Sahib sailov zəkanın gücü (1954-2013) Bakı



Yüklə 2,16 Mb.
Pdf görüntüsü
səhifə65/103
tarix29.01.2018
ölçüsü2,16 Mb.
#22631
1   ...   61   62   63   64   65   66   67   68   ...   103

sıra tədbirlər hazırlayıb həyata keçirmişdir.

Doqquzuncu  beşillik  rayonumuzun  iqtisadi  və  mədəni

quruculuğunun  bütün  sahələrində  böyük  iz  buraxmışdır.

Təsərrüfat quruculuq və mədəni quruculuq sahəsində qaza -

nılan görkəmli nailiyyətlər ilk növbədə respublika partiya

təşkilatının səmərəli fəaliyyəti ilə bağlıdır. Azərbaycan KP

Mərkəzi Komitəsi, onun bürosu doqquzuncu beşillik illərində

işimizə düzgün istiqamət vermiş, nöqsanlarımızı vaxtında

göstərmiş,  onların  aradan  qaldırılmasında  bizə  kömək

etmişlər. Biz Mərkəzi Komitənin tələb etdiyi kimi, partiya və

dövlət intizamının möhkəmləndirilməsinə diqqəti artırmış,

təsərrüfata partiya rəhbərliyinin səviyyəsini xeyli yüksəltmiş,

tükənməz ehtiyat mənbələri olan sosializm yarışının geniş -

lənməsinə,  qabaqcıl  təcrübənin  yayılmasına  ciddi  fikir

vermişik. Məhz bu səbəbdəndir ki, doqquzuncu beşillik planı

bütün göstəricilər üzrə vaxtından əvvəl və artıqlaması ilə

yerinə yetirmişik.

Doqquzuncu beşillikdə əmək məhsuldarlığının yüksəldil -

məsi, məhsulun maya dəyərinin aşağı salınması, təsərrüfat -

ların  rentabelliyinin  artırılması,  sovxoz  fəhlələrinin,

kol xoz çuların maddi-rifah halının yaxşılaşdırılması sahəsində

də  az  iş  görülməmişdir.  Rayon  əməkçilərinin  fədakarlığı,

hünəri  və  işgüzarlığı  sayəsində  üzümçülükdən  15  milyon

manatdan çox xalis gəlir əldə edilmiş, fəhlə və qulluqçulara

əlavə  əmək  haqqı  və  mükafat  olaraq  6  milyon  manat  pul

verilmişdir. Beşilliyin yekun ilində rayonun kənd təsərrüfatı

məhsulları satışından gəlir 1971-ci ildəki 37 milyon manat-

dan artaraq 135 milyon manata çatmışdır.

Doqquzuncu beşillikdə qazanılan nailiyyətlərə görə ray-

Sahib Sailov

246



onumuz  Sov.  İKP  MK-nın,  SSRİ  Nazirlər  Sovetinin,

ÜİHİMŞ-in və ÜİLKGİ MK-nın keçici Qırmızı bayrağına

layiq  görülmüşdür.  Keçən  il  Lenin  adına  sovxoza  "Şərəf

nişanı" ordeni verilmiş, onlarca fəhlə, həmçinin, rayonun bir

sıra  təsərrüfatları  beşilliyin  ayrı-ayrı  illərində  sosializm

yarışının  qalibi  kimi Azərbaycan  KP  MK-nın,  respublika

Nazirlər Sovetinin, AHİŞ-in və Azərbaycan LKGİ MK-nın

keçici Qırmızı bayrağını almışlar.

Bütün bu nailiyyətlər məsuliyyətimizi daha da artırmış,

yaradıcılığımızı genişləndirmişdir. Onuncu beşilliyi dörd ildə

yerinə yetirmək haqqında rayon zəhmətkeşlərinin təşəbbüs

qaldırması  onların  daha  böyük  qələbə  əzminin  ən  bariz

nümunəsidir.  "Onuncu  beşillikdə  dövlətə  kənd  təsərrüfatı

məhsulları  satışına  dair  xalq  təsərrüfatı  planını  vaxtından

əvvəl yerinə yetirmək sahəsində Şamaxı, Şamxor, Lənkəran

və  Masallı  rayonları  kənd  əməkçilərinin  təşəbbüsü  haq-

qında" Azərbaycan KP MK-nın qəbul etdiyi qərarda təşəb -

büsümüzün böyük vətənpərvərlik hərəkatı kimi qiy mət lən-

 dirilməsi və onun respublikada yayılması zəhmətkeşlərimizi

daha da ruhlandırmışdır.

Azərbaycan KP MK-nın həmin qərarı rayonun bütün ilk

partiya təşkilatlarında geniş müzakirə edilmiş, kollektivlər

yüksək  öhdəliklər  götürmüşlər.  Ümumiyyətlə,  müəyyən

edilmişdir ki, beş ildə dövlətə altı ilin planı həcmində kənd

təsərrüfatı məhsulları satmaq tamamilə mümkündür. Ray-

onun kənd əməkçi-ləri beş ildə dövlətə 49.860 ton əvəzinə

59.832 ton taxıl, 487.450 ton əvəzinə 584.940 ton üzüm, 17.

150 ton əvəzinə 20.550 ton ət, 36.550 ton əvəzinə 43.740 ton

süd,  2.347  ton  əvəzinə  2.814  ton  yun,  33.570  min  ədəd

Zəkanın gücü

247



əvəzinə 40.384 min ədəd yumurta satmağı qərara almışlar.

Sov. İKP XXV qurultayının qərarları rayon zəhmət-keş -

lərinin qurub-yaratmaq əzmini daha da artırmışdır. Qurul -

tayın  yekunları  ayrı-ayrı  təşkilatlarda  müzakirə  edilərkən

çıxış edən kommunistlər, istehsalat qabaqcılları daha yüksək

sosialist  öhdəlikləri  götürmüşlər.  Məsələn,  Xaqani  adına

sovxozun briqadiri, Azərbaycan SSRİ Ali Sovetinin deputatı

Kərim  Kərimov,  həmin  sovxozdan  Xuduş  Xudaverdiyev,

"Günəşli" sovxozunun briqadiri Paşa Əyyubov, hektarçı fəhlə

Dostəlı Yaqubov, Lenin adına "Şərəf nişanı" ordenli sovx-

ozun  briqadiri  Sadıq  Nəsirov,  Mövsüm  Yəhyayev,  fəhlə

Səbirə  Hacıyeva,  Süd  əmtəə  fermasının  müdiri  Səlim

Babayev,  S.  Ə.  Şirvani  adına  sovxozun  briqadiri  Vartan

Ohanov,  Sabir  adına  Sovxozun  briqadiri,  üzüm  ustası

Sədrəddin Əhmədov, Çingiz Babayev, iki dəfə Lenin ordenli

Əkbər Mahmudov, Engels adına sovxozun briqadiri, üzüm

ustası Kəmaləddin Salahov, Kalinin adına sovxozun briqadiri

Əvəz  Haqverdiyev,  İliç  adına  kolxozun  sağıcısı  Nadejda

Svixnuşina, kolxozlararası tikinti idarəsinin bənnası Sayıl

Mayılov, C.Cabbarlı adına sovxozun mexanizatoru Ağahey -

bət Əsgərov və onlarca başqaları bir beşillikdə iki beşillik

planı yerinə yetirmək uğrunda mübarizə aparırlar.

Rayon partiya komitəsi və ilk partiya təşkilatları sosializm

yarışının təşkilinə və onun əmək kollektivləri arasında geniş

vüsət almasına yaxından diqqət yetirirlər. Yarışa vaxtaşırı

yekun vurulur, qabaqcıllar mükafatlandırılır. Rayon partiya

komitəsi, ilk partiya təşkilatları yarışın əyani olmasına xüsusi

əhəmiyyət verirlər. Məhz bu səbəbdəndir ki, indi rayonun hər

bir  zəhmətkeşi  konkret  olaraq  nəyin  uğrunda  mübarizə

Sahib Sailov

248



Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə