Sakit Oqayyanın meşələri və bataqlıqları arasından keçən furqonda, faytonçunun düz arxasında on dörd



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə11/151
tarix29.09.2017
ölçüsü4,8 Kb.
#2325
1   ...   7   8   9   10   11   12   13   14   ...   151


 
İmtahanlar vaxtı "Diqamma Pi"nin üzvləri özlərini əsl elm axtarıcısı kimi aparırdılar. "Diqamma"çılar 
nəsildən-nəsilə ötürülmüş imtahan işlərini toplayır və onları müqəddəs sayılan "Qiymət kitabçası"nın 
içində saxlayırdılar. Düha sahibləri isə  bu materialları diqqətlə tədqiq edir və ötən illər ərzində 
imtahanlarda tez-tez verilən sualları qırmızı qələmlə işarələyirdilər. Birinci kurs tələbələri Ayra Xinklini 
"Diqamma"nın qonaq otağının düz ortasına çəkir, dövrəyə alır, o isə daha çox ehtimal olunan sualları 
ucadan oxuyurdu. Tələbələr sualın cavabını Anqus Dyuer onu dərslikdən oxumamışdan əvvəl verməyə 
can atır,  bu vaxt gah saçlarını yolur, gah boğazlarını uzadır, gah buxaqlarını dartışdırır, gah barmaqlarını 
dişləyir, gah da əlləri ilə alınlarına döyəcləyirdilər. 
Bu hay-həşir azmış kimi, Gonbul Pfaffa görə də əziyyət çəkmək məcburiyyətində idilər.  
Gonbul ilin ortasında anatomiya imtahanından kəsilmişdi, yəni yalnız əlavə "zaçot" verdikdən sonra yaz 
imtahanına buraxıla bilərdi.  
"Diqamma"çılar Pfaffı özlərinə məxsus şəkildə çox istəyirdilər. Pfaff iradəsiz,  mövhumatçı, yelbeyin idi, 
amma yoldaşları ona qəribə bir şəfqət hissi duyurdular; insanın adətən çox işlənməkdən yaman günə 
düşmüş avtomobilə, ya da yolunu azmış itə belə yazığı gələ bilər. Hamı bir nəfər kimi onunla işləyir, onu 
ayağa qaldırmağa çalışır və iynə dəliyindən keçirirmiş kimi Pfaffı imtahandan  zorla keçirmək istəyirdi. 
Onlar əlləşir, deyinir, bu cür çətin işə girişdikləri üçün özlərindən çıxırdılar, Pfaff isə həm əldən düşərək 
tövşüyür, həm də onlarla birlikdə zarıyırdı. 
Zaçotdan əvvəlki gecə "diqammaçılar" düz iki saat  Pfaffı islaq dəsmalların, tünd qəhvənin, yalvarışın və 
söyüşün köməyi  ilə oyaq saxladılar. Acıqlı-acıqlı onu başa salır, yumruqlarını yumru, qırmızı və məyus 
sifətinə yaxınlaşdıraraq bar-bar bağırırdılar: 
–  Lənət şeytana, nəhayət, sən yadda saxlayacaqsan, ya yox? İkilaylı, yaxud mitral klapan,  daha və mitral 
yox! Başa düş, bunlar eyni şeydir!  
Yoldaşları yumruqlarını silkələyir, otaqda bağıra-bağıra ora-bura var-gəl edirdilər: "Doğrudanmı, o, heç 
vaxt heç nə yadda saxlamayacaq?" Sonra yenidən yalançı bir arxayınlıqla mızıldanmağa başlayırdılar:  
– Narahat olmaq lazım deyil, Pfaff. Gəl tələsmədən təkrar edək. Sən yalnız diqqətlə qulaq as, yaxşı?  Bir 
azca səy göstər, – sonra lap astadan pıçıldayırdılar, – heç olmasa, nəyisə yadda saxlamağa çalış! 
Uzun çək-çevirdən sonra onu nəvazişlə yatağa uzandırdılar. Pfaff təpədən dırnağa qədər o qədər 
məlumatla doldurulmuşdu ki, kiçik bir təkan nəticəsində içindəkilər ətrafla bir ola bilərdi.  
Pfaff saat yeddidə gözləri qızarmış, dodaqları titrəyə-titrəyə yuxudan ayılanda məlum oldu ki, beyninə 
yeridilənlərin heç biri orada deyil.  


– Neyləmək olar?! – "Diqamma Pi"nin sədri dedi, – riskə gedib ona "şparqalka" verməli olacağıq, bəlkə, 
bəxti gətirdi, ələ keçmədi. Belə olacağını bilirdim, ona görə də dünən hazırlıq görmüşəm. Qeyri-adi 
"şparqalka"dır. Əsas sualların cavabları yazılıb. Onunla bir təhər vəziyyətdən çıxa bilər.  
Hətta keçən gecə baş verən dəhşətə doyunca tamaşa edən müqəddəs Ayra Xinkli  də bu cinayətə göz 
yummağa razılıq verdi.  Yalnız Gonbulun özü etiraz etməyə başladı: 
– Yox, yox! Fırıldaq işlətməyəcəm. İnsan imtahan verə bilmirsə, onu həkimliyə yaxın buraxmaq olmaz. 
Mənim  atam belə deyirdi. 
Onun üçün yenə qəhvə hazırladılar; nə ilə nəticələnəcəyini bilmədən, eksperiment atmağa həmişə hazır 
olan  Klif Klosonun məsləhəti ilə Pfaffa bromlu kaliya həbi yedirtdilər.  "Diqamma Pi"nin sədri arxayınlıqla 
əlini Gonbulun çiyninə qoydu və gur-gur guruldadı: 
– "Şparqalka"nı sənin cibinə qoyacam, bax, döş cibinə, burun dəsmalının arxasına. 
– Mən ondan istifadə etməyəcəm. Kəsiləcəm, kəsilsəm də, fərqi yoxdur, – Gonbul ağlamsınaraq sızıldadı. 
– Lap yaxşı! Amma "şparqalka"nı atma. Bəlkə, sən ciyərlərin vasitəsilə olsa da, ondan məlumat götürə 
bildin, çünki, Allah görür ki… – sədr başını tutdu. Səsi yuxusuz gecələrin, işlətmə dərmanının və ümidsiz 
məğlubiyyətin bütün  faciəsini ifadə edirdi; sonra  daha bərk uğuldadı, – Allah görür ki, beynin vasitəsilə 
sən onları qavraya bilmirsən. 
Onlar Pfaffın paltarının tozunu çırpıb təmizlədilər, onu dikəltdilər və anatomiya korpusuna doğru 
itələyərək qapıdan çıxardılar. Özləri isə uzun müddət arxasınca baxdılar: uzaqdan o iki ayaq üstündə 
yeriyən hava şarına, ya da plis şalvar geyinmiş kolbasaya bənzəyirdi. 
– Doğrudanmı, "şparqalka"dan istifadə etməyəcək? – Klif Kloson lap mat qalmışdı. 
– Belə eləsə, indidən yuxarı qalxıb çamadanını hazırlamaq lazımdır. Daha heç vaxt bizim "Diqamma"da 
belə qapazaltı olmayacaq! – sədr kədərli səslə dedi.  
Birdən Pfaffın dayandığını, dəsmalını çıxarıb məyus-məyus burnunu sildiyini… və uzun nazik kağızı 
tapdığını gördülər. Onun üz-gözünü turşutduğunu, kağızı barmaqları arasında sıxdığını, oxumağa 
başladığını, təzədən geri, cibinə soxduğunu və inamlı, qəti addımlarla yoluna davam etdiyini  də 
həmçinin...  
"Diqamma"çılar əl-ələ verib, bir-birini səmimiyyətlə təbrik edərək yataqxananın qonaq otağında atılıb-
düşməyə başladılar: 
– İstifadə edəcək… Hər şey qaydasındadır… Verəcək, vallah, verəcək! Verəcək! 
Pfaff "zaçotu" verdi. 
 



 
Martinin ara verməyən şübhələri "Diqamma Pi"ni Klif Klosonun dalaşqanlığından, Anqus Dyuerin 
dikbaşlığından, hətta  müqəddəs Ayra Xinklinin sərtliyindən  də çox təngə gətirmişdi.  
İmtahanlara gərgin hazırlıq vaxtı Martin hamının zəhləsini tökmüşdü ki, "tələbələr tibbi terminologiyanı 
xəstələrə xeyir vermək üçün deyil, daha etibarlı görünmək üçün kraxmallanmış xalat kimi əyinlərinə 
geyinirlər". "Diqamma"çılar isə hamı bir nəfər kimi deyirdi: 
– Qulaq as, tibbi bu şəkildə öyrənməyimiz xoşuna gəlmirsə, böyük məmnuniyyətlə səni geri – Elk-Milzə 
göndərə bilərik; qorxmaya bilərsən, orada  bizim kimi savadsız qəpikgüdənlər səni narahat etməyəcək. 
Doğrudan da! Axı biz necə işləmək lazım gəldiyini sənə öyrətmirik. Xeyir ola, bizə nəsə öyrətmək fikrinə 
düşmüsən? Boşla, dostum! 
Anqus Dyuer istehza dolu təbəssümlə Martinə eyham vururdu: 
– Biz sadə sənətkar olduğumuzu qəbul edirik, sən isə dahi tədqiqatçısan. Amma elə şeylər var ki, onlara 
yalnız dəqiq elmlərin öhdəsindən gəldikdən sonra müraciət edə bilərsən! Məsələn,  memarlıqdan nə 
başa düşürsən? Bəs fransız felləri ilə aran necədir? Öz həyatın boyu neçə roman oxumusan? Avstro-
Macarıstanın baş nazir kimdir?  
– Mən heç bir elmə iddiaçı deyiləm, – Martin inadla özünü müdafiə edirdi, – amma Maks Qotlibə onun 
layiq olduğu qiyməti vermək istəyirəm. Xinkli, deyəcəksən ki, Qotlib Allaha inanmır. Bəli, amma gecəni 
səhərə kimi laboratoriyaya qapanıb qalır, məgər bu ibadət deyil? Doğrudanmı, siz eşşəklər dərk 
etmirsiniz ki, bu, bir insanın sizin gözünüz önündə yeni dünya yaratması deməkdir? Doğrudanmı?.. 
Klif Kloson fürsəti əldən verməyərək dedi: 
– Laboratoriyada ibadət! Gör bir haradan yapışıb?! Bakterioloji təcrübə vaxtı mənim dua etdiyimi görsə, 
Qotlib ata şalvarımı çıxarar..  
– Əşşi, buna qulaq asmayın, lənətə gələsən!  – Martin çığırdı, –deyirəm ki, tibb sizin üçün diaqnozu 
bəxtəbəxt qoymaq sənətidir, halbuki lap yaxınlığınızda bir insan… 
Beləcə, tər tökənə qədər didişir, bir neçə saat ara vermədən mübahisə edirdilər.  
Başqaları yatmağa hazırlaşanda, otaq çirkli paltar qalağı və dəmir yataqlarda uyumuş yorğun cavanların 
xorultusu ilə dolanda, Martin uzun, rəngsiz, kələ-kötür  stolun arxasında əyləşərək əzab çəkirdi.  
Belə axşamların birində Anqus Dyuer  üsulluca içəri girdi: 
– Bilirsən, qoçaq, sənin düşməncəsinə hücumların hamımızı təngə gətirib. Bizim öyrəndiyimiz şəkildə 
tibbin cəfəngiyat olduğunu düşünürsənsə və  belə vicdanlısansa, nə üçün universitetdən çıxıb getmirsən? 
O, bu sözləri söyləyərək Martini əzabverici şübhələr içinə atdı: "Anqus haqlıdır. Mən səsimi kəsməli və 
çıxıb getməliyəm.  Yəni dediyim sözlərə bu qədər əminəm? Mən nə istəyirəm? Mən necə rəftar 
etməliyəm?" 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə