Sakit Oqayyanın meşələri və bataqlıqları arasından keçən furqonda, faytonçunun düz arxasında on dörd



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə134/151
tarix29.09.2017
ölçüsü4,8 Kb.
#2325
1   ...   130   131   132   133   134   135   136   137   ...   151

Martin tez-tez gecədən xeyli keçmiş xəstələrinin yanına qayıdırdı, amma iki dəfə missis Lenionla birlikdə 
aradan çıxa bilmişdi. Buna səbəb təkcə istidə alışıb–yanan xəstələr haqqında düşünməkdən qaçmaq 
istəyi deyildi. Onlar həm də Tvifordların bezikdirici ev qayda-qanunlarından uzaqlaşmağa çalışırdılar. Üz  
tutduqları məkan isə daşlı sahildə özünə yer eləmiş balaca gölməçə idi. 
Ləpədöyənin rahatladıcı uğultusu altında, sıldırım qayanın üstündə oturmuşdular. Martinin beynində 
əlillər evinin ağardılmış divarları və diaqrammlar alışıb-yanır, gözləri önündə divarlardakı çatlar gün işığı 
kimi parlayır, tauna tutulmuş zəncilərin şişmiş, dəhşət dolu sifətləri ora-bura yırğalanırdı. Tvifordun 
oğlanlarından birinin faqla dolu ampulanı necə basıb əzdiyi və palatada necə dözülməz isti olduğu yadına 
düşürdü. Amma bu əsəbi gərginlikdə laqundan əsən külək  və ləpədöyənin uğultusu onlara sərinlik 
gətirirdi. Martin missis Lenionun ağ paltarının onun dizinin ətrafına çırpıldığını görüncə başa düşürdü ki, 
elə o da gərginlikdən yorulub. Martin qaşqabaqlı halda ona tərəf çöndü və Lenion danışmağa başladı: 
– Mən elə qorxmuşam, elə tənhayam ki... Tvifordlar özlərini qəhrəman kimi aparırlar, amma 
daşürəklidirlər. Özümü elə qəribə hiss edirəm ki, sanki, kimsəsiz bir adaya atılmışam.  
Martin onu öpdü və qadının çiyninə tərəf əyildi. Lenionun paltarının qolunun yumşaq ipəyi Martini 
həyəcanlandırdı. Amma birdən Lenion kənara dartındı: 
– Yox! Axı sizin üçün heç bir əhəmiyyət daşımıram. Sizdə sadə bir maraq oyanıb. Ola bilsin ki, bu mənim 
üçün yaxşıdır… Amma bu günlük... 
Martin onu da, özünü də inandırmağa çalışdı ki, Lenion həddindən artıq çox məna daşıyır, amma 
yorğunluq əl-ayağını bağlayırdı. Martinlə bu qadının cazibəsi arasında xəstəxana çarpayıları və böyük bir 
yorğunluq, bir də Leoranın sakit siması dayanmışdı. Hər ikisi susurdu, o, qadının əllərini ovucları arasında 
gizlətdiyi vaxt yanaşı oturmuşdular. Həyəcandan uzaq idilər və bir-birlərini anlayırdılar. Bu an nədən 
istəyirsən sərbəst danışa bilərdilər. 
… Martin qadının otağının astanasında  dayanmışdı, onlar evə yollananda Martin qapının arxasında 
qadının necə yumşaq hərəkət edəcəyini təsəvvüründə canlandırırdı. 
"Yox, – özünə hirslənirdi, – Bacarmıram. Coys… onun kimi qadınlar… Bu, mənim işimin və Linin xətrinə 
imtina etdiklərimin milyondabiridir. Vəssalam. Amma burada iki həftə yaşayaramsa… Səfeh. Bircə qapını 
döymək xəyalına düş, oho, gör necə hirslənir! Amma, hər halda…" 
O, Coysun qapısının altından uzanan işıq selini görürdü. Arxasını qapıya çevirdikdə və asta-asta öz 
otağına yollandıqda belə, bu sel gözlərinin qarşısından getmirdi… 
 

 
Sent-Hubertdə telefonlar çox pis işləyirdi. Penrit Komasında isə telefon yox idi. Liman həkimi öz 
zamanında bundan məyus olmazdı, çünki adətən onu qonşuya zəng edərək xəstə yanına çağırırdılar. İndi 


isə, taun yayılandan bəri Mərkəzi stansiya tamamilə pozulmuşdu və Martin iki saatını boş-boşuna 
keçirdikdən sonra, Leora ilə telefonla əlaqə saxlamaq fikrindən əl çəkdi. 
Amma məyus deyildi, çünki üç-dörd gündən sonra Penritə gedəcəkdi. Martin Leoranın bura gəlməsi ilə 
bağlı Tviforda işarə vuranda, o, laqeyd halda razılıq vermişdi. Leora ilə Coys Lenion dostlaşarsa, Coys 
daha tənhalıqdan xilas yolunu Martində axtarmayacaqdı. Nə olar… o, buna razıdır, bunu arzulayır… 
demək olar ki, arzulayır… 
 

 
Penrit dağlarının yüksəkliyində, ağacların alaqaranlıq kölgəsi altındakı Komada Leora Martinin yoxluğunu 
daha çox hiss edirdi. İlk dəfə onunla Zenitdə  rastlaşdıqdan bəri (o vaxt Leora xəstəxana palatasının 
döşəməsini yuyurdu) o qədər nadir hallarda ayrı düşürdülər ki…   
Günlər bitib-tükənmək bilmirdi, cırıltı eşidən kimi Leora Martinin gəldiyi ümidi ilə ayağa qalxırdı… Onun 
darıxdırıcı axşam və qorxulu gecə boyunca qayıtmayacağı, burada – yanında olmayacağı, səsinin, 
əllərinin toxunuşunu daha duymayacağı fikri qadını əldən salırdı.  
…Nahar çox qəmgin keçdi. O, adətən Martin institutda işlədiyi vaxtlarda tək yemək məcburiyyətində 
qalırdı, amma o vaxt bilirdi ki, səhər açılan kimi Martin yanına qayıdacaq – mütləq qayıdacaq. Dalğın 
halda mətbəx stolunun arxasında əyləşərək nəsə yeyir və axşam qəzetində "Yumor səhifəsi"nə göz 
gəzdirirdi. Bu gün o, sanki, iyirmi qonağa qulluq göstərirmiş kimi qarşısında ora-bura qaçan eşikağasına 
baxıb gərnəşə-gərnəşə qalmışdı. Çox darıxdırıcı gün idi…  
Leora gözlərini çəkmədən Blekuotorun aşağıda qaralan damlarına tamaşa edə-edə eyvanda əyləşmiş və 
isti qaranlıqda "üfunətin" necə ona tərəf sürünərək gəldiyini aydın şəkildə hiss edirdi.  
O, Sent-Svitin hansı istiqamətdə uzandığını bilirdi. Bu şəhər palma daxmalarından gələn və dağın döşü ilə 
sürünən həmin o qorxaq sayrışmaların arxasında yerləşirdi. Leora diqqətini onlara cəmlədi, düşündü ki, 
görəsən, hansısa möcüzə nəticəsində Martindən bir işarə almaq olarmı. Amma onun da Leoraya tərəfə 
baxdığı təəssüratı yaranmadı ki, yaranmadı. Leora artırmada uzun müddət sakitcə oturdu… Görüləcək 
heç bir işi yox idi. 
Gecə də yata bilmədi. Çarpayıda, mığmığalara görə vurulmuş tordan içəri sızan lampa işığında oxumağa 
çalışdı, bacarmadı. Deyəsən, torda deşik var imiş, mığmığalar oradan içəri girirdilər. Leora işığı 
söndürərək tərpənmədən uzandı, amma yenə  də özünü yatmağa vadar edə bilmədi, çünki 
təhlükəsizlikdə olmadığını duyurdu. Ona elə gəlirdi ki, komanın döşəmə taxtası yavaş-yavaş bir-birindən 
aralanır… Sonra mığmığaların taun mikroblarını daşıyıb-daşımadığını xatırlamağa çalışdı. Aydın şəkildə 
hiss edirdi ki, hətta bu cür xırda məsələlərdə də Martindən asılıdır. Öz dünyagörüşü haqqında isə heç 
danışmağa da dəyməzdi. Birdən Martinin hansı ağcaqanadın – anolefesin , yoxsa steqomiyanın, ya da 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   130   131   132   133   134   135   136   137   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə