Sakit Oqayyanın meşələri və bataqlıqları arasından keçən furqonda, faytonçunun düz arxasında on dörd



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə137/151
tarix29.09.2017
ölçüsü4,8 Kb.
#2325
1   ...   133   134   135   136   137   138   139   140   ...   151

– Təsir qüvvəsini müəyyən etmişəm… cəfəngiyatdır! Mən ancaq əhalinin yarısında yoxlama aparmışam, – 
Martin köksünü ötürdü. 
Sonra fikirləşdi: "Yeni şöbə! Mən elə burada da həddindən artıq əmr vermişəm. Hakimiyyət lap zəhləmi 
töküb. Öz laboratoriyama qayıtmaq və hər şeyə yenidən başlamaq istəyirəm". 
Onun ağlına gəldi ki, yəqin, ildə on min alacaq… Leora elə sevinərdi ki… Onlar birlikdə o qədər də böyük 
olmayan əcaib naharlar təşkil edə bilərdilər… 
Qotlibin son vaxtlar necə zəiflədiyini əvvəllər də görmüşdü. Amma  bununla belə, onun səhhətinin pisliyi 
ilə bağlı xəbər Martini həyəcanlandırdı. Gör vəziyyət nə  dərəcədə ciddi ki, bir neçə aylıq elmi işinə ara 
vermək  məcburiyyətində qalıb.  
Martin öz təcrübəsindən uzaqlaşaraq xilaskar rolu oynadığını və bununla da Qotlibə xəyanət etdiyini 
fikirləşəndə öz şəxsi müsibətini unudurdu. Nyu-Yorka qayıdaraq qocanın yanına getməli və onun zəhmli 
baxışlarının altında etiraf etməli idi ki, faqın təsirli olmasının tam sübutunu əldə etməyib. 
Heç olmasa, özünün ildə on mini ilə Leoranını yanına yüyürüb gələ bilsəydi… 
 

 
Martin Sent-Huberti Coys Leniondan üç həftə sonra tərk etdi. 
Yola düşməsi ərəfəsində onun və Stoksun şərəfinə cənab Robert Ferlembin rəhbərliyi ilə ziyafət təşkil 
edilmişdi. Ser Robert səxavətli komplimentlər yağdırır, Kellet nəsə izah etməyə çalışırdı və hamı kralın 
şərəfinə deyilmiş tostdan sonra ayaq üstə qalxaraq öz xilaskarının sağlığına içdi. Qotlibin, Terri Uiketin 
qarşısında cavab vermək üçün sabah bu sadəlövh insanları tərk edəcəyi haqda düşündükdə Martin 
özünü tənha hiss etdi.  
Onu nə qədər ucadan tərif edirdilərsə, o, bir o qədər inadla uzaq laboratoriyalardakı naməlum alimlər 
haqqında düşünürdü. Görəsən, belə bir imkanı olan, amma ondan istifadə etməyən adam haqqında nə 
söyləyə bilərdilər? Onu necə təkidlə "həyat verən" adlandırırdılarsa, Martin daha acı şəkildə öz 
rüsvayçılığını və xəyanətini dərk edirdi. Stoksa baxdığı zaman onun gözlərində təəssüf oxuyurdu və bu, 
məzəmmətdən daha betər  idi… 
 
XXXVI FƏSİL 
 



 
Gözlənilməz təsadüf üzündən Martin Nyu-Yorkdan "Sent-Barian"da getdiyi kimi, "Sent-Barian"da da ora 
qayıdırdı. Mürgüləyən Leoranın, kapitan körpüsünün üstündə bağıran Sandeliusun xəyalları gəmini 
dolaşırdı. 
"Sent-Barian"nın göyərtəsində şəhərətrafı klubların ulduzu – Sandeliusdan inciyən miss Qvilyam da vardı.  
Qışı səmərəli keçirtmişdi, Trinidadda və Karakasda yerlilərin musiqisi ilə bağlı qeydlər aparmışdı, ən 
azından onları yazmağa hazırlaşırdı.  
Miss Qvilyam Blekuoterdə Martinin gəmiyə necə mindiyini görmüşdü, onu ötürən dostlarına da fikir 
vermişdi: kök və arıq iki ingilis, bir də xalis soyuqqanlı adam olan bir şotlandiyalı. 
– Sizin dostlarınızın hamısı, yəqin ki, britaniyalılardır, – köhnə tanış olduqlarından istifadə edərək 
məsələni aydınlaşdırmağa başladı. 
– Hə. 
– Siz bütün qışı burada keçirdiniz? 
– Hə. 
– Necə oldu ki, karantinə düşmədiniz? Axı sizə demişdim ki, burada düşmək axmaqlıqdır. Yəqin, yaxşı pul 
qazana bildiniz… Amma bütün bunlar, əlbəttə, çox xoşagəlməz idi. 
– Hə-ə-ə, bəlkə də…  
– Sizə demişdim. Gərək sözümü eşidib Trinidada gedəydiniz. Çox gözəl adadır. Deyin görüm, Cənab 
Ədəbsiz necədir? 
– Kim? 
– Oooo, siz tanıyırsınız – oyunlar və bu kimi şeylər təşkil edən o gülməli isveçlini deyirəm.  
– O ölüb. 
– Ohhhh… doğrudan da, təəssüf edirəm! Bilirsiniz, başqaları nə deyirsə desin, mən onu yaxşı adam hesab 
edirdim. Əminəm ki, o, əslində, mədəni adam idi, sadəcə, həddindən artıq səs-küy salırdı. Bəs arvadınız 
haradadır? 
– Yox… o, mənimlə deyil. Mən aşağı gedim, əşyalarımı yerləşdirim. 
Miss Qvilyam açıq-aşkar "Nəyi-nəyi, ədəb qaydalarını hamıdan tələb edə bilərəm!" söyləyən baxışları ilə 
bir müddət onun ardınca baxdı.  
 



 
İstiyə və fırtına təhlükəsinə görə "Sent-Barian"da birinci dərəcənin sərnişinləri az idi. Olanların da 
əksəriyyəti hesaba alınmırdı, çünki bunlar şən və ədəbli turist yankilər deyildilər – Cənubi Amerikalılar 
idi. Bütün turistlər kimi, onlar da öz dünyagörüşlərini səyahətlər vasitəsilə artıraraq Qərbi Hindistanda, 
ya da Cənubi Amerikada yarım il keçirdikdən sonra Nyu-Cersiyə və ya Viskonsinə qayıdırlar. Birinci 
dərəcənin sərnişinləri səfərlərini harada keçirmələrini söyləməklə öz qiymətlərini qaldırırdılar. 
Paroxodun bəzi mötəbər sərnişinləri hər şeyə diqqət yetirərək bir-birini gözdən keçirirdilər və onların 
diqqəti dinclik bilməyən insan təsiri bağışlayan arıq, kasıb adama doğru yönəlmişdi. O adam bütün günü 
ora-bura gəzişərək addımları ilə göyərtəni ölçürdü, gecəyarısından xeyli keçmiş onu bortun yanında 
tənha dayanan görmək olardı. 
– Məncə, həddindən artıq narahat adamdır! – Detroydlu cənab S.Senborn Memfisli cazibədar missis 
Dosona söylədi, o isə özünəməxsus bir hazırcavablıqla bildirdi: 
– Bəli, haqlısınız. O, hökmən aşiq olubdur. 
– Oooo, mən onu tanıyıram! – missis Qvilyam dedi, – Amerikadan getdiyim zaman o arvadı ilə "Sent-
Barian"da idilər. Arvadı indi Nyu-Yorkdadır. O həkimdir və deyəsən, o qədər də yaxşı həkim deyil. Öz 
aramızda qalsın, mən onun haqqında çox da yaxşı fikirdə deyiləm, elə arvadı haqqında da. Bütün yolu 
burada oturmuşdular – elə də axmaq görünüşləri var idi ki... 
 
 

 
Martinin əlləri cihazlar üçün darıxmışdı. İndi  əvvəllər yalnız ehtimal etdiyi şeyi dəqiq bilirdi: inzibati işə 
və Böyük İşlərə nifrət edir. 
Göyərtədə gəzişdiyi vaxt fikirləri aydınlaşırdı və yenidən özünə qayıdırdı. Martin onun hesabatını necə 
olursa-olsun, qəzəblə didişdirəcək tənqidçilər haqqında düşünürdü. Əvvəllər həmkarlarının, laboratoriya 
işçilərinin söylədiyi tənqidi fikirlər Martini iyrəndirdi. Bir vaxtlar rəqiblərinin müvəffəqiyyəti də onu bərk 
əsəbləşdirərdi. Ümumiyyətlə, onu təqib edənlərə boylanmaq üçün daima arxaya  baxmaq 
məcburiyyətinə nifrət edirdi. Amma bir dəfə gecə, məhəccərin yanında saatlarca dayandıqdan sonra, 
özü-özünə etiraf etdi ki, onların tənqidindən qorxur. Özü də o səbəbdən çəkinir ki, eksperimentində diş 
batası yerlər çoxdur. Bunu dərk etdikdən sonra Martin, özünü müdafiə edə biləcəyi bütün arqumentləri 
dənizə tulladı: "Əgər kimsə epidemiyanın qızğın vaxtında öz sakitliyini qoruyub saxlamağın, 
eksperimentin şərtlərinə əməl etməyin nə demək olduğunu təcrübədə duymayıbsa,  belə şərtlərdə o
insanın nələrlə qarşılaşdığını öz laboratoriyasının sakitliyində təsəvvür edə bilməz". 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   133   134   135   136   137   138   139   140   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə