ŞAHİN ƏHMƏdov



Yüklə 3,59 Kb.
Pdf görüntüsü
səhifə39/64
tarix03.05.2018
ölçüsü3,59 Kb.
#41195
1   ...   35   36   37   38   39   40   41   42   ...   64

 
130 
 
Həmçinin,  təbii  ehtiyatların  vəziyyətinin 
və 
antropogen 
təsir 
amillərinin 
monitorinqi 
fərqləndirilir.  
 
Ekoloji 
vəziyyətin 
stabilləşdirilməsi 
tədbirləri  arasında  Ekoloji  monitorinqin  vahid  dövlət 
sisteminin 
yaradılmasına 
xüsusi 
önəm 
verilir 
(EMVDS).    Onun  əsas  məqsədi    ölkənin  müxtəlif 
regionlarında  dövlət  idarəçilik  orqanlarının  və 
təbiətdən  istifadəçilərin  ekoloji  vəziyyət  haqqında  
informasiya  ilə  təmin  edilməsi,  təbiəti  mühafizə 
fəaliyyəti və ekoloji təhlükəsizlik sahəsində qərarların 
qəbul edilməsi prosedurunun informasiya dəstəyindən 
ibarətdir.   
 
EMVDS  ekoloji  monitorinq  sahəsində 
vahid  elmi-texniki  siyasətin  mərkəzi  kimi  təmin 
etməlidir: 
 
•  ətraf  mühitin  vəziyyətinin  müşahidə 
proqramlarının  işlənməsini  və  həyata  keçirilməsinin 
koordinasiyasını; 
 
•  həqiqi  məlumatların  yığılmasının  və 
emalının reqlamentləşdirilməsini və nəzarətini; 
 
•  informasiyanın  saxlanmasını,  xüsusi 
məlumatlar bankının yaradılmasını; 
 
• 
ətraf 
mühit 
obyektlərinin, 
təbii 
ehtiyatların, 
ekosistemlərin 
cavab 
verməsi 
və 
antropogen  təsir  nəticəsində  əhalinin  sağlamlıq 
vəziyyətinin  qiymətləndirilməsi  və  proqnozu  üzrə 
fəaliyyəti; 


 
131 
 
•  ekoloji  informasiyanın  geniş  istehlakçı 
qrupu üçün açıq olmasını. 
 
EMVDS  strukturunda  xüsusi  yeri  ekoloji 
–  analitik  nəzarət  (EAN)  –  təbiətdən  müxtəlif 
istifadəçilər  tərəfindən  təbii  obyektlərin  zərərli 
maddələr  və  digər  texnogen  çirkləndiricilər  vasitəsilə 
çirklənmə  mənbələrinin  aşkar  edilməsi  və  çirklənmə 
səviyyəsinin  qiymətləndirilməsi  üzrə  tədbirlər  sistemi 
tutur. EAN strukturuna aşağıdakı obyektlər daxildir: 
 
•  hava  (atmosfer,  təbii  qoruqların,  şəhər 
və sənaye zonalarının, işçi zonalarının); 
 
•  sular  (səthi,  yeraltı,  dəniz,  qar  suyu, 
axıntı, atmosfer yağıntıları); 
 
• torpaqlar (çirklənmə aspektində); 
 
•  biota  (müxtəlif  dərəcəli  biosistemlərin 
kimyəvi və radioaktiv çirklənməsi) (şək.5.3, 5.4). 
 
Nəzarət  edilən  parametrin  təyin  olunma 
üsuluna  görə EAN-nın növləri alət, alət-laboratoriya, 
indikator 
və 
hesablanmış 
olurlar. 
Çirklənmə 
səviyyəsinin  ölçülməsi  və  təhlili  arbitraj  və  ekspress 
metodlarla  yerinə  yetirilir.  Birincisi  böyük  dəqiqliklə 
uzun  zaman  müddəti  üçün  yerinə  yetirilir.  Ekspress-
analiz 
təbii 
mühitin 
vəziyyətinin 
gündəlik 
qiymətləndirilməsi 
və 
çirklənmə 
mənbələrinin 
operativ nəzarəti üçün həyata keçirilir. 
 
EAN 
sistemində 
stasionar 
nəzarət 
məntəqələri, 
səyyar 
laboratoriyalar, 
nəzarətin 
avtomatlaşdırılmış  sistemləri  və  qurğuları,  analitik 
laboratoriyalar (mərkəzlər)  fəaliyyət  göstərir. Belə ki, 


 
132 
sənaye 
şəhərlərində 
atmosfer 
havasının 
çirklənməsinin  nəzarəti  üçün  müşahidə  məntəqəsinin 
üç  növü  nəzərdə  tutulur:  stasionar,  marşrut  və 
səyyar  (məşəlaltı).  Stasionar  məntəqə  fasiləsiz 
surətdə  çirkləndirici  maddələrin  konsentrasiyasının 
qeyd  edilməsi  və  hava  nümunələrinin  müntəzəm 
surətdə  götürülməsi  və  sonrakı  təhlili  üçün  nəzərdə 
tutulmuşdur  (ПОСТ-1,  ПОСТ-2  tipli  pavilyonlar). 
Marşrut  məntəqəsi  müəyyən  edilmiş  müşahidələr 
qrafikinə  uyğun  olaraq,  rayonun  qeyd  edilmiş 
yerlərində hava nümunəsinin götürülməsi üçün  
     
 
        1460         4000            1300          1750 
    müşahidə    müşahidə   stansiya     müşahidə 
    məntəqəsi   məntəqəsi                    məntəqəsi  
           Şək. 5.3. VEMDS-in strukturu və funksiyaları. 


 
133 
istifadə  edilir.  Səyyar  məntəqə  tüstü  (qaz) 
məşəlinin altında  nümunələrin  götürülməsi  məqsədini 
daşıyır.  Səyyar  və  məşəlaltı  müşahidələr  müvafiq 
cihazlarla təchiz edilmiş xüsusi nəqliyyat vasitələri ilə 
aparılır. 
 
Səth  sularının  çirklənmə  səviyyəsinin 
müşahidələri  su  hövzələrinin  və  axınlarının  suyun 
keyfiyyətinə  nəzarətinin  stasionar  məntəqələrində  və 
müvəqqəti 
ekspedisiya 
məntəqələrində 
aparılır. 
Nümunələrin  analizi  hidrokimyəvi  laboratoriyalarda 
yerinə yetirilir. Nümunələrin seçilməsi və  
 
Şək.  5.4.  Ətraf  mühitin  çirklənməsinin nəzarətinin  ümumi sxemi. 1-5 təsir 
və cavab vermə mərhələləri; A- proseslər səviyyəsi; B-nəzarət və korreksiya 
səviyyəsi;  C-  qiymətləndirmə  və  qərar  qəbulu  səviyyəsi;  Ç-normativlər 
səviyyəsi. Praktiki tənzimləmənin səviyyəsi tünd oxlarla göstərilmişdir.  


 
134 
 
Şək. 4-də qəbul edilmiş ixtisarlar: 
 
MRT – müvəqqəti razılaşdırılmış tullantı; 
 
MRA – müvəqqəti razılaşdırılmış axıntı; 
 
BBT – buraxıla bilən tullanrı; 
 
BBA – buraxıla bilən axıntı; 
 
BBTY – buraxıla bilən texnogen yüklənmə; 
 
BBK – buraxıla bilən konsentrasiya; 
 
BBS – buraxıla bilən səviyyə.  
analizi arasındakı müddət bəzi hallarda bir neçə 
sutka  təşkil  edir  ki,  bu  da  su  obyektlərinin  analitik 
nəzarət  zəncirinin  ən  zəif  yeridir.  Onun  aradan 
qaldrılmasının 
yolu 
nəzarət 
obyektlərində 
avtomatlaşdırılımış  nümunə  seçiminin  tətbiq  edilməsi 
və 
daha 
sonra 
kompüterləşdirilmiş 
analitik 
komplekslər  vasitəsilə  stasionar  laboratoriyalarda 
suyun keyfiyyətinin analizindən ibarətdir.  
 
5.2. Ekoloji monitorinqin prioritet istiqamətləri 
 
 
Təbii 
mühitə 
təsirin 
amilləri 
və 
mənbələrinin tədqiqində monitorinq obyektlərinə görə 
bir sıra prioritetlər müəyyən edilmişdir (cəd.5.1).  
 
Prioritetlərin 
müəyyən 
edilməsi 
çirkləndiricilərin  xüsusiyyətlərinə  və  müşahidələrin 
təşkili  imkanlarına  əsaslanır  və  aşağıdakı  meyarlar 
üzrə aparılır: 
 
- insanın sağlamlığı və rifahına, iqlimə və 
ya  ekoloji  sistemə  göstərilən  faktiki  və  ya  mümkün 
effektin ölçüsü;   


Yüklə 3,59 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə