Sakit Oqayyanın meşələri və bataqlıqları arasından keçən furqonda, faytonçunun düz arxasında on dörd



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə140/151
tarix29.09.2017
ölçüsü4,8 Kb.
#2325
1   ...   136   137   138   139   140   141   142   143   ...   151

Qotlibin yoxluğu, deyəsən, Martinin xeyrinə idi, belə ki, çətin məsələlərin həlli üçün müəlliminə müraciət 
etmirdi. O, diffuziya   probleminin həllinə girişərək öz mexanizmini qurdu və anadangəlmə istedadına, 
yoxsa aramsız çalışqınlığına görəmi, elə bir uğurla buna nail oldu ki, Terrinin demək olar, ən böyük tərifini 
qazandı: "Bilirsən, Mart, bu elə də pis deyil!" 
Əminliklə – Maks Qotlib, elə bil, məhz bu cür əminliklə dünyaya gəlmişdi – asta-asta, hər addımda 
büdrəyərək, amma hər halda, nəticəyə gəlib çıxırdı.  
…Xolaberd Martinin çox işdən yapışmasına Tabzdan heç də az təəccüblənmirdi. O özünü, doğrudan da, 
nə hesab edir – bakterioloq, yoxsa biofizik? Amma Holaberdi bir məsələ sakitləşdirirdi. Elmi aləmdə 
Martinin ilk böyük məqaləsi – iks-şüaların, qamma-şüaların və beta-şüaların dizenteriya əleyhinə faqa 
təsiri ilə bağlı məqaləsi və bu məqalə haqqında söylənilən rəylər uğurlu idi. Məqaləni təkcə Nyu-Yorkda 
deyil, həm də Parisdə, Brüsseldə, Kembricdə tərifləyirdilər, professor Berkli Vursun söylədiyi kimi, 
"analizin dərinliyini, düşüncənin aydınlığını və – elmi qeydlərdə yerinə düşməsə də,  entuziazma görə bizi 
bağışlasınlar – gözəl, ifadəetmə üslubunun verdiyi əsl zövqə görə" tərifləyirdilər. Sübut kimi o əlavə 
edilirdi ki, məqalənin ilk abzasını nümunə gətirmək kifayətdir: 
 
Elə əvvəl də dərc etdirdiyim məqalədə mən radium şüalanmasının anti-Şiq bakteriofaqına açıq-aydın 
görünən yüksək keyfiyyətli dağıdıcı təsiri haqda yazmışdım. Bu məqalədə isə sübut edilir ki, iks şüalar, 
qamma-şüalar və beta-şüalar adı çəkilən bakteriofaqa eyni aktivləşdirmə təsiri göstərir. Bundan sonra 
sübut edilir ki, aktivləşdirmə və onun yaratdığı radiasiya arasında kəmiyyət nisbəti mövcuddur. Kəmiyyət 
analizindən çıxarılan nəticələr isə belə bir qənaətə gəlməyə şərait yaradır, qamma və beta şüalarının 
açıq-aydın virulentliyi ilə münasibətdə yaranan radiasiyadan sonra yerdə qalan bakteriofaq vahidlərinin 
müəyyənləşdirilməsi yolu ilə təyin edilən  aktivləşdirmə faizi iki dəyişən kəmiyyətin funksiyasıdır : milli-
küri vahidi və zaman vahidi. Növbəti tənlik təcrübə yolu ilə əldə olunan rəqəmlərə kəmiyyət ifadəsi verir: 
 
  
 
Direktor Holaberd məqaləni görən kimi (Yio siyasət işlədərək məqaləni gətirərmiş, amma onun fikrini 
soruşmuşdu), o dedi: 
– Parlaqdır, mən açıq deyirəm, çox yaxşı! Hələlik, dostum, gözucu baxa bilmişəm, amma əlbəttə ki, bir 
dəqiqə belə boş vaxt tapa bilsəm, diqqətlə oxuyacağam.  
 
XXXVII FƏSİL 
 



 
Nyu-Yorka qayıdışından çox həftələr keçsə də, Martin Coys Lenionla görüşməmişdi. Bir dəfə onu nahara 
dəvət etmişdi, amma sonra daha Coysun səsi-səmiri çıxmırdı. 
Osmotik təzyiqin müəyyənləşdirilməsi ilə necə maraqlansa da, bu iş onu məmnun edə bilmirdi. Xüsusilə  
də öz narahat otağında əyləşərək doktor Erousmitdən söhbət etməyə kimsəsi olmayan tənha adama 
çevrildiyi vaxtlarda. O, qürubda gölməçənin kənarında oturduqlarını xatırlayırdı. Bir dəfə Martin Leniona 
zəng elədi, onlara çay içməyə getmək üçün razılıq istədi. 
Martin dumanlı şəkildə bilirdi ki, Coys varlıdır, amma onu Sent-sviten əlillər evinin mətbəxində çit 
önlüklə yemək bişirən gördükdən sonra özündə qadının ictimai vəziyyəti haqqında təsəvvür yarada 
bilmirdi. Beləcə, laboratoriyanın tozuna bulaşmış halda Lenionun dəbdəbəli evinə düşdükdə və onu 
çoxsaylı qulluqçuların zərif səsli hökmdarı kimi gördükdə Martin özünü pis hiss etdi. Evi əsl saray idi və 
bütün saraylar – Coysun on səkkiz otaqlı kiçik sarayından tutmuş Bukinqem sarayına,  ya da nəhəng 
Fontenebloya qədər hamısı – tənhadırlar. Saraylar təkəbbür bolluğunda boğulur və o dərəcədə 
mükəmməldirlər ki, ayrı-ayrı məftunedici xırdalıqları xatırlamaq, onları bir-birindən fərqləndirmək 
mümkün  olmur. Hamısı rahatlığı olmayan əzəmətə və bu səbəbdən də darıxdırıcı görkəmə malikdirlər. 
Amma Rocer Lenionun üst-üstə qaladığı iddialı dəbdəbənin içində Coys darıxdırıcı deyildi. Ola bilsin ki, 
Martinə özünün nə ifadə etdiyini nümayiş etdirmək onu məmnun edirdi: bir-birinin ardınca lakeylər və 
buterbrodların yeni növləri peyda olurdu, Coys isə özünü öyürdü: "Ooo, çay içməyə əyləşərkən heç vaxt 
bilmirəm ki, çayın yanında mənə nə təqdim edəcəklər". 
Coys onu hay-küylə salamladı: 
– Siz xeyli yaxşı görünürsünüz! Çox şadam! Siz hələ də mənim qardaşımsınız? Axı mən əlillər evində yaxşı 
aşpaz idim – düzdür? 
Əgər Martin orada, adada mehriban və fərasətli  olsaydı, Coysda böyük maraq oyatmazdı. Coys özünə 
yüklənmiş dörd, ya da beş min dolları xərcləməyə kömək edəcək işgüzar, həddindən artıq ağıllı və 
tərbiyəli adamlar görmüşdü. Amma Martin eyni zamanda həm osmotik təzyiqin maraqlı formullarını 
hazırlayan alim, həm də cəld və güclü kişi idi, Coys onu asanlıqla qaçan və ya qadına nəvaziş göstərən 
şəkildə təsəvvür edə bilirdi. Digər tərəfdən də tənha cavan oğlan idi və həmin cavan oğlan 
sadəlövhcəsinə düşünürdü ki, öz evinin yumşaq rahatlığında əyləşən bu qadın gölməçə kənarında onun 
yanında oturmuş həmin qızcığazdır, Blekuoterdəki sərxoş otağına gələn həmin o cəsarətli qadındır.  
Coys Lenion kişini danışmağa vadar etməyi bacarırdı. İnstitutu, onun əməkdaşlarını, elmi kəşflərin 
dramatizmini təsvir etməyin yolunu bilirdi. 
Martin aradabir ya çay içməyə, ya da nahara gəlir, onun evinin quruluşu, qulluqçuları, dostları arasında 
ən ağıllıları ilə tanış olurdu. Onların bəziləri xoşuna gəlirdi və bəlkə də, elə o da onlarda yaxşı təsürat 
yaratmışdı. Amma Lenionun dostlarından biri ilə Martin arasında gizli ədavət yaranmışdı. O, Latam 


Ayrlend idi – çox yaxşı geyinmiş təxminən əlli yaşında bacarıqlı vəkil! Özünə  ağıllı görkəm verərək 
kaminin qarşısında əyləşməyi sevən bir kişi! O, Coysa onun sirli  natura olduğunu söyləyərək, sonra isə bu 
sirrin nədə olduğunu izah edərək onu valeh etmişdi. 
Martin bu adama nifrət edirdi. 
İyunun sonlarında Coys həftə sonu tətilini keçirmək üçün Martini Qrinviçə –  çiçəklər içində qərq olmuş 
şəhərkənarı evinə dəvət etdi. Bu evinin cah-calalına görə Martinin qarşısında, demək olar ki, üzrxahlıq 
etdi. Martin isə özünü bu dəbdəbə qarşısında tamamilə bədbəxt hiss edirdi. 
Termostatda olan alətlər haqqında düşünməli olduğu vaxt kostyumlar haqqında düşünmək, ağ şalvar 
almaq üçün ora-bura qaçmaq, dalınca stansiyaya göndərilmiş limuzində özünə sərbəst görkəm verməyə 
çalışmaq və qulluqçulardan hansına nə zaman və nə qədər çaypulu verəcəyini düşünmək adi insan üçün 
əsl işgəncə idi. Martin "Bir dəqiqə, mən sadəcə öz otağıma qalxıb çamadanı yerləşdirim" deyən zaman 
özünü geridəqalmış kəndli kimi hiss edirdi. Coys isə nəvazişlə söyləyirdi: "Oooo, o, artıq yerləşdirilib". 
Martin əmin oldu ki, lakey elə birinci gecə onun götürdüyü bütün dəyişəcəyi çıxararaq yerbəyer edib, 
hətta diş fırçasına diş pastasından bir zolaq da qoyub. 
Çarpayının kənarında əyləşdi və inildədi: 
– Yox, bizim qardaşımız üçün bura həddindən artıq qəşəngdir! 
Lakey həmişə onun kostyumlarını elə yerə yığırdı ki, onları axtarıb tapmaq olmurdu,  Martin bu axtarışa 
boş yerə çaba sərf etdikdə isə otağın astanasında qınayıcı görünüşü ilə peyda olan lakeyə nifrət edir və 
ondan qorxurdu.  
Amma Martini daha çox özündən çıxaran o idi ki, burada heç bir işlə məşğul olmaq mümkün deyildi.  
Martinə bütün idman növlərindən ancaq tennis tanış idi, amma çoxdandı ki, məşq etmirdi, ona görə də 
başdan-başa evi dolduran, qolf və bric üzərində könüllü surətdə əziyyət çəkən və bir-birindən 
fərqlənməyən insanlarla oynamağa risk etmirdi. Onların söhbət zamanı adlarını çəkdiyi dostları arasında 
Martinin görüşdüyü çox az adam vardı. Onlar asta-asta deyirdilər: "Siz, yəqin ki, bizim sevimli R.Q.-ni 
tanıyırsınız?" Və o cavab verirdi: "Əlbəttə". Halbuki, ömründə bu adamların sevimli R.Q-sini görməmişdi. 
Coys göz-gözə oturub çay içdikləri vaxtlarda olduğu kimi yenə də nəvazişli idi və Martin üçün ondan daha 
pis tennis oynayan arıq bir qız axtarıb tapmışdı.  Adətən onun iyirmi qonağı olurdu, bazar günü səhər 
yeməyinə isə hətta qırx adam gəlirdi və Martin onunla tennis meydançasında gəzişmək, həyəcanla bir 
neçə kəlmə danışdıqları zaman onu öpmək ümidini bir kənara tullayırdı. Martin yalnız iki-üç dəqiqə 
onunla birlikdə qala bilirdi. Çıxıb getməyə hazırlaşdığı zaman isə Coys əmr edirdi: "Bura yaxınlaş, 
Martin!" Və onu bir kənara çəkirdi. 
– Sizin üçün maraqlı olmadı. 
– Yox, nə danışırsınız, mən… 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   136   137   138   139   140   141   142   143   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə