Sakit Oqayyanın meşələri və bataqlıqları arasından keçən furqonda, faytonçunun düz arxasında on dörd



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə133/151
tarix29.09.2017
ölçüsü4,8 Kb.
#2325
1   ...   129   130   131   132   133   134   135   136   ...   151

Martinin qarşısında öz bacısı ola biləcək qadın dayanmışdı. Yəqin ki, otuz yaşı olardı – Martinin otuz 
yeddi yaşına rəğmən… Amma arıqlığı, solğun sifəti, qara qaşları və tünd rəngli saçları ilə, sanki, Martinin 
əkizi idi – onun ikinci müəmmalı "mən"i... 
Qadın danışmağa başlayanda da Martin, elə bil, öz xırıltılı səsini eşitdi. Sonra dedi: "Deyəsən, siz mənim 
bacımsınız", qadının dodaqları aralandı, amma nə o, nə də o biri bir söz söyləmədi, sadəcə, bir-birinə baş 
əyərək  salam verdilər. Qadın əyləşdi. Martin heç vaxt qadının varlığını bu qədər kəskin hiss etməmişdi. 
Axşam düşənə qədər o öyrəndi ki, qadının adı Coys Leniondur. Nyu-Yorklu Rocer Lenionun dul qalmış 
xanımıdır. Sent-Hubertdə öz plantasiyalarına baş çəkmək üçün gəlib və burada karantinə düşüb. Martin 
haradasa onun rəhmətlik əri haqqında ötəri eşitmişdi. Onun yaxşı ailədən olduğunu bilirdi. Martinə elə 
gəlirdi ki, "şöhrət yarmarka"sında qadının şəklini də görüb, Palm-Biçin sahillərində Lenionların şəklini.  
Qadın yalnız hava, çiçəklər haqqında danışırdı, amma onda get-gedə artan bir sevinc hissi var idi ki. Bu, 
hətta sərt Sesil Tvifordu belə yerindən tərpətdi. Martino Tvifordun oğlanlarından biri ilə zarafatını 
yarımçıq qoyaraq söylədi: 
– Siz həqiqətən də mənim bacımsınız. 
– Yəqin ki. Nə olar, alimsinizsə… Siz yaxşı alimsiniz? 
– Kifayət qədər yaxşı. 
– Sizin missis Mak-Qerklə tanışam. Doktor Riplton Holaberdlə də. Biz Xessian-Xukda rastlaşmışıq. Siz o 
yer haqqında eşitmisiniz? 
– Yox, mən.. Hə, mən onun haqqında eşitmişəm. 
– Bilirsiniz,  bu, köhnə Bruklinin yenidən bərpa olunmuş hissəsindədir, orada yazıçılar, iqtisadçılar və 
demək olar ki, ən böyük istedadlar, cəmiyyətin qaymaqları adlandırılan insanlar yığışırlar. Orada nahar 
üçün dəbdəbəli geyinmək lazımdır və hər kəs bilir ki, Ceyms Coys kimdir. Doktor Holaberd maraqlı 
insandır, sizə elə gəlmir? 
– Doğrusunu desəm… 
– Deyin… Səmimi sözümdür: Sesil bizə necə sınaq aparmaq istədiyinizi izah edib. Mən sizə kömək edə 
bilərəm – baxıcı qadın, ya da aşpaz kimi… necə lazımdırsa, yoxsa sizə ancaq mane olacağam? 
– Hələ ki, bilmirəm. Sizdən istifadə etmək mümkün olarsa, çəkinmərəm. 
– Oooo, bizim Sesil, ya da doktor Stoks kimi belə ciddi olmayın. Onlar oyundan zövq ala bilmirlər. Stoks 
sizin xoşunuza gəlir? Sesil ona sitayiş edir, mən isə bəyənmirəm. Elə bil, saxta adamdır, həm də dəhşətli 
dərəcədə soyuq təsir bağışlayır; cılız və maraqsızdır. Sizə elə gəlmir ki, istəsə, bir azca şən ola bilərdi? 
Martin məzəmmətə başlamaqla bu qadını daha yaxşı tanımaq imkanını əldən verdi: 


– İcazə verin. Dediniz  Holaberdi cazibədar hesab edirsiniz. Təəssüf edirəm ki, onun elmi zir-zibilinə 
tamah salmısınız və Stoksu qiymətləndirə bilmirsiniz. Stoks möhkəm adamdır, şükür Allaha ki, kobud da 
ola bilir. O necə kobud olmasın? Stoks süni cazibədarlıq qarşısında yersiz sevinc içərisində quruyub qalan 
dünya ilə mübarizə aparır. Əzablı işini yarımçıq buraxmış alim müəyyən mənada kobudluq etməlidir. 
Stoks isə, sizi əmin edirəm ki, əsl tədqiqatçı kimi doğulub. Kaş, onu bizə, "Mak-Qerk"ə gətirmək olaydı. 
Kobuddur? Siz onun mənə qarşı kobudluq etdiyini görə bilməzsiniz.    
Tviford özünü itirmişdi, onun anası nəzakətli və pərt idi, beş oğlu isə Martin onların qarşısında ehtirasla 
barbar, asket və elmin təkəbbürlü xidmətçisi obrazını yaratmağa çalışdığı müddətdə buğalar kimi laqeyd-
laqeyd baxırdılar. Amma Coys Lenionun gözəl gözləri xeyirxahlıqla dolu idi və danışmağa başlayanda  
səsində kübar qadının  kosmopolitik məktəb keçdiyi artıq az hiss olunurdu. 
– Hə. Burada görünür, mənim kimi plantasiyaçı rolu oynayan qadınla Sesil arasında fərq mövcuddur. 
Nahardan sonra Martin qadınla bağa getdi və özünü müdafiə etməyə çalışdı. Amma   özü də bilmirdi ki, 
nədən…  
Lenion isə bunun müqabilində dedi: 
– Mənim əzizim, üzr istəməyi sevmədiyiniz üçün elə ciddi-cəhdlə üzrxahlıq edirsiniz ki! Əgər, doğrudan 
da, əkiz qardaşımsınızsa, istədiyiniz zaman məni rədd edə bilərsiniz. İnciməyəcəyəm. Sizə şeytan kimi 
hakim kəsilmiş Qotlibə gəlincə… 
– Şeytan kimi?! Cəfəngiyatdır! Sadəcə, o … 
Onlar bir saatdan sonra ayrıldılar. 
Martin bu cür qıcıqlandırıcı həyəcanı bir daha hiss etmək istəməzdi. Vaxtilə bu həyəcanı ona Orxideya 
Pikkerbo yaşatmışdı. Amma  köhnə qravurləri və miçətkənli çarpayısı olan otaqda yatmağa uzanarkən 
haradasa yaxınlıqda olan bir xəyal – Coys Lenion – yenə də onu narahat edirdi. 
O, həqiqətdən də ürkmüş halda yataqda dikəldi. Doğrudanmı, bu cazibədar və tamamilə vecsiz gənc 
qadına vurulmağa hazırdır? Nahar vaxtı qara atlas altından hiss olunan çiyinləri necə də gözəl görünürdü! 
Bu qadının çox parlaq bədəni var. Onun qarşısında istənilən qadının, hətta kövrək Leoranın belə, bədəni 
kobud və kök görünə bilərdi. Coys qəribə bir çəhrayı işıq saçırdı, sanki, içəridən işıqlanırdı. 
Martin həqiqətən də istəyirdi ki, Leora burada Coys Lenionla bir dam altında yaşasın? (Sevimli Leora, 
həyat eşqi! Görəsən, orada, Penritdə, yataqda yuxusuz uzanaraq onun üçün darıxırmı?) 
İndi – epidemiyanın qızğın vaxtında Leoranı dəvət etməyi Tvifordlardan xahiş etmək düzgün idimi? (O 
özü ilə tamam səmimi idimi? Bu gün səhər o Tvifordların ifrat kodeksləri, qayda-qanunları ilə tanış 
olmuşdu. Görəsən, özünü əcnəbi kimi göstərərək açıqdan-açığa onun üstündən adlamaq olmazdımı?) 
Birdən Martin yerə – dizləri üstə çökdü. Xəyalında canlandırdığı Leoraya yalvarırdı. 
 


XXXV FƏSİL 
 

 
Taun xəstəliyi Sent-Svitdə təzəcə hərəkətə keçmişdi. Halbuki dairə  həkiminin səlahiyyətini yerinə yetirən 
Martin şirkətin planını həyata keçirdiyi bir vaxtda, xəstəlik bu şəhəri də işğal etməli idi…  
Martin əvvəlcədən düşündüyü kimi, əhalini iki bərabər hissəyə böldü. Tvifordun arxasınca salıb gətirdiyi 
hissəyə taun əleyhinə faq peyvəndi vuruldu,  ikinci yarısı isə peyvəndsiz saxlanıldı. 
Təcrübə uğurla keçdi. Martin artıq xilas edilmiş uzaq Hindistanı  xəyallarında canlandırır, xatırlayırdı ki, 
orada taundan hər il dörd yüz min insan ölür. Hərdənbir Maks Qotlibin səsi də Martinin qulaqlarında 
cingildəyirdi: "Martin, siz öz təcrübənizi keçirdiniz. Mən sox şadam!" 
Mahalın peyvənd edilməmiş hissəsinə xəstəlik faq almış hissədən daha ağır şəkildə basqın etmişdi. 
Peyvənd almışlar arasında da iki-üç nəfər yoluxanlar oldu, amma digər hissənin içində on, iyirmi nəfər 
taunla xəstələnmişdi, sonra yavaş-yavaş qurbanların sayı gün ərzində otuza çatdı.  
Martin bu zavallı insanları əlillər evində müalicə edirdi. Həmin bina sıxyarpaqlı əncir ağaclarının və 
çörəkağaclarının fonunda daha acınacaqlı görünürdü. Bu, ağardılmış divarları olan miskin bir barak idi. 
…Martin Sesil Tvifordu başa düşə bilmirdi. Düzdür, Tviford öz işçilərinə qul kimi baxırdı, hətta onların 
yerləşdirilməsi üçün öz geniş baronluğundan ancaq bu miskin əlillər evini ayıra bilmişdi. Bununla belə, 
indi fəhlələrə qulluq edir, özünün və oğlanlarının həyatını riskə atırdı. 
Missis Lenion – Martin onu necə fikrindən daşındırmağa çalışırsa çalışsın – xəstələr üçün yemək 
bişirməyə gəlirdi və məlum olmuşdu ki, çox yaxşı aşpazdır. Bundan başqa, o, xəstələrin yataqlarını salır, 
özünü Tvifordların altı üzvündən daha böyük ustalıqla dizinfeksiya edir, tüstüyə verilmiş mətbəxdə ev 
qulluqçusundan aldığı zolaqlı çit döşlüyü taxır və  çalışıb-çabalayaraq Martini elə həyəcanlandırırdı ki, 
kobudluq etmək istəsə də, qarışıqlıqda bunu yaddan çıxarırdı. 
 

 
Axşamlar onlar Tvifordun taqqıltı salan balaca avtomobilində geri – Jasmin bağına qayıdırdılar. Bu zaman 
missis Lenion Martinlə onun əlinin altında işləyən adam kimi danışırdı, amma bu qadın pudralanmış və  
bəzənib-düzənmiş halda hamamdan çıxdıqda Martin özünü elə aparırdı ki, sanki, ondan qorxur. Onları 
yaxınlaşdıran bir şey var idi – aralarındakı oxşarlıq. Həm də bacı-qardaş oxşarlığı. Bir-birinə oxşadıqlarını 
demək olar ki, təəssüf hissi ilə qəbul edirdilər. Çox bənzəyirdilər, sadəcə, qadının saçları lak çəkilibmiş 
kimi daha hamar idi və onda Martinin kobudcasına yuxarı dartılmış qaşlarından əsər-əlamət yox idi. 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   129   130   131   132   133   134   135   136   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə