Sakit Oqayyanın meşələri və bataqlıqları arasından keçən furqonda, faytonçunun düz arxasında on dörd



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə144/151
tarix29.09.2017
ölçüsü4,8 Kb.
#2325
1   ...   140   141   142   143   144   145   146   147   ...   151

Sonra faq haqqında bir neçə tutarlı söz əlavə etdi. Faqın mahiyyəti haqqında sual verdi və  dedi ki, bu iş 
akademik maraq kəsb edir. 
Amma Martin indi elmin dialektikasına Holaberddən daha çox həvəs göstərirdi. Nəhayət, Holaberd 
təslim oldu və yeni incitmələr ixtira etmək üçün öz kabinetinə yollandı (Martin isə pərt hala düşmüşdü). 
Hər halda, Martini bir müddətə rahat buraxdılar – o yenə də öz işi ilə məşğul ola bilərdi. 
Martin ölü bakteriyalar üzərində oksigenin və karbon qazının hissələrə bölünməsindən istifadə edərək 
faqı təkrar istehsal etməyin yolunu tapdı. Vasitə kameyanın oyması kimi zərif və ulduzların tərəzidə 
çəkilməsi qədər də ağlasığmaz idi. Onun məqaləsi laboratoriya tədqiqatları dünyasında əməlli-başlı 
gurultu qopardı, müəyyən yerlərdə (Tokioda, Amsterdamda və Uinnemakda) entuziastlar əmin oldular 
ki, Erousmit faqın canlı orqanizmlərə aid olduğunu sübut edib. Digər entuziastlar isə riyazi formullu 
şaman dilində iddia edirdilər ki, o yalançı və dörd kərə də artıq axmaqdır.  
Belə bir zamanda, daha doğrusu, Dahi Adam ola biləcəyi bir vaxtda, Martin Terri Uiketin dalınca getmək 
naminə öz işindən və Coysun əri kimi bir sıra vəzifələrindən əl çəkdi. Bu yol sağlam düşüncənin tamamilə 
itirildiyini göstərirdi, çünki Terri indiyədək sıravi elmi əməkdaş kimi məqsədsiz həyat keçirmiş adam idi. 
Amma  o – Martin, şöbə müdirliyinə qədər qalxmışdı. 
Terri bu arada müəyyən etmişdi ki, heyvanların bədənlərinə yeridilən bəzi törəmə kinələr bakteriyalar 
üçün həddindən artıq zəhərli və heyvanın orqanizmi üçün isə orta həddə zəhərli olan maddələrə 
parçalanırlar. Bu fakt terapiya qarşısında yeni üfüqlər açırdı. Terri bunu Martinə izah elədi və birlikdə 
işləməyi təklif etdi. Böyük ideyalarla aşıb-daşan Terri və Martin Holaberddən məzuniyyət götürdülər – 
Coysdan da… Baxmayaraq ki, qış idi, onlar Vermont dağlarına, "Sığırçın yuvasına" yollandılar. Terri ilə 
birlikdə  xizəkdə gəzir, dovşan vurur və uzun qaranlıq gecələrdə buxarı qarşısında ağzı üstə uzanaraq 
təmtəraqla danışır, planlar cızırdılar. 
Martin ipək örtük üzərində elə də uzun müddət qalmadı. O şimal-şərq küləyindən, tavada fışıldayan 
donuz ətindən və qar yığınından sonra ləzzət almaq bacarığını itirməmişdi. Hər halda, Coys  üçün yeni 
komplimentlər quraşdırmaq məcburiyyətindən də dincəlmək pis olmazdı.  
Bizə, – onlar deyirdilər, – maraqlı bir suala cavab vermək lazımdır: törəmə kinələr bakteriyalara 
bilavasitəmi təsir göstərir, yoxsa orqanizmin şirəsində dəyişikliyə səbəb olurlar? Bu sadə, aydın, dəqiq 
sual idi, ancaq ona cavab verilməsi üçün kimya və biologiya üzrə dərin bilik, bir neçə yüz eksperimentə 
yararlı heyvan, on, iyirmi, yaxud milyon il təcrübə və iflasa uğramalar lazım idi. 
Onlar insan pnevmaniyasına daha yaxın pnevmaniya yaradan heyvanların, daha doğrusu, meymunların 
pnevmokokkları  ilə işləmək qərarına gəldilər. Meymunları öldürmək isə bahalı və xoşagəlməz idi. 
Direktor Holaberd meymun gətirdə bilərdi, amma bir şey də vardı ki, onu öz planlarına cəlb etsələr, 
direktor təxirəsalınmaz nəticələr tələb edəcəkdi. 
Terri xəyala getdi: 
– Yadındadır, Nobel mükafatı alan bir alim – təmiz suyun fanatı – pulu özünə xərcləmək əvəzinə 
bütünlüklə şimpanzelər və digər meymunlara sərf etdi. Bir saqqallı əmi ilə birlikdə anti-vivseksianistləri 


tərgitməyin yollarını axtarmağa başladı və heyvanların ən ibtidai tipi ilə sifilisin ötürülməsi məsələsini 
həll etdi. Amma kədər hissi ilə deməliyəm ki, bizim Nobel mükafatımız yoxdur və bu, ona bənzəyir ki… 
– Terri, lazım gələrsə, mən buna gedərəm! İndiyə kimi heç vaxt Coysdan pul götürməmişəm, amma 
Müqəddəs Holaberd bizi sıxma-boğmaya salarsa, buna gedərəm! 
 

 
Onlar cəsarətlə Holaberdin kabinetinə getdilər və uşaq hikkəsi ilə tələb etdilər ki, direktor meymunların 
alınmasına on min dollara yaxın pul xərcləsin. Sonra dedilər ki, təcili olaraq tədqiqata başlamaq istəyirlər, 
ola bilsin, bu tədqiqat iki il gözəgörünən nəticə verməsin, hətta ümumiyyətlə, heç bir nəticə verməsin. 
Daha bir tələb Uiketin Martinin şöbəsinə həmmüdir keçirilməsi ilə bağlı idi. Onların indiki maaşlarının 
məbləğini öz aralarında bərabər bölməli idilər... 
Sonra döyüşə hazır vəziyyət alaraq səslərini kəsdilər. 
Xolaberd gözlərini onlara dikdi, bığlarını sığalladı, canyandıran direktor tonunu bir kənara atdı və sözə 
başladı: 
– İcazə verin… bir dəqiqə gözləyin. Belə başa düşürəm ki, siz mənə təcrübələrin keçirilməsi üçün 
müəyyən zaman sərf etmək lazım gəldiyini izah etməyə çalışırsınız. Bir zamanlar mən də Mak-Qerk 
İnstitutu adlandırılan elmi idarədə tədqiqat işi ilə məşğul olmuşam. Özümün də bu məsələlərdən az-çox 
başım çıxır. Qulaq asın, Terri və siz, Martin, lənətə gələsiniz, belə xudbinlik olmaz axı! Bizim alimlərin 
arasında maneəsiz işləmək istəyən təkcə siz deyilsiniz! Əgər, əzizlərim, bilsəydiniz ki, kağızların 
imzalanmasından necə can qurtarmaq istəyirəm, barmaqlarım kimoqrafın  barabanına tərəf necə 
dartınır! Ohh, həqiqət axtarışına sərf olunan gözəl və uzun saatlar!... Bilsəydiniz ki, sizin üçün hərəkət 
azadlığı əldə etməyə çalışaraq qəyyumlarla necə döyüşürəm! Belə... Meymunlarınızı alacaqsınız. Bunu 
istəyirsinizsə, birləşmiş şöbə də yaradın. İşi də necə bilirsinizsə, eləcə də aparın. Düşünmürəm ki, bütün 
elmi aləmdə sizin qədər bel bağlanası iki cavan adam tapmaq mümkün olsun… Mənim qaşqabaqlı 
yapalaqlarım. 
Ürəyiaçıq, gözəl, səmimi Holaberd ayağa qalxdı və əlini uzatdı. Onlar axmaq görünüşlə bu əli sıxdılar və 
otaqdan çıxdılar. Terri deyindi: 
– O, mənim bütün günümü korladı! Daha divara dırmaşmaq üçün səbəbim yoxdur! Cılız, burada fırıldaq 
var. Amma nədədir? Başımla cavabdehəm ki, hər yerdə və hər zaman olduğu kimi, burada da fırıldaq var. 
Həmin il çox xoşbəxt iş ili kimi keçdi və alimlərin şübhələndiyi fırıldaq ortaya çıxmadı. Onların 
meymunları, laboratoriyaları vardı… qarsonları və tam azadlıqları da həmçinin. İndiyə kimi görmədikləri 
yeni, həyəcanlandırıcı və əsəbi işə başlamışdılar. Meymunlar çox ağılsız heyvanlardılar, heç bir aşkar 
səbəb olmadan vərəmə yoluxmağı sevirdilər. Əsarətdə, yəni qəfəsdə oturduqları zaman, onların arasında 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   140   141   142   143   144   145   146   147   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə