Sakit Oqayyanın meşələri və bataqlıqları arasından keçən furqonda, faytonçunun düz arxasında on dörd



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə149/151
tarix29.09.2017
ölçüsü4,8 Kb.
#2325
1   ...   143   144   145   146   147   148   149   150   151

– Bağışla, əzizim… Bir dəqiqə…. Plinder, bu xeresin  hamısıdır, yoxsa yenə də var? 
Yenidən Martinə tərəf çevriləndə, gözləri nəvazişlə baxır, amma artıq Martinin həyəcanından əsər-
əlamət qalmırdı. 
Ərinin laboratoriyasına gəlir, kolbaları və cihazları göstərməsini xahiş edir, tələb edirdi ki, hər şeyi izah 
etsinlər, amma heç vaxt səssizcə müşahidə edərək saatlarla onun yanında əyləşmirdi. 
Martin laboratoriya bataqlığında çabalayaraq gözlənilmədən əsaslı bir fakta rast gəldi. Növbəti səhv ona 
faqın bakterial növlərinin mutasiyası  hərəkətini müşahidə etmək imkanı verdi – çox incə və gbzəl proses 
idi. Uzun aylar əziyyət çəkərək ağıllı-kamallı meşşan, yaxşı ər və vecsiz işçi olduqdan sonra Martin 
yenidən gərgin işin xoşbəxtliyini hiss etdi. 
Sübhə qədər işləmək, gecədən-gecəyə qədər çalışmaq istəyirdi. İlhamsız axtarışlar vaxtı heç nə onu 
institutda saat beşdən sonra tutub saxlaya bilməzdi və Coys onun evə can atmasına adət etmişdi. İndi isə 
Martin dəvətlərə laqeydlik göstərir, "elm haqqında hər şeyi izah etməyi" xahiş edən gözəl xanımları 
acılayır, hətta arvadını və uşağını unutmaq kimi yersiz bir xasiyyət nümayiş etdirirdi. 
– Mən axşamlar işləməliyəm, – o deyirdi, – böyük bir təcrübəyə başlamışam. Mən işə asan və formal 
yanaşa bilmərəm, bir özün xatırla,  sən də hamilə olduğun vaxt yüngül, sakit və nəzakətli deyildin. 
– Bilirəm, amma… Əzizim, sən işlədiyin zaman həddindən artıq əsəbi olursan. Aman Allah, məni narahat 
edən o deyil ki, sən dəvətlərə əhəmiyyət vermir və bununla insanların xətrinə dəyirsən. Yox, amma sənin 
belə olmamağına üstünlük verərdim: fərz edək ki, bu qaçılmazdır. Lakin de görüm, özünü belə əldən 
salanda nə qazanırsan? Mən sənin sağlamlığın haqqında düşünürəm. Evrika! Dayan bir! Görəcəksən, 
mən necə yaxşı aliməm! Yox, hələ ki ağlıma gələni izah etməyəcəyəm! Özün görəcəksən! 
Coys varlı və enerjili idi.  
Bir həftə sonra, qamətli, gözəl geyimli, şən, alışıb-yanan yanaqları olan arvadı nahardan sonra Martinə 
dedi:   
– Mənim sürprizim var! 
O, Martini həyətdəki qarajın üstündəki boş otağa apardı. Bir həftə ərzində Coysun tələbi ilə ən yaxşı 
laboratoriya təchizatı firmalarından olan iyirmiyə yaxın fəhlə Martin üçün bakteriologiya laboratoriyası 
yaratmışdı. Bu, gördüyü laboratoriyalar arasında ən yaxşısı idi: ağ kafel döşəmə, şirələnmiş kərpic 
divarlar, termostat və buzxana, şüşə qab-qacaq, boyalar, mikroskop, daimi temperaturu olan gözəl su 
vannası, Lister və Rokfeller institutlarında təcrübə keçmiş preparatçı... Laboratoriyanın arxasında 
preparatçının yataq otağı da var idi və o, doktor Erousmitə gecə-gündüz xidmət etmək üçün hazır 
olduğunu söylədi. 
– Bax, belə, – Coys dedi, – indi axşamlar işləmək lazım gələrsə, Liberti-Stritlə sürünməli olmayacaqsan. 
Sən öz kulturalarını burada hazırlaya bilərsən. Sənə nahar zamanı darıxdırıcı olarsa, çox yaxşı! Bir azca 
oturarsan,  sonra yavaşca sürüşüb aradan çıxarsan,  bura gəlib nə qədər istəyirsənsə, işləyərsən. 


Burada…  Əzizim, burada hər şey yaxşıdır? Mən düzgün qurmuşam? Mən o qədər zəhmət çəkmişəm ki… 
Bu işə görə ən yaxşı adamları tapmışam… 
Martin dodaqlarını onun dodaqlarına yapışdıraraq kədərlə düşünürdü: "Mənim üçün bu qədər çox iş 
görmək?! Həm də belə sürətlə!.. Lənət şeytana, mən daha heç vaxt öz laboratoriyama gedə 
bilməyəcəyəm". 
Coys ondan hansısa bir nöqsan tapmağı elə gülə-gülə xahiş edirdi ki… Martin arvadına yeni bir 
məmnunluq bağışlamaq üçün "Sentrifuqa, deyəsən, o qədər də uyğun deyil" – söylədi. 
– Gözlə, əzizim, – o sevindi. 
Üçüncü gün birlikdə operadan qayıdanda, Coys Martini laboratoriyanın altındakı qaraja apardı. Küncdə, 
sement döşəmənin üstündə sökülmüş vəziyyətdə, amma kifayət qədər yaxşı sentrifuqa qoyulmuşdu. 
Bundan yaxşısı ola bilməzdi. Bu məşhur "Berkli-Sonders" firmasının şedevri idi. Bu firma həmin Qledisin 
idi ki, əxlaqsız rəftarına görə institutdan qovulmasını bir zamanlar Martin və Terri əla bir içki məclisi ilə 
qeyd etmişdilər. 
Bu dəfə minnətdarlıq hiss etmək Martinə daha çətin oldu, amma o, bacardığı kimi səy göstərdi. 
 

 
Coysun ətrafındakı insanların hər iki sektorunda (iqtisadçılar və ədəbiyyatçılar, bir də rolls-roys 
həvəskarları) belə bir xəbər yayılmışdı ki, guya, yoxsullaşmış dünyada yeni bir əyləncə peyda olub: 
Martinin laboratoriyasına getmək və onu iş başında müşahidə etmək. Ədəblə və hörmət hissi ilə susmaq 
lazım gəlirdi, əgər Coys bu sözləri pıçıldamasaydı:  "Məgər o, gözəl deyil?!" O, necə də mehribanlıqla 
balaca bakteriyaya "Sabahın xeyir" deməyi öyrədir"; ya da Latam Ayrlend alimlərin yumor hissindən 
məhrum olduqlarını söyləyib, öz məzəmməti ilə onları heyran etməsəydi və ya Semmi de Lembr cazı 
təqlid edərək bağırmasaydı: 
"Cənab mikro-mikro-bus, sevinməyin, dostum! Biz bığınızdan yapışaraq sizi oradan çıxaracağıq – bizə 
yalnız zaman verin! 
Mötəbər doktor Erousmit pəncərədən baxır, mikrobus isə kamerada vals-boston sədaları altında 
kədərlənir". 
O, Coysun Corciyadan gəlmiş əmisi oğlu isə gülüb-oynamağa başlayırdı: 
– Mart öz stəkanları üzərinə elə bir ağıllı görkəmlə əyilib ki! Amma mən onu həmişə cin atına mindirə 
bilərəm, yetər ki, kilsəyə tez-tez getməsi ilə bağlı məsləhət verməyə başlayım... 
Bu zaman Martin diqqətini cəmləməyə çalışırdı… 


Onun laboratoriyasına basqınlar həftədə bir dəfədən çox olmayaraq baş verirdi. İradəli adamı işdən 
ayırmaq üçün bu, elə də çox deyildi; amma Martini daimi bir hücum vəziyyətində saxlamaq üçün bu 
basqınlar kifayət edirdi. 
O, sakitcə Coysa nəsə izah etməyə çalışdıqda, arvadı nəvazişlə deyirdi: 
– Biz bu gün sənə mane olduq? Amma onlar sənə elə məftundurlar ki? 
– Nə olar… – cavab verir və yatmağa yollanırdı. 
 

 
Patentlər üzrə məşhur mütəxəssis, vəkil R.A.Xopbern Erousmitin Lenion sarayından qayıdarkən deyinə-
deyinə arvadına dedi: 
– Ev sahibi məni axmaq yerinə qoyaraq başıma bir butılka çırparsa, buna dözərəm. Amma hər 
məzəmmətimi təbəssümlə dinləməsi insanı özündən çıxarır. Halbuki laboratoriyada çox axmaq görünüşü 
var idi. De görüm, Coys hansı ağılla ona ərə gedib! 
– Ağlıma belə sığışdıra bilmirəm! 
– Mən yalnız bir səbəbi ağlıma gətirirəm. Əlbəttə, bəlkə də, o… 
– Xahiş edirəm, söyüşsüz… 
– Hə, nə olursa olsun… Axı o, nə qədər istəyir, ədəbli, xoşagələn, ziyalı adam tapa bilərdi… Bəli, məhz 
həyalı, çünki onun Erousmiti, bəlkə də, mikroblarla bağlı hər şeyi bilir, amma simfoniyanı semafordan  
ayıra bilmir… Mən, əlbəttə, deyingən deyiləm, amma başa düşmürəm, sənin hər sözünə etiraz etməkdən 
ləzzət alan bir adamın evinə getmək nəyə lazımdır…. Zavallı, ona, doğrudan da, yazığım gəlir. Yəqin ki, 
kobudluq etdiyini heç başa düşmür də. 
– Çox ehtimal ki, başa düşür. Rocer haqqında xatırlamaq isə adama ağır gəlir… Elə şən və güclü idi ki… Əsl 
kişi… Yoxsa bu… Haradan gəldiyi məlum olmayan  vəhşi, həm də kəndçi… peyda olur və Rocerin 
kreslosunda yayılaraq oturur, heç minnətdarlıq da etmir… Coys onda nə tapıb axı?! Amma fikir vermisən, 
elə gözəl gözləri və elə güclü əlləri var ki…  
 

 
Coysun daima məşğul olmağı Martinin əsəblərinə toxunurdu. Onun başının nəyə qarışdığını söyləyə 
bilməzdi, arvadının çox yaxşı təsərrüfat müdirəsi, boy-buxunlu eşikağası, uşaq üçün iki dayəsi vardı. 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   143   144   145   146   147   148   149   150   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə