Sakit Oqayyanın meşələri və bataqlıqları arasından keçən furqonda, faytonçunun düz arxasında on dörd



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə139/151
tarix29.09.2017
ölçüsü4,8 Kb.
#2325
1   ...   135   136   137   138   139   140   141   142   ...   151

ki musiqinin əvəzinə alman dilini öyrənəydim. Amma… Bəlkə, sizin burada olmağınız ona xoş gələcək?! 
Bir bilsəydiniz ki,  sizin haqqınızda, Sent-Hubertdə keçirdiyiniz uğurlu təcrübə haqqında necə həvəslə 
danışırdı! 
– Mən, əslində… – Martin deməyə söz tapa bilmədi.  
Mariam onu kitablardan divarı qara görünən bir otağa ötürdü. Qotlib sürtülüb dağılmış kresloda 
yarıuzanıqlı vəziyyətdə oturmuşdu. Nazik əli gücsüz halda mütəkkədən sürüşüb sallanmışdı. 
– Doktor, bu mənəm, Erousmit, Nyu-Yorka yenicə qayıtmışam, – Martin mızıldandı. 
Qoca, elə bil, nəsə başa düşdü: Martinə diqqətlə baxdı, başını yellədi və inildədi: 
– Versteh nicht ; – sonra qürurlu gözlərdən ona tabe olmaq istəməyən göz yaşları astaca aşağı doğru 
süzüldü.  
Martin başa düşdü ki, artıq heç vaxt tənbeh və məzəmmət eşitməli olmayacaq. Qotlib hələ ona inandığı 
zamanlarda zülmət dünyasında qərq olub.   
 

 
Martin öz mənzilinin qapısını bağladı – onların mənzilinin… Soyuq bir qəzəblə bağladı ki, Leoranın 
əşyalarında onu xatırladan yüzlərlə qırıntı tapıb kədərə qapılmasın: Kapitola Mak-Qerkin yanında nahar 
üçün alınmış paltar, gecələr gizlicə yeyib ləzzət almaq üçün gizlətdiyi daşlaşmış şokalad plitkası, "Kürənə 
mindal almaq" yazılmış kağız… Məyus-məyus  mehmanxanada nömrə götürdü və işə qapıldı. Dünyada 
onun üçün işdən və Terri Uiketlə tikanlı dostluqdan başqa maraqlı heç nə qalmamışdı.  
Birinci işi Sent-svitin təcrübəsi ilə bağlı statistik məlumatlar və Stoksdan hələ də gəlməkdə olan yeni 
rəqəmlər əsasında nəticə çıxarmaq idi. Onların bəziləri etibarsız idilər,  bəziləri faqın təsir qüvvəsini 
təsdiq edirdi, amma ümumilikdə, qəti surətdə bir söz demək mümkün deyildi. Öz cədvəllərini biometriya 
üzrə mütəxəssis Reymond Perlə təqdim etdi və Perl Martinin gözlədiyindən daha az ümid verən nəticə 
çıxartdı.   
Bundan bir qədər əvvəl Martin öz işi ilə bağlı direktora və Qəyyumlar Şurasına hesabat vermişdi: 
"Nəticələr statistik analizin cavabını gözləyir, bu  cavab olmadan onları dərc etdirmək düzgün deyil". 
Amma Holaberd artıq özündən çıxmışdı, qəzetlər möcüzə haqqında danışır, faqın göndərilməsi ilə bağlı 
Martinin üstünə xahişlər yağdırırdılar. Vərəm əleyhinə, sifilis əleyhinə faqın olub-olmadığını soruşmaqla 
onu bezdirirdilər. Eyni zamanda, hansısa epidemiya ilə mübarizə üçün yollanması təklifləri ilə cana 
yığırdılar… 
Perl belə bir nəticəyə gəldi ki,  ilk inyeksiyaların yararlı nəticələrini – Erousmitin ardıcıl olaraq Karibin 
bütün sakinlərinə faq peyvəndi vurduğu vaxt əldə etdiyi nəticələri – epidemiyanın o zaman artıq 


azalmaya doğru getməsinin mümkünlüyü üzündən sual altına almaq lazım gəlir. Bunu və vəziyyəti 
qəlizləşdirən digər səbəbləri əsas gətirərək, Sent-Hubertdəki həyəcanlı işini, sanki, tamamilə yad bir 
adamın işiymiş kimi nəzərdən keçirərək,  Martin qərara gəldi ki, əlində faqın yararlılığı ilə bağlı kifayət 
qədər sübut yoxdur və elə bu nəticə ilə də direktorun kabinetinə yollandı. 
Xolaberd xoşrəftar və nəvazişli idi, amma köksünü ötürərək işarə vurdu ki, belə bir nəticə çap olunarsa, o 
zaman institutun direktoru böyük nailiyyətlərlə bağlı sözlərini geri götürməli olacaq. O xoşrəftar və 
nəvazişli olması ilə bərabər, eyni zamanda da qətiyyətli idi. Martin əsl statistik hesablamaları gizlətməli ( 
o, "gizlətməlidir" sözünü birbaşa demədi – "sonrakı müzakirə üçün mənim öhdəmə buraxılmalıdır" dedi)  
və ikimənalı nəticələr verən hesabat çap etdirməlidir. 
Martin qəzəblənmişdi, Holaberd nəzakətlə fikrində yenilməzlik nümayiş etdirirdi. Martin istefa 
verəcəyini… ifşa edəcəyini… söyləyərək Terrinin yanına cumdu. Bəli! Heç nəyin qarşısında geri 
çəkilməyəcək! Artıq Leoranı saxlamaq məcburiyyəti də yox idi. Lap aptekçiyə də köməkçi gedə bilərdi. 
Beynində bunları tutaraq fikirləşdi ki, elə bu dəqiqə geri qayıdacaq və Müqəddəs Holaberdə deyəcək ki… 
– Ey! Cılız! Dayan! Atları saxla! – Terri dedi, – onunla mübahisə eləmə, biz birlikdə elə bir iş görəcəyik ki, 
o özü istər-istəməz bizə azadlıq verəcək! O vaxta qədər isə sənin buranın laboratoriyasına ehtiyacın var… 
Hələ fiziki kimyanı da öyrənməlisən… Sonra da… hm… Cılız, bu vaxta qədər sənin Sent-Hubert təcrübən 
haqqında heç nə demirdim, amma sən də, mən də – bizim ikimiz də bilirik ki, onu özün korlamısan. Sən 
əla-həzrətin əleyhinə ünvanladığın ittihamlarla hakimlər qarşısında davam gətirə biləcəksənmi? Bundan 
başqa, etiraf etmək lazımdır, o iyrənc, yalançı, hiyləgər, yaltaq, hakimiyyət hərisi olan ikiüzlüdür, amma 
bununla belə, yaxşı adamdır. Möhkəm olmaq lazımdır. Biz nəyəsə nail olacağıq. Doğrudan da, qardaşım, 
axı elmə yenicə yaxınlaşmışıq, işə yenicə başlamışıq.  
Xolaberd Martinin ilk hesabatını İnstitut adından rəsmən çap etdirdi, o bu hesabatı qəyyumlara xırda 
düzəlişlərlə təqdim edilmişdi. Məsələn: "Baxmayaraq ki, statistik analiz gözlənilir, amma bununla belə, 
demək olar ki, bu yeni vasitə bütün ümidləri doğrultdu".  
Yenə də Martin özündən çıxdı, yenə də Terri onu sakitləşdirdi, sonra isə Leoranın onu gözlədiyini bildiyi 
günlərdəki coşqunluğuna bənzəməyən soyuq bir qəzəblə  fiziki kimyaya girişdi.  
Martin donma nöqtələrinin müəyyən edilməsinin dolaşıq düşmüş sirrini və osmotik təzyiqi dərk edir və 
Nortropun enzimlər haqqında çıxardığı nəticələri faqın tədqiqatında tətbiq etməyə çalışırdı. 
Onu heyrətamiz şəkildə təbiət hadisələrini qabaqcadan xəbər verən riyazi qanunlar maraqlandırırdı. 
Onun dünyası soyuq, dəqiq, ciddi və materialist idi. Getdikcə öz nəticələrini təəssüratlar üzərində 
quranlara qarşı daha çox amansızlaşırdı. Martin işə qapılaraq ilin fəsillərinin bir-birini necə əvəz 
etməsinin fərqinə belə vara bilmirdi.  
Bir dəfə başını qaldırdı və heyrət hissi ilə gördü ki, bayırda bahardır. Sonra Terri ilə birlikdə Pensilvan 
dağlarının cığırları ilə iki yüz mil addımladılar. Ona elə gəldi ki, heç bir həftə də keçməyib, amma milad 
bayramı yetişib və Holaberd institut boyu şən-şaqraq ora-bura pərvazlanır. 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   135   136   137   138   139   140   141   142   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə