üçün bilik
toplaya-toplaya o, hər zaman məntiqli müdrikliyin yaxınlığında kin və boşluq hiss edirdi.
Həqiqətə doğru aparan birbaşa və yeganə yolu görmürdü; əvəzində isə onun qarşısında həqiqətə aparan
minlərlə yol uzanırdı – uzaq və şübhəli…
III FƏSİL
1
Con O. Robertşo – tibb fakültəsində fiziologiya professoru Con Oldinqton Robertşo ağır eşidirdi və bütün
Uinnemak universitetində yeganə müəllim idi ki, hələ də "əzmə kotlet" adlandırılan bakenbard saxlayırdı.
Əslən Bek-Beyadan idi; bununla
fəxr edir, həmişə də fürsət düşəndə bu faktı yada salaraq deyirdi: "Mən
Almaniyada Lüdviqin yanında oxuyarkən…"
O, öz kamilliyinə vurğun olduğundan, tələbələri ayrı-ayrılıqda yadda saxlaya bilmirdi. Ona görə də Klif
Kloson və "şuluqçu" adı ilə tanınan digər cavanlar fiziologiya mühazirələrini böyük səbirsizliklə
gözləyirdilər.
Mühazirələr dairəvi auditoriyada keçirilirdi; tələbələrin oturacaqları amfiteatr formasında düzülmüşdü;
bu
düzülüş elə idi ki, mühazirəçi onun hər iki tərəfini eyni vaxtda görə bilməzdi. Doktor Robertşo qan
dövranı haqqında nitqinə ara vermədən sağa tərəf boylanır, xəlvəti göz qoyaraq uzaqda, sol qanadda
avtomobil uğultsunu xatırladan təhqiramiz səsi kimin çıxardığını aydınlaşdırmağa çalışırdı; bu arada isə
Klif Kloson ayağa qalxır, əli ilə havanı yararaq, guya ki, bakenbardlarını sığallayırmış kimi onu yamsılayıb
cin atına mindirirdi.
Bir dəfə doktor Robertşo nəfəsli musiqinin diz refleksinin intensivliyinə təsiri ilə bağlı
mövzunun
kulminasiya nöqtəsinə təzəcə çatmışdı ki, Klif kafedranın arxasındakı əlüzyuyana kərpic ataraq bu
hərəkətilə bütün rekordları qırdı.
…Martin Maks Qotlibin riyazi simvolların dərinliyi ilə onu bir o qədər də qorxutmayan elmi məqalələrini
oxuyurdu; bu mütaliədən sonra belə qərara gəlmişdi ki, təcrübələr həyatın və ölümün dərinliyinə,
bakterial infeksiyaların mahiyyətinə, üzvi proseslərin kimyəvi tərkibinə qədər aparıb çıxarmalıdır. Ona
görə də Robertşo başağrıdan
kiçik şablon təcrübələr, qarımış qız təcrübələri haqqında sərçə balası kimi
cikkildəyəndə, Martin öz yerində qərar tuta bilmirdi. Kollecdə oxuyanda elə bilirdi ki, aydın intonasiya ilə
oxunuş və latın əsərləri lüzumsuzdur; amma o, tibb dərslərini əsl möcüzə kimi gözləyirdi. İndi isə öz
ağılsızlığına heyifslənərək Robertşonun primitiv qanunlarına da, az qala, bütün anatomiyaya da
həqarətlə baxırdı.
Professor doktor Oliver O. Stautun özü yeriyən anatomiya, əsəb toxumasının zərif qatı,
sümük və qan
damarlarından qurulmuş cədvəl idi. Staut çox nəhəng və dəqiq biliyə sahib idi; yorucu və cansıxıcı səsi ilə
sol ayaqdakı çeçələ barmaq haqqında faktları söyləməyə başlayanda, insan yalnız təəccüblənirdi ki,
çeçələ barmaq haqqında bu qədər bilmək kimə gərəkdir.
"Həkimlərə – münasib əmək haqqı axtaran və tibb assosiasiyalarında mühazirə oxumağa can atmayan
adi həkimlərə anatomik terminləri yadda saxlamaq vacibdirmi" sualı qədər heç bir sual "Diqamma Pi"nin
şam yeməyində qızğın və səngiməyən mübahisəyə səbəb olmurdu. Amma bu məsələyə necə baxırlarsa
baxsınlar, tələbələrin hamısı onlara ciddi cəhdlə imtahanlardan sürüşüb çıxmaq və bazarda saatı beş
dollara qiymətləndirilən təhsilli adam olmaq imkanı verən adlar cədvəlini əzbərləyirdi. Naməlum
müdriklər bu cədvəli yadda saxlamanı asanlaşdırmaq üçün şeir də icad etmişdilər.
Axşamlar otuz
"quldur" "diqamma"çı uzun və çirkli stolun arxasında əyləşərək kokildə bişmiş suf balığını, paxlanı,
treskadan hazırlanmış frikadeli , banandan düzəldilmiş duzlu piroqu silib-süpürür, naşı tələbələr isə bu
şeir parçasını böyük yoldaşlarının ardınca təkrar edirdilər.
Beləcə, şeirdə birinci hərflərin səslənməsi nəticəsində on iki cüt kəllə-beyindaxili əsəb sisteminin latın
dilində adını yadda saxlayırdılar: olfaktorius, optikus, okulomotorius, troklearis və bütün yerdə qalanlar.
"Diqamma"çılar üçün bu, dünyada ən ali poeziya idi. Və bu mnemonik rübai uzun illər sonra – artıq
həkim olduqları və əsəb sisteminin adlarını çoxdan yaddan çıxardıqları
vaxtda belə, onların hafizəsində
qorunub saxlanırdı.
2
Doktor Stautun mühazirələrində adətən qarışıqlıq düşməzdi, amma tələbələr bu dərslərdə əylənməyi çox
xoşlayırdılar. Onların ən yumşaq zarafatı iki bakirə, talesiz qızın üzərində işlədiyi cəsədin içinə şax-şax
soxuşdurmaq idi. Hələ birinci kursda oxuduqları vaxt Klif Kloson və mədəaltı vəzlə bağlı hadisə isə əməlli-
başlı tufan qoparmışdı.
Hadisə belə olmuşdu. Klif "salamlaşma" məsələlərindəki ixtiraçılıq qabiliyyətinə görə həmin il qrup
nümayəndəsi seçilmişdi. Çünki yoldaşları ilə əsas tibb korpusunun soyunma otağında qarşılaşarkən
mütləq hay-küylə "Bu gün kor bağırsağınızın qurdabənzər çıxıntısı necə işləyir?" – deyə soruşardı. O, bu
cür salamlaşmalardan tez-tez istifadə edirdi. Klif tələbə yığıncaqlarını hamı ilə öcəşə-öcəşə, həm də
təntənə ilə aparırdı (kənd təsərrüfatı fakültəsinin tələbələrinin şimal səmtdəki tennis meydançasından
istifadə etməklə bağlı təklifinin rədd edildiyi iclasları), amma adi həyatda heç vaxt yumşaqlıq
göstərməzdi.
Əsl tufan da tibb şəhərciyini idarə etmək üçün himayəçilər şurası yaradılanda qopdu. Himayəçilər
özlüyündə universitetin ali hakimiyyətini təmsil edirdilər;
Şura bankirlərdən, fabrik sahiblərindən və
böyük kilsələrin keşişlərindən ibarət idi; hətta rektor belə onların qarşısında yaltaqlanırdı. Onların əsas
maraq obyekti tibb fakültəsinin seksiyasıydı. Çıxışçılar alkoqolun kasıblara təsiri ilə bağlı nəsihətlər verir,
bankirlər inad göstərib ölmək istəməyən insanların cari hesaba hörmətsizliyi haqqında danışırdılar!
Doktor Stautun, bir də kiminsə çətirini daşıyan katibin rəhbərlik etdiyi yoxlama vaxtı ən gonbul və ən