Sakit Oqayyanın meşələri və bataqlıqları arasından keçən furqonda, faytonçunun düz arxasında on dörd



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə128/151
tarix29.09.2017
ölçüsü4,8 Kb.
#2325
1   ...   124   125   126   127   128   129   130   131   ...   151

Ətrafda boşluq idi, çürümüş kartof və küləyin qovduğu kağız parçaları gözə dəyirdi. 
Kömür anbarlarının zəbt etdiyi hüznlü küçə onları yuxuya deyil, ölüm sakitliyinə bürünmüş şəhər bağına 
aparıb çıxartdı.  
Qaş-qabaqlı manqo ağaclarının dövrəyə aldığı bağ özünü gizlətmiş, sahil küləyindən ayrı düşmüşdü və isti 
içində iztirab çəkirdi. Üfunət iyi verən, cansız istidə sükunətin verdiyi əzab daha amansız olurdu. Sərt 
manqoların arasından sızan işıq şüaları altında qara parça ilə bəzənmiş, ağ suvaqlı ev görünürdü. 
– Gəzmək üçün həddindən artıq istidir. Mehmanxanaya qayıdaq, – Leora dedi. 
 
 

 
Gündüz İnçkep Cons bu qeyri-adi şəraitdə daha yöndəmsiz görünən "ford"u ilə gəlib çıxdı və onları Pernit 
Komasına apardı – şəhər kənarında yerləşən təpələrin sərinliyinə. 
Maşın adamla dolu zənci kvartalı ilə irəliləyirdi: bambukdan düzəldilmiş daxmalar, dükanlar, 
rənglənməmiş, yağış altında qaralmış pəncərəsiz, qapısız komalar… Bu daxmalardan qara sifətli insanlar 
ötüb gedən adamlara qəddar-qəddar boylanırdılar.  
Qorxmuş metis-sürücü sürəti artırdı, silahlı,  ağ əlcəkli, ağ probka papaqlı və ağ qurşaqlı, tünd qırmızı 
kaftan geyinmiş zənci polislərin ətrafında gəzişdiyi yeni kərpic tikililəri sürətlə arxada qoydular. 
– Məktəb, – İnçkep Cons köksünü ötürdü, – biz onu taun barakına  çevirmişik. Ora yüz xəstə yerləşdirilib. 
Hər saatbaşı ölürlər. Qızdırma içində sayıqladıqları vaxt qaçmağa çalışdıqlarından keşikçi qoymalı olduq.  
Çürük ət qoxusu addım-addım onların ardınca sürünürdü. 
Martin artıq bəşəriyyət üzərində hansısa üstünlüyə malik olduğunu hiss etmirdi. 
 

 
Parlaq qırmızı güllər və şən saqo palmaları arasında geniş eyvanı, maili dam örtüyü olan bunqalo… Penrit 
Koması hündürdə, təpənin başında durmuşdu, onun üzü ləpədöyənə sərilmiş şəhərə tərəf baxırdı. 
Pəncərələrində qamışdan düzəldilmiş jalüzlər xışıldayır, tıqqıltı salırdı. Hündür çılpaq otaqlar naxışlı karib 
şərfləri ilə çox canlı görünürdülər. Bu koma üç gün əvvəl ölmüş liman həkiminə məxsus idi. 


İnçkep Cons Leoranın bu evdə və ümumiyyətlə, şəhərdə böyük təhlükədə olmayacağı haqda şübhələri 
dağıtdı: ev siçovullar üçün əlçatmaz idi, həkim tauna limanda yoluxmuşdu və islahedilməz subay olan bu 
adam Sent-Hubertdə ən səsli-küylü naharlar təşkil etdiyi sevimli bunqalosuna qayıtmadan ölmüşdü. 
Martin özü ilə kiçik laboratoriya üçün avadanlıq gətirmişdi və onu həkimin qaz, su kəməri olan yataq 
otağında qurdu. Bu otaqla yanaşı Leora ilə onun yataq otağı yerləşirdi, divarın dalındakı hücrə isə 
Sandeliusun olacaqdı.  Sandelius o saat paltarlarını ora-bura ataraq, tənbəki çubuğundan döşəməyə kül 
səpələyərək otağına canlı bir görkəm verdi. Evdə iki qara dərili qulluqçu qadın və istefada olan keçmiş 
əsgər – eşikağası çalışırdı. Onlar gələnləri kirimişcə qəbul etdilər və çamadanlarını yerləşdirdilər, sanki, 
taun heç yox idi.  
Komissiyanın ilk müştərisi Martinin özünü itirməsinə səbəb oldu. Bu, sürətli hərəkətləri və ağıllı gözləri 
olan çox yaraşıqlı zənci oğlan idi. Ağ amerikalıların əksəriyyəti kimi Martin də zənciləri tanımadan onların 
aşağı səviyyəli şüuru haqqında tez-tez danışanlardan biri olduğundan, heyrət içərisində qonağa baxdı. 
Cavan oğlan dedi: 
– Mənim adım Oliver Marçenddir. 
– Hə? 
– Doktor Marçend, həkim. Mən Hovardda bitirmişəm. 
– Ooo! 
– Sizinlə görüşməyə icazə verərsiniz, doktor? Getməmişdən əvvəl sizdən soruşmaq olarmı… mən 
tələsirəm, burada, dağın altındakı izolyatorda yeddi tanınmış məmurdan üçü yatır… Hə, ehtiyac olduğu 
halda zənci həkimi hətta ağlar arasında da təcrübəyə buraxırlar! Deməli belə… Doktor Stoks iddia edir ki, 
D’Erellə siz bakteriofaqı orqanizm adlandırmaqda haqlıınız. Bəs Bordenin faqın enzim olması ilə bağlı 
fikirlərinə necə baxırsınız?  
…Və budur, yarım saat ərzində Doktor Erousmit və doktor Marçend bubon taununu unudub, ondan daha 
qəddar olan irqi dözümsüzlük taununu yaddan çıxarıb, diaqram cızırdılar.  
Marçend köksünü ötürdü: 
– Mən getməliyəm, doktor. Sizə gücüm yetdiyi qədər kömək etməyə icazə verərsiniz? Sizinlə tanışlıq 
böyük şərəfdir. 
O, sakitcə baş əydi və getdi. Yaraşıqlı gənc insan… 
– Heç düşünməzdim ki, zənci həkim nəyəsə qadir ola bilər. Görəsən, nə vaxta qədər mən burnumu baş 
çıxarmadığım şeylərə soxacağam, – Martin deyindi. 
 



 
Martin öz laboratoriyasını qurana kimi Sandelius İnçkep Consonun səhvinin nədə olduğunu axtara-axtara 
və əslində, onun addımlarının başdan-ayağa səhv olduğunu düşünə-düşünə, sevinc hissi ilə öz işinin 
dalınca yollandı. 
Bizim günlərimizdə mədəni ölkələrdə taun epidemiyası əvvəlki dövrlərdə (o zamanlar ki, insanlar 
küçələrdə ölü düşürdülər, yükdaşıyanlar isə "Öz ölülərinizi aparın!" – deyə qışqırışırdılar) olduğu kimi 
olmur. Taunla mübarizə müasir müharibədə olduğu kimi aparılır – sabunlanmış atda gəzən atlıların 
əvəzinə telefonlarla. Tarixi qədim olan faciə hazırda işgüzarlıq xüsusiyyətləri əldə edib: xəstələrin və 
siçovulların bakterioloji müayinə edilməsi üçün qərargahlar təşkil edilir, kortotekalar yaradılır. Fövqəladə 
səlahiyyətlər verilmiş yeganə başçı  təyin edilir və ya təyin edilməlidir. Böyük pullar sərf olunur, əhali 
plakatlar və qəzetlər vasitəsilə maarifləndirilir, hər yerə siçovul məhv edənlərdən ibarət briqadalar, 
dizinfeksiya dəstələri göndərilir. Həşəratların xəstələrdən sağlamlara bakteriyaları daşımaması üçün 
onlar bir-birindən təcrid edilirlər. 
İnçkep Cons bu ölçülərin əksəriyyətini həyata keçirə bilməmişdi. Hökuməti taunun mövcudluğunu etiraf 
etməyə məcbur etmək üçün o deputatlar palatasını əlində saxlayan tacirlərlə döyüşə davam gətirməli 
idi: əvvəlcə xaciələr karantinin onları var-yoxdan çıxaracağını deyib, səs-küy qaldırırdılar, indi isə əsas 
hakimiyyəti baş həkimə verməyə razılıq vermirdilər. Xalq Səhiyyəsi Qəyyumlar Şurasının vasitəsilə 
epidemiyanın öhdəsindən gəlməyə çalışırdı. Bu isə şiddətli tufana məruz qalmış gəmiyə hansısa 
komissiyanı başçı qoymaqdan daha pis idi. 
İnçkep Cons kifayət qədər cəsarətli idi, amma insanları yola gətirməyi bacarmırdı. Qəzetlər onu "despot" 
adlandırır, siçovullar və sincablarla mübarizə aparmaq üçün əhalini təsir altına salmağa kömək 
etmirdilər. Bir neçə anbarı kükürdlə tüstüyə verməyə çalışmışdı, amma sahibkarlar şikayət edirdilər ki, 
buxar mallarını və divarların boyasını korlayır. Cənab himayəçilər gözləməyi təklif etdilər… Azacıq 
gözləmək… sonra hər şey məlum olacaq… O, yoluxmanın mənbəyini müəyyənləşdirmək üçün siçovulları 
tədqiqata cəlb etməyə çalışdı, amma bunun üçün imkanı və zamanı qalmırdı. Çünki himayəsində işlə 
həddindən artıq yüklənmiş Stoks və Oliver Marçenddən başqa bakterioloq yox idi. İnçkep Cons isə yaxşı 
evlərdə məclislərdə iştirak edərək dəfələrlə demişdi ki, zəncilərin əqli bacarıqlarına çox da etibar etmir. 
O, dəlilik həddinə yaxın idi. Sutkada iyirmi saat işləyir, özünü əmin edirdi ki, qorxmur, yadına salırdı ki, 
"Döyüşdə fərqləndiyinə görə" medalını öz şərəfilə qazanıb. İnçkep Cons "qırmızıayaqlı" tacir-
qəyyumlardan başqa kimlərdənsə əmr almağı çox arzulayırdı. Yuxusuzluqdan əldən düşmüş beynində 
həmişə Serri təpələri, kənarlarına qızılgüllər əkilmiş yollar boyu qaçışan bacıları və atasının tennis 
meydançasında çay stolu ətrafına düzülmüş hörmə stullar dumanlı şəkildə canlanırdı.  
Və bu məsələdə cəld, yalandan iyrənməyən, qeyri-rəsmi görüşlərin bilicisi, Xristosun günahkar əsgəri 
olan Sandelius ortaya atıldı və əsl diktatora çevrildi. 
O, heç nədən çəkinmədən əvvəlcə Qəyyumlar Şurasını qorxutdu. Əlbəttə ki, bu işdə Hindistanda və 
Monqolustanda olan şəxsi təcrübəsindən istifadə etdi. Cənab qəyyumları inandırdı ki, məsələyə öz 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   124   125   126   127   128   129   130   131   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə