iş
üsullarının təbliği ön plana çəkilmişdir. Məsələn, bu il sovx-
ozun üzümçüləri belə bir faydalı, səmərələşdirici təklif irəli
sürmüşlər ki, texnika vasitəsi ilə eyni vaxtda bir neçə
becərmə işi görmək mümkündür. Onlar traktora qoşulmuş
çiləyici aparatların gövdəsinə diskli mala və tros əlavə edərək
eyni vaxtda həm bağlara bordo mayesi çiləmiş, həm də
torpağa kultivasiya çəkmişlər. Bunun böyük iqtisadi səmərəsi
olmuşdur.
Hər bir təsərrüfat sahəsində olduğu kimi üzümçülükdə də
məhsul yığımı həlledici dövr sayılır. Yetişdirilmiş bol
məhsulu itkisiz yığmaq üçün rayon üzrə xüsusi qərargah
yaradılmışdır. Məhsul yığımı ərəfəsində rayon partiya
komitəsi "Rayonun partiya, sovet, həmkarlar ittifaqı və kom-
somol təşkilatlarına, sovxoz fəhlələrinə, kolxozçularına, idarə
və müəssisə kollektivlərinə, məktəbli - gənclərə" müraciət
qəbul etmiş, bütün kommunistlərə çağırış xarakterli məktub
göndərilmişdir. Bu sənədlər rayon zəhmətkeşlərinin məsuliy -
Zəkanın gücü
253
yətini artırmış, onları yığımda fəal iştirak etməyə
ruhlandırmışdır. Məhsul yığımında hər gün 25 min adam
iştirak etmiş və orta hesabla 6,5- 7 min ton üzüm toplamışdır.
Üzümçülərimiz Sov. İKP XXV qurultayının və Azərbay -
can KP XXIX qurultayının tarixi qərarlarını həyata keçirərək
bu il rekord miqdarda məhsul, 145 min tondan çox üzüm is-
tehsal edib dövlətə satmışlar.
Üzümçülüyün intensiv inkişafı rayonun ictimai-siyasi
həyatında müsbət dəyişikliklər əmələ gətirmiş, zəhmətkeş -
lərin güzəranını xeyli yaxşılaşdırmışdır . Sovxoz fəhlələrinin
orta aylıq əmək haqqı səkkizinci beşillikdəkinə nisbətən
təqribən iki dəfə artaraq 180 -220 manata çatmışdır. Lenin
adına, Kalinin adına, S. Ə. Şirvani adına sovxozlarda fəhlə
və mexanizatorların aylıq əmək haqqı daha yüksəkdir.
Taxılçılarımızın və üzümçülərimizin işində olan müs-bət
cəhətlərdən biri budur ki, dövlətə təhvil verilən məhsulun
hamısı yüksək keyfiyyətli olmuşdur. Hər hektarın məhsul -
darlığı əvvəlki illərə nisbətən xeyli yüksəlmişdir. Rayon par-
tiya komitəsi və ilk partiya təşkilatları beşilliyi vaxtından
əvvəl yerinə yetirmək uğrunda sosializm yarışının kütləvi -
liyini təmin etmək üçün təşkilati tədbirləri və ideoloji işi
gündən-günə genişləndirirlər. Biz çalışırıq ki, bütün sahələrdə
geridə qalan bir təsərrüfat, bir kollektiv belə olmasın. Hər bir
sovxoz fəhləsi və kolxozçu, hər bir inşaatçı və sənaye işçisi
ölkədə genişlənən sosializm yarışının siyasi əhəmiyyətini
aydın başa düşsün, beşilliyin bütün illərində plan və
öhdəliklərin yerinə yetirilməsi yollarını konkret bilsin. Biz
çalışırıq ki, qarşıdakı əzəmətli vəzifələrin həyata keçirilməsi
uğrunda kütlələrin ümumxalq yarışı daha geniş xarakter alsın.
Sahib Sailov
254
Dostları ilə paylaş: |