Sakit Oqayyanın meşələri və bataqlıqları arasından keçən furqonda, faytonçunun düz arxasında on dörd



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə141/151
tarix29.09.2017
ölçüsü4,8 Kb.
#2325
1   ...   137   138   139   140   141   142   143   144   ...   151

– Hə, əlbəttə. Siz bizə nifrət edirsiniz və müəyyən mənada haqlısınız da. Mən sevimli adamları, gözəl 
maneraları, oyunları sevirəm, amma başa düşürəm ki, laboratoriyada keçirilən gecələrdən sonra bu sizin 
üçün boş bir şey kimi görünür. 
– Yox. Mən də bütün bunları sevirəm. Özüməməxsus şəkildə. Mən gözəl qadınlara baxmağı sevirəm – 
sizə. Amma… lənət şeytana, Coys, bütün bunlar mənə görə deyil. Ömrüm boyu kasıb olmuşam və 
boğazıma qədər işim olub. Sizin oyunlarınıza öyrəşməmişəm. 
– Amma siz onları hər şeyi öyrəndiyiniz kimi öyrənə bilərsiniz. 
– Məsələn, Blekuoterdə sərxoşluq kimi… 
– Ümid edirəm ki, Nyu-Yorkda da həmçinin. Zavallı Rocer, o keçmiş tələbə yoldaşları ilə naharlarda 
aradabir elə məmnunluqla içirdi ki! Amma ciddi deyirəm:  qarşınıza məqsəd qoysanız, bric və qolf 
oynamağı və maraqlı söhbət aparmağı onların hamısından daha yaxşı bacararsınız. Bilsəydiniz ki, 
Amerikanın əsilzadələrinin əksəriyyəti nə qədər cavandırlar?!  Və bu sizin xeyrinizə olardı, Martin! 
Loqarifm cədvəlinizdən hərdənbir ayrılsanız, daha yaxşı işləməzdinizmi? Nədir, siz dünyada öyrənə 
bilməyəcəyiniz nəyinsə olduğunu etiraf etməyə razılıq verəcəksiniz? 
– Yox, mən… 
– Gələn həftə çərşənbə axşamı mənimlə nahar etməyə gəlin və biz bunu müzakirə edək. Yaxşı? 
– Məmnuniyyətlə. 
Onu Vermonta – Terri Uiketin yay sığınacağına aparan qatarda bir neçə saat ərzində Martin əmin idi ki, 
Coys Lenionu sevir və bir  həmlə ilə fiziki kimyanı öyrəndiyi kimi, indi də əyləncəli olmaq incəsənətini 
mənimsəmək istəyir. Darısqal, üfunətli pulman da ayaqlarını çamadanın üstünə qoyaraq qızğınlıqla və 
azacıq belə zarafat olmadan klubda nəfis qalstukda necə şux geyinib gəzəcəyini təsəvvür edirdi (əvvəlcə 
belə bir qalstuku, elə klubu da həmçinin – əldə etmək lazım idi), yarımqıç şalvarda qolf oynayacağını, 
bizim sevimli R.Q. haqqında sərbəst söhbət edəcəyini və dəhşətli bir hazırcavablıqla əziz Latam Ayrlendin 
çox qoca rols-roysu haqqında danışacağını düşünürdü… 
Amma Martin Terrinin göl kənarında, palıd və ağcaqayınlar arasında yerləşən  məğrur görünüşlü 
daxmasına çatan və Terridən törəmə kinələrin parçalanması haqqında eşidən kimi öz şöhrətpərəst 
arzularını unutdu. 
Terri, bəlkə də, yer üzündə ən qeyri-sentimental adam idi, amma bununla belə, malikanəsini "Sığırçın 
yuvası" adlandırmışdı. Onun dəmiryolu stansiyasından iki mil aralıda beş akr meşə sahəsi var idi. Evi isə 
çarpayı əvəzinə tirdən düzəldilmiş taxtı və süfrə əvəzinə müşənbəsi olan ikiotaqlı daxmaydı.  
– Bu da mənim malikanəm, Cılız! – Terri dedi, – Nə zamansa burada laboratoriya yaradacaq və pul 
kəsəcəyəm; zərdab, ya da nəsə başqa bir şey hazırlayacaq, gölün kənarındakı çəmənlikdə bir neçə ev 
tikdirəcək və elmi iş üçün tamamilə müstəqil "malikanə" quracağam. Gün ərzində iki saatımı kommersiya 
işinə sərf edəcəyəm, sonra… deyək ki, altı saat yuxuya, iki saat yeməyə və biabırçı lətifələrə gedəcək. 


Yerdə qalır… iki üstəgəl altı, üstə gəl iki bərabərdir ona… mən ali riyaziyyatdan baş çıxarıramsa, gün 
ərzində tədqiqat üçün on dörd saat qalır. Əlbəttə,  təcili nəsə çıxan günlərdən başqa… Heç bir direktor da 
olmayacaq, sarsaq hesabatlar quraşdıraraq razı salmalı olacağımız yüksək vəzifəli himayəçilər və 
qəyyumlar da həmçinin... Əlbəttə, konfet qutularının üstündəki kimi bəzənib-düzənmiş xanımlarla elmi 
naharlardan imtina etmək lazım gələcək, amma məncə, doyunca mal əti yeyə biləcəyik, tütünsüz də 
qalmayacağıq. Xüsusilə sənin yatağın qüsursuz döşənəcək, çünki onu özün rahatlayacaqsan. Elə deyil? 
Hə, gedək çimməyə. 
Martin Nyu-Yorka Qrinviçdə ən yaraşıqlı qolf oyunçusu olmaq və Terri ilə "Sığırçın yuvası"ndə mal əti 
bişirmək kimi bir araya sığmayan planlarla qayıtdı. 
Amma bu planların içərisində birincisi onun üçün yeni idi. 
 

 
Coys Lenion yeni bir işə müraciətdən həzz alırdı. Sent-Hubert xatirələri və təbiətən dəyişkənliyi onu elə 
bir vəziyyətə gətirib çıxartmışdı ki, artıq rocer mühitindən məmnun deyildi.   
Tanışları arasında az olmayan xanım mesenatlara onu fərqli hərəkatlara cəlb etməyə icazə vermişdi, 
bütün bunlardan zövq alırdı. Bir vaxtlar öz enerjili, amma tamamilə faydasız hərbi işindən də həzz 
almışdı. Bütün bunların səbəbi də bu idi ki, Coys müəyyən mənada "quruculuqla məşğul olanlar" 
cərgəsinə aid idi. Kapitola Mak-Qerk üçün Terri Uiket tərəfindən kəşf olunmuş epitetdə olduğu kimi. 
Coys qurucu xanım idi, həttta təkmilləşdirici idi, amma Kapitola elə deyildi. Möhtəşəm yelpiklə özünü 
yelləmir, sözü uzada-uzada danışmır və söhbət zamanı özünün bütün qadın işvəsini  işə salmırdı. O, gözəl 
idi, bəzən təmtəraqlı,  hətta alıcı quş kimi görünürdü. Eyni zamanda da ətirlənmiş buduarlar üslubundan, 
qara alt paltarlarından və Kapitolanın deyingən ətalətindən uzaq idi. Kip ağ paltarın düz qırçınları, zərif 
dəri… – bunlar Coysda var idi. 
Onun Martini dəyərləndirdiyi bütün səbəblərin arxasında o fakt dururdu ki, o ömründə yalnız bir dəfə – 
xəstəxanada aşpazlıq etdiyi zaman özünü lazımlı və müstəqil hiss etmişdi.  
Əgər vəkil, həvəskar-məşuq Latam Ayrlend məsələyə müdaxilə etməsəydi, Coys bəlkə də, ətrafında 
olanlar kimi sonra da axınla üzə bilərdi. 
– Coys, – Ayrlend dedi, – mənə elə gəlir ki, doktor Erousmitin bu evdə peyda olmasının dozası həddini 
aşır. Sizin sevimli əminiz sifətilə deyərdim ki…  
– Latam, əzizim, tamamilə razıyam, Martin həddindən artıq aqressivdir, qabadır, çox xudbindir və çox pis 
köynəkləri var. Amma fikrimcə, ona ərə gedəcəyəm. Mənə elə gəlir ki, onu sevirəm. 
– Sianid turşusunun köməyi ilə intihar etmək daha təbii olmazdı? – Latam Ayrlend dedi.  


 

 
Martin Coysa qarşı otuz səkkiz yaşlı dul bir kişinin gənc və gözəl, söhbət etməyi və onun ağlına qiymət 
verməyi bacaran qadına qarşı keçirə biləcəyi hissləri yaşayırdı. Onun var-dövləti Martin üçün problem 
deyildi. Çünki özünü pul üçün evlənən kasıb adam kimi hiss etmirdi! Necə olsa, ildə on min qazanırdı. 
Daha doğrusu, yaşamaq üçün ona lazım olduğundan səkkiz min artıq.  
Bəzən Lenionun dəbdəbəsiz yaşaya bilməyəcəyi şübhəsi ona əzab verirdi. Öz çoxbilmişliyi ilə 
lovğalanaraq, birdən-birə Coysun 17-ci əsr üslubunda düzəldilmiş zalında nahar etməkdən imtina etdi və 
axşamı öz  zövqünə uyğun keçirməyi təklif etdi. Coys sevinclə razılaşdı. Onlar Qrinviç-Villecin müəmmalı 
restoranlarını gəzdilər, bu restoranlarda rəssamlara bənzəyən şamlar və ofisiantlar bol olsa da, yemək 
üçün heç nə yox idi. Çin kvartalının çayxanalarına baş çəkdilər. Orada isə çox gözəl yemək verdiklərinə 
baxmayaraq, zahiri ədəb-ərkana riayət olunmurdu. Martin hətta metro ilə gəzintiyə də israr etdi, amma 
nahardan sonra özünün möhkəm qayda-qanununu unutdu və taksi çağırdı. Coys bütün bunları gözlərini 
belə qırpmadan, hətta demək olar ki, qımışmadan qəbul etdi. 
O, evinin damında düzəldilmiş kortda Martinlə tennis oynayır, Martinə bridcin incəliklərini başa salırdı. 
Beləliklə, Martin fikrini bir yerə cəmləmək qabiliyyətinə və yaddaşına görə tezliklə Coysu ötdü və oyuna 
möhkəm aludə oldu. Coys inandırdı ki, onun biçimli ayaqları qolf şalvarlarında çox cazibəli görünəcək. 
Bir dəfə, aydın payız axşamlarının birində Martin harasa nahara dəvət etmək üçün onun yanına gəlmişdi. 
Taksi gözləyirdi. 
– Nə üçün bu gün metroya xəyanət edirik? – Coys soruşdu. 
Onlar Coysun evinin giriş qapısında, Beşinci avenyuya çıxan mənasız yollardan və tamamilə qeyri-
romantik küçələrdən birində dayanmışdılar. 
– Oh, mənim də elə sizin kimi lənətə gəlmiş metrodan zəhləm gedir.  Yad adamların qarnıma dirənmiş 
dirsəkləri təcrübələrim haqqında düşünməyə imkan vermir. Məncə, biz evlənəndə sizin limuzininizdə 
böyük məmnuniyyətlə gəzəcəyəm. 
– Bunu təklif kimi qəbul etmək lazımdır? Mən heç də əmin deyiləm ki, sizə ərə getməyə hazırlaşıram. 
Sizin dəbdəbəli  həyatla bağlı zövqünüz yoxdur. 
Yanvarda Müqəddəs Georgi Kilsəsində nikah bağladılar. Martin çiçəklərdən, yepiskopdan, ciyildəyən 
qohumlardan və Coysun ona geyinməyə əmr etdiyi silindrdən əzab çəkdiyi qədər  Riplton Holaberd öz 
görkəmi ilə "nəhayət, dostum, sən öz barbar vəziyyətindən çıxaraq bizim çevrəyə qoşuldun" deyərək 
əlini sıxdığı zaman əziyyət çəkirdi.  
Martin Terridən onun sağdışı olmağı xahiş etdi. Terri imtina edərək bildirdi ki, toya güclə gələcək. Sağdış 
isə belə bir hadisə xətrinə saqqalını qırxan və on bir il əvvəl Londondan aldığı darıxdırıcı görünüşlü sürtük 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   137   138   139   140   141   142   143   144   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə