ŞAHİN ƏHMƏdov


Akademik A.P.Karpinski yazır: «Su ən qiymətli faydalı



Yüklə 6,54 Mb.
Pdf görüntüsü
səhifə21/107
tarix02.04.2023
ölçüsü6,54 Mb.
#104027
1   ...   17   18   19   20   21   22   23   24   ...   107
B.Rəna-Mühəndis-ekologiyası

 
Akademik A.P.Karpinski yazır: «Su ən qiymətli faydalı 
sərvətdir. Su nəinki mineral xammal və kənd təsərrüfatının 
inkişafı üçün vasitədir. O, həm də mədəniyyətin həqiqi 
göstəricisi, həyatsız yerə dirilik gətirən «canlı qandır». 
 
Akademik Həsən Əliyev suyun ekoloji əhəmiyyəti 
haqqında yazmışdır: «Susuz təbiət də, həyat da ola bilməz. Su 
da çörək kimi hamıya, hər şeyə, həmişə lazımdır». 
Dünyanın müxtəlif regionlarında su ehtiyatlarından 
istifadə növü olduqca müxtəlifdir.Sudan ən çox kənd 
təsərrüfatında istifadə olunur. Ədəbiyyat məlumatlarına görə 
kənd təsərrüfatında hər il 3500-3600 km
3
su işlədilir, bunun 70 
faizi suvarmaya sərf olunur. Kənd təsərrüfatında istifadə 
olunan suyun miqdarı sənayedə olduğundan 3,4-4,0 dəfə 
artıqdır.Hazırda dünyada 250 mln hektara yaxın kənd 
təsərrüfatı bitkiləri və bağlar , plantasiyalar suvarılır. Hər 
hektara təxminən 12-14 m
3
su verilərsə, suvarmaya 2800 – 
3000 km
3
su sərf olunur. Dünyada suvarmaya sərf olunan 
suyun miqdarı 9.1 saylı cədvəldə verilir. Cədvəldən göründüyü 
kimi 
suvarılan 
torpaqların 
sahəsi 
ən 
çox 
Asiyada 
yerləşir.Praktiki olaraq burada suvarma bütün ölkələrdə tətbiq 
edilir.Suvarılan sahələrin əsas massivləri kontinentin cənub və 
şərqində yerləşir , onun çox hissəsində çəltik becərilir.Bununla 
belə Asiyanın bütün suvarılan torpaqlarının 2/3 – dən çoxu 
yalnız üç ölkənin payına düşür (Çin , Hindistan və Pakistan ) 
və təxminən 1000km
3
su sərf olunur, bu dünyada 
suqəbuledicilərdən suvarmaya işlədilən suyun yarısına qədərini 
təşkil edir. Asiyanın bütün ölkələrində suvarmaya sərf olunan 
suyun miqdarı bütün digər su istehlakçılarını xeyli ötüb keçir 
və təxminən 82 % təşkil edir. Avropada bütövlükdə bu rəqəm 
30 – u keçir. 
Cədvəldən göründüyü kimi suvarma üçün şirin su 
ehtiyatlarının xeyli hissəsindən istifadə olunur və onun 3/4 - ü 


54 
geri qaytarılmır. Tarlalardan drenaj şəbəkəsilə qayıdan sular 
tarlalarda alaqlara və zərərverici həşəratlara qarşı işlədilən 
müxtəlif maddələrlə (pestisidlər) və mineral gübrələrlə güclü 
çirklənməyə məruz qalır. 

Yüklə 6,54 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə