lemlər də vardır. Rayon partiya komitəsi müntəzəm olaraq
bu nöqsanları öyrənir və onların aradan qaldırılması üçün
partiya təşkilatlarının, pedaqoji kollektivlərin, kommunist -
lərin qüvvələrini səfərbərliyə alır. Bu sahədə "Rayon xalq
maarif şöbəsinin fəaliyyətindəki ciddi nöqsanlar haqqında"
rayon partiya komitəsinin 17 iyul 1974-cü il tarixli qərarın -
dan sonra xeyli iş görülmüşdür.
Rayonumuzda 105 orta, səkkizillik və ibtidai məktəb
fəaliyyət göstərir ki, bunlarda 26 min nəfərdən çox şagird
təh sil alır. Axşam (növbəli) məktəblərin şəbəkəsi də
genişlən di rilmiş və buraya1900 nəfər istehsalatçı gənc
cəlb edilmişdir.
Rayon partiya komitəsinin gördüyü tədbirlərin xeyli
hissəsi məktəblərdə təlim-tərbiyənin daha da yüksəlməsinə,
istehsalatda çalışan gənclərin hamılıqla ümumtəhsil məktəb -
lərinə cəlb edilməsinə, kənd məktəblərində lazımi iş şərai -
tinin yaradılmasına və məktəblərdə əsas göstəricilərin
respublika səviyyəsinə çatdırılmasına yönəldilmişdir.
Rayon partiya komitəsi Azərbaycan KP MK-nın 1975-ci
il iyul tarixli plenumunun qərarlarına uyğun olaraq başqa
sahələrlə yanaşı, rayonda xalq maarifinin inkişaf etdirilməsi
ilə əlaqədar müəllim kadrların seçilməsinə, tərbiyə edilmə -
sinə və yerləşdirilməsinə xüsusi diqqət yetirir. Bu il rayona
göndərilmiş 150 nəfər gənc müəllim ümumtəhsil məktəb -
lərində işlə təmin olunmuşdur.
Rayon partiya komitəsi xalq maarifinin hərtərəfli inkişa -
fına bundan sonra da var qüvvəsini sərf edəcək, Sov. İKP
XXV qurultayını şərəfli əmək nailiyyətləri, yüksək tədris
göstəriciləri ilə qarşılayacaqdır.
Sahib Sailov
242
MÜTƏŞƏKKİLLİK NÜMUNƏSİ
1
Sov. İKP XXV qurultayı ölkəmizdə kənd təsərrüfatının
daha da inkişaf etdirilməsini çox mühüm ümumdövlət və
ümumxalq vəzifəsi hesab etmiş, bunun üçün konkret proqram
hazırlamışdır. Qurultay kənd təsərrüfatı sahəsində qarşıya bir-
biri ilə üzvi şəkildə əlaqədar olan iki məqsəd qoymuşdur. Bu
məqsədlər ölkənin ərzaqla və kənd təsərrüfatı xammalı ilə
etibarlı surətdə təchiz edilməsinə nail olmaqdan və şəhərlə
kəndin maddi və mədəni həyat şəraitinin bundan sonra da bir-
birinə yaxınlaşması yolu ilə getməkdən ibarətdir. Partiya -
mızın bu göstərişi fəhlə sinfinin və kolxozçu kəndlilərin əsas
mənafeyinə, ölkəmizdə kommunizm quruculuğu mənafeyinə
tamamilə uyğundur.
Lenin aqrar siyasətini dönmədən həyata keçirən partiya və
hökumətimiz sovet cəmiyyətinin hər bir tarixi inkişaf dövrü
üçün kənd təsərrüfatının vəzifələrini müəyyən edirlər. Müasir
mərhələdə partiyamızın həyata keçirdiyi aqrar siyasətin əsası
isə Sov. İKP MK-nın mart (1965-ci il) plenumu tərəfindən
qoyulmuşdur. Bu siyasət kolxoz və sovxozların iqtisadiy -
yatının ikişafına çox böyük müsbət təsir göstərmişdir. Mart
plenumundan sonra əhali artımı da nəzərə alınmaqla adam -
başına kənd təsərrüfatı məhsullarının istehsalı 25 faiz
çoxalmışdır. Kənd təsərrüfatının maddi-texniki bazası xeyli
möhkəmlənmiş, kənddə energetika qurğularının gücü iki
dəfə, kənd təsərrüfatına verilən mineral gübrələrin miqdarı
üç dəfə artmışdır. Kənd təsərrüfatı istehsalında əmək məhsul -
Zəkanın gücü
243
1 "Azərbaycan kommunisti" jurnalı. Bakı, 1976-cı il, № 10,S. 43-49
darlığı 1,6 dəfə yüksəlmişdir.
Lakin partiyamız əldə edilən nailiyyətləri lazımınca
qiymətləndirməklə bərabər, bunu da yaxşı görür ki, kənd
təsərrüfatı istehsalının artım sürəti, kolxoz və sovxoz -
larımızın iqtisadi göstəriciləri ölkəmizin kənd təsərrüfatı
məhsullarına artan tələbatını hələ tam ödəmir. Buna görə də
indi kənd təsərrüfatının intensivləşdirilməsi və onun səmə -
rəsinin artırılması vəzifəsi ön sıraya çəkilir. Sov. İKP XXV
qurultayı müəyyən etmişdir ki, bu vəzifənin müvəffəqiyyətlə
yerinə yetirilməsi xeyli dərəcədə istehsalın ixtisaslaşdırılması
və təmərküzləşdirilməsindən, onun müasir sənaye əsasında
qurulmasından asılıdır. Sov. İKP MK-nın Baş katibi L. İ. Bre-
jnev yoldaş bunu kənd təsərrüfatını inkişaf etdirməyin əsas
istiqaməti adlandıraraq partiyamızın XXV qurultayında
demişdir: "…təsərrüfatlararası kooperativləşdirmə və aqrar-
sənaye inteqrasiyası əsasında istehsalın ixtisaslaşdırılması və
təmərküzləşdirilməsi istehsalın həcmini sürətlə artırmaq,
əmək məhsuldarlığını xeyli yüksəltmək və maya dəyərini
aşağı salmaq üçün böyük imkanlar yaradır. Deməli, bu xətti
daha fəal yetirmək lazımdır. Bizim təşkilatçılıq işimiz,
planlaşdırma, iqtisadi vasitələrdən istifadə olunması bu
mütərəqqi prosesə hər vasitə ilə kömək etməlidir".
XXV qurultay tərəfindən bəyənilən xətti əməli surətdə
yerinə yetirərək Sov. İKP MK bu ilin may ayında "Təsər -
rüfatlararası kooperativləşdirmə və aqrar-sənaye inteqrasiyası
əsasında kənd təsərrüfatı istehsalının ixtisaslaşdırılmasını və
təmərküzləşdirilməsini daha da inkişaf etdirmək haqqında"
qərar qəbul etmişdir. L. İ. Brejnev yoldaşın təşəbbüsü ilə
qəbul olunan bu sənədin böyük nəzəri, siyasi və ictimai-iqti-
Sahib Sailov
244
sadi əhəmiyyəti vardır. Həmin sənəd inkişaf etmiş sosializm
şəraitində Lenin kooperativ planının əməli surətdə yerinə
yetirilməsində yeni mərhələnin başlanğıcını qoyur. Partiya -
mızın hazırladığı tədbirlər məhsul istehsalının ictimailəşdi -
rilməsi səviyyəsini yüksəltmək, ictimai münasibətləri
təkmil ləşdirmək, sosializm mülkiyyətinin iki formasını bir-
birinə yaxınlaşdırmaq, şəhərlə kənd arasında mühüm fərdləri
tədriclə aradan qaldırmaq üçün yol açır. Mövcud qərarda
sosialist kəndində istehsal münasibətlərinin və ictimai mü-
nasi-bətlərin daha da təkmilləşdirilməsi elmi surətdə müəy-
yən edilir, bu xəttin həyata keçirilməsində partiya, sovet və
təsərrüfat orqanlarının, elmi idarələrin vəzifələri göstərilir.
"Təsərrüfatlararası kooperativləşdirmə və aqrar-sənaye
inteqrasiyası əsasında kənd təsərrüfatı istehsalının ixtisas -
laşdı rılmasını və təmərküzləşdirilməsini daha da inkişaf
etdirmək haqqında" Sov. İKP MK-nın qərarını sovet adamları
böyük diqqətlə öyrənirlər. Kolxoz və sovxozlarda, müəssisə
və tikintilərdə zəhmətkeşlər bu qərarı yekdilliklə bəyənir.
Həmin sənəddə şərh olunan müddəaları Vətənimizin tərəq -
qisinə, xalqın rifahının daha da yüksəlməsinə partiyamızın
göstərdiyi qayğının yeni, parlaq təzahürü sayırlar.
Keyfiyyət və səmərəlilik beşilliyi olan onuncu beşillik
tapşırıqlarının müvəffəqiyyətlə yerinə yetirilməsi bütün
sahələrdə kommunistlərin, əmək adamlarının tapşırılmış işə
məsuliyyətlə yanaşmalarından, yaradıcılıq, təşəbbüskarlıq və
mütəşəkkillik nümunəsi göstərmələrindən, qabaqcıl olmala -
rından çox asılıdır. Şamaxı rayon partiya təşkilatı beşilliyin
ilk günündən tərbiyə işlərini bu istiqamətdə qurmuş, qarşıda
duran vəzifələrin müvəffəqiyyətlə yerinə yetirilməsi üçün bir
Zəkanın gücü
245
Dostları ilə paylaş: |