Sakit Oqayyanın meşələri və bataqlıqları arasından keçən furqonda, faytonçunun düz arxasında on dörd



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə136/151
tarix29.09.2017
ölçüsü4,8 Kb.
#2325
1   ...   132   133   134   135   136   137   138   139   ...   151

Bu gərginlikdən yorulan Martin iki həftə sonra peyvənd etməyi dörd həkimə təhvil verdi, özü isə faq 
hazırlamağa başladı. 
Amma gecələr saçları pırtlaşıq halda tənhalıqda oturur və dayanmadan içirdi. O, spirtlə və qəzəblə 
yaşayırdı, ruhunu isə azad buraxmışdı. Öz bədənini nifrət içində əritmişdi. Bir zamanlar zahidlər öz 
bədənlərini ekstazla əritdikləri kimi. Həyatı qoca əyyaşın gecələri kimi real deyildi.  Normal, ehtiyatlı 
insanların üzərində maraqlı bir üstünlüyə malik idi, çünki yaşamaq, yoxsa ölmək onun üçün artıq 
əhəmiyyətsiz idi. Məgər Martin ölülər arasında oturmamışdımı – Leora və Sandeliusla, Ayra Xinkli və 
Oliver Marçendlə, İnçkep Cons və yalvarış içində əllərini ona tərəf uzadan qaradərililərin xəyali kütləsi ilə 
söhbət etmirdimi? 
Leoranın ölümündən sonra təkcə bir dəfə öz əşyalarını götürmək üçün Tvifordların evinə getmiş və Coys 
Lenionla rastlaşmamışdı. Martin ona nifrət edirdi. And içirdi ki, Leoarının yanına daha tez qayıtmasına 
Lenionun mövcudluğu mane olmamışdı, amma beynində bir fikir qalırdı:  Coysla söhbət etdiyi zaman 
Leora can verirdi. 
"İyrənc adam, elə özünü ora soxursan – kübar cəmiyyətinə! Şükür Allaha ki, sən daha Leoranı 
görməyəcəksən". 
Darısqal və qaranlıq otaqda, çarpayının qırağında oturmuşdu. Bədbəxt görünüşü vardı, gözləri qırmızı 
damarlarla dolmuşdu… Yeganə dostu hesab etdiyi pişik balası yastığının üstündə yatırdı. Qapının 
taqqıltısına Martin dodaqaltı deyindi: 
– Mən indi Stoksla danışa bilmərəm. Qoy öz təcrübələrini özü aparsın. Sınaqlar lap zəhləmi töküb. 
Sonra qəmgin-qəmgin qışqırdı: 
– Gəlin!  
Qapının astanasında həmişəki kimi, təravətli, səliqəli, özünəinamlı Coys Lenion dayanmışdı. 
– Sizə nə lazımdır? – o qışqırdı. 
Lenion ona baxdı, içəri keçdi, qapını örtdü, yeməklə, kağızlarla, alətlərlə qalaqlanmış stolun üstünü səssiz 
halda səliqəyə saldı. Hiddətlənmiş pişik balasını tovlayıb xalçanın üstünə apardı, yastığı çırpdı və dağılmış 
çarpayının üstündə Martinlə yanaşı əyləşdi. Sonra sözə başladı: 
– Hirslənməyin. Nə baş verdiyini bilirəm. Sesil bir saatlıq şəhərə getdi və sizə demək istəyirdim ki... sizi 
sevdiyimiz azacıq da olsa təsəlli verməzmi? Mənə öz dostluğumu təklif etməyə icazə verməzsiniz ki? 
– Mənə heç kimin dostluğu lazım deyil. Mənim dostlarım yoxdur.   
Qadının əlini əlinin üstündə hiss etmədən dinməz-söyləməz oturmuşdu. Amma çıxıb getdiyi zaman 
Martinin içində yenə də cəsarət hissi alışmağa başladı. 
Hər halda, ona kömək edən viskidən imtina etməyə cəsarət edə bilməsə də, indi gələn, peyvənd istəyən 
hər kəsə faq vurmağa son qoymağın yolunu axtarırdı. Sonra faqın hazırlanmasını da, vurulmasını da 


başqalarının üzərinə atdı, özü isə Sent-svint təcrübəsindəki ciddi müşahidəyə qayıtdı… Təcrübə indi 
əməlli-başlı pozulmuşdu, çünki əhalinin peyvənd edilməmiş hissəsi peyvənd üçün Blekuoterə gəlirdi. 
Coysla görüşmür, əlillər evində yaşayır, amma axşamlar adətən ayıq olurdu.  
 

 
Siçovulların məhv edilməsi ilə bağlı təbliğat bütün adaya yayılmışdı, beş yaşlı pompuldan tutmuş axsayan 
nənəyə kimi hamı siçovulları və sincabları öldürməyə çıxırdı. Faqın nəticəsi iləmi, siçovulların 
öldürülməsindənmi, qəzavü-qədərdənmi – epidemiya yavaşıdı. Martinin gəlişindən altı ay sonra  Qərbi 
Hindistanda taun demək olar ki, yoxa çıxdı və karantin aradan qaldırıldı.  
Sent-Hubertin mətbəxlərində və piştaxtalarında insanlar artıq özlərini təhlükədən uzaq hiss edirdilər. 
Yazın ortasında ağrıdan ilk dəfə xilas olan xəstə kimi sevinməyə başlamışdılar. Sadəcə, yaşadıqlarına və 
onları heç nəyin narahat etmədiyinə sevinirdilər. Şadlanırdılar ki, açıq bazarlarda hay-küylə və söyüşlə 
alver etmək olar, sevinirdilər ki, sevgililər ətrafda heç nəyin fərqinə varmadan küçələrdə veyllənə 
bilərlər; fərəhlənirdilər ki, avaralar "Buz ev"də tələsmədən svilz qurtumlaya-qurtumlaya məzəli 
əhvalatlar danışa bilərlər; sevinirdilər ki, qocalar ayaqlarını yığaraq otura və manqo ağaclarının altında 
kölgədə boş-boş danışa bilərlər; sevinirdilər ki, həqiqi xristianlar toplaşa və allahın şəninə nəğmələr 
oxuya bilərlər. Bütün bunlar artıq axmaqlıq deyildi, amma cənnət həzzinə çevrilmişdi. 
İlk paroxodun adanı tərk etməsi əməlli başlı bayram oldu. Ağlar və zəncilər, hindular və çinlilər, karaiblər 
körpüdə yığışmışdılar. Onlar qışqırır, şarfların yelləyir, Blekuotorun mükafat almış nəfəs alətləri 
orkestrinin zəif ciyiltisi altında hönkürməməyə çalışırdılar və Mak-Qerk paroxod Kompariyasına məxsus 
"Sent-Aya" paroxodu körpüdən aralananda kapitan igidcəsinə rəsmi-təzim etdi, halbuki, axan göz 
yaşlarının arasından limanı görmürdü. Hamı da başa düşürdü ki, artıq kilid altında saxlanılan cüzamlılar 
deyillər, azad dünyanın sakinləridirlər. 
Bu paroxodla Coys Lenion gedirdi. Martin onunla körpüdə vidalaşdı. 
Demək olar ki, martinlə eyni boyda olan Lenion onun əllərini bərk-bərk sıxdı, çəkinmədən ona baxdı və 
sevincli səslə dedi: 
– Beləliklə, siz özünüzə gəldiniz!? Mən də. Bizim hər ikimiz bu tələyə düşən dəlilər idik. İnanmıram ki, sizə 
kömək etmiş olum, amma çalışdım. Bilirsiniz, məni heç vaxt əsl həyatı başa düşməyi öyrətməyiblər. Siz 
isə öyrətdiniz. Salamat qalın. 
– Nyu-Yorkda sizə baş çəkməyə icazə verərsiniz? 
– Doğrudan da, bunu istəyərsinizsə. 


Lenion çıxıb getdi, amma o, paroxodun gümüşü üfüq xəttində itdiyi  cansıxıcı saatda olduğu kimi heç vaxt 
belə yaxın olmamışdı. Sonra gecə düşdü və Martin dəhşət içərisində Penrits Komasına gəldi.  Leoranın 
qəbrinin üstünə yıxıldı… Heç vaxt Leoraya uyğunlaşmaq və nəyisə izah etmək məcburiyyətində 
qalmamışdı… "İcazə verərsiniz sizə baş çəkim?" soruşmağa da ehtiyac yox idi. 
Amma Leora özünün son yatağındı laqeyd halda və təbəssümsüz uzanmışdı… Nə cavab verirdi, nə də 
təskinlik… 
 

 
Martin yola düşənə qədər faqla apardığı təcrübə ilə bağlı qeydlərini toplamalı, Stoksun və Tvifordun 
müşahidələrini özünün ilk dəqiq rəqəmlərinə əlavə etməli idi. 
O, on minlərlə ada sakininə faq bağışlamış biri kimi hörmətli adama çevrilmişdi. "Blekuoter-Qardian" 
karantin qaldırıldıqdan sonra çıxarılan ilk buraxılışında onu "bizim həyatlarımızın xilaskarı" adlandırmışdı. 
Martin artıq xalq qəhrəmanı idi. Düzdür, Sandelius ona zir-zibildən xilas olmağa  kömək etmişdi, amma 
məgər Sandelius onun yanında adyutant deyildimi? Ayra Xinklini Maarif Təşkilatının kilsələrində əvəz 
edən zəncinin iddia etdiyi kimi, bu işdə Allahın əli var idisə, məgər yadelli onlar üçün Allah tərəfindən 
göndərilmiş xilaskar deyildimi? 
Düzdür, epidemiya zamanı ciddi-cəhdlə və xəlvəti işləyən zəhlətökən şotlandiyalı doktor deyirdi ki, 
taunun faqsız da arası kəsildiyinin bir çox nümunələri mövcuddur, amma ona heç kim qulaq asmırdı. 
Martin öz qeydlərini qaydaya saldığı vaxt Mak-Qerk İnstitutundan Riplton Holaberdin imzası ilə məktub 
gəldi.  
Xolaberd yazırdı ki, Qotlib əməlli-başlı zəifləyib, institutun rəhbərliyini öz üzərindən atıb, elmi işini 
dayandırıb və artıq evdə oturur, istefaya çıxıb. Holaberd isə müvəqqəti olaraq direktorun səlahiyyətini 
həyata keçirir və bu sifətlə də yazır: 
"İşinizlə bağlı Mak-Qerk agentlərinin məktublarında verilən hesabatlar sizin öz təvazökar 
hesabatlarınızdan daha genişdir (özü də o halda ki, məktublar karantin səlahiyyətliləri tərəfindən 
buraxılırdı) və biz sizin qeyri-adi uğurunuz haqqında məlumatlıyıq. Müasirlərimizin bir çoxunun gücü 
çatmadığı işi görmüsünüz: geniş eksperimental yoxlama yolu ilə taun əleyhinə bakteriofaqın təsirini 
sübut etmisiniz və zavallı əhalinin böyük hissəsini xilas etmisiniz. Qəyyumlar Şurası və mən sizin 
müvəffəqiyyətinizi lazımi şəkildə qiymətləndiririk. Mak-Qerk İnstitutunun şöhrətini artırmısınız və 
hesabatınız çap olunanda yenə də artıracaqsınız. Məlumat veririk ki, sizin adı olub özü olmayan 
patronunuz Maks Qotlib çox ehtimal ki, bir neçə ay bizimlə əməkdaşlıq edə bilməyəcək, amma biz sizin 
rəhbərliyiniz altında yeni müstəqil şöbə yaratmaq fikrindəyik". 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   132   133   134   135   136   137   138   139   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə