Sakit Oqayyanın meşələri və bataqlıqları arasından keçən furqonda, faytonçunun düz arxasında on dörd



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə131/151
tarix29.09.2017
ölçüsü4,8 Kb.
#2325
1   ...   127   128   129   130   131   132   133   134   ...   151

– Doktor Erousmit sizsiniz? Mənim adım Tviforddur, Sent-Svitinli Sesil Tviford. Əlahiddə Komitənin 
iclasına düşmək istəyirdim, amma lənətə gəlmiş nəzarətçi işdə yox idi, icazə almışdı, sonra da durdu 
taundan ölmək fikrinə düşdü. Sizin layihə haqqında Stoksdan eşitmişəm. Tamamilə doğrudur! Daimi 
olaraq taunla əlləşmək cəfəngiyatdır! Komitə rədd etdi?! Təəssüf! Bəlkə, biz Sent-Svitendə nəsə edə 
bildik. Sağlıqla qalın! 
Bütün gecəni Martin və Sandelius qızğınlıqla mübahisə etdilər. Martin gecə işləmək və səhər papiros 
dalınca getmək üçün xiffət çəkərək yatağa uzandı. Amma yuxuya gedə bilmədi, çünki gözlərinin qarşısına 
gələn Ayra Xinkli bütün gecəni onun yanına soxulmağa çalışdı. 
Dörd gündən sonra o eşitdi ki, Ayra ölüb. 
Nə qədər ki, şüuru üstündə idi, Ayra öz məhəlləsindən olan xəstələrin qayğısına qalır və onlara xeyir-dua 
verirdi. Və bunu taunlu xəstələr üçün baraka çevirdiyi qaradərililərə məxsus,  boğanaq, dəmirlə örtülmüş 
kilsəsində edirdi. Ayra "İncil"dən oxuduğu mətnlərin sədası altında yırğalana-yırğalana (bu mətnləri 
əhənglə ağardılmış divarlara özü yazmışdı) bir yataqdan o birinin yanına gedir, sonra ucadan fəryad 
edirdi. Sonunda isə birdən-birə məruzəçi üçün düzəldilmiş hündür yerin yanında yıxıldı. O, burada moizə 
etməyi o qədər sevirdi ki... 
 

 
Hər halda, Martinin bəxti gətirdi. Hər üç adamdan birinin tauna yoluxduğu və hamının dalınca bir 
həkimin gəzməli olduğu Karibdə bütün kəndə faq peyvəndi etdi. Dincini belə almadan inyeksiya edir, 
hansısa bir xəstədən hoppanan diribaş birənin onu tauna yoluxdura biləcəyi fikri isə işini daha da 
ağırlaşdırırdı.  
Amma epidemiyanın azalmasını müşahidə etdikcə və dəqiq qeydlər apardıqca qorxu yavaş-yavaş 
canından çıxırdı. Epidemiyanın azalması faktı isə Karibdən başqa heç yerdə müşahidə edilmirdi.  
İlk nəticələri alan kimi  sevincək evə qayıtdı və Leoranın üstünə cumdu: 
– Mən onlara göstərərəm! İndi mənim şərtlərimi qəbul edəcək, eksperiment aparmağa icazə verəcəklər, 
epidemiya qurtarandan sonra isə  tez yır-yığış edəcək və evə yollanacağıq! Bu istidən canımız qurtaracaq. 
Mən yenə də məmnuniyyətlə şaxtadan ölə bilərəm. Maraqlıdır, görəsən, Holaberd və Şolteys yenə də 
əvvəlki kimi yola getmirlər? …Yenidən mənzilimizə qayıtmaq necə də böyük xoşbəxtlik olardı. 
– Hə, yaxşı olardı! – Leora dedi, – Nahaq yerə səfərdə olduğumuz müddətə mətbəxi ağartmalarını 
tapşırmamışam… Ola bilsin ki, göy kreslonu yataq otağına qoydum… 
Karibdə taun azalmaq üzrə olsa da, Sandelius sakitləşmək bilmirdi, çünki bu kənddə yoluxmuş sincabların 
sayı daha çox idi. O, isə nəticə çıxartmaq üçün tələsirdi. Gözəl axşamların birində öz planını İnçkep Cons 
və Martinə söylədi. Daha doğrusu, onların şübhələrini rədd edərək dedi: 


– Bu kənd üçün dizinfeksiyanın yeganə yolu onu bütünlüklə yandırmaqdır. Nə qədər ki, bizə mane 
olmayıblar, gəlin səhərə kimi kəndin  külünü göyə sovuraq. 
O, Martini adyutant kimi götürüb hamısı bir nəfər hündür çəkmə geyinmiş qəhrəman siçovultutanlar 
ordusu ilə birgə yürüşə çıxdı. Biləklərindəki sarğılar və qara dərili piratlara bənzər görkəmləri ilə hərəkətə 
keçdilər. Bütün ləvazimatları, çadırları, odeyalları dükanlardan oğurladılar… yürüş sobalarını isə 
hökumətin hərbi anbarından götürdülər… Sonra əldə etdikləri qəniməti yük maşınlarına yüklədilər. 
Maşın karvanı Karibə gedən yolla gurultu salaraq irəliləyirdi. Ləvazimatlarla dolu bu xəzinənin düz 
üstündə mömin himni oxuyan siçovultutanlar oturmuşdular.  
Onlar kəndə şığıdılar, sağlamları qovdular, xəstələri xərəklərdə çıxardıb dərənin yuxarısında – 
çəmənlikdəki çadırlarda yerləşdirdilər və gecə saat birdə qəsəbəyə od vurdular. 
Əsgərlər məşəllər yandıraraq komaların arasında ora-bura vurnuxurdular. Damlardakı palma 
yarpaqlarından qalın, ölüvay, ağ tüstü qalxırdı. Tüstünün arasından isə alov öz parlaq dili ilə hər tərəfi 
yalayaraq kənara sıçrayırdı. Alovun fonunda palmaların silueti ucalırdı. Möhkəm görünən komalar bir an 
içində kövrək bambuk kötüyünə çevrilirdilər. Onlar səpələnən qığılcım qalağında qara xətlər kimi 
görünürdülər. Alov bütün vadini işıqlandırmışdı. Ürkmüş  quşların qatarı alovlanan kəndin üstü ilə 
uçuşur, Karib burnunun ləpədöyəni qanı axan yaralıya bənzəyirdi. 
Öz dəstəsini daha cəsur və şüurlu yerlilərlə möhkəmləndirən Sandeliusun ordusu alovlanan kəndi 
mühasirəyə aldı və qudurmuş, şivənlə qaçan siçovulları, sincabları qırıb çatdılar. Viranəlik alovunda 
Sandelius başını itirmiş siçovulları dəyənəklə çırpır, arxalarınca güllə atırdı. Eyni zamanda dənizçi Bill 
haqqında ədəbsiz ballada oxuyur və  şeytan balası kimi ora-bura qaçırdı. Səhər açılanda artıq parlaq, 
yeni, kətandan tikilmiş alaçıqlarda xəstələrə qulluq edir, zənci qadınlara yeni sobalarla rəftar etməyi 
öyrədir, bir də soyuqqanlı halda yer sincablarının öz yuvalarında necə zəhərləndiyini müzakirə edirdi.  
Sandelius Blekuoterə qayıtdı, amma Martin faqla peyvənd edərək, qeydlər apararaq, yenicə gəlmiş tibb 
bacılarını təlimatlandıraraq iki günlük düşərgə-kənddə qalası oldu. Nəhayət, o da Blekuoterə gəldi və baş 
həkimin qəbul otağına yollandı. Hər halda, Sandelius gələnə və onu zəbt edənə qədər bura baş həkimin 
qəbul otağı hesab edilirdi. 
Sandelius İnçkep Consun stolu arxasında əyləşmişdi, amma bu dəfə o məşğul deyildi. Öz kreslosunda 
yarımuzalı halda oturmuş, gözləri qan çanağına dönmüşdü.  
– Uh! Karibdə siçovullarla pis vaxt keçirmədik, hə? Hə… mənim kətan şəhərimin vəziyyəti necədir? – 
gülüş dolu, amma zəifləmiş səslə danışmağa başladı, ayağa qalxanda isə səndələdi. 
– Nə olub sizə? Nə? 
– Göründüyü kimi, yoluxmuşam. Hansısa zəhrimara qalmış birə məndən acıq çıxıb.  Hə… – qətiyyətsiz 
halda, amma böyük maraqla sözünə davam etdi, – mən də gedib özümü karantinə salmağa hazırlaşırdım. 
Əməlli-başlı qızdırmam var… Bax, vəzlərim də şişib. Mənim gücüm… Uh! Altmışa yaxın yaşım var, amma 
görəydiniz ki, heç bir matrosun gücü yetməyən yükü necə qaldırırdım… Boksda düz beş raunda davam 
gətirirəm! Aman Tanrım, Martin, elə zəifləmişəm ki... Amma qorxmuram. Heç bir az da. 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   127   128   129   130   131   132   133   134   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə