Sakit Oqayyanın meşələri və bataqlıqları arasından keçən furqonda, faytonçunun düz arxasında on dörd



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə130/151
tarix29.09.2017
ölçüsü4,8 Kb.
#2325
1   ...   126   127   128   129   130   131   132   133   ...   151

 "Buz Ev"ə getdi, Derberşirdən olan qorxmuş kontorçu ilə bir stəkan aşırdı. Yenə də Qotlibin dərin 
mənalı, tələbkar gözləri xəyalında canlandı və mərhəmət hissinə qapılmayacağı ilə bağlı özünə söz verdi. 
Onsuz da bu addımı son nəticədə hər cür mərhəməti səmərəsiz edəcəkdi. 
Əgər İnçkep Cons təcrübənin vacibliyini başa düşmürsə, qubernatora müraciət etmək lazımdır – 
polkovnik Ferlembə. 
 

 
Qubernatorun evi Sent-Hubertdə rəsmi hökumət binası hesab edilsə də, əslində, Penrit Daxmasından 
azacıq böyük olan və  üstü qarğı ilə örtülmüş bunqalo idi. Onu  uzaqdan görən Martin ürəkləndi, axşam 
saat doqquzda evin geniş artırmasına elə asanca qalxdı ki, sanki, Uitsilvaniyadakı qonşusunun evinə 
qonaq gedirdi. 
Qapının ağzında Martinin qarşısını çox nəzakətli lakey – yamayalı zənci kəsdi. 
Martin dodaqaltı doktor Erousmit, "Mak-Qerk" komissiyasının sədri olduğunu mızıldandı və dedi ki, 
verdiyi narahatlığa görə üzr istəyir, amma təcili olaraq cənab Robertlə danışmalıdır. 
Qulluqçu çox mülayim və zəhlətökən bir səslə izah etməyə başladı: "Doktor – hm… yaxşı olardı ki, baş 
həkimlə söhbət edəydiniz". Amma elə bu vaxt eyvanda enli çəhrayı sifətli adam göründü və şirin səslə 
uğuldamağa başladı: 
– Burax onu, Cekson, dəli olma! 
Cənab Robert və ledi Ferlemb eyvanda – üzərinə likör, qəhvə qabları və ulduz kimi sayrışan şamlar 
qoyulmuş dəyirmi masanın arxasında oturaraq nahar edirdilər. Qadın arıq, əsəbi bir şey idi, o, isə kök, 
yaraşıqlı, şübhəsiz ki, cəsarətli və tamamilə özünü itirmiş adamlara bənzəyirdi.  Heç bir paltaryuyan 
qadının heç bir evə gəlməyə cəsarət edə bilməyəcəyi  bir zamanda  kraxmallı yaxalığı ağappaq ağarırdı. 
Martin çox sevdiyi kətan kostyumda, yumşaq, bir qədər əzilmiş köynəkdə idi (Leora onu yumağa 
hazırlaşırdı). 
Martin nə etmək fikrində olduğunu izah etdi və dünyanı nə zamansa tauna tutulmaq kimi axmaq 
vərdişdən xilas etmək üçün fikirləşdiyi plandan danışdı. 
Cənab Robert iltifatla dinlədi. Martin elə bildi ki, qubernator onu anlayıb, amma sona qədər dinlədikdən 
sonra bar-bar bağırmağa başladı: 
– Cavan oğlan, cəbhədə diviziyaya rəhbərlik etsəydim və qızğın döyüş vaxtı hansısa hərbi nazirlikdən 
gəlmiş katib bütün hərbi əməliyyatı kiçik bir kəşfi yoxlamaq üçün təhlükə atına almağı xahiş etsəydi, necə 
bilirsiniz, ona nə cavab verərdim? Mən demək olar ki, gücsüzəm, cənab həkimlər hər şeyi öz əllərinə 
alıblar, amma nə qədər səlahiyyətim varsa, əlbəttə ki, sizə mane olmağa çalışacağam. Çalışacağam ki, 


yanki-vivsektorların  işinə müdaxilə edim. Çünki siz bizdən qoxumuş leş kimi istifadə etmək istəyirsiniz,  
bağışlayın Evelin, – elə bil, biz iy verən cəsədik. Xoş getdiniz, cənab! 
 

 
Sandeliusun inadkarlığı sayəsində Martin öz planını qubernatorlardan, müvəqqəti buraxılmış xalq 
səhiyyəsi Qəyyumlar Şurasından, İnçkep Consdan, Palatanın bir neçə yuxaqəlbli üzvlərindən və 
Sandeliusun özündən ibarət Əlahiddə Komitəyə təqdim etmək imkanı əldə etdi.  Sandelius bu komitədə 
qeyri-rəsmi şəxs kimi iştirak edir və bu, ona dünyanın hər yerində öz xoştəbiət tiranlığını maskalamağa 
kömək edirdi.  Sandelius komitəyə hətta zənci həkim Oliver Marçendi də salmağın yolunu tapmışdı. 
Əlbəttə, adada ən savadlı adam kimi deyil (Sandelius üçün əsl səbəb bu idi), "plantasiyalarda işçi 
qüvvələrinin nümayəndəsi kimi"…  
Sandeliusun özü Ferlemb kimi Martinin ehtirassız təcrübələrinin əleyhdarı idi. Hesab edirdi ki
eksperimentlər laboratoriyalarda, onun üçün sevimli olan epidemiyaların gedişinə mane olmadan 
keçirilməlidir, amma o, Xüsusi Komitənin ziyansız iclası kimi romantikanın qarşısında heç vaxt davam 
gətirə bilməzdi.  
İclası bir həftədən sonra keçirməyi qərara aldılar, halbuki, hər keçən gün onlarla həyata son qoyurdu. 
Martin həyəcan içində faqın yeni ehtiyatlarını hazırlayır və Sandeliusa siçanları tələf etməyə kömək 
edirdi. Leora isə kişilərin gecəyarısı mübahisələrinə qulaq asır və onu özləri ilə götürməklə ağıllı iş 
gördükləri haqqında etiraf eşitməyə çalışırdı. İnçkep Cons Martinə hökumət bakterioloqu postunu təklif 
etdi, amma Martin öz əsas məqsədindən uzaqlaşmamaq üçün bu vəzifədən imtina etdi. 
Nəhayət, Əlahiddə Komitə parlament binasında yığışdı. Onun hər üzvü özü kimi deyil, hakim kimi  
görünməyə çalışırdı. Adanın boş vaxt tapa bilmiş həkimləri də iclasda iştirak edirdilər.  
Leora camaatın içərisində, arxa cərgələrdən birində oturmuşdu. Martin bu səhnəni özü üçün kənardan 
təsəvvür etməyə çalışa-çalışa çıxışa başladı: Elk-Milzli balaca Martin Erousmiti cənab İmyarekin başçılıq 
etdiyi tropik adaların hakimləri diqqətlə dinləyirdilər. Sanki, yanında Maks Qotlib "dayanmışdı" və o, 
Qotlibdən güc alaraq çalışırdı izah etsin ki, bəşəriyyətin həyatında  hər zaman bu və ya digər çətin 
məqamlar olub – müharibələr, seçkilər, növbəti Məsihə sədaqət və dözümlü həqiqət axtarışları. Başa 
salmağa çalışırdı ki, ola bilsin, hansısa rayonun əhalisinin yarısını xilas edə biləcək, amma faqın dəyərini 
yoxlamaq üçün həmişəlik olaraq o biri yarısını peyvəndsiz qoymaq lazım gələcək… Sonra diplomatcasına 
əlavə etdi: "Bu zavallı  insanlar xəstələrin hazırda istifadə etdikləri bütün həkim yardımı ilə təmin 
ediləcəklər".  
Komitənin üzvlərinin əksəriyyəti eşitmişdilər ki, Martin taundan qurtarmaq üçün sehrli vasitəyə malikdir, 
amma qeyri-müəyyən və yəqin ki, biabırçı niyyəti üzündən onu gizlədir. Komitənin üzvləri heç də cinayəti 
təşviq etməyə hazırlaşmırdılar. Martinin danışdıqları ilə az əlaqəsi olan, amma Stoks və Oliver 
Marçenddən başqa orada iştirak edənlərin hamısının əleyhinə olduğunu ortaya çıxaran mübahisə qızışdı; 


Amerikalının müdaxiləsi Kelleti özündən çıxartdı, cənab Robert Ferlemb isə, sadəcə, buğa kimi inad 
edirdi. Sandelius iddia edirdi ki, Martin ləyaqətli gənc adamdır, amma fanatikdir. 
         Evanqeliya Maarif Təşkilatından olan missioner Ayra Xinklinin söhbətə qarışması ilə mübahisəyə 
qəzəb əlavə olundu.  
Martin onu Blekuoterə gəlişinin ilk günündən sonra görməmişdi. Xinklinin nitqini heyrət içərisində 
dinlədi. 
– Centlmenlər, bilirəm ki, sizin hamınız anqlikan kilsəsinə mənsubsunuz, amma xahiş edirəm mənə keşiş 
kimi deyil, həkim kimi, tibb doktoru kimi qulaq asasınız… Sizin üzərinizə Allahın qəzəbi yağır… Amma mən 
bu haqda danışmıram, demək istəyirəm: Erousmit mənimlə bir universitetdə, bir kursda oxuyub. Onu 
uzununa da, eninə də tanıyıram. Elə bir zırrama idi ki, hətta bir vaxtlar institutdan da çıxarmışdılar. 
Himayədarını – tərifli Qotlibini də bacarıqsızlığına görə Uinnemak Universitetindən qovmuşdular! Biz 
onları yaxşı tanıyırıq! Yalançılar, səfehlər! Etiqadı ələ salan kafirlər! Erousmitin özündən başqa sizə kim 
deyib ki, o, məşhur alimdir? 
Sandeliusun üzündəki maraq skandinav qəzəbi ilə əvəz olundu. O ayağa qalxdı və bağırdı: 
– Cənab Robert, bu adam dəlidir! Doktor Qotlib müasir elmin yeddi müdrikindən biri, doktor Erousmit 
isə onun təmsilçisidir. Onlarla tam həmrəym! Mənim işimə baxıb siz özünüz də görməli idiniz ki, 
tamamilə müstəqil hərəkət edirəm və bütünlüklə sizin qulluğunuzdayam. Amma onun xidmətlərini 
bilirəm və itaətkarcasına arxasınca gedirəm.  
Əlahiddə Komitə Ayra Xinklini nəzakətlə susdurub qərara aldı ki, "məruzəni nəzərə alsın, qərarı başqa 
vaxta keçirtsin". Hər halda, ağlar Sent-Hubertdə Maarif Təşkilatının kilsələrində zəncilərin xoşbəxt 
ekstazlarını xoşlamırdılar və yenə də hər gün onlarla insan ölürdü. Sent-Hubertdə də Mancuriyada 
olduğu kimi arası kəsilməyən bu qədim lənətdən qurtulmaq üçün dua edirdilər. 
Əlahiddə Komitə evlərinə yollandığı vaxt Sandelius dəhlizdə Martinə və hiddətlənmiş Leoraya 
coşqunluqla dedi: 
– Hə, əla döyüş idi!!! 
Martin cavab verdi: 
– Qustav, nəhayət, mənə qoşuldunuz. Lənət şeytana, sizin görəcəyiniz ilk iş mənimlə birlikdə getmək və 
faqla silahlanmaq olacaq.  
– Yox, Cılız, sizə dedim ki, mənə faq yeritməyinizə imkan verməyəcəyəm, ta ki onu hər kəsə vurmayana 
kimi. Sizin bu komitəni nə qədər ələ salsam da, əqidəm dəyişməyib.  
Palatanın qarşısında durduqları zaman kiçik, amma rahatlığı və əzəmətindən başqa, bütün keyfiyyətləri 
ilə fərqlənən bir avtomobil yaxınlaşdı. Qotlib kimi arıq, İnçkep Cons kimi tipik bir ingilis düşdü. 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   126   127   128   129   130   131   132   133   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə