ŞAHİN ƏHMƏdov


 Atmosferin energetik qurğuların tullantıları ilə



Yüklə 6,54 Mb.
Pdf görüntüsü
səhifə19/107
tarix02.04.2023
ölçüsü6,54 Mb.
#104027
1   ...   15   16   17   18   19   20   21   22   ...   107
B.Rəna-Mühəndis-ekologiyası

2.8. Atmosferin energetik qurğuların tullantıları ilə 
çirklənməsi
Energetik qurğularda və maşınlarda müxtəlif növlü 
yanacağın yanması zamanı atmosferə karbon oksidi (CO
2
), su 
buxarı (H
2
O) ayrılmaqla bərabər yanacağın tam yanmağı 
nəticəsində karbon qazı (CO) his, karbohidrogenlər (C
n
H
m
) və 
benzаpиren
(C
20
H
12
) ayrılır. Bundan başqa yanacağın 
yanmayan hissəcikləri, kül (зола) və digər mexaniki qarışıqlar 
da ayrılır (kükürd anhidridi SO
2
və SO
3
, azot və qurğuşun 
PbO). Daş kömür yandıqda 2,5-6% kükürd və 30-50% kül 
alınınr. 
Maye yanacaqlar isitfadə edildikdə (mazut) tüstü 
qazlarında azot oksidləri, vonadium və natrium birləşmələri
qaz və bərk yanma məhsulları olur. Qaz yanacağa keçdikdə kül 
azalırsa da SO
2
azalmır, çünki qazın tərkibində kükürd 
birləşmələri vardır. 
Təbii qazlar yandığda kükürd və azot oksidləri alınır. 
İstilik elektrik stansiyaları (gücü 2,4 mln kvt) sutkada 20 
min ton daş kömür işlədir, bu zaman atmosferə sutkada 680 


49 
ton SO
2
və SO
3
(daş kömürdə 1,7% kükürd olduqda), 200 ton 
azot oksidi, 120 ton kül, toz, his ayrılır. 
Avtonəqliyata 
daxili 
yanma 
mühəriklərinin 
tüstü 
qazlarında N
2
, O
2
, H
2
O buxarları, CO
2
, H
2
, CO, NO
x
, C
n
H
m

aldehidlər, his, benzokiren olur. 
Avtonəqliyyat etilli benzində işləyərkən atmosferi 
benzində olan şox zəhərli qurğuşun birləşmələri ilə çirkləndirir. 
Benzinə əlavə olunan ətilli mayenin 70% qurğuşunu tüstü 
qazları atmosferə buraxılır, ondan 30% səsboğandan çıxan kimi 
yerə yatır. Bir yük avtomobili 1 ildə 2,5-3 kq qurğuşun tullayır. 
Daxili yanma mühərrikləri ilə işləyən avtomobillər hər il 
dünyada hər il atmosferə 260 mln ton dəm qazı, 40 mln ton 
karbohidrogenlər, 20 mln ton azot oksidləri atılır. 
Dünyanın iri şəhərlərində avtomobil nəqliyyatı ilə 
atmosferin çirklənməsi təşkil edir. 
Karbon 
oksidi 
Azot 
oksidi 
Hidrokarbon 
Tokio
99,0 
83,0 
95,0 
Nyu-York 
97,0 
31,0 
63,0 
Moskva 
96,3 
32,6 
64,4 
Sankpeterburq 
88,1 
31,7 
79,0 
Bəzi iri şəhərlərdə CO qatılığı, qısa müddət ərzində 200 
mq/m
3
çatır, onda ki normativə görə maksimal qatılıq ABŞ – 
40 mq/m
3
, SSSR-də isə 5 mq/m
3

Qazturbin mühərikli qurğuların tüstü qazlarında zərərli 
komponentlər çoxdur. Bunlardan CO, N
ox
, C
n
H
m
, his, 
aldeqidlər 
və 
s. 
“Boinq”-747 
təyyarələrdə 
işlənən 
mühərriklərin işlərinin tədqiqatı göstərir ki, tüstü qazlarında 
olan komponentlərin miqdarı mühərrikin iş rejimindən asılıdır. 
CO və C
n
H
m
yüksək qatılığı təyyarə aeroporta yaxınlaşanda, 
yerə enəndə boş-boşuna (холостой) olursa, azot oksidlərin 


50 
qatılığı N
ox
(NO, NO
2
, N
2
O
3
) nominal rejimdə (hündürlüyə 
qalxanda, uçuş zamanı) olur. 
Qazturbinli mühərikli qurğularda atmosferə atılan zəhərli 
maddələrin miqdarı ildən ilə artır. Bunun səbəbləri:
1.
yanacağın sərfinin artmasıdır 20-30 t/saat 
2.
istismar edilən təyyarələrin sayının artmasıdır. 
Misal üçün: 
1975 
1985 
1990 
Təyyarələr 
dənə 
5629 
6028 
6721 
Yanacaq
mln t/il 
45,5 
97 
142 
Buraxılan 
NO

mln t/il 
0,287 
0,548 
0,832 
Ətraf mühitin raket qurğularla çirklənməsi əsasən start 
qabağı, uçuş vaxtı və yerə enən, həmçin sınaq və təmir zamanı. 
“Şatl” tipli kosmik gəmilərin mühərriklərində həm maye, 
həm də bərk yanacaq işlənir. Yanma məhsulları, gəmi yerdən 
uzaqlaşaraq, armosferin ayrı-ayrı hissələrinə yayılır, lakin çox 
hissəsi troposferdə qalır. 
Kosmik gəmini buraxan zamanı buraxılış sistem yanında 
yanma məhsullarından, qumdan, tozdan və su buxarından (səs 
boğanlardan əmələ gəlir) duman əmələ gəlir. Buraxılışdan 
sonra yüksək t
0
-lu duman 3 km qədər qalxır və külək təsiri 
altında 30-60 km hərəkət edir, ya dağılır, ya da turş yağışlara 
səbəb olur. Start zamanı və yerə qayıdanda raket mühərrikləri 
həm yer ətrafı təbəqəyə həm də kosmik fəzayə (ozon qatını 
dağıdaraq) mənfi təsir göstərirlər. Ozon qatının dağılmasının 
miqyası raket sistemlərinin sayı və səsdən sürətli təyyarələrin 
uçuş intensivliyi ilə təyin edilir. Axırıncı 30 il ərzində yalnız 
SSSR-də 1300-dən çox raket buraxılıb. Aerospace-in 
proqnozuna görə XXI əsrdə orbitə yük aparmaq üçün sutkada 
10 raket buraxılacaq. Bu halda hər raketlə ətraf mühitə atılan 
yanma məhsulların miqdarı 1,5 t/san çox olacaq. 


51 

Yüklə 6,54 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə