Sakit Oqayyanın meşələri və bataqlıqları arasından keçən furqonda, faytonçunun düz arxasında on dörd



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə132/151
tarix29.09.2017
ölçüsü4,8 Kb.
#2325
1   ...   128   129   130   131   132   133   134   135   ...   151

Əgər Martin tutmasaydı, Sandelius yerə yıxılacaqdı. 
Daxmaya qayıtmaqdan imtina etdi, çünki bilirdi ki, Leora orada onun dalınca gəzəcək. 
– O qədər adamı izolyasiya etmişəm ki… İndi də mənim növbəmdir, – dedi. 
Martin və İnçkep Cons Sandelius üçün kasıb, təmiz bir ev tapdılar. Orada yaşayan sakinlərin hamısı 
ölmüşdü, amma evi tüstüyə vermişdilər.  Xəstə baxıcısı da tapıldı və nə zamansa başa buz qoymağı, 
təskinlik sözləri söyləməyi bacaran həkim olduğunu yada salmağa çalışaraq, Martin özü xəstənin yanına 
gedib-gəlirdi. 
Martin əzab çəkərək onun başı üzərində əyilir və  dərisinin necə yandığını, sifətinin, dilinin necə şişdiyini, 
səsinin necə zəiflədiyini müşahidə edirdi: 
– Qotlib Allahların zarafatı haqqında danışanda haqlı idi. Ufff! Ən yaxşı yer tropiklərdir. Allah gözəl 
fikirləşib  – çiçəklər, dəniz, dağlar… Allah burada meyvələri o qədər bol yetişdirib ki, insana işləmək lazım 
deyil… Sonra isə bizi ələ salaraq doyunca gülüb… Yəni vulkanları, ilanları soxuşdurub, rütubətli istini işə 
salıb və vaxtından əvvəl gələn ehtirası, bir də taunu, malyariyanı göndərib. Amma insanlar üçün qurduğu 
ən pis tələ birələrin kəşfidir. 
Sandeliusun şişmiş dodaqları uzandı və iltihablaşmış boğazından zəif xırıltı çıxdı, Martin başa düşdü ki, 
xəstə gülməyə çalışır. 
O, sayıqlamağa başladı, amma tutmalar arasında intəhasız bir çətinliklə, gözlərində yaş, öz 
gücsüzlüyündən təsirlənərək kəkələyirdi: 
–  Mən aqnostikin necə öldüyünü sizə göstərmək istəyirəm. Qorxmuram, amma heç olmasa, bir dəfə də 
ilk qar yağanda Stokholmu görmək istərdim. Bir də Beşinci avenyunu.  Sevilyada da ehtiraslı bir həftə 
keçirərdim... Bir də son dəfə necə lazımdır içmək istəyirəm. Mən rahat gedirəm. Azacıq ağrıdır, amma 
həyat gözəl bir oyun idi. Mən… mən dindar bir aqnostikəm! Oh, Martin, mənim zavallı adamlarıma faq 
verin. Onların hamısını xilas edin… Aman Allah, mən düşünməzdim ki, belə ağır ola bilər…  
Ürək təslim oldu. O, alçaq çarpayıda yavaş-yavaş sakitləşdi. 
 
 

 
Martin öz kədərini gizlətməyə çalışırdı. Amma Qustav Sandeliusa sevgisinə rəğmən, başını itirməmişdi. 
İnçkep Consun bütün adamlara ardıcıl faq yeritmək tələbinə əvvəlki kimi qarşı çıxır və elə əvvəlki kimi 
bura nə üçün göndərilmişdisə, ona nail olmağa çalışırdı. 
– Mən sentimental deyiləm, aliməm! – özünü öyürdü. 


Küçələrdə üstünə hücum edirdilər, oğlan uşaqları ona söyüş yağdırır və daş atırdılar. İnsanlar eşitmişdilər 
ki, Martin bilərəkdən onları xilas etmək istəmir. Sakinlər onun yanına nümayəndə heyəti göndərir
yalvarırdılar ki, onları, uşaqlarını xilas etsin. O, isə sarsılır və tez-tez Qotlibin obrazını yaddaşında 
canlandırmaq məcburiyyətində qalırdı. 
Çaxnaşma artırdı. Əvvəllər soyuqqanlılığını saxlaya bilənlər də gecəyarısı Admiral təpəsində yandırılmış 
ocağın parıltısını pəncərədən görəndə özlərini saxlaya bilmirdilər. Bu alovlanan yer Sandeliusun şikəst 
zənci qadın və dilənçi hindu ilə birlikdə alovun içinə atıldığı əlüstü yaradılan krematori idi.  
Cənab Robert Ferlemb xəstələrin qayğısına qalmağa çalışması ilə onları əsəbiləşdirən bacarıqsız bir 
qəhrəmana çevrilmişdi.     
Stoks sıldırım qaya kimi sarsılmaz qalmışdı. Sutkada üç saat yatırdı, amma yataqdan qalxan kimi on beş 
dəqiqə idman etmək vərdişini dəyişməmişdi. Leora Pentrits Daxmasında sakitcə Martinə faq hazırlamağa 
yardım edirdi. 
Amma baş həkim uzun müddət davam gətirə bilmədi və axıra yaxın onun da əsəbləri pozuldu. 
Mənfur Sandeliusdan asılılıqdan azad olub yenidən azğınlaşan, plansızlıq içində batıb qalan İnçkep Cons 
yarımsəslə danışdığını düşünərək bağırırdı. Arıqlamış barmaqları arasında sıxılıb qalan papiros elə əsirdi 
ki, tüstü havaya titrək spiral şəklində qalxırdı. 
O, bir gecə növbəti müayinəni başa vurduqdan sonra, motorlu qayığa rast gəldi. Qayıqda on iki 
"qırmızıayaq" Barbadosa qaçmağa hazırlaşırdı və həkim onlara rüşvət təklif edərək gözlənilmədən qayığa 
mindi. 
Blekuotor limanından çıxdıqda əllərini öz tibb bacılarına və doğma Serris təpələrinin səssizliyinə doğru 
uzatdı, amma yalnız şəhərin ürkmüş işıqları yoxa çıxanda başa düşdü ki, qorxaqlıq edib. Bundan sonra 
özünə gəldi və başını qürurla yuxarı qaldırdı. 
Tələb etdi ki, qayığı döndərib onu geri aparsınlar. Qaçqınlar isə imtina etdilər, üstünə bağırdılar və kayuta 
salıb ağzını bağladılar. Barbadosa çatana kimi iki gün keçdi, bu müddət ərzində artıq hamı onun fərariliyi 
haqqında xəbər tutmalı idi.  
Barbadosda İnçkep Conson heç bir şey anlamadan körpüdən mehmanxanaya qədər uzanan yolu sahil 
boyunca addımladı, sonra uzun müddət səliqəsiz otaqda ayaq üstə durdu. Otaqdan üfunət qoxusu 
gəlirdi. O fikirləşdi ki, daha heç vaxt öz tibb bacılarını, öz sərin təpələrini görməyəcək... Və… ağlını itirmiş 
xəstələri geri – izolyatora qaytarmaq üçün üstündə gəzdirdiyi tapançadan atəş açıldı… İnçkep Cons özünü 
vurdu. 
 



Martin beləcə öz təcrübəsinə bir addım da yaxınlaşdı. Stoks İnçkep Consun yerinə baş həkim təyin 
olundu, o da qanuna əhəmiyyət verməyərək, Martini Sent-Svitin mahalına tam hüquqlu tibb məmuru 
təyin etdi. Bu təyinat və Sesil Tvifordun yardımı ona öz təcrübəsini həyata keçirmək imkanı verdi. 
Tviford qonaqpərvərlik göstərərək Martinə öz köməyini təklif etdi. Martini isə yalnız bir şey narahat 
edirdi: Leoranı necə qorusun. Martin, Sent-Svitində onu nə gözlədiyini bilmirdi… amma Koma adada 
istənilən yerdən daha təhlükəsiz idi… Leora etiraz edərək, dedi ki, Martin öz təcrübəsini həyata keçirdiyi 
vaxt, Sandeliusu boğan soyuq əl onun da yaxasını ələ keçirə bilər, bu vaxt Leora ona lazım olacaq. Martin 
onu vədlərlə sakitləşdirməyə çalışdı, bildirdi ki, Sent-Svitendə yer tapılarsa, dalınca adam göndərəcək. 
Təbii ki, yalan danışırdı. 
"Qustavın ölümünə tamaşa etmək çox çətin idi. Dünya dağılsa belə, mən Leoranı riskə məruz 
qoymayacam!" – öz-özünə and içdi. 
Martin getdi, Leoranı iki qulluqçunun, əsgər-eşikağasının və imkanı olan kimi baş çəkməyə söz vermiş 
doktor Oliver Marçendin  ümidinə  qoydu. 
 

 
Bambuk və kakao meşəliyi, Cənubi Sent-Hubertin şiş dağları öz yerini Sent-Svitendə şəkər qamışlığına 
verirdi. Burada arıq, şən adam kimi tanınan Sesil Tviford torpağın hər akrı üzərində hökmranlıq edir və 
qanunları öz bildiyi kimi dəyişdirirdi. 
Onun Jasmin Bağı malikanəsi bürkülü və vızıltılı düzəngahın düz ortasında yerləşən sakit bir sığınacaq idi. 
Ev köhnə və alçaqdır, malalanmış, qalın daş divarları, otaqlarda taxtadan düzəldilmiş səki, farfor, 
portretlər və Tvifordların üç yüz il boyunca qoruduğu qılınclar yerləşdirilmişdi. Evin ətrafında isə şaron 
qızılgüllərinin gözqamaşdırıcı dəbdəbəsi içində hasarla dövrələnmiş bağ salınmışdı.   
Tviford Martini alçaq sərin dəhlizlərdən keçirərək otağa gətirdi və beş nəhəng oğluna, bir də arvadının 
ölümündən sonra  artıq on il idi ki, evin sahibəsinə çevrilmiş anasına təqdim etdi.  
– Çaydan imtina etməzsiniz ki? – Tviford soruşdu, – indi bizim amerikalı qonağımız da aşağı düşəcək. 
O, bunu düşünmədən söylədi, çünki əmin idi ki, Tvifordlar nəsildən-nəsilə burada, təyin olunmuş saatda 
çay içirdilərsə, heç bir hadisə onlara əvvəlki kimi həmin saatda çay içməyə mane ola bilməz. 
Martin bağa getdiyi vaxt hörmə stolun üstündə qədimi gümüş qab-qacaq düzülmüşdü, ətrafdan sakit, 
aram səslər eşidilirdi. Bu mənzərə elə bir təəssürat yaradırdı ki, sanki, taun məğlub edilmişdi.  Martinə 
elə gəldi ki, Lizarddan dörd min mil cənub-qərbdə – İngiltərədədir. 
Masa arxasında əyləşdilər. Amerikalı qonaq aşağı düşdü, astanada dayanıb elə Martinin baxdığı kimi 
təəccüblə gözlərini ona zillədi. Bu vaxt aşağıda mehriban, amma bir qədər darıxdırıcı söhbət gedirdi.  


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   128   129   130   131   132   133   134   135   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə