Sakit Oqayyanın meşələri və bataqlıqları arasından keçən furqonda, faytonçunun düz arxasında on dörd



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə10/151
tarix29.09.2017
ölçüsü4,8 Kb.
#2325
1   ...   6   7   8   9   10   11   12   13   ...   151

xəstəni öldürdüklərinə görə qazandıqları dollarları itirməsinlər. Hansısa əməliyyatdan onların reklamını 
təşkil edəcək sensasiya qoxusu gələrsə, məmnuniyyətlə pasienti məhv etməyə də razılıq verə bilərlər. 
Mən onlardan iyrənirəm! Siz elə bilirsiniz ki, bu tələbələr Erlixin Almaniyada, yaxud Qotlibin burada, 
bizim gözümüzün qarşısında apardığı tədqiqatlarla maraqlanırlar? Elə bu günlərdə Qotlib Raytın opsonin 
nəzəriyyəsini darmadağın edib. 
– Doğrudan? 
– İnanın ki, belədir! Amma siz elə bilirsiniz ki, bu bizim həkim-tələbələrin vecinədir? Əsla! Onlar ancaq  
"o-o-o-o… əlbəttə, elm öz işini görür, xəstələri müalicə etmək üçün həkimə kömək edir", – deyə bilirlər. 
Sonra da böyük şəhər mərkəzində, yoxsa  ucqar şəhərcikdə daha çox pul qazanmaq mümkün olması 
haqda danışır,  gənc həkim üçün ördək ovlamağın, yoxsa əksinə, kilsəyə gedib özünü əhəmiyyətli adam 
kimi göstərməyin yaxşı olduğunu çək-çevir edirlər. Siz bir bizim Erv Uotersi eşidəydiniz! O, həmişə bir 
fikirdədir: "Həkimin uğuru üçün nə lazımdır? Patologiya elmi  haqqında əsaslı bilik? Əsla yox! O həkim 
müvəffəqiyyət qazanır ki, onun yaxşı rayonda, tramvay xəttinə yaxın bir yerdə kabineti və yadda qalan 
telefon nömrəsi var". Bravo! Bax, elə belə də deyir. Yaxşısı budur, diplom alan kimi həkim işləmək üçün 
paroxoda üz tutum; heç olmasa, dünyanı dolaşaram. Daha digər göyərtədə kabinet açmış həkim 
rəqibimin əlindən xəstəni qapazlamaq üçün bütün gəmini dolaşmaq məcburiyyətində qalmaram! 
– Hə, sizi başa düşürəm. İnsanların öz işində ideala can atmaması dəhşətdir. Bizdə, ingilis ədəbiyyatı 
şöbəsində tələbələrin əksəriyyəti dərs deməklə pul qazanmaq arzusundadırlar, mənim kimi elmi işdən 
zövq almırlar. 
Qızın özünü yüksək intizamlı hesab etməsi Martini narahat etdi, amma sonra söylədiyi sözlər onu daha 
çox həyəcanlandırdı: 
– Bununla belə, Martin, praktik olmaq lazımdır. Düz demirəmmi? Bir fikirləşin, adamın pulu  nə qədər çox 
olarsa… Daha doğrusu, cəmiyyətdə nə qədər çox hörmət qazanarsa… yenə də yaxşı tanınmış həkimin 
yanında işləməklə insanlara xeyir vermək daha yaxşıdır, nəinki əhəmiyyətsiz şeylər üzərində yorulmadan 
çalışan və dünyada nə baş verdiyindən xəbərsiz olan kabinet ziyalısının yanında vaxt itirmək... Misal üçün 
bizim cərrah doktor Luazonu götürək; həmişə xəstəxanaya gözəl maşında, livreyalı  sürücüsü ilə birlikdə 
gəlir və bütün pasientlər ona məftundular; indi də sizin Maks Qotlibi onunla müqayisə edək?! Bu 
yaxınlarda küçədə onu mənə göstərdilər. Əynində köhnə bir kostyum vardı; əminəm ki, tezliklə bərbərə 
baş çəksə,  pis olmazdı.  
Bu sözləri eşidən Martin statistika ilə, tənə ilə, hirslə, fanat coşqunluğuyla və qatma-qarışıq məcazlarla 
hücuma keçdi. Onlar böyrü üstə aşmış köhnə çəpərin üstündə əyləşmişdilər, bağayarpağıya daraşmış ilk 
yaz həşəratları yaxınlıqda – parlaq günəşin iliyə işləyən şüaları altında vızıldaşırdılar.  
Onun fanatizminə hirslənən Madelina özünün bütün "kübarlığı"nı bir kənara ataraq ciyildəməyə başladı: 
– Hə, hə, başa düşürəm, – məhz nəyi başa düşdüyünü söyləmədi, – O-o-o… sizin elə ağıllı fikirləriniz var 
ki… və elə həssassınız ki… bu ki əsl kamillikdir… 
– Doğrudan? Siz belə hesab edirsiniz? 


– O-o-o… Əlbəttə, əminəm ki, sizin gözəl gələcəyiniz var. Bunun üçün elə şadam… Siz başqaları kimi 
qəpikgüdən deyilsiniz. Ona görə də heç kimə fikir verməyin, qoyun danışsınlar!  
Martin görürdü ki, Madelina təkcə diqqətli və anlayışlı deyil, həm də olduqca arzu olunan qadındır. 
Yanaqlarının təzə-tər qızartısı, məlahətli gözləri, çiyinlərindən budlarına qədər uzanan füsunkar bədən 
quruluşu... Geri qayıtdıqları vaxt Martin ürəyində Madelinanın ona  uyğun gələn qız olduğuna daha çox 
əminlik hiss edirdi. Onun köməkliyi ilə bu qız mücərrəd ideallar və elmin soyuq gerçəkliyi arasındakı fərqi 
anlamağı öyrənəcəkdi. 
Onlar yarğanın yanında yerlərini rahatladılar və aşağı, dumanlı, yazda olduğu  kimi dalğalı, budaqlarla 
dolu Çaluzaya tamaşa etməyə başladılar. Qarşısıalınmaz bir qüvvə onu Madelinaya tərəf çəkirdi; o, 
tələbəlikdəki təsadüfi sərgüzəştləriylə bağlı təəssüflənirdi; elə bu an ürəyində qıza layiq olmaq üçün 
təmiz və çalışqan olacağına qərar verdi.  
– Ah Madelina, – qəmgin səslə dedi, – lənət şeytana, siz necə də gözəlsiniz?! 
Qız çəkinə-çəkinə ona baxdı.  
Martin qızın əlindən tutdu, şiddətli bir ehtirasla qızı öpməyə çalışdı. Amma bunu o qədər bacarıqsızlıqla 
etdi ki... Yalnız qızın buxağının bir kənarından öpə bildi, Madelina  isə özünü müdafiə edərək, az qala, 
yalvarırdı: 
– Ah, lazım deyil! Lazım deyil! 
Evə, Moqalisə qayıdarkən onlar özlərini elə aparırdılar ki, guya, heç nə olmayıb; amma hər ikisinin səsi 
indi daha mülayim idi və qız artıq onun professor Roberotşonu "fonoqramm" adlandırmasını 
əsəbiləşmədən dinləyir, Martin isə Madelinanın heç vaxt ruhdan düşməyən ingilis ədəbiyyatı müəllimi 
doktor Norman Bramfitin dayaz və bayağı olması haqqında iradlarına diqqətlə qulaq asırdı. Pansionunun 
qapısına çatanda qız köksünü ötürdü: 
– Sizi içəri dəvət edərdim, amma bir azdan şam yeməyinin vaxtıdır… Bəlkə, mənə sonra zəng edəsiniz? 
– Zəng etməsəm, lənətə gəlim! – Martin universitetdə yaşanan məhəbbət dialoqunun bütün qayda-
qanunlarına uyğun cavab verdi. 
Sonra başdan-ayağa məftunluq hissi içində evə yollandı. Gecəyarı ensiz taxtda uzanan Martin 
Madelinanın baxışlarını öz üzərində hiss edirdi; gah məğrur, gah tənəli, gah da inamla dolu  baxışlarını. 
"Mən onu sevirəm! Mən onu sevirəm! Ona zəng edəcəyəm… Görəsən, səhər səkkizdə zəng etsəm, tez 
olmaz ki?" 
Amma səhər səkkizdə başı göz quruluşunun öyrənilməsinə o qədər qarışdı ki, qızın gözləri haqqında 
fikirləşmək heç yadına da düşmədi. Sonralar Martin Madelina ilə cəmi bircə dəfə qarşılaşdı, o da adam 
içində, onun pansionunun eyvanında; tələbə qızlar,  qırmızı balışlar və pastila  ilə dolu qabların çox 
olduğu eyvanda… Sonra isə başı qızğın imtahan hazırlıqlarına qarışdı. 
 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə