153
ma
larını istədikdə Əbu Məryəm Səluli dedi: Mən Taifdə şərab satdığım zaman
Əbu Süfyan səfərdən qayıdarkən mənim yanıma gəlib bir qadın istədi. Mən də
Sü
meyyəni onun üçün gətirdim və onların yaxınlığından Ziyad dünyaya gəldi.
Bu söhbətdən sonra Müaviyə Ziyadı özünə qardaş elan etdi.”
208
Hələ Hz.Pey-
ğəmbərin (s) vəfatından otuz il keçməmiş, yenicə şəhid edilmiş təqvalı, abid və
məsum xəlifənin xatirəsi zehinlərdən silinməmiş peyğəmbər canişinliyi iddia-
sında olan bir şəxs onun sünnəsini necə də oyuncağa çevirir.
O günün müsəlman icması da tamahkarlıqdan və ya qorxudan onun bu çir-
kin əməlinin doğruluğunu təsdiq edərək susurdular. Halbuki, həmin vaxt Şam-
da Hz.
Peyğəmbəri
(s) görüb onun sözlərini eşidən əlli nəfər səhabə yaşayırdı.
Əldə etdiyi qardaşlıq peymanından sonra Ziyad tam surətdə Müaviyəyə
tabe oldu. İlk olaraq Bəsrənin, ardından da şərq əraziləri daxil olmaqla Kufənin
də hakimi olan Ziyad buranın əhalisi ilə layiq olduqları tərzdə rəftar etdi.
Hicrətin 45-ci ili (miladi 665) Bəsrəyə daxil olan Ziyad “Bətra” adlı məşhur
xütbəsini oxuyaraq belə dedi: “And olsun Allaha, qul günah etmiş olsa əvəzinə
ağasını, səfərdə olan adamın günahı olsa əvəzində qalanını, xəstənin yerinə sağ-
lamı tutacağam, hətta o dərəcəyə qədər qəddar olacağam ki, məni görəndə qor-
xudan nəfəs çəkə bilməyəsiniz. Axşam evindən bayıra çıxanların qanını tökəcə-
yəm. Əlimdən və dilimdən amanda qalmaq istəsəniz, əlinizi və dilinizi məndən
qoruyun.” Bu xütbədən sonra hər kəs öz canının qorxusundan başqaları üçün
qoruqçu olmuşdu. Camaatın təbiəti ilə uyğun olan bu acı siyasət Bəsrəyə, Ku-
fəyə hətta bu şəhərlərlə əlaqəsi olan yollara belə rahatlıq gətirirdi.
Miladi 670 (və ya 672) Muğeyrə ibn Şöbənin ölümündən sonra Müaviyə
Ku
fənin də hakimliyini Ziyad ibn Əbihiyə tapşırdı. O ilin yarısını Bəsrədə, ya-
rısını da Kufədə keçirirdi. Onun Kufədə törətdiyi cinayətlər heç də Bəsrədən
ge
ri qalmamışdır. Ziyadın şərqdə topladığı qoşunun biri Xorasandan Lahura
qədər irəliləmiş, o biri isə Amudəryanın o biri sahilinə qədər getmişdir. İlk dəfə
türk
lərlə vuruşan da bu qoşun olmuşdur.
209
Müaviyə ibn Əbu Süfyanın oğlu Yezidi özündən sonra vəliəhd təyin etməsi
islamdan kənar bir adət idi.
Müaviyənin xalqla rəftarı
Məlum olduğu kimi İslam dövləti Mədinədə təsis olunandan Hz.Əlinin (ə)
xi
lafətinin sonuna qədər müsəlmanların hakimləri hər hansı məsələnin həlli za-
manı mühacir və ənsarın başçıları ilə məşvərət edər və onlar çəkinmədən öz nə-
zər və rəylərini bəyan edərdilər. Hz.Peyğəmbərin (s) qoyduğu ənənəyə sadiq
qa
lan xəlifələr qarşıya çıxan problemin cavabını Quran və sünnədə tapmadıqda
208
Tarixi-
Yəqubi, II cild, Tarixi ibn Əsir,
III cild, səh-422-423.
209
Tarixi-
Yəqubu, II cild, səh-218; Tarixi ibn Əsir, III cild, səh-422-451; İbn Kəsir, Əl-bidayə-
tu vən-nihayə, VIII cild, səh-29.
154
Pey
ğəmbərin (s) səhabəsindən nə etmək lazım olduğunu soruşardılar. Xəlifənin
də çıxardığı qərar da Quran və sünnəyə birbaşa zidd olmamalı idi.
Müaviyə hakimiyyətə gəldikdən sonra isə xəlifə və onun məmurlarına irad
tut
maq yığışıldı. Xəlifənin məmurlarına irad tutan şəxslər tənbih edilir və ya-
xud işgəncə və ölümə məruz qalırdılar. Əvvəldə qeyd etdiyimiz kimi
Hücr ibn
Ədiyy və dostları Hz.Əlini (ə) söymədikləri üçün ölümə məhkum olunmuşdu-
lar. Müaviyənin hakimiyyəti dövründə camaat Allahın bəyəndiyi sözləri yox,
xəlifənin xoşuna gələn sözlər danışırdılar. Dinə azacıq hörməti olan şəxslər də
ha
kimlərin hərəkətləri qarşısında sakit otururdular. Rəvayətə görə Müaviyə
camaatdan Yezidin vəliəhd olması haqda rəylərini öyrənmək istədikdə Əhnəf
ibn Qeys sakit oturmuşdu. Bunu görən Müaviyə dedi: “Niyə danışmırsan?”
Əhnəf dedi: “Əgər düz danışsam sən inciyəcəksən, yox əgər yalan desəm Al-
lahı qəzəbləndirəcəyəm.”
210
Ənsar, mühacir və mömin müsəlmanların sayı azaldıqca, hökmlərin icra-
sına nəzarətin zəifləməsi daha çox gözə çarpırdı. Hicrətin qırxıncı ilindən sonra
iş başına gəlmiş cavanların nə Peyğəmbər (s) dövründəki İslamdan xəbərləri
var idi, nə də ki, ondan sonrakı hakimlərin sərt rəftarlarını görmüşdülər. Bu nə-
sil iğtişaşlı dövrdə boya-başa çataraq, sərt zəmanədə yaşadıqlarından, təbiidir
ki, həqiqi İslamdan və bu dinin əsas dayağı olan ədalətdən xəbərləri yox idi.
An
caq bu dəyişikliklər İslamın sadə dövründə yaşamış insanlar üçün ağır gə-
lirdi, onlar təəssüf hissi keçirsələr də bir iş görə bilmirdilər.
Müaviyənin dövründə birini məzəmmət, digərini isə tərif edən bir çox sax-
ta hədislər meydana gəldi. Hədis kitablarında “Fəzilətlər” adlı fəslə rast gəlirik
ki, orada ancaq hansısa bir şəxsin və ya ailənin təriflənməsindən söhbət gedir.
Be
lə rəvayətlərə şübhə ilə yanaşmalı, bəzən isə rədd etməliyik.
Müaviyənin dövründə baş verən fəthlər
Xilafəti ələ keçirən Müaviyə ibn Əbu Süfyan dərhal Kufəyə Muğeyrə ibn
Şöbəni, Bəsrəyə isə Abdullah ibn Əmri vali təyin etdi. Ziyad ibn Əbihini özünə
qardaş elan etdikdən sonra 665-ci ildə onu Bəsrəyə vali təyin etdi. Qısa müddət
sonra bu vilayəti Kufə ilə birləşdirərək hər iki şəhərə Ziyad ibn Əbihini vali tə-
yin etdi. 662-
ci ildə Misir valisi Əmr ibn Asın ölümündən sonra oğlu Abdullah,
sonra isə Müaviyə ibn Xudeyc Misirə vali təyin edilmişdir. Şimali Afrikaya
Uq
bə ibn Nafe, Mədinəyə isə Mərvan ibn Həkəm vali təyin edildi. Hakimiy-
yətdə yerini möhkəmlədən Müaviyə üç istiqamətdə fəthlər həyata keçirdi.
1.
Türkistan fəthləri
Əbdürrəhman ibn Səmurə Sicistan valisi olduğu müddətdə bir çox yerləri,
o cümlədən Kabili fəth etmişdir. Kabilin fəthindən sonra hücumlarını davam
et
dirən Əbdürrəhman Bust və Zəranı da ələ keçirdikdən sonra Qəznəyə qədər
210
Tarixi ibn Əsir, III cild.