18
hamımız aldandıq. O zamankı, təhsilə rəhbərlik edənlər bu gün
millət qarşısında məsuliyyət daşımalıdırlar, çünki biz fiziki güc
meydanında yox, intellektual güc meydanında-söz və intellekt
müharibəsində uduzmuşuq, aldanmışıq.
Bu səbəbdən də
təhsilimiz
“aldanılan milləti aldanmayan, düşünən
millətə çevirə bilmək“
məqsədi daşımalıdır.
Bir el misalında deyilir ki, bir gün siçana təklif olunur ki,
bu deşikdən çıxıb bu deşiyə girsən bir qızıl pul qazanarsan. Siçan
fikirləşir: “Mənzil yaxın kirə çox, bunun bir amması var”“. Ağıla,
idraka güvənmək, fikirləşmək daha çox insani keyfiyyətdir. Varlı
xarici təşkilatların ölkəmizdə olması, aparılan beynəlxalq
danışıqlarda düşüncəyə və ağıla üstünlük verməyi ön plana
çıxarır.
1813-ci ilə qədər Azərbaycanın sahəsi 410 min kv.km
olmuşdur. 1828-ci ildə Rusiya imperiyasının tərkibinə qatılan
Azərbaycanın sahəsi 130 min kv. km olmuşdur. 1918-20-ci illərdə
Azərbaycan Demokratik Respublikasının qurulduğu ərazinin
sahəsi- təxminən 114 min kv.km olmuşdur. Azərbaycan Sovet
Sosialist Respublikasının ərazisi 86,6 min kv.km olmuşdur.
Göründüyü kimi, 1813 –cü ildən 1920-ilə qədər Azərbaycan
torpağının 5 paydan 4-nü itirmişdir. 1920-ci ildən bəri
Moskvanın, Sov.İKP-nin dəstəyi ilə Azərbaycan 28 min kv. km
ərazisinin böyük bir hissəsi Ermənistan tərəfindən, sözün əsl
mənasında, oğurlanmışdır. Dünyada heç bir zaman baş verməyən
hadisə – torpaq oğurluğu baş vermişdir. Torpaq müharibə yolu
ilə zəbt edilər və ya qaytarılar. 1920-1988-ci illər arası bizim
Ermənistanla müharibəmiz olmamışdır, ancaq torpaqlarımız
zaman-zaman ermənilər tərəfindən oğurlanmışdır. Dünyada
torpağı oğurlanmış yeganə xalq, yəqin ki, bizik. Bu torpaqların
ərazisi Dağlıq Qarabağınərazisindən təqribən 6 dəfə çoxdur.
Bu itkiyə qarşı mübarizə aparmaq əzmimiz olmamışdır.
Sanki biz yuxulu olmuşuq. Şair Məmməd Araz deyir:
Qoca millət!
19
Mürgülədik qoşa-qoşa
Dağlarımız oğurlandı.
Çaylarımız, göllərimiz
Oğurlandı.
Düzlərimiz, çöllərimiz
Oğurlandı.
Oğurlatdıq!
Bu yuxululuğun əsas səbəbini millətin təhsilsiz olması və
düşünən təbəqəsinin olmaması ilə izah etmək olar. 1937-ci illərdə
Azərbaycanın düşünən insanlarını – ziyalılarını, alimlərini,
şairlərini güllələdilər, həm də ona görə ki, millətin başbiləni,
yolgöstərəni
olmasın.
N.Nərimanovun,
S.Vurğunun,
Ü.Hacıbəyovun,
Ş.Qurbanovun,
T.Özalın
dünyalarını
dəyişmələrində təbii səbəblərlə bərabər siyasi səbəblərin də
olduğuna inanıram. Zamana görə torpaq itkimiz qrafik halında
şəkil 4.1-də göstərilmişdir.
Şəkil 4.1. Azərbaycan torpağının
zamana görə azalma
qrafiki
Заман (ил)
20
Qrafiki gələcək zamana ekstriolyasiya etsək onda təqribən
150-200 ildən sonra torpaqlarımızı ermənilərtərəfindən
zəbt oluna bilər. Yəni 1800-ci illərdən başlamış
«dənizdən-dənizə» ideyası 2150 –ci illərdə reallaşa bilər.
Bunu bilməyimiz vacibdir. Bu səbəbdən də
“təhsilimiz məhv olmaq həddinə çatmış milləti
düşünən millətə çevirmək” məqsədi daşımalıdır
.
Düşünməyə, yüz ölçüb bir biçməyə səbəb çoxdur. Biz
zaman-zaman öz tarixi torpaqlarımızın beşdən dörd payını
itirmişik, qalır bir payı. Bu bir payın da bir hissəsində (20%) yenə
düşmən gözü var. Bu bir payı qorumaq “ölüm və ya olum”“
delemmasını həll etməyə bərabərdir. Bu torpaq itirmək
tendensiyasını dayandırmaq, tarixin təkərini tərsinə döndərə
bilmək bizim düşünən millətə çevrilməyimizi zəruri edən böyük
səbəbdir. Sağlam və tənqidi düşüncə tərzini, aldanmamaq
qabiliyyətini bizə
təhsil öyrətməlidir.
Böyük
T.Fikrətin “Sönməz əbədi hər gecənin gündüzü
vardır” fikrinə qüvvət XX əsrin son onilliyində millətimizin
gündüzü görünməyə başladı. Məhv olmaq həddinə çatdığımız
məqamda taleyin hökmü ilə müstəqillik əldə etdik və dövlətimizi
qura bildik. Bu dövlətin banisi və qurucusu möhtərəm
Prezidentimiz Heydər Əliyevdir.
Müstəqilliyimizin 12-ci ilini yaşayırıq. Bu şansın tarixin
təkərini tərsinə fırlatmağa gücü çatar. Bu qüvvənin də mənbəyi
təhsildədir. Təhsil 1813-ci ildən bəri milli mənafeyimizin
əksinə işləyən tarixin təkərini dayandırmalı və tərsinə, bizim
xeyrimizə fırlatmaq məqsədi daşımalıdır.
Təhsilimiz
“gənclərimizə düzgün qərar qəbul
etmək qabiliyyətini öyrətməlidir. Başqa sözlə,
təhsilimiz gəncləri əmək fəalliyyətinə, məsul
vətəndaş mövqeyinə, həyata hazırlamaq“ məqsədi
daşımalıdır.