ŞAHİN ƏHMƏdov


Suvarma əkinçiliyində sudan istifadə



Yüklə 6,54 Mb.
Pdf görüntüsü
səhifə23/107
tarix02.04.2023
ölçüsü6,54 Mb.
#104027
1   ...   19   20   21   22   23   24   25   26   ...   107
B.Rəna-Mühəndis-ekologiyası

Suvarma əkinçiliyində sudan istifadə 
 
Ayrı-ayrı sənaye sahələrində sudan istifadə həcmi 
olduqca fərqlənir.Belə ki, 1 ton pambıq parçasının istehsalında 
250 m
3
, 1 ton lif əldə etmək üçün 2500 – 5000 m
3
su sərf 
olunur. Su ən çox əlvan metalların istehsalına sərf edilir: 1 ton 
nikel əridilməsinə 4000 m
3
su tələb olunur.Daha çox su ABŞ – 


56 
ın sənayesində ( 260 km
3
/il ) işlədilir və dünyada sərf olunan 
suyun cəminin üçdə birini təşkil edir. 
Alimlərin fikirincə XXI əsrin əvvəlinə Asiya, Afrika, 
Latın Amerikasında suqəbuledicilər 3 – 5 dəfə, iqtisadi 
cəhətdən inkişaf etmiş ölkələrdə cəmi 10 – 25 % artacaqdır, bu 
su resurslarının kəmiyyət və keyfiyyətcə azalmasıilə bağlıdır. 
Hidrosfer - Yerin su örtüyü olub planetin bütün su 
obyektlərinin (okeanlar, dənizlər, çaylar, göllər, bataqlıqlar, 
buzlaqlar, qar örtüyü, yeraltı sular) məcmuudur.
Hidrosferin tərkibinə həmçinin atmosferdəki su, torpaq 
suyu və canlı orqanizimlərdə olan sular daxildir. Hidrosferdə 
(təbiətdə ) su 5 faza vəziyyətində mövcuddur: maye , bərk 
(buz, qar ) və qaz ( buxar ). Yerin bütöv örtüyü olan hidrosfer , 
bəzən «görünməz» halda ( yalnız su buxarı və torpaq 
rütubətliyi şəklində) olur. 
Hidrosferin ayrı – ayrı «görünməyən» sahələrinin rolu 
az deyildir, əksinə, atmosferdə olan su buxarı mühüm 
geoekoloji prosesin - ilkin bioloji məhsulun və ya fotosintezin 
zəruri yaradıcısı; torpağın rütubətliyi isə Yerin bitki örtüyü 
kütləsinin 
yaradıcı 
prosesinin 
praktiki 
olaraq 
vacib 
komponentidir. Bununla yanaşı həm su buxarı, həm də torpağın 
rütubətliyi qlobal hidroloji tsiklində mühüm rol oynayır. 
Məkanca hidrosfer faktiki olaraq ekosferlə birləşir. 
Hidrosfer bütün digər geosferlərə daxil olaraq (girərək) 
maddələr və enerji mübadiləsinin qlobal proseslərində mühüm 
rol oynayır. 
Su olduqca spesifik xüsusiyyətlərə malikdir. Bu 
xüsusiyyətlər Yerdə baş verən və su iştirak edən bir çox təbii 
proseslərə ciddi təsir göstərərək planetdə həyatın inkişafını 
təmin edir. Aşağıdakı 9.3 saylı cədvəldə suyun nadir fiziki – 
kimyəvi xassələri və əhəmiyyəti verilir. 
Okean və dənizlər Yerin ymumi sahəsinin 71 % - ni 
tutur, qurudakı su obyektləri (buzlaqlar, göllər, su anbarları , 


57 
bataqlıqlar və b.) birlikdə Yerin su ilə örtülmə dərəcəsini təşkil 
edir. Dünya okeanı hidrosferin həcminin 96,4% - qədərdir. 
Cədvəl 9.2 

Yüklə 6,54 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə