31
da əyləşsə, orada qalacam”. Dəvə Bəni Malik ibn Nəccar əhalisinin evləri qarşı-
sında yerə əyləşdi. O ərazi iki yetim uşağa məxsus idi. Hz.Peyğəmbər (s) həmin
ərazini Məaz ibn Ərafdan on dinara satın alıb, orada bir məscid tikdi. Hz.Pey-
ğəmbərə (s) məxsus əşyaları isə Əbu Əyyub Ənsari öz evinə apardı. Çünki onun
evi bura çox
yaxın idi. Məscidin inşasında Hz.Peyğəmbərin (s) özü də iştirak
edir
di. Məscid tikiləndə ona bir eyvan da əlavə etdilər ki, evsiz-eşiksiz səhabələr
orada ya
şasınlar. Orada yaşayan səhabələrə İslam tarixində “əshabi-suffa” (suf-
fa-
əhli) deyilir. Onlara yazıb-oxumağı Ubadət ibn Samit öyrədirdi. İnşası başa
ça
tan məscidə “Məscidun-Nəbi” deyildi.
2.
İlk cümə namazı qılındı: Mədinəyə hicrət zamanı Ranuna adlı məntə-
qəyə çatdıqda ilk cümə namazı qılındı.
3.
Mühacir və ənsarlar arasında qardaşlıq əqdi imzalandı: Tarixi mən-
bələrdən alınan məlumatlar onu göstərir ki, Hz.Peyğəmbər (s) Mədinəyə gə-
lərkən oranın vəziyyəti çox mürəkkəb olmuşdur. Burada yaşayan qəbilələr
ar
asında olan vuruşmalar insanlararası münasibətləri korlamış, idarəçilik siste-
mi isə qəbilə üstünlüyü ilə ölçülürdü. Hz.Peyğəmbəri
(s) böyük bir şəxsiyyət
ki
mi qarşılayan mədinəlilər hakimiyyət cəhətdən ərəblərin icma başçılarından
asılı idilər. Onların sayı da hələlik kifayət qədər deyildi. Məkkədən gələn mü-
ha
cirlər isə təxminən yüz nəfərə yaxın idi. Onlara yerli camaat sığınacaq ver-
miş və öz evlərində qonaq etmişdilər. Bu da təbii ki, çox uzun çəkə bilməzdi.
Çox böyük təmkinlə hərəkət edən Hz.Peyğəmbər (s), mühacir və ənsarın qarşı-
lıqlı münasibətinə xüsusi diqqət yetirirdi. Çünki cüzi ehtiyatsızlıq hər iki qru-
pun arasında toqquşmaya gətirib çıxara bilərdi. Hz.Peyğəmbərin (s) səbr və
təmkininin nəticəsi olaraq Mədinədə mühacirlə ənsarlar arasında ilk saziş im-
za
landı. Beləliklə ərəblərə xas olan qəbilə və tayfa birliklərindən fərqli olaraq
Hz.
Peyğəmbər (s) yaratdığı dini icmanı dini qanunlar əsasında qurdu və özü də
bu icmanın rəhbəri oldu.
4.
Yəhudilərlə (Ovs və Xəzrəc yəhudiləri nəzərdə tutulur) müsəlman-
lar ara
sında müqavilə imzalandı: Həmin nizamnamədə yəhudilərin din və
mal-döv
lətlərinə müəyyən şərtlər çərçivəsində toxunulmazlıq hüququ verilir.
Nizam
namənin tam mətni tarix kitablarında öz əksini tapmışdır. Lakin hər bir
peyğəmbərin dövründə olduğu kimi Hz.Peyğəmbərin (s) dövründə də verdiyi
sözlərə əməl etməyən yəhudilər özlərinin layiq olduğu cəzaya çatmışdılar.
5. Hz.
Peyğəmbər (s) Əbu Bəkr ibn Quhafənin qızı Aişə ilə evləndi.
Hicrətin ikinci ili baş verən hadisələr (miladi 624)
1. “
Bəqərə” surəsinin 144-cü ayəsinin nazil olması ilə müsəlmanların qibləsi
Məscidul-Əqsadan Məscidul-Hərama çevrildi. Ayədə deyilir:
“(Ya Rəsulum!)
Biz sənin üzünün göyə tərəf çevrildiyini görürük, ona görə də səni razı ol-
duğun qibləyə tərəf döndərəcəyik. İndi üzünü Məscidul-Hərama tərəf çevir!
(Ey müsəlmanlar!) Harada olsanız (namaz vaxtı) üzünüzü oraya döndərin!
32
Kitab verilmişlər bunun onların öz Rəbbi tərəfindən bir həqiqət olduğunu
yaxşı bilirlər, Allah onların əməllərindən qafil deyildir.”
2. “
Bəqərə” surəsinin 183-cü ayəsi ilə Ramazan orucu müsəlmanlara vacib
bu
yuruldu. Ayədə deyilir:
“Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki
üm
mətlərə vacub buyurulduğu kimi, sizə də vacib buyuruldu ki, (onun sa-
yəsində pis əməllərdən) çəkinəsiniz!”
3.
Fitrə vacib oldu.
4.
İlk bayram namazı qılındı.
5. “
Bəqərə” surəsinin 110, “Həcc” surəsinin 78, “Nur” surəsinin 56 və
“Mu
zəmmil” surəsinin 20-ci ayəsi ilə zəkat vacib oldu. Ümumiyyətlə zəkat
Qurani-
Kərimdə 32 yerdə namazla birlikdə zikr edilmişdir.
6.
Əbva qəzvəsi:
Bu qəzvə hicrətin ikinci ili miladi tarixilə 624-cü ildə baş vermişdir. Bəni
Həmrə qəbiləsi Məhəş ibn Amirin başçılığı ilə Mədinəyə hücum etmək istə-
yirdi. Bundan xəbər tutan Hz.Peyğəmbər (s) Səd ibn Ubadəni Mədinədə öz ye-
rin
də qoyub əshabın bir hissəsi ilə Bəni Həmrə qəbiləsinin üzərinə hərəkət etdi.
Mədinə ilə Məkkə yolunun ortasında yerləşən Əbva adlı məntəqəyə çatdıqda
Bəni Həmrənin rəisi Məhəş ibn Amir Hz.Peyğəmbərin (s) yanına gələrək sülh
təklif etdi. Hz.Peyğəmbər bu təklifi qəbul etdiyi üçün iki tərəf arasında müha-
ribə baş vermədi. Bu qəzvə Hz.Peyğəmbərin (s) iştirak etdiyi ilk qəzvədir. Əb-
va məntəqəsi Vəddan kəndinə yaxın yerləşdiyi üçün bu qəzvəyə İslam tarixin-
də Vəddan qəzvəsidə deyilir.
7.
Buvav qəzvəsi:
B
uvav qəzvəsidə hicrətin ikinci ili miladi tarixilə 624-cü ildə baş vermişdir.
Bu qəzvə Hz.Peyğəmbərin
(s) iştirak etdiyi ikinci qəzvədir. Müşrik karvanını
qarşılamaq üçün Hz.Peyğəmbər (s) Səd ibn Osman ibn Məzunu Mədinədə öz
yerinə qoyub əshabdan 200 nəfərlə hərəkət etdi. Lakin Hz.Peyğəmbər (s) Rudəvi
məhəlləsinə qədər gəlsə də heç bir karvanla rastlaşmayıb Mədinəyə qayıtdı.
8. Zil-
əşirə qəzvəsi:
Uşeyrə qəzvəsidə deyilən bu qəzvə hicrətin ikinci ili miladi tarixilə 624-cü
ildə baş vermişdir. Müşriklərin Əbu Süfyanın başçılığı altında Şama böyük bir
kar
van yola saldıqlarını öyrənən Hz.Peyğəmbər
(s) Əbu Sələməni Mədinədə öz
ye
rində qoyub 150-200 nəfərlik dəstə ilə yola çıxdı. Bu qəzvədə islam bayra-
ğını Hz.Həmzə tutmuşdu. Lakin Əşirə adlı məntəqəyə çatdıqda məlum oldu ki,
Əbu Süfyanın başçılığı altında olan müşrik karvanı qabaqcadan buradan keçib
get
mişdir. Hz.Peyğəmbər (s) Əşirə ətrafında yerləşən Bəni Mədləc qəbiləsilə
sülh bağlayaraq Mədinəyə qayıtdı.
9.
Birinci Bədr qəzvəsi:
Quruz ibn
Cabir müşrikləri ətrafına toplayaraq Mədinə yaxınlığına qədər
gəlib kəndlərdən birinə hücum edərək mal-qaranı yığıb apardı. Bundan xəbər
tutan Hz.
Peyğəmbər (s) Zeyd ibn Harisi Mədinədə qoyub mühacirlərin bir his-
səsilə yola çıxdı. Bu qəzvədə islam bayrağını Hz.Əli (ə) tutmuşdu. Müsəlman-