Sakit Oqayyanın meşələri və bataqlıqları arasından keçən furqonda, faytonçunun düz arxasında on dörd



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə12/151
tarix29.09.2017
ölçüsü4,8 Kb.
#2325
1   ...   8   9   10   11   12   13   14   15   ...   151

 

 
Çalışqan və nəzakətli Anqus Dyueri Klifin ədəbsiz mahnıları, qışqırığı, əlinə düşəni yoldaşlarının şorbasına 
atması və əlini yumaq bacarıqsızlığı  özündən çıxarırdı. İmtahanların qızğın vaxtı Dyuer möhkəm 
görünməsinə baxmayaraq, heç də Martindən az əsəbiləşmirdi; və axşamların birində, yemək zamanı Klif 
yenidən hoqqabazlıq edəndə, Dyuer onu dümsüklədi: 
– Lütfən, bəlkə, səsinizi kəsəsiniz?   
– Lənətə gələsən, nə qədər istəyirəmsə, o qədər də hay-küy salacağam, – Klif  özündən çıxdı və… 
müharibə başladı. 
Klif bu gecədən etibarən elə dalaşqan oldu ki, hətta adama elə gəlirdi o özü də saldığı hay-həşirdən 
yorulur. O, qonaq otağı və vanna otağında səs salır,  özünü xoruldayırmış kimi göstərərək, uzun müddət  
yorulmaq bilmirdi. Dyuer sakitliyini qoruyur və kitabdan başını qaldırmırdı, amma bu, qorxduğu və 
çəkindiyi üçün deyildi: o, Klifi rəis baxışları ilə süzür, Klif isə bu baxışların altında özünü itirirdi. Amma 
təkliyə düşən kimi Martinə şikayətlənirdi: 
– Onu görüm lənətə gəlsin, mənə elə baxır, elə bil, soxulcana baxır. Ya o, ya da mən – ikimizdən birimiz 
"Diqamma"dan getməliyik… Mütləq getməliyik… Amma mən getməyəcəyəm. 
Sonra Klif yenə özündən çıxır və heç vaxt  olmadığı kimi səs-küy salırdı; Bununla belə, "Diqamma"dan 
onun özü getməli oldu. Klif hamını inandırmağa çalışırdı ki, "Diqamma" avaralar bandasıdır: "onlarla 
hətta layiqincə poker də oynamaq mümkün deyil"; əslində isə, o, Anqus Dyuerin amansız  baxışlarından 
qaçdı. Payızda  otaq tutacaqları haqda razılığa gələrək Martin də Kliflə birlikdə "Diqamma"dan çıxdı.  
Düzdür, Klifin hay-küyü Martini Dyuerdən az bezdirməmişdi. Klif susmağı bacarmırdı; o, ikimənalı 
lətifələr danışmadığı zamanlarda mütləq başqa şeylər soruşurdu: "Bu çəkməyə nə qədər pul vermisən, 
bəlkə, sən Vanderbildsən?" Yaxud: "Mən görmüşəm, sən o mamzellə kef eləmisən, Madelina Foksu 
deyirəm, niyə özünü boyunduruğun altına soxursan?" Amma Martin özünü "Diqamma Pi"dən olan 
tərbiyəli, çalışqan, mehriban  insanlar arasında yabançı hiss edirdi; çünki o adamların simasına yalnız bu 
sözlər yazılmışdı: "reseptlər, kraxmallanmış  ağ  xalat, üstü örtülü dəbli avtomobil və küçə qapısından 
asılan qızılyazılı lövhə"... O, barbar tənhalığını daha üstün tuturdu; Həm də gələn ildən Maks Qotlibin 
yanında işləməyə başlayacaqdı, yəni hər cür əngəldən uzaq qaçmaq lazım idi. 
Martin bütün yayı telefon quraşdıran montyorların briqadası ilə birlikdə Montanda keçirdi.   
O, montyor işləyirdi, ayaqqabısındakı polad qarmağın iti ucunu şam ağacının yumşaq və gümüşü 
oduncağuna sancaraq  dirəklərə dırmaşır, məftili  yuxarı dartır, ona izolyator  dolayır,  aşağı düşür, sonra 
yenidən növbəti dirəyə dırmaşırdı. 


Gün ərzində beş mil yol gedir, taxtadan salınmış şəhərciklərdəki kasıb evlərdə gecələyirdilər. Özləri də 
yürüşə çıxmış adamlar kimi ayaqqabılarını soyunur, çula bürünüb yatırdılar. Martin fəhlə kombinezonu 
və flanel köynək geyinirdi. Görkəmi əsl fəhlə görkəmi idi. Bununla belə, səhərdən axşama kimi dirəklərə 
dırmaşaraq ürək dolu nəfəs ala bilirdi; artıq gözlərində narahatlıq yox idi… Bir dəfə isə qəribə bir hadisə 
baş verdi. 
O, dirəyin başında oturmuşdu və elə bil, birdən-birə gözləri açıldı; vacib bir şeyi başa düşdü: sanki, elə 
indicə yuxudan ayılıbmış kimi gördü ki, preriya, əslində, çox genişdir, günəş isə saçaqlı otlağı və yetişmiş 
buğdanı, qoca, itaətkar, irigövdəli xeyirxah atları, bir də onun  qırmızısifət şən yoldaşlarını hərarətlə 
isidir. Gördü ki, çəmən torağayları şadyanalıq edir, qara qaratoyuqlar isə gölməçələrin kənarında özlərinə 
bəzək-düzək verirlər; başa düşdü ki, hər şeyə həyat verən günəşin altında bütün dünya canlı varlıq kimi 
nəfəs alır. Qoy Anqus Dyuerlər və Ervinq Uoterslər xəsis qəpikgüdən olsunlar. Bundan nə çıxacaq?  
"Mən buradayam!" – Martin ağız dolusu qışqırdı. 
Montyor yoldaşları qərb küləyi kimi sağlam və sadə idilər. Kimsəyə sataşmır,  özlərini dartmırdılar, 
halbuki, elektriklə işləyirdilər. Onlar heç tibb fakültəsinin tələbələri kimi saysız-hesabsız terminlər də 
əzbərləmir, öz savadları ilə fermerlərin qabağında lovğalanmırdılar. Əksinə, gülür, sevinirdilər, Martin  isə 
onlarla olanda çox istedadlı olduğunu unutduğu üçün özünü xoşbəxt hiss edirdi. O, bu uşaqları Maks 
Qotlibdən başqa kimsəni istəmədiyi kimi sevirdi. 
Martin çiyin çuvalında özü ilə ancaq bir kitab gəzdirirdi – Qotlibin "İmmunologiya"sını.  O, kimyəvi 
formulların arasında itib-batmadan hər dəfə yarım səhifənin öhdəsindən ancaq gələ bilirdi. Bəzən bazar 
günlərində və yağış yağanda  kitabı oxumağa çalışır, laboratoriya haqqında xəyal qururdu, bəzən isə 
Madelina Foksu düşünür və belə qənaətə gəlirdi ki, onun üçün əməlli-başlı darıxıb. Amma qayğısız iş 
həftələri hiss edilmədən bir-birini əvəz edirdi. Tövlədəki samanın kəskin qoxusu, atın və çəmənin ətri, 
tirdən düzəlmiş bu şəhərin düz göbəyinə qədər gəlib çıxan torağayların səsi ilə yuxudan ayılan Martin 
onu gözləyən iş və qərbə, günəşin batdığı yerə doğru qət etməli olduğu yol haqqında fikirləşirdi. 
Beləcə, onlar buğdalı Montanla, başdan-ayağa gözqamaşdıran buğda zəmilərindən ibarət böyük 
knyazlıqlarla, geniş otlaqlar və  boğazotu çölləri ilə xeyli yol gedirdilər; oturduğu yerdəncə inadla 
tərpənmək istəməyən  buludlara heyran-heyran tamaşa edən Martin birdən-birə baxdığının bulud yox, 
dağ olduğunu anlayırdı.  
Sonra gecələdikləri evin qapısı ağzında əyləşir, briqadanı yaddan çıxarırdı. Belə anlarda Martin ancaq 
Madelina Foks, Klif Kloson, Anqus Dyuer və Maks Qotlib haqqında düşünürdü. 
 
IV FƏSİL 
 



 
Maks Qotlib qarayaranın basili ilə hind donuzunu öldürməyə hazırlaşırdı, ona görə də bakteriologiya üzrə 
laboratoriya məşğələsində iştirak edən tələbələr bərk həyəcan keçirirdilər.  
Bu vaxta qədər onlar bakteriyaların mifologiyasını öyrənmişdilər. Platin ilgəklə  işləməyi,  kartofun kəsik 
yerində bacilli prodigiosinin zərərsiz qırmızı kulturalarını  yetişdirməyi bildikləri üçün lovğalanırdılar;  
amma indi patogen  mikrobları və heyvanın çox tez inkişaf edən xəstəliklərə yoluxmasının səbəbini 
araşdıracaqdılar. Balaca muncuq gözlərini ora-bura oynadaraq böyük şüşə bankada çabalayan bu iki hind 
donuzu isə iki gündən sonra tərpənməz və ölü olacaqdı. 
Martin təhlükə hissinə bənzər həyəcan keçirirdi. O, öz-özünə gülür, qaniçən mikrobların sentrifuqalardan 
, stolların üstündən, havanın özündən üstlərinə bulaşa biləcəyini düşünən səriştəsiz  tələbələrin özlərini 
axmaqcasına aparmasına professional nifrət hissi ilə göz qoyurdu. Amma bir an belə yaddan çıxarmırdı 
ki, təcrübəçinin stolu üstündəki alətlər küveti  və süleymani  şüşəsi arasına qoyulmuş ağzı pambıqlı sınaq 
şüşəsində milyonlarla məhvedici qarayara mikrobu var.  
Tələbələr  hörmətlə müşahidə edir, amma yaxına gəlmirdilər. Mükəmməl hissiyyatıyla assistentin əlinin 
hər hərəkətini duyan doktor Qotlib onun  saxladığı hind donuzunun qarın hissəsindən cəld bir parça tük 
qopartdı. Kiçik kistin yüngül hərəkəti ilə heyvanın qarın nahiyəsini sabunladı, qırxdı və yod çəkdi. 
(Maks Qotlib bunu edə-edə Kox və Pasterin yanından Ştatlara yeni qayıtdığı, nəhəng  pivə parçlarından 
və şiddətli mübahisələrdən yenicə ayrıldığı vaxtı, tələbələrin onu necə diqqətlə dinlədiyini xatırlayırdı. 
Qəribə günlər idi! Die goldene zeit . Amerikada, Kvin-Siti kollecində ilk dinləyiciləri bakteriologiyanın 
sensassiyaya səbəb olan kəşflərinə pərəstiş edir, ehtiramla onun ətrafına toplaşırdılar. Onlar elm 
həvəskarı idilər. İndi isə dinləyicilər, elə bil, sürü idi. O, tələbələri gözdən keçirdi: Gonbul Pfaff birinci 
sırada durmuşdu, qapı dəstəyi kimi ifadəsiz sifəti vardı. Tələbə qızlar həyəcanlıydılar, qorxmuşdular. 
Yalnız Martin Erousmit və Anqus Dyuer, elə bil, nəsə başa düşürdülər. Xəyal Qotlibə Münhendə yaşadığı 
mavi rəngli sübh çağını xatırlatdı: körpü, körpü üstündə gözləyən qız və… musiqi səsi…). 
Əllərini suleymani  məhluluna saldı və barmaqlarını pianoçunun klavişlər üzərində silkələdiyi kimi 
silkələdi. Küvetdən  şpris üçün iynə götürdü və sınaq şüşəsini yuxarı qaldırdı.  Səsi alman dilinin saitləri ilə 
dolu idi və ağır-ağır axırdı:  
– Cənablar, bu, birgünlük Bacilli anthracis kulturasıdır.  Yadda saxlayın ki, –əminəm, siz buna artıq fikir 
vermisiniz –  sınaq borusunun sınmaması üçün dibinə pambıq qoyulub; Bacilli anthracis-lə dolu sınaq 
borusunu sındırmağı və əlinizi kulturaya bulaşdırmağı qəti məsləhət görmürəm. Çünki bunu etsəniz, 
qarayaraya tutula bilərsiniz. 
Ona qulaq asanlar diksindilər.  
Qotlib pambıq tıxacı çeçələ barmağı ilə elə zərifliklə çıxardı ki, "bakteorologiya lazımsız  zir-zibildi, 
laboratoriyada ancaq sidik və qan analizini öyrənə bilərik, vəssalam", – şikayətlənməyi sevən tələbələr 
belə, təəccübləndilər. Yalnız kartda fokus göstərən, ya da appendiksi yeddi dəqiqəyə kəsən insan onlarda 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə