Şahlar şahbaz oğlu şƏRİfov



Yüklə 6,91 Mb.
Pdf görüntüsü
səhifə13/314
tarix11.03.2018
ölçüsü6,91 Mb.
#31129
1   ...   9   10   11   12   13   14   15   16   ...   314

  

27 


zil olduqdan sonra Hz.

Peyğəmbər (s) hicrətə izn vermişdir. Ayədə deyilir: “Ey 



iman gətirən bəndələrim! (Əgər hər hansı bir yerdə islamiyyətə görə sizi 

in

cidib əziyyət verirlərsə, orada sizi ölüm təhlükəsi gözləyirsə, yaxud dini 

vəzifələrinizi  lazımınca  yerinə  yetirə  bilmirsinizsə,  başqa  şəhərlərə  və  öl-

kələrə hicrət edə bilərsiniz. Mən oralarda da sizə ruzi verərəm.) Şübhəsiz 

ki, mənim yerim genişdir. Buna görə də yalnız mənə ibadət edin!” İslamda 

üç hicrət olmuşdur. 

İlk hicrət besətin 5-ci ili miladi tarixi ilə 615-ci ildə Hz.Peyğəmbərin  (s) 

gös


tərişi ilə Məkkədən Qırmızı dəniz vasitəsilə Həbəşistana edilmişdir. Həmin 

vaxt Həbəşistanı adil hökmdar Nəcaşi idarə edirdi. Osman ibn Məzunun başçı-

lığı ilə edilən ilk hicrətdə dördü qadın on biri kişi olmaqla on beş nəfər iştirak 

et

mişdir. Həmin on beş nəfər bunlardır: 



1) 

Osman ibn Məzun 

2) 

Osman ibn Əfvan  



3) Hz.

Peyğəmbərin (s) qızı və Osman ibn Əfvanın arvadı Ruqiyyə 

4) 

Əbu Hüzeyfə ibn Utbə 



5) 

Əbu Hüzeyfənin arvadı Səhlə 

6) 

Zübeyr ibn Əvvam 



7) Musab ibn Umeyr (Hz.

Peyğəmbər (s) tərəfindən Mədinədə islamı təbliğ 

et

mək üçün göndərilən ilk səhabədir və Uhud döyüşündə şəhid olacaq). 



8) 

Əbdürrəhman ibn Ovf 

9) 

Əbu Sələmə Məhzumi 



10) 

Əbu Sələmənin arvadı Ümmü Sələmə 

11) 

Amir ibn Rəbiə 



12) 

Amirin arvadı Leyla 

13) 

Xətib ibn Əmr 



14) 

Səhl ibn Beyza 

15) 

Abdullah ibn Məsud. 



Müsəlmanların  Həbəş  kralı  Nəcaşi  (əsl  adı  Əshamədir)  tərəfindən  yaxşı 

qar


şılanıb sığınacaq verilməsindən sonra Allah Rəsulu ikinci hicrətə icazə ver-

di. 


İkinci hicrət besətin altıncı ili miladi tarixi ilə 616-cı ildə Hz.Peyğəmbərin 

(s) 

göstərişilə Məkkədən Qırmızı dəniz vasitəsilə Həbəşistana edilmişdir. Cəfər 

ibn Əbu Talibin başçılığı altında olan bu hicrətdə 120-yə yaxın adam iştirak et-

mişdir. Müsəlmanların Həbəşistanda yaxşı qarşılanmasından narahat olan Mək-

kəlilər onları geri qaytarmaq üçün Abdullah ibn Rəbiəni və Əmr ibn Ası bahalı 

hədiyyələrlə  Həbəşistana  göndərdilər.  Lakin  ədalətli  kral  olan  Nəcaşi  müsəl-

manları dinlədikdən sonra Məkkə heyətini əliboş geri qaytardı. Bundan narahat 

olan Məkkə müşrikləri vaxtı ilə Hz.Peyğəmbərin (s) babası Qusey ibn Kilabın 

tikdirdiyi Darun-

Nədvədə toplanaraq belə qərara gəldilər ki, Hz.Peyğəmbəri (s) 

öl

dürsünlər.  Lakin  uca  Allah  “Ənfal”  surəsinin  30-cu  ayəsini  nazil  edərək 



Hz.Pey

ğəmbəri (s) onların çirkin planından xəbərdar etdi. Ayədə deyilir: “(Ya 

  



 

28 


Rəsulum). Yadına sal ki, bir zaman kafirlər səni həbs etmək və ya öldür-

mək,  yaxud  da  (Məkkədən)  çıxarıb  qovmaq  üçün  (Darun-Nədvədə)  sənə 

qar

şı hiylə qururdular. Allah da (onların bu hiyləsinə qarşı) tədbir tökür-

dü.  Allah  (gizli  hiylə  quranlara,  məkr  edənlərə  qarşı)  tədbir  tökənlərin 

(onlara göz

ləmədikləri  yerdən  qəfil  bəla  göndərib  cəzalandıranların, 

məkri pozanların, məkrə tədbirlə cavab verənlərin) ən yaxşısıdır!” 

Üçüncü hicrət besətin on ikinci ili rəbiül-əvvəl ayının əvvəllərində miladi 

622-ci il Hz.

Peyğəmbərin  (s)  Məkkədə  Mədinəyə  getməsilə  baş  vermişdir. 

Həmin gecə Hz.Peyğəmbərin (s) yatağında Hz.Əli (ə) yatmış və bu gecə islam 

tarixin


də “Leylətul-məbid” gecəsi adlanır. Bu hadisə ilə əlaqədar Hz.Əlinin (ə) 

şəninə “Bəqərə” surəsinin 207-ci ayəsi nazil olmuşdur. Ayədə deyilir: 



İnsan-

la

rın  eləsi  vardır  ki,  Allahın  razılığını  qazanmaq  üçün  öz  canını  satar 

(

canından keçər). Allah öz bəndələrinə çox mehribandır!” Aşağıdakı İslami 

qaynaqlara görə bu ayə Hz. Əli (ə) haqqında nazil olmuşdur:  

1) 

İmam Qəzzali “Ehyaul-Ulum” 3-cü cild, səh 273; 



2) 

Yusif Gənci Şafei “Kifayətul-Talib” səh 114; 

3) 

İbn Səbbağ Maliki “əl-Fisulul-Muhimmə” səh 33; 



4) 

Cövzi Hənəfi “Təzkirətul-Xəvass” səh 21; 

5) 

Şəbləci “Nurul-Əbsar” səh 82; 



6) 

Hakim Həsqani “Şəvahidut-Tənzil” 1-ci cild, səh 98-100; 

7) “

Müstədrəki-Hakim” 3-cü cild, səh 4; 



8) “

Müsnədi-Əhməd” 1-ci cild, səh 347; 

9) “

Təfsiri-Burhan” 1-ci cild, səh 206-207; 



10

) Əllamə Məclisi, Biharul-ənvar; 

11) Şeyx Təbərsi, Məcməul-bəyan

12) Şeyx Tusi, Təhzibul-əhkam

13) Əllamə Təbatəbai, Əl-mizan

14) Şeyx Müfid, Əl-İrşad; 

15) Əllamə Əmini, Əl-Qədir. 

Hz.


Peyğəmbər  (s)  hicrət  etdiyi  zaman  Əbu  Bəkrlə  birlikdə  Sur  (Saur) 

mağarasında  üç  gün  qaldıqdan  sonra  Mədinəyə  doğru  hərəkət  edərək  Mədinə 

yaxınlığında Quba adlı məntəqədə on dörd gün qalmış və bu müddət ərzində is-

la

mın ilk məscidi olan Quba məscidi inşa edilmişdir. Hz.Əlidə (ə) Hz.Peyğəmbə-



rin (s) 

tapşırıqlarını yerinə yetirdikdən üç gün sonra Hz.Peyğəmbərin qızı Hz.Fa-

ti

məni (ə), öz anası Fatimə binti Əsədi və Fatimə binti Zübeyri götürərək Quba 



ad

lı  məntəqədə  Hz.Peyğəmbərə  (s)  çatdı.  Quba  məntəqəsindən  sonra  Hz.Pey-

ğəmbər (s) Mədinəyə daha yaxın olan Ranuna adlı məntəqəyə çatdıqda ilk cümə 

na

mazını qıldıqdan sonra ilk xütbəsini də burada söylədi. Sonralar burada Cümə 



məscidi inşa edilmişdir. Hz.Peyğəmbər (s) Mədinəyə çatdıqdan sonra isə burada 

Məscidun-Nəbi  inşa  edilmişdir.  Hicrətdən  əvvəl  Mədinənin  adı  Yəsrib  olmuş, 

hic

rətdən sonra isə Peyğəmbərin (s) şərəfinə Mədinətur-Rəsul  yəni Peyğəmbər 



şəhəri adlandırılmışdır. Sonralar sadəcə Mədinə deyilmişdir. 


Yüklə 6,91 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   314




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə