155
irəliləyib əhalini cizyə verməyə məcbur etmişdir. Lakin onun geri qayıtmasın-
dan sonra burada yenidən üsyanlar başlamışdır.
Abdullah ibn Əmir tərəfindən Hind sərhədlərinə göndərilən Abdullah ibn
Səvvar hindlilərə qarşı bir çox səfərlər edərək xeyli qənimət ələ keçirsə də bu
bölgədə öldürülmüşdür.
211
665-
ci ildə Abdullah ibn Əmr Bəsrə valiliyindən alındıqdan sonra onu Ziyad
ibn Əbihi əvəz etmişdir. Ziyad ibn Əbihi əvvəllər Hz.Əli (ə) və Hz.Həsənin (ə)
tərəfində idi. Lakin Müaviyənin tərəfinə keçən Ziyad ibn Əbihi Bəsrədə Hz.Əli-
nin
(ə) tərəfdarlarına təzyiq göstərməyə başladı. Muğeyrə ibn Şöbənin vəfatından
sonra Kufə valisi təyin edilən Ziyad, Ərəbistan və İranın daxil olduğu şərq
vilayətinin ümumi valisi oldu. İdarə etdiyi ərazilərdə dörd min nəfərlik cəsusla
Hz.
Əli
(ə) tərəfdarlarını təqib edərək, Əməvilərin nüfuzunu qorumuşdur.
212
671-676-
cı illər arasında Əfqanıstan və Türküstana səfərlər edən əməvilər
Ka
bil və Buxaranı alaraq orada islamı yaymağa çalışdılar. Hindistan üzərinə
gön
dərilən Muhəlləb ibn Əbu Sufra Multan və Kabil bölgələrinə qədər irəlilə-
mişdir.
Şimal bölgəsinin idarəsi Xıms valisi Əbdürrəhman ibn Xalid ibn Vəlidin
əlində idi. Onun qazandığı uğurları görən Müaviyə ibn Əbu Süfyan miladi ta-
rixi ilə 666-cı ildə (hicri 46) onu zəhərləyərək öldürdü.
213
667-
ci ildə Gur dağlarına qədər irəliləyən Həkəm ibn Əmr Muhəlləb ibn
Əbu Sufranın köməyi ilə xeyli qənimət ələ keçirmişdir.
674-
cü ildə Xorasan valisi təyin edilən Ubeydullah ibn Ziyad Nəsəf və
Bəykənd şəhərlərini ələ keçirdikdən sonra Türkləri məğlub edib xeyli qənimət
ələ keçirmişdir. 675-ci ildə Bəsrə valisi təyin edilən Ubeydullah qısa müddət
son
ra yenidən Xorasan valisi təyin edilmişdir.
2.
Anadolu və İstanbul səfərləri
Müaviyənin xilafəti dövründə Şimali Afrika və Şərqə səfərlər edilməklə
bərabər Bizansın əlində olan Anadoluya da səfərlər edilirdi. Bizans imperatoru
II Konstantinin ölkədə olmamasından istifadə edən Müaviyə 663-cü ildə Ana-
do
luya səfər edərək Kadıköyə qədər gəlmişdir. Bundan bir il sonra Anadoluya
ye
nidən səfər edən Əməvilər Busr ibn Ərtatın başçılığı ilə Üsküdara qədər
irəliləyib xeyli qənimət ələ keçirdilər.
Növbəti dəfə Süfyan ibn Ovfun başçılığı altında İstanbul üzərinə böyük bir
or
du təşkil edən Müaviyə ibn Əbu Süfyan bu səfəri qabaqcadan elan etmişdir.
Bu orduda məşhur səhabələrdən Abdullah ibn Abbas, Abdullah ibn Zübeyr,
Əbu Əyyub Ənsari kimi şəxslər olmuşdur. 670-ci ildə (hicri 50) edilən bu
səfərdə İstanbul uzun müddət mühasirə olunsa da fəth edilməmişdir. Səfər
211
Tarixi ibn Əsir,
III cild, səh-436-438.
212
Tarixi-
Yəqubi, II cild, səh-218.
213
Tarixi ibn Əsir, III cild, səh-453.
156
əsnasında Əbu Əyyub Ənsari vəfat etmiş və Eyup adlı məntəqədə dəfn
edilmişdir.
214
Müaviyə ibn Əbu Süfyan valiliyi zamanında başladığı dəniz səfərlərinə on
i
l ara verdikdən sonra yenidən başlayıb Kipr, Rados və Egey adalarını ələ ke-
çir
dikdən sonra eyni donanmanı Mərmərəyə göndərərək Qapıdağ yarımadasını
da ələ keçirmişdir. 672-ci ildə (hicri 52) isə Çukurova sahillərinə donanma
gön
dərərək İzmiri zəbt etmişdir. 673-cü ildə (hicri 53) Müaviyə ibn Xudeyc
Sey
sil adasını fəth etmişdir. 674-cü ildə (hicri 54) İslam donanması yenidən İs-
tan
bulu mühasirəyə almış və bu mühasirə 678-ci ilə qədər davam etsədə yenə
də İstanbul müsəlmanlar tərəfindən fəth edilməmişdir.
215
3.
Şimali Afrikanın fəthi
Şimali Afrikaya vali təyin edilən Uqbə ibn Nafe bəzi yerləri ələ keçirməklə
ya
naşı bərbəriləri də İslama gətirməyə çalışmış və ordugah şəhəri olan Qayra-
va
nı inşa etdirmişdir. Uqbə valiliyi zamanında özünə mərkəz olaraq Bərqanı
seç
mişdir.
Bundan əvvəl Abdullah ibn Səd Bizansın Şimali Afrika valisini məğlub
edərək Tablusqərbi (indiki Tripoli) ələ keçirmişdir. Sudan üzərinə göndərdiyi
or
du isə heç bir nəticə əldə etmədən geri qayıtmışdır.
Uqbə ibn Nafenin Şimali Afrikada qazandığı uğurları görən Müaviyə 675-
ci ildə (hicri 55) onu Şama geri çağırıb Əbul Mühaciri bu bölgəyə vali təyin et-
mişdir. Uqbə ibn Nafe Şama gəldikdə Müaviyə söz verdi ki, yenidən onu Şi-
mali Afrikaya vali təyin edəcək. Lakin o, Müaviyənin ölümünə qədər Şamda
qal
mışdır. Yezid ibn Müaviyənin dövründə Uqbə ibn Nafe yenidən Şimali Af-
ri
kaya vali təyin edilmişdir. Qayravana gələn Uqbə Əbul Mühaciri həbs edərək
ye
rinə Zuheyr ibn Qaysı vəkil təyin etmişdir. Sonra böyük bir ordu ilə qərbə
doğru irəliləyən Uqbə ibn Nafe bu bölgədəki Bizans əsgərləri ilə bərabər onlara
yar
dım edən Bərbəriləri də məğlub edərək Tahərtə qədər irəliləmişdir. Daha
son
ra okean sahillərinə çatan Uqbə ibn Nafe atını dənizə sürüb belə demişdir:
“Ya Rəbb! Şahid ol ki, əgər qarşıma dəniz çıxmasaydı İsmi-Cəlalını çox uzaq-
lara götürərdim.”
Uqbə ibn Nafe Qayravana döndükdən sonra bərbərilər Quseylə ibn Kəmrə-
min başçılığı ilə üsyan etdilər. Həmin vaxt həbsdən azad edilən Əbul Mühacir-
də Uqbə ilə bərabər Qayravanı müdafiə etməyə çalışdı. Lakin baş verən döyüş-
də Uqbə ilə birlikdə Əbul Mühacirdə şəhid olmuşdur. Onların ölümündən son-
ra Zuheyr ibn Qays bərbərilərin qarşısında dayana bilməyib Qayravanı tərk
edərək Bərqaya gəlmişdir.
216
214
Tarixi ibn Əsir, III cild, səh-458-459; İbn Kəsir, Əl-bidayətu vən-nihayə,
VIII cild, səh-32.
215
İslam tarixi,
Nuri Ünlü, səh-163, İstanbul-1997.
216
Tarixi ibn Əsir, IV cild, səh-105-108; İbn Cavad Əfdaluddin, İslam tarixi, səh-218-220.