148
8) Abdullah-
əsğər, 9) İsmail, 10) Məhəmməd, 11) Yəqub, 12) Cəfər, 13) Təlhə
və ya Cavad, 14) Həmzə, 15) Əbu Bəkr.
Qızları isə bunlardır: 1) Ümmül-Həsən, 2) Ümmül-Hüseyn, 3) Fatimayi-
Kübra, 4) Fatimeyi-
Suğra, 5) Ümmü-Abdullah, 6) Ümmü-Səlmə, 7) Ruqiyyə.
İmam Həsənin (ə) üzüyündə bu yazı yazılmışdır: “Əl-izzəti lillah” – İz-
zət və qüdrət yalnız Allaha məxsusdur.
149
II
I FƏSİL
ƏMƏVİLƏR XİLAFƏTİ
hicri 41-132 (miladi 661-750)
Bəni Ümeyyənin soyu
Allah “İsra” surəsinin 60-cı ayəsində Bəni-Umeyyəni “Şəcərətul-məlunə” lə-
nətlənmiş ağac olaraq tanıtdırır. Bu səbəbdən Fəxrəddin Razi, Təbəri, Qirtəbi,
Ni
şapuri, Siyuti, Alusi, Xətib Bağdadi və Beyhəqi kimi məhşur əhli-sünnə alim-
lərindən bir çoxu zikr edilən bu ayənin təfsirində İbn Abbasdan belə nəql etmiş-
lər: “Quranda “lənətlənmiş ağac”dan məqsəd Bəni-Umeyyədir. Çünki Rəsulullah
yu
xuda onları minbər və mehrabına daraşan meymunlar şəklində gördü. Həzrət
yuxudan oyandıqdan sonra Cəbrail zikr olunmuş ayənin nazil olduğunu xəbər
verdi: “Röyada gördüyün meymunlar Bəni-Umeyyədir. Onlar səndən sonra
xilafəti qəsb edəcəklər və minbərin min ay onların idarəsi altında olacaqdır.”
Əməvilər Qureyş qəbiləsinə mənsubdur. Əbdul-mənaf oğullarından Haşim
ilə Əbduş-Şəms Qureyşin iki qolunu təşkil edir. Haşim Əbduş-Şəms ilə əkiz do-
ğulmuş və Haşim böyük olduğundan qəbilənin Haşimiyyə qolu daha etibarlı sa-
yılmışdır. Daha sonra Hz.Peyğəmbərin (s) Haşimiyyə qolundan olması Bəni
Haşimə daha çox şərəf qazandırmışdır. Əbduş-Şəms isə Bəni Haşimin qardaşı
uşaqları olduğu üçün Qureyş qəbiləsində ikinci dərəcəli olmuşlar. Qureyşin iki
qo
lu olan Bəni Umeyyə ilə Bəni Haşim arasında cahiliyyə dövründən rəqabət var
idi. Əvvəlcə bu rəqabət Umeyyə ilə Haşim arasında başlamış, sonralar bu rə-
qabəti Əbu Süfyan Hz.Peyğəmbərə (s) qarşı davam etdirmişdir. III xəlifə Os-
manın dövründə bu rəqabət daha da artmışdır. Bundan istifadə edən Müaviyə ibn
Əbu Süfyan Hz.Əlinin (ə) şəhadətindən sonra hicrətin 41-ci ili rəbiül-əvvəl ayı-
nın 25-də miladi tarixi ilə 661-ci ilin iyununda Əməvilər xilafətinin əsasını qoy-
muşdur. Bu xilafət hicri 41-ci ildən 132-ci ilə qədər (miladi 661-750) davam
etmişdir. Əməvilər xilafətini on dörd xəlifə idarə etmiş, bunlardan üçü Müaviyə
ibn Süfyan, Yezid ibn Müaviyə və Müaviyə ibn Yezid süfyaniyyə qolundan,
qalan on bir xəlifə isə Mərvaniyyə (Mərvan ibn Həkəmin nəslindən) olmuşdur.
Əməvilər dövründə İslam dövlətinin sərhəddi şərqdə Hindistan və Türk
dövlətlərinə, qərbdə Afrika və Əndəlüsə, şimalda isə Azərbaycan, Ermənistan
və Bizans ölkələrinə qədər genişlənmişdir.
I Müavıyə ibn Əbu Süfyan hicri 41-60 (miladi 661-680)
Müaviyə ibn Əbu Süfyan ibn Hərb ibn Umeyyə hicrətdən 17 il əvvəl (mi-
ladi 605) Məkkədə anadan olmuşdur. Atası İslam peyğəmbəri Hz.Muhəmmə-
150
din qatı düşmənlərindən olan Əbu Süfyan, anası isə Uhud döyüşündə Hz.Həm-
zənin ciyərini yeyən Hində binti Utbədir. Bu hərəkətinə görə Hindəyə İslam
tarixində “ciyəryeyən” ləqəbi verilmişdir. Atası və anasından geri qalmayan
Müa
viyənin özü də Hz.Peyğəmbər
(s) və onun Əhli-Beytinin qatı düşməni ol-
muşdur. Hicrətin ikinci ilində baş verən Bədr döyüşündə müsəlmanlara qarşı
vur
uşmuşdur. Hicrətin səkkizinci ilində Məkkə müsəlmanlar tərəfindən fəth
edi
ləndən sonra mala-mülkə yiyələnmək məqsədilə 25 yaşında islamı qəbul et-
mişdir. Məlum olduğu kimi Məkkənin fəthindən sonra Hz.Peyğəmbər (s) bütün
beytul-
malı səhabələr arasında bərabər bölüşdürdü. Onlardan bəzilərinə bir qə-
dər artıq pay ayırdı. Bunlardan Əbu Süfyan, oğlu Müaviyə, Hukeym ibn Hə-
zam, Haris ibn Haris, Ha
ris ibn Hişam, Süheyl ibn Əmr, Huveytib ibn Əbdül-
uz
za və Əla ibn Cariyənin hər birinə yüz baş, nisbətən zəif mövqeyi olanlara
isə əlli baş dəvə verir. Onlar bu böyük bəxşişə görə İslama daha çox bağlanır-
lar. İslam fiqhində belə şəxslərə “müəlləfətul-qulub” (yəni, İslama daha çox
meyl
lənmələri üçün zəkat verilən şəxslər) deyilir. Müaviyə və atası bu qrupdan
hesab olunarlar.
Müaviyə xəlifə Əbu Bəkrin zamanında qardaşı Yezid ilə Suriyaya gedib
ora
da baş verən fəthlərdə iştirak etmişdir. Xəlifə Ömər ibn Xəttabın dövründə
638-
ci ildə qardaşı Yezidin ölümündən sonra Suriya valisi təyin edilmişdir. Xə-
lifə Osmanın dövründə isə İordaniya, Xıms və ətraf məntəqələr də daxil olmaq-
la Suriyanın ixtiyarı tamamilə Müaviyəyə verilmişdir. Osmanın vəfatına qədər
bu vəzifədə qalıb, gələcəkdə hakimiyyətə gəlmək üçün bütün hazırlıqlarını gör-
müşdür. Hz.Əlinin (ə) xəlifə seçilməsindən sonra xəlifə Osmanın intiqamını al-
maq bəhanəsilə Hz.Əliyə (ə) beyət etməyib ona qarşı müharibə elan etmişdir.
Uzun müddət Suriya valisi olduğu üçün buranın əhalisini tez bir zamanda ətra-
fına toplayıb xəlifə Osmanın qanlı köynəyini və arvadı Nailənin kəsik barmaq-
la
rını Şam məscidində nümayiş etdirərək “Osmanın qanını tələb edin” şüarı ilə
böyük
bir ordu topladı. Yanına siyasət dahilərindən olan Muğeyrə ibn Şöbə və
Əmr ibn Ası alan Müaviyə Siffeyn döyüşündə tam məğlub olarkən Əmr ibn
Asın hiyləsi ilə Quran səhifələrini nizələrə keçirərək qurtulmuş, Həkəmeyn ha-
disəsi və ardından Kufə əhalisinin zəifliyindən istifadə edib Əbdürrəhman ibn
Mül
cəmin Hz.Əlini
(ə) şəhid etməsindən sonra xəlifə olan Hz.İmam Həsəni
(ə)
xi
lafəti ona verməyə məcbur etmiş və bununlada hicrətin 41-ci ili rəbiül-əvvəl
ayının 25-də Əməvilər xilafətinin əsasını qoymuşdur.
Müaviyənin İslama zidd olan hərəkətləri
1.
İslamla bərabər Hz.Peyğəmbərin
(s) adının yaddaşlardan silinməsini
istəməsi: Muğeyrənin oğlu Mütərrifdən belə nəql olunur: “Bir gün Müaviyənin
sara
yından qayıdan atam Muğeyrənin bərk narahat olduğunu gördüm. Narahat-
lığının səbəbini soruşduqda belə dedi: “Oğlum, indi dünyanın ən çirkin ada-
mının yanından gəlirəm. Müaviyə ilə tək oturmuşduq, ona dedim: “İndi ki, öz
arzuna ça
tıb hökuməti ələ keçirmisən, heç olmasa ömrünün axırlarında