159
vərət edərək Nöman ibn Bişrin yerinə Ubeydullah ibn Ziyadı Kufə valisi təyin
etdi.
Hz.Hüseynin
(ə)
İraqa yola düşməsi
Müslim ibn Əqilin məktubu İmama (ə) çatdıqdan sonra öz ailəsi və yaxın
adamları ilə birlikdə İraqa tərəf yollandı. Digər tərəfdən də Yezidin göstərişinə
əsasən Kufəyə gələn Ubeydullah ibn Ziyad qorxu və rüşvət gücünə əhalini, ba-
ca
rıqlı şəxsləri ələ aldı və onların vasitəsilə başqalarını susdurdu. Qısa müddət
ərzində casuslar vasitəsilə Müslimin yerini öyrənən Ubeydullah onu və ona sı-
ğınacaq verən Hani ibn Urvəni edam etdirdi.
221
İmam Hüseyn (ə) yolda olarkən Müslimin ölüm xəbərini və Kufə xalqının
vəfasızlığını eşitdikdə bu xəbəri yanındakılara da çatdırdı. Onları özü ilə gedib
getməməkdə sərbəst buraxdı. Bəzilərinin onu tərk etməsinə baxmayaraq, yaxın
qohum-
əqrəbası ilə bir neçə imanlı şəxslər onunla qaldılar.
222
İmam Kufəyə yaxınlaşan zaman Ubeydullahın keşikçi dəstəsi ilə rastlaşdı.
Bu dəstəyə Hürr ibn Yezid Riyahi başçılıq edirdi. İmam Hüseyn
(ə) məcbur
ola
raq Kərbəla düzündə xeymələr quraraq əhli-əyalını burada yerləşdirdi. Bun-
dan xəbər tutan Ubeydullah Ömər ibn Sədin başçılığı altında olan böyük bir or-
du
nu Kərbəlaya göndərdi. Ubeydullahın Yezidə beyət təklifini qəbul etməyən
Hz.Hüseyn
(ə) döyüşə hazırlaşdı.
Hicrətin 61-ci ili məhərrəm ayının 10-da (miladi 661) baş verən döyüşdə
İmam Hüseyn (ə) və onunla birlikdə olanlar susuz halda şəhid edildilər. Başda
Hz.Zeynul-Abidin
(ə) olmaqla Əhli-Beyt əsirləri əvvəlcə Kufəyə Ubeydullah
ibn Ziyadın hüzuruna, oradan da Şama məlun Yezid ibn Müaviyənin hüzuruna
apa
rıldılar.
Həmin gün Əhli-Beytdən ilk şəhid olan, Hz.Hüseynin
(ə) böyük oğlu Əli
Əkbər olmuşdur. O, qəhrəmanlıqla vuruşaraq şəhid olmuşdur. Sonra Hz.Hü-
seynin
(ə) digər oğlu Abdullah, Hz.Həsənin (ə) Əbu Bəkr və Qasim adlı oğlan-
la
rı, Hz.Əlinin (ə) Ümmül-Bənin adlı xanımdan doğulmuş Abbas, Cəfər, Ab-
dul
lah, Osmanla yanaşı digər xanımlardan doğulmuş Məhəmməd və Əbu Bəkr
ad
lı oğlanları, Abdulah ibn Cəfər ibn Əbu Talibin iki oğlu Ovn və Məhəmməd,
Əqil ibn Əbu Talibin Cəfər, Əbdürrəhman, Abddullah, Abdullah ibn Müslim
və digərləri qəhrəmanlıqla vuruşaraq şəhid oldular.
223
221
Tarixi-
Məsudi, III cild, səh-66-69; Tarixi-Təbəri, III cild, səh-274-275.
222
Tarixi ibn Əsir, IV cild, səh-14-42; Xudari Dövləti-Əməviyyə, II cild, səh-124-127.
223
Ətraflı məlumat üçün bax: İbn Tavus, Kitabul-məlfuh ala qatlət-tufuf; Əbu Mihnəf,
Məqtəlul-Huseyn və Masrau əhli-beytihi və Ashabihi fi Kərbəla, səh-20-21,74-80, 84-88-89;
Şeyx Müfid, əl-İrşad fi Mərifəti Hucəcillahi aləl-İbad, (Muəssəsətu Əhli-Beyt), II cild, səh-67-
68, 96-
101, Beyrut 1993; İbn Şəhr Aşub, Mənaqibu Ali Əbu Talib, IV cild, səh-97-110, Beyrut
1985.
160
Məkkə və Mədinədə üsyanlar
Bu acınacaqlı faciə İslam dünyasında narazılığa səbəb oldu. Bu vaxt Mək-
kədə yaşayan Abdullah ibn Zübeyr fürsətdən istifadə edib Kərbəla faciəsini əl-
də əsas tutub Yezidi və onun tərəfdarlarını lənətlədi. Kufə əhlini xəyanətkar,
əhdi-peymanı pozan adlandırıb camaatın onunla beyət etməsini istədi. Ubey-
dullah ibn Ziyadın sərt rəftarına baxmayaraq Kufə əhli də öz narazılığını bildir-
di. Ubeydullah minbərdə Yezidi və onun nəslini tərif edib Hz.Hüseynə (ə) və
ata
larına nalayiq sözlər deyəndə Əzd qövmündən təqvalı, eyni zamanda kor
olan Abdullah ibn Əfif ayağa qalxıb onun sözünü kəsib, Hz.Peyğəmbərin (s)
ailəsinə verdiyi söyüşləri onun özünə qaytardı.
Abdullah ibn Zübeyrin özünü Məkkədə xəlifə elan etməsindən cürətlənən
Nəcdə ibn Amir ən-Nəhai də Yəmamədə Əməvilərə qarşı üsyan edərək idarəni
ələ keçirdi.
Hicazda baş verən hadisələri sakitləşdirmək istəyən Yezid ibn Müaviyə
əmisi oğlanlarından olan Osman ibn Məhəmməd ibn Əbu Süfyanı bu məntəqə-
yə vali təyin etdi. Yeni vali Mədinədən bir qrupu Yezidi tanımaq üçün Şama
gön
dərdi. Bu dəstəyə Uhud döyüşündə şəhid olmuş və “mələklər tərəfindən yu-
yul
muş Hənzələnin” (Qəsaisul-məlaikə) oğlu Abdullah başçılıq edirdi.
Yezid Mədinədən gəlmiş nümayəndələrə hörmət göstərib onlara saysız-he-
sabsız hədiyyələr bağışladı. Hətta onlardan birinə Munzər ibn Zubeyrə yüz min
dir
həm verdi. Lakin onun ləyaqətsizliyi və alçaq tərbiyəsi Mədinə əhlinə gizlin
qal
madı. Onlar geri qayıtdıqdan sonra Peyğəmbər məscidində fəryad edərək
Ye
zidin haqqında yaramaz sözlər danışmağa başladılar. Onlar “biz dini olma-
yan, şərab içən, it oynadan, gecələri kənizlər və musiqiçilərlə keçirən bir şəxsin
ya
nından gəlirik” dedilər. Bu söhbətdən sonra şəhər əhli Abdullah ibn Hənzələ-
yə beyət edərək üsyan etdi. Bundan xəbər tutan Yezid Nöman ibn Bişri üsyanı
ya
tırmaq üçün Mədinəyə göndərsə də bir nəticəsi olmadı. Beləliklə İslam dün-
ya
sının iki müqəddəs şəhəri Məkkə və Mədinə Yezidə qarşı üsyan bayrağını
qaldırdı.
224
Hərrə faciəsi
Kərbəla faciəsinin ardınca xəlifə Yezidin əxlaqsızlığından xəbər tutan Mə-
di
nəlilər Abdullah ibn Hənzələyə beyət edərək Bəni Umeyyədən olan min nə-
fəri ilk olaraq Mərvan ibn Həkəmin evində mühasirəyə aldılar. Bu çətin günlər-
də Mərvan ibn Həkəm ailəsini Abdullah ibn Ömərin yanına qoymaq istəsə də
Abdullah bunu qəbul etmədi. Abdullahın himayəsindən məyus olan Mərvan
Hz.Zeynul-Abidinin
(ə) yanına gedib dedi ki, mənim də ailəm sənin ailənlə bir-
lik
də olsun. Hz.Zeynul-Abidin
(ə) onun xahişini özünəməxsus bir böyüklüklə
qəbul edib Mərvanın yaxın adamlarını özünün xanımı və övladı ilə birgə Yən-
bu adlı bir yerə göndərdi. Mərvan daim bu yaxşılıqdan razılıq edirdi.
224
Tarixi Təbəri, III cild, səh-349-351.