ŞAHİN ƏHMƏdov



Yüklə 3,59 Kb.
Pdf görüntüsü
səhifə42/64
tarix03.05.2018
ölçüsü3,59 Kb.
#41195
1   ...   38   39   40   41   42   43   44   45   ...   64

 
142 
 
3.  Yüksək səviyyəli şəbəkə üçün:  
 
•  toplanma  və  emal  mərkəzlərindən 
alınan informasiyanın istifadəçiləri. 
 
Məlumatların 
bilavasitə 
istifadəçiləri 
ətraf mühitin mühafizəsi üzrə müfəttişlərdir.  
 
Monitorinq 
şəbəkəsinin 
əsas 
tərkib 
hissələrinə  vericilər  və  analizatorlar,  məlumatların 
yüklənmə  qurğuları;  məlumatların  ötürülmə  qurğuları 
və s.daxildir. 
 
Yerüstü  ölçmələrin  iyerarxik  qurulmuş 
şəbəkəsində    informasiyanın  emalının  hesablanma 
vasitələri 
praktiki 
olaraq, 
şəbəkənin 
bütün 
səviyyələrində  istifadə  olunur.  Stasionar  və  səyyar 
məntəqələrdə 
məlumatların 
yükləyicisi 
nəinki 
analizatorların  işini  idarə  edir,  həmçinin  toplanmış 
məlumatların  ilkin emalını da  yerinə  yetirir.  Lokal  və 
mərkəzi  hesablama  mərkəzlərində  modellər  üzrə  əsas 
və  köməkçi  inqrediyentlərə  görə  mühitin  çirklənmə 
səviyyəsi  hesablanır,  izoxəttlər  xəritəsi  qurulur, 
proqnozlar  hesablanır,  ehtimal  edilən  çirklənmə 
mənbələri tapılır və s.  
 
Çirklənmələrin  monitorinq  şəbəkəsinin 
hesablama  mərkəzi  aşağıdakı  funksiyaları  yerinə 
yetirir: 
 
•  operativ,  fırtına  rejimində  və  iş 
qabiliyyətinin  yoxlanması  rejimində  yerüstü  ölçmələr 
şəbəkəsinin işininin idarə edilməsi; 


 
143 
 
• 
çirklənmə 
nəzarətinin 
stasionar 
məntəqələr 
və 
səyyar 
laboratoriyalarından 
informasiyanın toplanması; 
 
•  informasiyanın  etibarlı  saxlanmasının 
təmin  edilməsi  və  icazə  verilməyən  daxil  olmadan 
mühafizəsi  ilə  əlaqədar    informasiyanın  operativ  və 
uzunmüddətli  saxlanmasının  məlumatlar  bankının 
yaradılması,;  
 
•  proqnozların  hesablanması,  mühitin 
ekoloji 
vəziyyətinin 
inteqral 
qiymətləndirilməsi 
məqsədilə  ümumi  çirklənmə  vəziyyətinin  alınması 
üçün informasiyanın emalı və s.;  
 
• planlı qaydada toplu cədvəl, kartoqrafik 
material  və  s.  şəklində  çirklənmələr  haqqında 
informasiyanın hazırlanması və verilməsi; 
 
•  informasiyanın  avtomatik  rejimdə  baş 
hesablama mərkəziniə ötürülməsi.  
 
Ekoloji 
monitorinq 
stansiyalarından 
yerüstü  ölçmə  məlumatların  ötürülmə  şəbəkəsi 
aşağıdakı məsələləri həll edir: 
 
• 
stasionar 
məntəqə 
və 
səyyar 
laboratoriyalardan  ölçmə  məlumatlarının  müntəzəm 
surətdə  ötürülməsi    (10  dəqiqədə,  30  dəqiqədə,  1 
saatda və s.-də bir dəfə); 
 
•  əhalidən  gələn  həyacanlı  və  qəza 
vəziyyətləri haqqında  məlumatların ötürülməsi; 
 
• 
rabitə 
kanalları 
vasitəsilə 
informasiyanın  hesablama  mərkəzindən  istifadəçilərə 
ötürülməsi (icra hakimiyyətinə, əhaliyə və s.).  


 
144 
 
Stasionar 
məntəqə 
və 
səyyar 
laboratoriyalardan ötürülən məlumatlar həcmcə böyük 
deyil  (yüz  baytlarla),  lakin  kifayət  qədər  tez-tez 
ötürülür. Məlumatların ötürülmə sürəti – saniyədə yüz 
bitdir.  Ötürülən  məlumatların  etibarlığına  qoyulan 
tələblər  o  qədər  də  sərt  deyil,  çünku  atmosferdə  və 
suda  gedən  proseslərin  yayılma  sürəti  on  dəqiqələr, 
saatlar təşkil edir.  
 
Məlumatlar 
hesablama 
mərkəzindən 
istifadəçilərə    sutkada  1-2  dəfə  göndərilməlidir, 
onların  həcmi  kifayət  qədər  böyükdür  (vahid  və  on 
kilobaytlarla).  Ona  görə  də  məlumatların  ötürülmə 
sürəti  və  məlumatların  ötürülməsinin  etibarlıq 
tələbləri kifayət qədər yüksəkdir. 
 
Kompleks  ekoloji  monitorinq  sisteminin 
informasiya təminatı aşağıdakılara malik olmalıdır: 
 
• 
informasiya 
axınlarının 
nizamlı 
strukturu (giriş, daxili, çıxış); 
 
•  informasiya  məlumatlar  bazasının 
məxsusi infrastrukturu; 
 
•  stasionar  və  səyyar  məntəüələrdən 
məlumatların toplanma metodikası; 
 
•  lidarlar  da  daxil  olmaqla  müxtəlif 
səviyyəli 
məntəqələrdən 
alınmış 
məlumatların 
ötürülmə metodikası; 
 
• 
ətraf 
mühitin 
vəziyyətinin 
məlumatlarının  emalı  və  inteqral  göstəricilərin 
hesablanma metodikası; 


 
145 
 
• tullantı  mənbələrinin  müəyyən edilməsi 
metodikası; 
 
•  istifadəçi  təşkilatlar  şəbəkəsinin  və 
istismar xidmətlərinin strukturu. 
 
Kompleks ekoloji monitorinq səbəkəsinin 
proqram təminatına daxildir (şək.5.5 ): 
 
• inkişaf etmiş əməliyyat sistemləri; 
 
• standart məlumatlar bazası; 
 
• kartoqrafik və qrafikqurma təminatı; 
 
• 
məlumatların  toplanmasının 
idarə 
edilməsi üçün monitorlar. 
 
Müəyyən 
bir 
istehlakçının 
tətbiqi 
sistemlər  tərəfindən  istifadə  etdiyi  yığılıb  saxlanmış 
əməliyyat  məlumatlarının  məcmusu  məlumatlar 
bazası 
adlanır. 
Məlumatlar 
bazasının 
layihələndirilməsində və ya strukturunun seçilməsinin 
əsasını məlumatların təqdimat modeli təşkil edir.    
 
 Məlumatlar  bazasının  təşkili  üsuluna 
görə relyasiya, iyerarxik  və şəbəkə  məlumatlar bazası 
fərqləndirilir.  
 
Relyasiya 
məlumatlar 
bazası 
məlumatların relyasiya  modeli əsasında nəzəri-çoxluq 
münasibətləri  riyazi  anlayışından  istifadə  edilməklə 
qurulur.  Bu  zaman  məlumatlar  bazası  cədvəllərin 
toplusu şəklində təqdim edilir.   
 
İyerarxik  məlumatlar  bazası  məlumatları 
sadə  səcərə  strukturuna  malik  olan  iyerarxik  model 
əsasında  qurulur.  Bu  zaman  məlumatlar  bazası 
səcərələrin məcmusu şəklində təqdim edilir.   


Yüklə 3,59 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə