Sakit Oqayyanın meşələri və bataqlıqları arasından keçən furqonda, faytonçunun düz arxasında on dörd



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə129/151
tarix29.09.2017
ölçüsü4,8 Kb.
#2325
1   ...   125   126   127   128   129   130   131   132   ...   151

siyasətləri ilə burun soxmağa son qoymasalar, taun həmişəlik olaraq Sent-Hubertdə kök salacaq, onlar 
isə  turistlərin əziz-xələf dollarları və kontrabanda əyləncəsi ilə əbədilik sağollaşmalı olacaqlar.  
O, hədələyir, təskinlik verir və heç vaxt hətta "Buz Ev"də belə eşidilməmiş lətifələr danışırdı. Nəhayət, 
İnçkep Consun Sent-Hubertin diktatoru elan edilməsinə nail oldu. 
Diktatora ən yaxın adam Qustav Sandelius özü idi. 
O, yubanmadan siçovulların məhv edilməsinə girişdi. İnçkep Consun imzaladığı mandata əsasən, kakao 
ehtiyatlarını korlamağa imkan verməyəcəyini söyləyən topdan satış alverçisi həbs edildi. Sandelius öz 
polismenlərini  – dünya müharibəsi məktəbini keçmiş bir qurup qara uşaqları anbara apardı, mühafizə 
dəstəsi qoydu və binaya nasosla sianid turşusu vurmağa başladı. 
Kütlə polismenlərdən yaranmış zəncirin arxasına yığışmışdı. İnsanlar heyrət içində çaşıb qalmışdılar. 
Nəyinsə baş verdiyinə hələ də inanmırdılar, anbarın divarlarındakı yarıqlar diqqətlə tıxandığından qaz iyi 
hiss olunmurdu. Amma dam yırtıq idi. Rəngsiz, acı qaz oradan çıxırdı. Birdən damın üzərində dövrə vuran 
Sar çırpınıb kənara atıldı, əryi-üyrü xətt cızaraq üzüaşağı diyirləndi, ölü halda düz camaatın ortasına 
düşdü. Kimsə gözlərini bərəldərək onu yerdən qaldırdı: 
– Murdar olub. Əməlli-başlı ölüb, – ətrafda pıçıldaşdılar. Sonra öz əsgərləri arasında gəzişən  Sandeliusa 
tərəf hörmətlə boylandılar. 
Onun briqadası qaz vurmamışdan əvvəl hər bir anbarı axtarırdı ki, orada heç kim qalmasın, amma üçüncü 
anbarı dizinfeksiya edərkən hansısa səfil içəridə yatıbmış.  Tüstüləmədən sonra qapını açdıqda, oradan 
minlərlə ölü siçovulun arasında qupquru qurumuş bir adam da çıxdı.  
– Zavallı!... Onu dəfn edin, – deyən Sandelius başını buladı. 
İstintaq aparılmadı. 
 "Buz Ev"də rom içə-içə Sandelius filosofluq edirdi: 
– Maraqlıdır, görəsən, neçə insan öldürmüşəm, Martin?  Antofaqastda gəmiləri dizinfeksiya edəndən 
sonra həmişə iki-üç "dovşan balası" aşkar edirdik. Onlar axı yaxşı gizlənməyi bacarırlar. Zavallılar! 
Sandelius öz qərarına əsasən hesabdarları və yükdaşıyanları işdən ayırır, onları siçovulları zəhərlə, tələ ilə 
və qazla öldürməyə, ya da anbarları, pakhauzları şirələməklə aclıqdan qırmağa yollayırdı. O, siçovulların 
şəhərdə yayılma istiqamətinin çox mükəmməl yaşıl-qırmızı xəritəsini çəkmişdi. Mağazalardan lazım olan 
avadanlığı soyğunçu kimi götürərək özəl mülkiyyət hüququnu pozurdu. Haradasa mehribanlıqla, 
haradasa hədə-qorxu ilə hərəkət edə-edə Palatanın başçılığını öz əlinə almışdı.  
Bir dəfə Kelletin görüşünə getdi, uşaqlarına nağıl danışdı, onun yaxşı lüteran olduğunu söyləyəndə az 
qaldı ki, gözləri yaşarsın və söylədiyi fikri sübut etmək üçün əməlli-başlı sərxoş oldu (əlbəttə ki, Kolletin 
yanında deyil). 


"Buz Ev" meyxanalar arasında ən sakit və ən dinc meyxana idi – soyuq mərmər stollar, qızıl suyuna 
çəkilmiş ağ divarlar... O, başqalarından fərqli olaraq bağlanmamışdı, halbuki ən yaşlı əyyaşlar və 
"evlərindən təzəcə gəlmiş", hansısa Uoltemstou, Pekxem, Sayrensesterdə "Hay-strit", ya da Pildəki 
bağlar üçün darıxan gənc dəliqanlılar ora gəlməyə cəsarət etmirdilər. Qulluqçulardan isə orada yalnız 
nəhəng zənci barmen qalmışdı. Sən demə, o, "vest-ind" puşunu, yeni orleana şipuçkasını  və rom svizlini 
başqalarından daha yaxşı qarışdırmağı bacarırmış.  Sandelius indi xəyala dalmaq üçün deyil, tələsik bir 
stəkan içib qaçmaq üçün gələn azsaylı müştərilər arasında onun şedevrlərini lazımı səviyyədə 
qiymətləndirən yeganə adam idi. Bütün gününü siçovulların tuthatutuna həsr etdikdən sonra  Martin və 
Leora ilə, ya da dilə tuta bildiyi və aradan çıxmağı bacarmayan kiminləsə stol arxasında otururdu. 
Qustav Sondelius üçün hersoqlar da, çəkməçilər də eyni səviyyədə maraqlı idilər və Martin qısqanclıq 
etmədən söyləyirdi ki, Sandelius kakao satışı ilə məşğul olan kantorun klerkinə onun kimi eyni 
təbəssümlə müraciət edir. Sandelius saatlarla Şanxay, epistomologiya, ya da Nevinsonun rəssamlığı 
haqqında danışırdı. Saatlarla Latın kvartalının ədəbsiz mahnılarını oxuyur və bağırırdı: "Eh! Bilirsiz bu gün 
mən Kelletin tərsanəsindəki siçovulların axırına necə çıxdım?! Məncə, bir stəkan svizl insanın böyrəyini 
elə də məhv etməz". 
O həyatsevər idi, amma bu Ayra Xanklinin nəsihətverici və zəhlətökən həyatsevərliyindən deyildi. Özü-
özünə gülürdü. Martini, Leoranı və öz işini ələ salıb gülürdü. Evdə nahar süfrəsi arxasında heç nəyə fikir 
vermədən yeyirdi, amma bununla belə, içkilərə böyük diqqət yetirirdi. Daxmada isə bu hərəkəti çox xoş 
idi, xüsusilə də ona görə ki, Leora Uitsilvaniya mətbəx ənənələrini yerli qulluqçuların təcrübələri ilə 
birləşdirməyə çalışırdı. Əlbəttə, nəzərə alınsa ki, ərzaq evə hər gün gətirilmirdi, nəticə haqqında təsəvvür 
yarana bilər. O bağırırdı, oxuyurdu, siçovullar və diribaş birələr arasında işləmək üçün hər cür ehtiyat 
tədbirləri görürdü: hündür çəkmələr, kəmərlər və  özünün ixtira etdiyi rezin xalta... Bu alət indiyənə kimi 
bütün tropik ləvazimat mağazalarında "parazit əleyhinə Sandeliusun boyun qoruyucu sistemi" adı ilə 
tanınır. 
Martin və Qotlib bunu başa düşməsələr də, əslinə qalsa, o, parlaq və ən iddiasız insan idi, ona görə də 
epidemiyalar əleyhinə dünyanın tanıdığı əsgərlər arasında lazımi qədər qiymətləndirilməmiş fatehlərdən 
biri olaraq qaldı. 
Sandeliusun işləri belə gedirdi, halbuki Martin üçün ancaq çətinliklər mövcud idi. Bir də hərc-mərclik və 
qorxu qarşısında qorxu... 
 
XXXIV FƏSİL 
 

 


Tacirləri və Sent-Hubertin hakimlərini təcrübə aparmağın lazımlığına inandırmaq mümkün deyildi. Çünki 
bu təcrübələr vasitəsilə bəşəriyyət (ola bilsin ki!) həmişəlik taundan xilas olsun deyə, onlardan hansısa 
ölə bilərdi. Martin İnçkep Consla, Sandeliusla mübahisə edir, amma uğur qazana bilmirdi.  Əvvəllər öz 
təcrübələrini fikirləşdiyi kimi, indi də siyasi kampaniya haqqında fikirləşməyə başlamışdı.   
O, taunun hansı əzabları gətirdiyini görürdü və öz təcrübəsini unudaraq, minlərlə insanın nicatı naminə 
milyonların xilasından imtina etməmək üçün nəfsini çətinliklə yenirdi. İnçkep Cons Sandeliusun "yumşaq 
qırmancı" altında azacıq sakitləşərək və səmərəli mühafizəkarlığına qayıtmaq imkanı əldə edərək Martini 
Karib kəndinə apardı.  Yoluxmuş  gəmiricilər üzündən burada yoluxanlar Blekuoterdə olduğundan daha 
çox idi. 
Onlar paytaxtdan çıxaraq ağ, balıqqulağı ilə örtülmüş, günəşin zəhərlədiyi gözlər üçün əzabverici olan bir 
yolla şütüyürdülər! Daxmaların toz-duman içərisində itib-batdığı Yamtaun qəsəbəsindən çıxaraq sərin 
bambuk meşələrinin, palmaların və şəkər qamışı kolluqlarının məmləkətinə düşdülər. Sonra əyri-üyrü 
yollarla təpənin başından dəniz kənarına endilər. Sahildə gözəl bir ləpədöyən var idi. İnsana elə gəlirdi ki, 
bu işıqlı sahillərdə qaranlıq dalanların iyrənc əntəri olan taunun olması mümkün deyil. 
Maşın ağ yelkənlər və qürurlu insanlar haqqında nəğmə deyən gur passatdan keçdi. Onlar irəli gedirdilər
orada – Karib burnu altında dalğalar köpüklənir və şən külək tənha, əzəmətli palmanın ətrafında səs-küy 
salırdı. Maşın səssizcə isti vadiyə girdi və Karib kəndinə – gizlənmiş əjdahanın yanına üz tutdu. 
Taun Blekuoterdə qorxulu idi. Karibdə isə o, hər şeyin sonu demək idi. Siçovul birələri sincabların 
xəzlərində özlərinə əsl yaşayış məskəni qurmuşdular, sincablara isə kənddə hər bir bağçada rast gəlmək 
olardı. Blekuoterdə ilk gündən başlayaraq xəstələrin izolyasiyası həyata keçirilirdi. Karibdə isə ölüm hər 
evdə vardı və kənd jandarmlarla mühasirəyə alınmışdı; süngünü hazır saxlayaraq həkimlərdən başqa heç 
kimi nə kəndə buraxır, nə də kənddən çıxmağa qoyurdular. 
Martini iyli-qoxulu küçə ilə palma yarpaqlarından damı vurulmuş, bambuk ağacının budaqlarından 
düzəldilmiş, inək peyini ilə suvanmış evlərin yanı ilə apardılar. O evlərdə insanlar ev quşları və keçilərlə 
birlikdə yaşayırdılar.  Martin sayıqlama içərisində qışqıran insanların səsini eşidir, dəhşətli sifətləri 
görürdü.  Dartılmış yanaqlar, çuxura düşmüş və qan sağılmış gözlər, açıla qalmış ağızlar isə qara ölümün 
nişan qoyduğu işarələr idi. Martin bir dəfə də çox gözəl bir uşağı – bir qızı ölümqabağı qıcolma içində 
gördü. Onun dili qara rəng çalırdı, ətrafı isə qəbir qoxusu bürümüşdü. 
Onlar qaçırdılar... Karib burnuna, passata qaçırdılar... Elə bu vaxt İnçkep Cons soruşdu: "Siz indi də 
eksperimentlər haqqında danışacaqsınız?" Martin yaddaşında Qotlibin obrazını və onun bütün kiçik 
layihələrini canlandırmağa çalışaraq başını yellədi: "Yarısına faq yeritmək, yarısından qəti surətdə imtina 
etmək!" 
Ağlına gəldi ki, Qotlib öz tərki-dünya sadəlövhlüyü ilə epidemiya isterikası içində təcrübənin 
keçirilməsinin nə demək olduğunu təsəvvür etmir.  


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   125   126   127   128   129   130   131   132   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə