Sakit Oqayyanın meşələri və bataqlıqları arasından keçən furqonda, faytonçunun düz arxasında on dörd



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə142/151
tarix29.09.2017
ölçüsü4,8 Kb.
#2325
1   ...   138   139   140   141   142   143   144   145   ...   151

və silindr geyinən doktor Uilyam Smit oldu. Amma Martin öz sağdışı ilə birlikdə hər şeyi Coysun əmisi 
oğlunun ixtiyarına buraxdı. Hətta burun dəsmallarının da tədarükünü görmüşdü və bilirdi ki, toy marşı nə 
zaman başlayacaq. Əmioğlu  güman edirdi ki, bəyin Qroton və Harvard diplomları var, amma Martinin 
yalnız Uinnemak Universitetini bitirdiyini öyrənəndə onu şübhə ilə süzməyə başladı. 
Paroxodun kayutunda Coys dedi: 
– Əzizim, sən hələ yaxşı dayandın! Mən əmioğlumun belə sarsaq adam olduğunu bilmirdim. Öp məni! 
Bu saatdan başlayaraq… Leoranın  yumulmuş göz qapaqları, ağ soyuq sinəsi üstündə çarpazlanmış əlləri 
ilə aralarından süzüb keçdiyi dəhşətli bir saniyə nəzərə alınmazsa… onlar xoşbəxt oldular və bir-birlərində 
bir çox təzə və tanış olmayan şeylər aşkar etdilər. 
 

 
Üç ay Avropanı səyahət etdilər. 
Coys elə evliliklərinin birinci günü dedi: 
– Gəl pullarla bağlı sarsaq məsələni birdəfəlik həll edək. Mənə elə gəlir ki, sən yer üzündə qəpik 
güdməyən yeganə adamsan. Londonda sənin adına on min dollar qoymuşam… Nyu-Yorkda isə əlli min… 
Nazımla oynamaq istəsən, xahiş edirəm, bu hesablardan götür, bununla məni sevindirmiş olarsan. Yox! 
Dayan! Məgər sən görmürsən ki, bu işi necə münasib formada və əlverişli şəkildə yoluna qoymaq 
istəyirəm? Sən axı öz izzəti-nəfsinə  görə mənim xətrimə dəymək istəməzsən? 
 

 
Onlara, belə görünür ki, həqiqətən də prinsessa Del Oltradconun (qızlıq familiyası miss Lyusi Dimi Besi 
olan Deytonlu xanım) yanında madam de Bass Loja (San-Fransiskolu miss Braun) və qrafinya i-Marasion 
(keçmişdə Olbanidən olan missis Artur Sneypə, və bir də əvvəllər… hamısını yadda saxlamaq olmur) 
qonaq olmaq lazım idi. Amma  əvəzində Coys Martinlə birlikdə Londonun, Parisin, Kopenhagenin məşhur 
laboratoriyalarında oldu. Nobel mükafatı laureatlarının ərini necə qəbul etməsinə baxmaq, onların 
Martin haqqında məlumata malik olduqlarını, ondan faq haqqında soruşmaq arzusu ilə alışdıqlarını və 
onu özlərinin çoxillik işləri ilə tanış etmək istədiklərini görmək xoş idi. Onların bəziləri, Coysun fikrinə 
görə, boş-boşuna təlaş keçirən və bacarıqsız adamlar idilər. Əri hamısından yaraşıqlıydı və Martin səbirli 
olarsa, ustalıqla polo oynamağı, kostyum geyinməyi və kübar söhbətləri aparmağı… öyrənəcəkdi, əlbəttə 
ki, öz elmi işini atmadan… Heyf ki, Martin onlarla tanış edilən iki, ya da üç ingilis alimi kimi titul qazana 
bilmir. Amma  Amerikada da fəxri adlar var…  


Coysun elmi kəşf etdiyi və qavradığı müddət ərzində Martin də qadını kəşf edirdi.  
 

 
Bu vaxta qədər sadəcə, sevimli amerikalı qızlar olan Madelina Foksu və Orxideya Pikkerbonu, bir neçə tez 
unudulan gecə pərisini, başısoyuqluğu, geyimlərə və şan-şöhrətə laqeydliyi ilə qadın və arvad deyil, özü 
olan Leoranı tanıyan Martin qadının nə olduğu haqda hər hansı təsəvvürə malik deyildi. O, Leoranın onu 
gözləməsini, arzularına tabe olmasını, Leoraya demək istədiyi, amma demədiyi tərifli sözləri sözsüz başa 
düşməsini təbii hesab edirdi. Onu ərköyün öyrətmişdilər və Coys çəkinmədən bunu söyləyirdi. 
Coys, əri və onun alim yoldaşları dünyada əmin-amanlıq yaradana kimi əlini əlinin üstünə qoyaraq 
oturub gözləyənlərdən və səssiz-səmirsiz  gülümsəyənlərdən deyildi. Martin belə bir qənaətə gəlmişdi ki, 
yataq otağından kənarda da arvadının bir qadın, bəzən hətta varlı qadın kimi qərarsızlığı və dəyişkənliyi 
haqda fikirləşməlidir, … 
Martin həyəcanla bir kəşf də etmişdi: Leora diqqətlə onun kişi kimi sədaqətli olub-olmadığını təqib edir, 
amma ona "sabahın xeyir"i hansı tonla dediyinə fikir vermirdisə, Coys əksinə, onun flörtlərinə laqeyd 
yanaşır, amma tələb edirdi ki, səhərlər "xeyirli sabahlar"ı səmimi bir nəvazişlə arzulasın.  
…Və başqa bir məsələ heyrətləndirici idi: onun əsiri olduğu zamanlarda Martinin göstərdiyi nəvazişlə, 
tezliklə yatmaq istədiyi vaxtlarda göstərdiyi diqqət arasındakı fərqi Coys başa düşürdü. Coys, ona yalnız 
rahatlıq gətirən əşya kimi baxan kişini öldürməyə hazır olduğunu Martinə söyləyir və bu vaxt 
"öldürərəm" sözünü xüsusi vurğu ilə deyirdi.   
Xüsusilə tələb edirdi ki, Martin onun doğum gününü, hansı şərabı xoşladığını, hansı çiçəkləri sevdiyini 
xatırlasın,  yaddan çıxartmasın ki, onun üzünü qırxmasına  tamaşa etmək xoşuna gəlmir.  
Coys yalnız özü üçün ayrıca otaq ayırmışdı, ərinə də qapını döymədən içəri girməyə imkan vermirdi. 
Martin mütləq onun şlayapalarına heyranlığını dilə gətirməli idi. 
Pasterovsk institutunun gəzintisinə başı qarışdığı vaxt katibə vasitəsilə telefonla Coysa xəbər verəndə ki, 
onunla nahar edə bilməyəcək, qadının əsəbdən, az qala, dili tutulacaqdı. 
"Hə, bunu gözləmək lazım idi", – Martin özünün haqlı olduğunu hiss edərək fikirləşdi. Məgər yetərli 
qədər nəzakət, dözüm və anlayış nümayiş etdirməmişdi? 
Hərdən Coysun Martinin ilk çağırışı ilə yerindən tərpənərək onunla birlikdə gəzməyə gedə bilmədiyi üçün 
bərk əsəbiləşirdi. Beş dəqiqəlik küçəyə çıxmaq üçün öz otağına ağ əlcəklərin dalınca yollanmalı, 
tələsmədən onları əllərinə geyinməli idi... Londonda isə Coys onu getr   almağa məcbur etmişdi… hətta 
onları gəzdirməyə də… 


Coys təkcə təşkilatçı qadın deyildi, həm də legitimist  idi. Əksər amerikalı-kosmopolitlər kimi ingilis 
aristokratiyasına hörmət edir, onun bütün qanun-qaydalarını və baxışlarını qəbul edir (ya da onun 
qanun-qayda və baxışları hesab etdiyi şeyləri)  və aristokratlarla görüşləri çox qiymətləndirirdi. 
Müharibədən sonra üç il yarım keçsə də, hələ də deyirdi ki, almanlara nifrət edir və onunla Martin 
arasında yeganə ciddi dava-dalaş Martin Berlinin və Venanın laboratoriyalarına baş çəkmək istəyəndə 
oldu. 
Amma aralarında olan bütün fikir ayrılıqlarına baxmayaraq, bu, romantik səyahət idi. Onlar çəkinmədən 
bir-birlərini sevirdilər. Cütlük dağ gəzintilərinə çıxır və qayıdarkən böyük vannaların və təmtəraqlı 
naharların naz-nemətinə dalır, kafenin qarşısında oturub qalırdılar. Leoranın Fransada kafe qarşısında 
beləcə oturmağı necə arzuladığını xatırlayaraq Martinin susduğu dəqiqələri hesaba almasaq, onlar öz 
narahat daxili dünyalarını bir-biri üçün hər zaman açıq qoyurdular. 
Coys səxavətlə ona Avropaya səyahət təklif edirdi, çoxdan bəri tanıdığı və sevdiyi Avropasına… İşə başı 
qarışmırdısa,  hər zaman isti rənglərə, gözəl hərəkətlərə həssas olan Martin  Coysa minnətdarlıq hiss edir 
və balaca uşaq kimi hər şeyə heyrətlənirdi. O inanırdı ki, həyatı asan və gözəl qavramağı öyrənir,  Terri 
Uiketi əyalət adamı düşüncələrinə görə tənqid edirdi (amma yalnız özü ilə təkbətək qaldıqda).  
Və beləcə, öz qızıl asudə vaxtlarından  həzz alaraq içkinin qadağan olunduğu yerə, Amerikaya qayıtdılar. 
Bir də polad trestini kommunistlərdən qorunmasından təşvişə düşən siyasətçilərin yanına, bric və 
avtomobillər haqqında gedən söhbətlərə və osmotik təzyiqin müəyyən edilməsi üçün aparılacaq 
təcrübələrə… 
 
 
XXXVIII FƏSİL 
 

 
Direktor Riplton Holaberd də bir zamanlar pula görə evlənmişdi. Həmkarları onun fiziologiya sahəsində 
ilk uğurlu işindən sonra heç nə etmədiyi haqqında qeybət etməyə başlayanda, (onun haqqında "yalnız 
başqalarının çiçəklərlə gözəl bəzədiyi stolları səliqəyə salır" deyirdilər) hər dəfə bir şeylə təskinlik tapırdı: 
imkanları genişdir, başqalarından daha dəbdəbəli yaşayır, instituta öz şəxsi maşınında gəldiyi halda, 
bütün bu yaramaz adamlar metro vaqonlarında sürünürlər. Amma bu yaxınlara kimi onların arasında ən 
kasıbı olan Erousmit artıq instituta hərbi qayda ilə salam verən sürücünün idarə etdiyi limuzində gəlirdi 
və bu, Holaberdin sevincini zəhərə döndərmişdi. 
Martin kifayət qədər saf ürəkli adam idi, lakin etiraf etmək lazımdır ki, Holaberdin sürücüyə necə çəp-çəp 
baxdığını böyük məmnuniyyət hissi ilə müşahidə edirdi.  


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   138   139   140   141   142   143   144   145   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə